I. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.
Konstitusiya

Otuz yeddinci fəsil

BƏLƏDİYYƏ SEÇKİLƏRİNƏ HAZIRLIQ

   Maddə 224. Siyasi partiyaların, siyasi partiyalar bloklarının, bələdiyyə üzvlüyünə namizədlərin seçkiqabağı təşviqatının aparılması üçün xüsusi tələblər

224.1. Bələdiyyə üzvlüyünə namizədlərin seçkiqabağı təşviqatda iştirakı bu Məcəllənin on üçüncü fəsli ilə tənzimlənir.

224.2. Teleradio verilişləri təşkilatlarının ayırdıqları pulsuz efir vaxtının ümumi həcminin 1/3 hissəsi müvafiq olaraq bələdiyyələrin 1/3-dən çoxunda və ya yarısından çoxunda namizədləri qeydə alınmış siyasi partiyalara, siyasi partiyaların bloklarına bu Məcəllənin 77.2-ci və 77.3-cü maddələrinin tələbləri nəzərə alınmaqla, müzakirələrin, dəyirmi masaların, digər bu cür təşviqat tədbirlərinin keçirilməsi üçün ayrılır. Bu cür tədbirlərin keçirilməsi qaydaları Mərkəzi Seçki Komissiyası tərəfindən müəyyən edilir.

224.3. Bu Məcəllənin 77.2-ci və 77.3-cü maddələrində göstərilən teleradio verilişləri təşkilatlarının kanallarında birgə təşviqat tədbirlərinin keçirilməsi üçün efir vaxtı göstərilən siyasi partiyalar, siyasi partiyaların blokları üçün ayrılır, hesablanır və ayrı-ayrılıqda həyata keçirilir. Bu cür pulsuz efir vaxtından siyasi partiyalar, siyasi partiyaların blokları bərabər əsasla istifadə etməlidirlər. Bu halda hər bir siyasi partiya, siyasi partiyaların bloku tərəfindən istifadə edilən efir vaxtının həcmi ayrıca müəyyənləşdirilir.

224.4. Bu Məcəllənin 71.1-ci maddəsində göstərilən teleradio verilişləri təşkilatlarının efir vaxtından ödənişli əsaslarla istifadə norması onun ümumi həcminin bu Məcəllənin 77.4-cü maddəsində göstərilən bələdiyyə üzvlüyünə namizədlərin ümumi sayına bölünməsi yolu ilə müəyyənləşdirilir.

224.5. Bu Məcəllənin 71.1-ci maddəsində göstərilən dövri nəşr səhifələrində ayrılan, bu Məcəllənin 77.4-cü maddəsinə uyğun olaraq bələdiyyə üzvlüyünə namizədlərin ümumi sayına bölünmə yolu ilə müəyyən edilən yerdən axırıncılar müvafiq ödəniş müqabilində istifadə edə bilərlər.

224.6. Qeydə alınmış namizədlərin, bələdiyyələrin 1/3-dən və ya yarısından çoxunda namizədləri qeydə alınmış siyasi partiyaların, siyasi partiyalar bloklarının bu Məcəllənin 224.2-ci maddəsində göstərilən tədbirlərdə iştirakdan imtina etməsi bu Məcəllənin 80.6-cı maddəsinə uyğun olaraq pulsuz təqdim edilən efir vaxtı həcminin artırılmasına səbəb olmur.

   Maddə 225. Siyasi partiyaların, siyasi partiyalar bloklarının, bələdiyyə üzvlüyünə namizədlərin seçki fondları

225.1. Bələdiyyə üzvlüyünə namizədlərin seçki fondları aşağıdakı pul vəsaiti hesabına formalaşa bilər:

225.1.1. bu Məcəllənin 215.1.1-ci maddəsində nəzərdə tutulan bələdiyyə üzvlüyünə namizədlər üçün seçkilərin təyin edilməsi haqqında qərarın rəsmi dərc edildiyi günə olan şərti maliyyə vahidinin 10 min manatdan çox olmamaq şərti ilə, bu Məcəllənin 215.1.2-ci maddəsində nəzərdə tutulan bələdiyyə üzvlüyünə namizədlər üçün — 7 min 500 manatdan çox olmamaq şərti ilə, bu Məcəllənin 215.1.3-cü maddəsində nəzərdə tutulan bələdiyyə üzvlüyünə namizədlər üçün — 5 min manatdan çox olmamaq şərti ilə, bu Məcəllənin 215.1.4-cü maddəsində nəzərdə tutulan bələdiyyə üzvlüyünə namizədlər üçün — 2 min 500 manatdan çox olmamaq şərti ilə, bu Məcəllənin 215.1.5-ci maddəsində nəzərdə tutulan bələdiyyə üzvlüyünə namizədlər üçün — 1 min 250 manatdan çox olmamaq şərti ilə, bu Məcəllənin 215.1.6-cı maddəsində nəzərdə tutulan bələdiyyə üzvlüyünə namizədlər üçün — 750 manatdan çox olmamaq şərti ilə bələdiyyə üzvlüyünə namizədlərin xüsusi vəsaiti; [171]

225.1.2. bu Məcəllənin 215.1.1-ci maddəsində nəzərdə tutulan bələdiyyə üzvlüyünə namizədlər üçün seçkilərin təyin edilməsi haqqında qərarın rəsmi dərc edildiyi günə olan şərti maliyyə vahidinin 7 min 500 manatdan çox olmamaq şərti ilə, bu Məcəllənin 215.1.2-ci maddəsində nəzərdə tutulan bələdiyyə üzvlüyünə namizədlər üçün — 5 min manatdan çox olmamaq şərti ilə, bu Məcəllənin 215.1.3-cü maddəsində nəzərdə tutulan bələdiyyə üzvlüyünə namizədlər üçün — 3 min 750 manatdan çox olmamaq şərti ilə, bu Məcəllənin 215.1.4-cü maddəsində nəzərdə tutulan bələdiyyə üzvlüyünə namizədlər üçün — 2 min 500 manatdan çox olmamaq şərti ilə, bu Məcəllənin 215.1.5-ci maddəsində nəzərdə tutulan bələdiyyə üzvlüyünə namizədlər üçün — 1 min 250 manatdan çox olmamaq şərti ilə, bu Məcəllənin 215.1.6-cı maddəsində nəzərdə tutulan bələdiyyə üzvlüyünə namizədlər üçün — 500 mislindən çox olmamaq şərti ilə bələdiyyə üzvlüyünə namizədləri irəli sürmüş siyasi partiyaların, siyasi partiyalar bloklarının vəsaiti; 

225.1.3. bu Məcəllənin 233.8-ci maddəsi ilə müəyyənləşdirilmiş hallar istisna olmaqla, namizədlərin qeydiyyatı başa çatdıqdan sonra ən geci 3 gün müddətində bələdiyyə üzvlüyünə namizədlərə dairə seçki komissiyası tərəfindən bərabər həcmdə ayrılmış vəsait;

225.1.4. seçkilərin təyin edilməsi haqqında qərarın rəsmi dərc edildiyi günə olan şərti maliyyə vahidinin 500 manatdan çox olmayan vətəndaşların könüllü ianələri;

225.1.5. bu Məcəllənin 215.1.1-ci maddəsində nəzərdə tutulan bələdiyyə üzvlüyünə namizədlər üçün seçkilərin təyin edilməsi haqqında qərarın rəsmi dərc edildiyi günə olan şərti maliyyə vahidinin 10 min manatdan çox olmamaq şərti ilə, bu Məcəllənin 215.1.2-ci maddəsində nəzərdə tutulan bələdiyyə üzvlüyünə namizədlər üçün – 7 min 500 manatdan çox olmamaq şərti ilə, bu Məcəllənin 215.1.3-cü maddəsində nəzərdə tutulan bələdiyyə üzvlüyünə namizədlər üçün — 3 min 750 manatdan çox olmamaq şərti ilə, bu Məcəllənin 215.1.4-cü maddəsində nəzərdə tutulan bələdiyyə üzvlüyünə namizədlər üçün — 2 min 500 manatdan çox olmamaq şərti ilə, bu Məcəllənin 215.1.5-ci maddəsində nəzərdə tutulan bələdiyyə üzvlüyünə namizədlər üçün — 1 min 250 manatdan çox olmamaq şərti ilə, bu Məcəllənin 215.1.6-cı maddəsində nəzərdə tutulan bələdiyyə üzvlüyünə namizədlər üçün — 750 manatdan çox olmamaq şərti ilə hüquqi şəxslərin könüllü ianələri. 

225.2. Bu Məcəllənin 215.1.1-ci maddəsində nəzərdə tutulan bələdiyyə üzvlüyünə namizədlərin maliyyə fondu məbləğinin yuxarı həddi seçkilərin təyin edilməsi haqqında qərarın rəsmi dərc edildiyi günə olan şərti maliyyə vahidinin 50 min mislindən çox, bu Məcəllənin 215.1.2-ci maddəsində nəzərdə tutulan bələdiyyə üzvlüyünə namizədlər üçün — 37 min 500 manatdan çox, bu Məcəllənin 215.1.3-cü maddəsində nəzərdə tutulan bələdiyyə üzvlüyünə namizədlər üçün — 25 min manatdan çox, bu Məcəllənin 215.1.4-cü maddəsində nəzərdə tutulan bələdiyyə üzvlüyünə namizədlər üçün — 12 min 500manatdan çox, bu Məcəllənin 215.1.5-ci maddəsində nəzərdə tutulan bələdiyyə üzvlüyünə namizədlər üçün — 7 min 500 manatdan çox, bu Məcəllənin 215.1.6-cı maddəsində nəzərdə tutulan bələdiyyə üzvlüyünə namizədlər üçün — 5 min manatdan çox ola bilməz. 225.3. Bələdiyyələr onların ərazilərində irəli sürülən namizədlərin seçki fondlarına bərabər şəkildə vəsait ayıra bilərlər.

225.4. Bələdiyyələrin 1/3-dən çoxunda namizəd irəli sürmüş və ya namizədləri qeydə alınmış siyasi partiyalar, siyasi partiyaların blokları vahid seçki fondu yarada bilərlər.

225.5. Siyasi partiyaların, siyasi partiyalar bloklarının seçki fondları yalnız aşağıdakı pul vəsaiti hesabına formalaşır:

225.5.1. siyasi partiyaların, siyasi partiyalar bloklarının seçkilərin təyin edilməsi haqqında qərarın rəsmi dərc edildiyi günə olan şərti maliyyə vahidinin 250 min manatdan çox olmamaq şərti ilə, xüsusi vəsaiti (siyasi partiyalar blokunun bu xüsusi vəsaiti seçki blokunu yaratmış siyasi partiyaların verdiyi vəsaitlər hesabına formalaşır); 225.5.2. bu Məcəllə ilə nəzərdə tutulan hallar istisna olmaqla, Mərkəzi Seçki Komissiyasının siyasi partiyaya, siyasi partiyaların blokuna ayırdığı vəsait;

225.5.3. vətəndaşların və hüquqi şəxslərin könüllü ianələri. Könüllü ianələrin həddi seçkilərin təyin edilməsi haqqında qərarın dərc edildiyi günə olan şərti maliyyə vahidinin vətəndaş üçün 750 mislindən, hüquqi şəxs üçün 25 min manatdan çox ola bilməz. 

225.6. Siyasi partiyanın, siyasi partiyalar blokunun seçki fondu vəsaitinin yuxarı həddi bu Məcəllənin 225.3-cü maddəsində göstərilən məbləğin irəli sürülmüş və ya qeydə alınmış namizədlərin sayına vurulması yolu ilə müəyyən edilir. Hər bir halda siyasi partiyanın, siyasi partiyalar blokunun seçki fondunun yuxarı məbləği seçkilərin təyin edilməsi haqqında qərarın rəsmi dərc edildiyi günə olan şərti maliyyə vahidinin 500 min manatdan çox ola bilməz. Eyni zamanda, hər bir namizəd üçün xərclənmiş məbləğ bu Məcəllənin 225.3-cü maddəsində göstərilən məbləğdən yuxarı ola bilməz. Bu tələbə riayət olunması siyasi partiyaların, siyasi partiyalar bloklarının maliyyə hesabatlarında göstərilməlidir.

   Maddə 226. Siyasi partiyaların, siyasi partiyalar bloklarının, bələdiyyə üzvlüyünə namizədlərin xüsusi hesabları

226.1. Bələdiyyə üzvlüyünə namizədlər imzaların yığılmasının başlanması haqqında dairə seçki komissiyasına bildiriş təqdim etdikdən sonra 5 gün müddətində öz maliyyə fondunu formalaşdırmaq üçün xüsusi hesab açmalıdırlar.

226.2. Namizədlər üçün vahid seçki fondu yaratmaq niyyətində olan siyasi partiyalar bələdiyyələrin 1/3-dən çoxunda irəli sürülən namizədlərin siyahısını Mərkəzi Seçki Komissiyasına təqdim etdikdən sonra 5 gün müddətində vahid seçki fondunu formalaşdırmaq üçün xüsusi seçki hesabı açırlar.

226.3. Namizəd, siyasi partiya, siyasi partiyaların bloku namizədin irəli sürülməsi barədə dairə seçki komissiyasından bildirişin təsdiq edilmiş surəti əsasında, həm də bu Məcəllənin 53-cü və 54-cü maddələrində göstərilən sənədlər əlavə edilməklə xüsusi seçki hesabı açırlar. Namizəd, siyasi partiya, siyasi partiyaların bloku öz səlahiyyətli nümayəndəsinə xüsusi seçki hesabının açılmasını tapşıra bilər. Namizəd, qeydə alınmış namizəd, siyasi partiya, siyasi partiyaların bloku dairə seçki komissiyasına (Mərkəzi Seçki Komissiyasına) yazılı məlumat verməklə, başqa şəxsə özünün seçki hesabında olan vəsaitdən istifadə etmək hüququ verə bilər.

226.4. Namizədin, qeydə alınmış namizədin irəli sürüldüyü bələdiyyə dəyişdikdə, o, xüsusi seçki hesabının qalıq vəsaitini könüllü ianə vermiş şəxslərə, hüquqi şəxslərə proporsional əsasda qaytarmalıdır. Bundan sonra namizəd, qeydə alınmış namizəd dairə seçki komissiyasına yekun maliyyə hesabatı verməlidir. Yeni xüsusi seçki hesabının açılması bu Məcəllə ilə müəyyənləşdirilmiş qaydada tənzimlənir.

   Maddə 227. Vahid seçki fondunun ləğv edilməsi

Vahid seçki fondu yaradan siyasi partiyanın, siyasi partiyalar blokunun bələdiyyələr üzrə qeydiyyatdan keçən namizədləri bələdiyyələrin yarısını və ya yarısından azını əhatə edərsə, siyasi partiyanın, siyasi partiyalar blokunun xüsusi seçki hesabı bağlanır, həmin hesabın bağlanması ilə eyni vaxtda hər bir namizəd üçün xüsusi seçki hesabı açılır və vahid seçki fondunun vəsaitləri namizədlərin seçki fondları arasında proporsional qaydada bölüşdürülür.

   Maddə 228. Siyasi partiyaların, siyasi partiyalar bloklarının, bələdiyyə üzvlüyünə namizədlərin seçki fondlarının vəsaitlərinin istifadəsində aşkarlıq

228.1. Bələdiyyə üzvlüyünə namizədin seçki fondu haqqında aşağıdakı məlumatlar bu Məcəllənin 77.4-cü maddəsində göstərilən kütləvi informasiya vasitələri tərəfindən hökmən dərc edilməlidir:

228.1.1. bələdiyyə üzvlüyünə namizədin seçki fondu vəsaitinin məbləği seçkilərin təyin edilməsi haqqında qərarın rəsmi dərc edildiyi günə olan şərti maliyyə vahidinin min manatdan çox olduqda həmin vəsaitin xərclənməsinin maliyyə hesabatı barədə;

228.1.2. bələdiyyə üzvlüyünə namizədin seçki fonduna seçkilərin təyin edilməsi haqqında qərarın rəsmi dərc edildiyi günə olan şərti maliyyə vahidinin 2 min 500 manatdan çox məbləğdə ianə köçürən hüquqi şəxslər barəsində (bu zaman eyni hüquqi şəxs tərəfindən vəsaitin bir neçə ianə şəklində köçürülməsinin mümkünlüyü nəzərə alınmalıdır);

228.1.3. bələdiyyə üzvlüyünə namizədin seçki fonduna seçkilərin təyin edilməsi haqqında qərarın rəsmi dərc edildiyi günə olan şərti maliyyə vahidinin 250 manatdan çox məbləğdə ianə köçürən vətəndaşların sayı barədə;

228.1.4. ianəçilərə qaytarılan vəsaitlər barədə, geri qaytarmanın əsası haqqında;

228.1.5. bələdiyyə üzvlüyünə namizədin seçki fonduna daxil olmuş vəsaitin ümumi həcmi və onun xərclənmiş hissəsinin ümumi məbləği barədə.

228.2. Siyasi partiyanın, siyasi partiyalar blokunun seçki fondu haqqında aşağıdakı məlumatlar bu Məcəllənin 77.2-ci və ya 77.3-cü maddəsində göstərilən kütləvi informasiya vasitələrində hökmən dərc edilməlidir:

228.2.1. seçki fondu vəsaitinin seçkilərin təyin edilməsi haqqında qərarın rəsmi dərc edildiyi günə olan şərti maliyyə vahidinin 10 min manatdan çox məbləğdə xərclənməsinin maliyyə hesabatı barədə;

228.2.2. seçki fonduna seçkilərin təyin edilməsi haqqında qərarın rəsmi dərc edildiyi günə olan şərti maliyyə vahidinin 5 min manatdan çox məbləğdə ianə köçürən hüquqi şəxslər barəsində (bu zaman eyni hüquqi şəxs tərəfindən vəsaitin bir neçə ianə şəklində köçürülməsi mümkünlüyü nəzərə alınmalıdır);

228.2.3. seçki fonduna seçkilərin təyin edilməsi haqqında qərarın rəsmi dərc edildiyi günə olan şərti maliyyə vahidinin 250 manatdan çox məbləğdə ianə köçürən vətəndaşların sayı barədə; 

228.2.4. ianəçilərə qaytarılan vəsaitlər barədə, geri qaytarmanın əsası haqqında;

228.2.5. seçki fonduna daxil olmuş vəsaitin ümumi həcmi və onun xərclənmiş hissəsinin ümumi məbləği barədə.

   Maddə 229. Siyasi partiyaların, siyasi partiyalar bloklarının, bələdiyyə üzvlüyünə namizədlərin aldıqları vəsaitlərin geri qaytarilmasinin ardıcıllığı

Siyasi partiyaların, siyasi partiyalar bloklarının, bələdiyyə üzvlüyünə namizədlərin aldıqları vəsaitlərin geri qaytarılması qaydası bu Məcəllənin 90.5-ci — 90.7-ci maddələri ilə müəyyən edilir.

   Maddə 230. Siyasi partiyalarin, siyasi partiyalar bloklarının, bələdiyyə üzvlüyünə namizədlərin, qeydə alınmış bələdiyyə üzvlüyünə namizədlərin aldıqları büdcə vəsaitlərinin geri qaytarılmasının məcburiliyi

Səsvermədə iştirak etmiş və seçicilərin etibarlı hesab edilən səslərinin azı 3 faizini toplamış bələdiyyə üzvlüyünə namizəd və ya seçilən sayılmış, habelə səsvermə gününədək məcburedici hallara görə namizədliyini geri götürmüş bələdiyyə üzvlüyünə qeydə alınmış namizəd, bələdiyyələrin yarısından çoxunda namizədləri qeydə alınmış siyasi partiya, siyasi partiyaların bloku səsvermə günündən sonra 15 gün müddətində bələdiyyənin onların seçki fondlarına köçürdüyü vəsaitin xərclənməmiş hissəsini həmin bələdiyyəyə qaytarmağa borcludur. Bu vəsait köçürüləndən sonra, göstərilən qaydada 15 gün müddətində bələdiyyələrin vəsaitləri qaytarılmalıdır. Bu müddət başa çatdıqda müvafiq bank Mərkəzi Seçki Komissiyasının və ya müvafiq bələdiyyənin məktubunda göstərilmiş pul vəsaitini mübahisəsiz qaydada onun hesabına köçürməlidir.

   Maddə 231. Siyasi partiyalar, siyasi partiyaların blokları, bələdiyyə üzvlüyünə namizədlər tərəfindən pulsuz efir vaxtının və dövri nəşrlərdə pulsuz ayrılmış yerin dəyərinin ödənilməsi

231.1. Bu Məcəllənin 230-cu maddəsində nəzərdə tutulmayan namizəd, siyasi partiya, siyasi partiyaların bloku bu Məcəllənin 77.2, 77.3 və 77.4-cü maddələrində göstərilən teleradio verilişləri təşkilatlarına və dövri nəşrlərin redaksiyalarına pulsuz efir vaxtının və dövri nəşrlərdə ayrılmış yerin dəyərini tam həcmdə ödəməlidir. Göstərilən dəyər seçki fondundan yekun maliyyə hesabatının verildiyi günədək namizədlər, siyasi partiyalar, siyasi partiyaların blokları tərəfindən ödənilməlidir. Mərkəzi Seçki Komissiyası seçkilərin ümumi nəticələrinin rəsmi dərc edildiyi gündən sonra 3 gün müddətində göstərilən namizədlərin, siyasi partiyaların, siyasi partiyalar bloklarının, habelə həmin partiyaların blokunun tərkibinə daxil olmuş siyasi partiyaların siyahısını, onların ünvanını, istifadə edilmiş pulsuz efir vaxtının və dövri nəşrdə ayrılmış yerin dəyərinin ödənilməsi barədə siyasi partiyalar bloklarının birgə qərarlarından çıxarışların təsdiq edilmiş surətlərini bu Məcəllənin 77.2, 77.3 və 77.4-cü maddələrində göstərilmiş teleradio verilişləri təşkilatlarına və dövri nəşrlərin redaksiyalarına göndərir.

231.2. Bu Məcəllənin 77.2, 77.3 və 77.4-cü maddələrində göstərilən teleradio verilişləri təşkilatları və dövri nəşrlərin redaksiyaları seçkilərin ümumi nəticələrinin rəsmi dərc edildiyi gündən sonra 10 gün müddətində bu Məcəllənin 230-cu maddəsində nəzərdə tutulmayan namizədlərə, siyasi partiyalara, siyasi partiyaların bloklarına, habelə siyasi partiyaların blokuna daxil olmuş siyasi partiyalara istifadə edilmiş pulsuz efir vaxtının dəyəri və dövri nəşrdə ayrılmış yerin həcmi və dəyəri haqqında, özlərinin hüquqi ünvanı və bank rekvizitləri barəsində müvafiq məlumat göndərirlər.

231.3. Bu Məcəllənin 80.5, 83.6 və 224.2-ci maddələrində nəzərdə tutulmuş pulsuz efir vaxtının və dövri nəşrdə ayrılmış yerin dəyəri bu Məcəllənin 80.6-cı və 83.7-ci maddələrində nəzərdə tutulmuş qaydada namizədə, siyasi partiyaya, siyasi partiyaların blokuna təqdim edilmiş efir vaxtının və dövri nəşrdə ayrılmış yerin ümumi həcminin teleradio verilişləri təşkilatlarının və dövri nəşrlərin redaksiyalarının müəyyənləşdirdiyi efir vaxtının və dövri nəşrdə ayrılmış və məlumat üçün dərc edilmiş yerin qiymətinə vurulması yolu ilə müəyyən edilir.

231.4. Siyasi partiya, siyasi partiyaların bloku bu Məcəllənin 224.2-ci maddəsində göstərilən təşviqat tədbirlərinin birgə keçirilməsi yolu ilə pulsuz efir vaxtından istifadə etdikdə hər bir siyasi partiyanın, siyasi partiyalar blokunun qaytardığı pul vəsaitinin həcmi teleradio verilişləri təşkilatları tərəfindən onların iştirak etdikləri birgə təşviqat tədbirlərinin hər birinin iştirakçılarının ümumi sayına proporsional olaraq bərabər paylarla müəyyənləşdirilir.

231.5. Namizəd, siyasi partiya, siyasi partiyaların bloku pulsuz efir vaxtından bu Məcəllənin 81.5-ci maddəsi ilə nəzərdə tutulmuş qaydada və müddətdə imtina edibsə, təqdim edilmiş pulsuz efir vaxtının dəyəri ödənilmir.

231.6. Bu Məcəllənin 77.2, 77.3 və 77.4-cü maddələrində nəzərdə tutulmuş teleradio verilişləri təşkilatları və dövri nəşr redaksiyaları səsvermə günündən başlayaraq 12 ay müddətində Mərkəzi Seçki Komissiyasına bu Məcəllənin 230-cu maddəsində nəzərdə tutulmuş pulsuz efir vaxtının və dövri nəşrdə ayrılmış yerin dəyərini tam ödəməmiş namizəd, siyasi partiya haqqında məlumat verirlər. Dairə seçki komissiyaları səsvermə günündən başlayaraq 12 ay müddətində bu Məcəllənin 230-cu maddəsində nəzərdə tutulmayan və seçki komissiyaları qarşısında borc öhdəliyi olan vətəndaşlar, siyasi partiyalar haqqında Mərkəzi Seçki Komissiyasına məlumat verirlər.

Maddə 232. Siyasi partiyaların, siyasi partiyalar bloklarının, bələdiyyə üzvlüyünə namizədlərin seçki fondlarinin xüsusi hesabinda qalmiş pul vəsaiti

Bələdiyyə üzvlüyünə namizədlərin seçki fondlarının xüsusi hesabında qalmış pul vəsaitini dairə seçki komissiyasının yazılı göstərişinə uyğun olaraq müvafiq bank səsvermə günündən 30 gün keçdikdən sonra müvafiq bələdiyyə büdcəsinin mədaxilinə köçürməlidir.

   Maddə 233. Siyasi partiyalar, siyasi partiyaların blokları, bələdiyyə üzvlüyünə namizədlər tərəfindən pul vəsaitinin öz vəsaitləri hesabına geri qaytarılması

233.1. Seçki fondunda pul vəsaiti olmadıqda və yaxud çatışmadıqda büdcə və bələdiyyə pul vəsaitinin qeydə alınmış namizəd, siyasi partiya, siyasi partiyaların bloku tərəfindən qaytarılması, habelə siyasi partiyalara və siyasi partiyaların bloklarına verilmiş pulsuz efir vaxtının və dövri nəşrdə ayrılmış yerin dəyərinin ödənilməsi onların öz vəsaiti hesabına həyata keçirilir.

233.2. Verilmiş pulsuz efir vaxtının və dövri nəşrdə ayrılmış yerin dəyərinin ödənilməsinə ayrılan büdcə və bələdiyyə vəsaitini qaytarmaq vəzifəsi siyasi partiyalar blokunun üzərinə düşdükdə, qaytarılmalı vəsait bu bloka səsvermə gününədək daxil olan siyasi partiyalar arasında bərabər paylarla bölüşdürülür, o şərtlə ki, siyasi partiyalar blokunun yaradılması haqqında Mərkəzi Seçki Komissiyasına təqdim edilmiş birgə qərarda ayrı qayda nəzərdə tutulmasın.

233.3. Bu Məcəllənin 230-cu maddəsində nəzərdə tutulmayan qeydə alınmış namizəd bu Məcəlləyə uyğun yekun maliyyə hesabatının verilməsi ilə yanaşı, müvafiq vəsaitin qaytarılmasını da öz üzərinə götürürsə, dövlət və bələdiyyə büdcəsinin geri qaytarılası vəsaitini səsvermə günündən başlayaraq 6 ay müddətində müvafiq olaraq dairə seçki komissiyasının və ya bələdiyyənin hesabına qaytara bilər.

233.4. Bu Məcəllənin 230-cu maddəsində nəzərdə tutulmayan və bu Məcəllənin 230-cu maddəsinin tələblərini yekun maliyyə hesabatı verilənədək yerinə yetirməyən siyasi partiya, siyasi partiyaların bloku bu Məcəllə ilə müəyyənləşdirilmiş müddətdə Mərkəzi Seçki Komissiyası, teleradio verilişləri təşkilatları və dövri nəşri redaksiyaları qarşısında müvafiq pul vəsaitinin ödənilməsi haqqında öhdəlik götürübsə, dövlət və bələdiyyə büdcəsinin vəsaitlərini, habelə istifadə edilmiş pulsuz efir vaxtının və dövri nəşrdə pulsuz ayrılmış yerin dəyərini səsvermə günündən başlayaraq 6 ay müddətində ödəmək üçün onlara möhlət verilə bilər.

233.5. Bu Məcəllənin 233.3 və 233.4-cü maddələrində nəzərdə tutulan öhdəliklər icra edilmədikdə və vəsaitin qaytarılması haqqında öhdəlikdə göstərilən müddət başa çatdıqda vəsait məhkəmə qaydasında qaytarılır. Bu Məcəllənin 230-cu maddəsində nəzərdə tutulmayan və bu Məcəllənin 233.3 və 233.4-cü maddələrində göstərilən tələbləri yerinə yetirməyən qeydə alınmış namizəd, siyasi partiya, siyasi partiyalar bloku yekun maliyyə hesabatı verilənədək bu Məcəllənin 233.3-cü və 233.4-cü maddələrində göstərilən öhdəliyi götürmədikdə yekun maliyyə hesabatının verilməsi müddəti başa çatanadək pul vəsaiti məhkəmə qaydasında qaytarılır.

233.6. Namizəd, qeydə alınmış namizəd statusunu itirdikdə bu maddə ilə namizədlərin, qeydə alınmış namizədlərin üzərinə qoyulmuş öhdəliklər namizədin, qeydə alınmış namizəd sayılmış vətəndaşın üzərinə qoyulur. Namizəd, qeydə alınmış namizəd siyasi partiya, siyasi partiyaların bloku tərəfindən irəli sürülübsə, siyasi partiyanın, siyasi partiyalar blokunun üzərinə bu maddə ilə qoyulmuş öhdəliklər seçkilər qurtardıqda seçkilərdə iştirak etmiş siyasi partiyanın, o cümlədən siyasi partiyalar blokunun tərkibində iştirak etmiş siyasi partiyaların üzərinə qoyulur.

233.7. Mərkəzi Seçki Komissiyası əsas seçkilərin, təkrar və ya əlavə seçkilərin təyin edilməsi haqqında qərarın rəsmi dərcindən sonra bu Məcəllənin 230-cu maddəsində nəzərdə tutulan və seçki komissiyaları, bələdiyyələr qarşısında borc öhdəliyi olan vətəndaşların siyahısını dairə seçki komissiyalarına onların yaradılması günündən başlayaraq 5 gün müddətində göndərir.

233.8. Əsas, təkrar və əlavə seçkilərdə bu Məcəllənin 230-cu maddəsində nəzərdə tutulan və seçkilərin təyin edilməsi haqqında qərarın rəsmi dərc edildiyi gün seçki komissiyası qarşısında büdcə vəsaiti üzrə borcu olan vətəndaşın, irəli sürüldüyü seçki dairəsindən asılı olmayaraq, dövlət büdcəsindən və ya bələdiyyədən vəsait almağa hüququ yoxdur.

Product Tour
Go to top