I. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.
Konstitusiya

Azərbaycan Respublikasında mülkiyyət haqqında

AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

 

I B Ö L M Ə

ÜMUMİ MÜDDƏALAR

 

M a d d ə 1. Mülkiyyət hüququ

1.  Azərbaycan Respublikasında mülkiyyət. hüququ Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş qaydada və şərtlərlə yaranır.

2.  Mülkiyyətçi özünə məxsus əmlaka öz mülahizəsinə görə sahiblik, ondan istifadə və onun barəsində sərəncam hüququna malikdir.

Mülkiyyətçi əmlaka sahiblik, ondan istifadə və onun barəsində sərəncam səlahiyyətlərini başqa şəxsə verə bilər, əmlakdan girov kimi və ya başqa üsulla istifadə edə bilər, öz əmlakını mülkiyyət kimi və ya idarə etmək üçün başqa şəxsə verə bilər, habelə öz əmlakı barəsində qanuna zidd olmayan istənilən hərəkətləri etmək ixtiyarına malikdir. Mülkiyyətçi əmlakdan hər hansı sahibkarlıq fəaliyyəti və ya qanunla qadağan edilməmiş başqa fəaliyyət üçün istifadə edə bilər.

3.   Əmlakdan təsərrüfat və digər məqsədlərlə istifadə edilməsinin nəticələri (məhsul və gəlir) — qanunda və ya müqavilədə başqa hal nəzərdə tutulmayıbsa — bu əmlakın mülkiyyətçisinə məxsusdur.

4.  Mülkiyyətçinin ixtiyarı vardır ki, ona məxsus mülkiyyət hüququnu həyata keçirərkən vətəndaşların əməyindən istifadə etmək haqqında onlarla Azərbaycan Respublikasının və Naxçıvan Muxtar Respublikasının qanunvericilik aktlarımda nəzərdə tutulmuş şərtlərlə və hədlərdə müqavilələr bağlasın.

5.   Azərbaycan Respublikasının və Naxçıvan Muxtar Respublikasının qanunvericilik aktlarında nəzərdə tutulmuş hallarda, şərtlərlə və hədlərdə mülkiyyətçinin üzərinə onun əmlakından digər şəxslərin məhdud şəkildə istifadə etməsinə yol vermək vəzifəsi qoyula bilər.

6.   Mülkiyyət hüququnun həyata keçirilməsi ətraf mühitə zərər vurmamalı, vətəndaşların, müəssisələrin, idarələrin, təşkilatların və dövlətin hüquqlarını və qanunla qorunan mənafelərini pozmamalıdır.

M a d d ə 2. Azərbaycan Respublikasının mülkiyyət qanunvericiliyi

1.   Azərbaycan Respublikasında mülkiyyət münasibətləri Azərbaycan Respublikasının qanunları ilə və onlara müvafiq surətdə qəbul edilən normativ aktlarla, dövlətlərarası müqavilələrlə, habelə Naxçıvan Muxtar Respublikasının qanunvericiliyi ilə, yerli xalq deputatları Sovetlərinin öz səlahiyyətləri daxilində qəbul etdikləri aktlarla tənzimlənir.

2.   Tarix və mədəniyyət abidələri üzərində mülkiyyət hüququnun həyata keçirilməsi xüsusiyyətləri Azərbaycan Respublikasının xüsusi qanunvericiliyi ilə müəyyən edilir.

Elm, ədəbiyyat və incəsənət əsərləri yaratmaq, ixtiralar və kəşflər etmək, səmərələşdirmə təklifləri vermək, sənaye nümunələri, proqram vasitələri və digər intellektual mülkiyyət obyektləri hazırlamaq və bunlardan istifadə etmək sahəsində münasibətlər müəlliflik hüququ və mülki qanunvericiliyinin başqa aktları ilə, habelə hökumətlərarası sazişlərlə tənzimləmir.

M a d d ə 3. Mülkiyyət hüququnun obyektləri

Torpaq, yerin təki, daxili sular və ərazi suları, qitə şelfi, hava hövzəsi, bitkilər və heyvanlar aləmi, müəssisələr, əmlak kompleksləri, binalar, qurğular, avadanlıq, xammal və materiallar, pullar, qiymətli kağızlar, istehsal təyinatlı, sosial, mədəni və başqa təyinatlı digər əmlak, intellektual və yaradıcı əməyin məhsulları mülkiyyətdə ola bilər.

M a d d ə 4. Mülkiyyət hüququnun subyektləri. Mülkiyyət formaları

1.   Azərbaycan Respublikasında mülkiyyət hüququnun subyektləri Azərbaycan Respublikası, Naxçıvan Muxtar Respublikası, yerli xalq deputatları Sovetləri, kollektiv müəssisələr (kooperativlər, səhmdar cəmiyyətləri, təsərrüfat ortaqlıqları və təsərrüfat assosiasiyaları, icarə müəssisələri), ictimai birliklər və dini təşkilatlar, vətəndaşlardır.

2.      Azərbaycan Respublikasında mülkiyyət dövlət mülkiyyəti, kollektiv mülkiyyət və xüsusi mülkiyyətdən ibarətdir. Azərbaycan Respublikasının və başqa dövlətlərin vətəndaşlarının və hüquqi şəxslərin mülkiyyətinin olan əmlakın birləşdirilməsinə, bunun əsasında mülkiyyətin qarışıq formasının yaradılmasına Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hədlərdə yol verilir. Qarışıq mülkiyyətin növü öz vəsaitini birləşdirən sahiblərim statusu ilə müəyyən edilir.

3.      Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hədlərdə onun ərazisində xarici dövlətlərin, onların hüquqi şəxslərini və vətəndaşlarının, beynəlxalq təşkilatların mülkiyyətinə yol verilir.

4. Dövlət mülkiyyətin müxtəlif formalarının inkişafı üçün şərait yaradır və onların müdafiəsinin təmin edir. Mülkiyyət hüququnun həyata keçirilməsində mülkiyyət formasından asılı olaraq məhdudiyyətlərə və ya üstünlüklərə yol verilmir.

M a d d ə 5. Əşya hüquqları

1.   Qanunda müəyyən edilmiş hallarda və hədlərdə mülkiyyətçi əmlaka sahiblik, ondan istifadə və onun barəsində sərəncam hüquqlarını başqa şəxslərə verə bilər, bu şəxslər həmin hüquqları qanunun və ya mülkiyyətçinin nəzərdə tutduğu hədlərdə həyata keçirirlər.

Azərbaycan Respublikasının və Naxçıvan Muxtar Respublikasının qanunvericilik aktlarında başqa hal nəzərdə tutulmayıbsa, mülkiyyətçinin əmlakından göstərilən şərtlərlə təsərrüfat və ya başqa məqsədlərlə istifadə edən şəxslərin hüquq və mənafelərinin müdafiəsi üçün onlara da mülkiyyətçi ilə eyni təminatlar verilir.

2.   Mülkiyyətçi ona məxsus olan əmlakı yaratdığı müəssisəyə tam təsərrüfatçılıq səlahiyyəti ilə təhkim edə bilər.

Müəssisə ona təhkim edilmiş əmlak üzərində tam təsərrüfatçılıq səlahiyyətini həyata keçirərək, göstərilən əmlaka sahiblik, ondan istifadə və onun barəsində sərəncam hüququna malikdir, həmin əmlak üzərində qanuna zidd olmayan istənilən hərəkətləri edə bilər. Əgər qanunvericilik aktlarında, yaxud müəssisə ilə mülkiyyətçi arasında bağlanmış müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, mülkiyyət hüququ normaları tam təsərrüfatçılıq səlahiyyətinə də tətbiq olunur.

Mülkiyyətçi və ya onun öz əmlakını idarə etmək üçün vəkil etdiyi şəxslər müəssisə yaratmaq, onun fəaliyyət məqsədlərini müəyyənləşdirmək, onu yenidən təşkil etmək və ləğv etmək məsələlərini qanuna və təsis sənədlərinə müvafiq surətdə həll edir, etibar olunmuş əmlakın səmərəli işlədilməsinə və salamatlığına nəzarət edirlər,

Mülkiyyətçi ilə müəssisə arasında bağlanmış müqaviləyə əsasən mülkiyyətçinin müəssisəyə verdiyi əmlakdan istifadə olunmasından götürülən mənfəətin bir hissəsini müəyyən edilmiş məbləğdə almağa ixtiyarı vardır. Bu payın müəyyənləşdirilməsi zamanı yaranan mübahisələr məhkəmə, arbitraj məhkəməsi və ya münsiflər məhkəməsi tərəfindən həll edilir.

3.  Mülkiyyətçinin vəsaiti ilə maliyyələşdirilən dövlət müəssisəsinə və başqa müəssisəyə onun təhkim etdiyi əmlak həmin müəssisənin operativ idarəsində olur. Bu müəssisə əmlaka sahiblik, ondan istifadə və onun barəsində sərəncam hüquqlarını qanunla müəyyənləşdirilmiş hədlərdə və qaydada, öz fəaliyyət məqsədlərinə, mülkiyyətçinin tapşırıqlarına və əmlakın təyinatına müvafiq surətdə həyata keçirir.

Azərbaycan Respublikasının və Naxçıvan Muxtar Respublikasının qanunvericiliyində başqa hal nəzərdə tutulmayıbsa, müəssisəyə təhkim olunmuş əmlakın mülkiyyətçisinin ixtiyarı var ki, bu əmlakı geri götürsün, yaxud yaratdığı digər hüquqi şəxslər arasında öz mülahizəsinə görə yenidən bölüşdürsün.

4. Mülkiyyətçinin razılığı ilə sahibkarlıq fəaliyyəti göstərən müəssisələr Azərbaycan Respublikasının və Naxçıvan Muxtar Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş hallarda bu cür fəaliyyətin gəliri və həmin gəlir hesabına əldə edilən əmlak barəsində müstəqil sərəncam vermək hüququ qazanırlar.

M a d d ə 6. Mülkiyyət hüququna xitam verilməsi

Azərbaycan Respublikasının v)z Naxçıvan Muxtar Respublikasının qanunvericilik aktlarında nəzərdə tutulmuş hallarda və qaydada mülkiyyətçinin öhdəlikləri üzrə əmlakın tutulmasından başqa, heç bir halda mülkiyyət hüququna mülkiyyətçinin iradəsi ziddinə xitam verilə bilməz.

Təbii fəlakət, qəza, epidemiya, epizootiya hallarında və digər bu cür hallarda cəmiyyətin xeyrinə olaraq dövlət hakimiyyəti orqanlarının qərarlarına əsasən əmlak qanunvericilik aktları ilə qoyulmuş qaydada və şərtlərlə, müvəqqəti və ya daimi olaraq mülkiyyətçinin əlindən alına bilər, bu zaman ona ya əmlakın dəyəri ödənilməlidir (həcz), ya da əldən çıxmış faydanın (bəhrənin) məbləği.

Qanunvericilik aktlarında nəzərdə tutulmuş hallarda əmlak mülkiyyətçidən cinayət törədilməsinə və ya digər hüquq pozuntusuna görə sanksiya şəklində məhkəmənin, arbitraj məhkəməsinin və ya səlahiyyətli başqa dövlət orqanının (vəzifəli şəxsin) qərarı ilə alına (müsadirə edilə) bilər.

M a d d ə 7. Mülkiyyətçinin əmlakına ödəmənin yönəldilməsi

1. Mülkiyyət və ya tam təsərrüfatçılıq səlahiyyəti əsasında hüquqi şəxsə məxsus olan hər hansı əmlaka hüquqi şəxsin öhdəlikləri üzrə ödəmələr yönəldilə bilər.

Dövlət müəssisəsi və ya başqa müəssisələr öhdəliklər üçün öz sərəncamındakı pul vəsaiti ilə cavabdehdir. Dövlət müəssisəsinin və ya başqa müəssisənin sərəncamında vəsait çatışmadıqda onun öhdəlikləri üçün müvafiq əmlakın mülkiyyətçisi məsuliyyət daşıyır.

2.    Bu Qanunda, Azərbaycan Respublikasının və Naxçıvan Muxtar Respublikasının başqa qanunvericilik aktlarında, yaxud hüquqi şəxsin təsis sənədlərində nəzərdə tutulmuş hallardan savayı, mülkiyyətçi və ya hüquqi şəxsin təsisçisi onların yaratdıqları hüquqi şəxslərin öhdəlikləri üçün cavabdeh deyildir, hüquqi şəxs isə mülkiyyətçinin və ya təsisçinin öhdəlikləri üçün cavabdeh deyildir.

3.    Vətəndaşlar öz öhdəlikləri üçün onlara mülkiyyət hüququ əsasında məxsus olan əmlak ilə cavabdehdirlər.

Vətəndaşların kreditorların tələbləri ilə ödəmənin yönəldilə bilmədiyi əmlakının siyahısı Azərbaycan Respublikasının Mülki prosessual məcəlləsi ilə müəyyən edilir.

4. Mülkiyyətçilərin dövlət qarşısında öhdəlikləri üzrə borcun, o cümlədən büdcəyə ödənişlər üzrə borcun qeyd-şərtsiz tutulmasına Azərbaycan Respublikasının və Naxçıvan Muxtar Respublikasının qanunvericilik aktlarında nəzərdə tutulmuş hallarda yol verilir. Mülkiyyətçi belə ödəmə haqqında qərarla razılaşmadıqda məhkəməyə və ya arbitraj məhkəməsinə iddia ilə müraciət edə bilər.

M a d d ə 8. Azərbaycan Respublikasının hüdudlarından kənarda mülkiyyət

Azərbaycan Respublikasının başqa ölkələrdəki dövlət, kooperativ əmlakına, onun ictimai birliklərinin və dini təşkilatlarının, habelə vətəndaşlarının əmlakına sahiblik, ondan istifadə və onun barəsində sərəncam şərtləri və qaydası mülkiyyətin olduğu dövlətlərin qanunları ilə, habelə bağlanmış sazişlərlə və beynəlxalq hüquq normaları ilə müəyyən edilir.

 

 

II BÖLMƏ

DÖVLƏT MÜLKİYYƏTİ HÜQUQU

 

M a d d ə 9. Dövlət mülkiyyəti haqqında ümumi müddəalar

1.   Azərbaycan Respublikasının dövlət mülkiyyəti Azərbaycan xalqına məxsusdur. Naxçıvan Muxtar Respublikasının dövlət mülkiyyəti Azərbaycan Respublikasının dövlət mülkiyyətinə daxildir.

2.   Azərbaycan Respublikası Ali Sovetinin qərarı ilə onun dövlət mülkiyyətinin bir hissəsi yerli dövlət hakimiyyəti orqanlarının mülkiyyətinə verilə bilər (bələdiyyə mülkiyyətin).

3.   Dövlət əmlakı barəsində sərəncam verilməsini və onun idarə edilməsinin müvafiq xalq deputatları Sovetləri və onların vəkil etdikləri dövlət orqanları Azərbaycan Respublikasının mənafeyinə zidd olmadan həyata keçirirlər.

4.   Bu Qanunun müddəaları başqa dövlətlərin Azərbaycan Respublikası ərazisindəki birgə və dövlət mülkiyyətinə də tətbiq edilir.

M a d d ə 10. Dövlət mülkiyyəti hüququnun obyektləri

1.   Respublika ərazisi hüdudlarında torpaq, yerin təki, daxili sular və ərazi suları, qitə şelfi, bitkilər və heyvanlar aləmi, hava hövzəsi Azərbaycan Respublikasının müstəsna mülkiyyətidir. Azərbaycan Respublikası torpağı öz vətəndaşlarının xüsusi mülkiyyətinə verə bilir.

2.   Azərbaycan Respublikası onun ərazisinə bitişik Xəzər dənizi iqtisadi zonasının ehtiyatlarına beynəlxalq hüquqla təsdiq edilmiş hədlərdə sahiblik, onlardan istifadə və onların barəsində sərəncam hüququna malikdir.

3.   Azərbaycan Respublikasının SSRİ-də yaradılmış əmlakda, o cümlədən almaz və valyuta fondlarında, qızıl ehtiyatında öz payı üzərində mülkiyyət hüququ vardır.    

4.   Azərbaycan Respublikasının ərazisində olan bütün xalq təsərrüfatı sahələrinin müəssisələri, energetika, nəqliyyat və rabitə şəbəkələri (sistemləri), dövlət mənzil fondu, dövlət idarələrinin əmlakı, mədəni sərvətlər və tarix abidələri, infrastruktur obyektləri, o cümlədən kurort-turist təyinatlı obyektlər, dövlətin vəsaiti hesabına yaradılmış digər əsas fondlar, dövlət bankları, maliyyə və kredit ehtiyatları, qiymətli kağızlar və suveren dövlət kimi Azərbaycan Respublikasının qarşısında duran vəzifələri həyata keçirmək üçün lazım olan digər əmlak Azərbaycan Respublikasının dövlət mülkiyyətinə aiddir.

5. Azərbaycan Respublikasının dövlət maliyyə ehtiyatları hesabına yaradılmış və başqa dövlətlərin ərazisində yerləşən müəssisələr və ya onların hissələri də Azərbaycan Respublikasının dövlət mülkiyyətidir.

M a d d ə 11. Bələdiyyə mülkiyyəti

1. Bələdiyyə mülkiyyətində yerli dövlət hakimiyyəti və yerli özünüidarə orqanlarının əmlakı, yerli büdcənin və büdcədənkənar fondların vəsaiti, mənzil fondu, mənzil fondu evlərindəki qeyri-yaşayış otaqları, mühəndis infrastrukturu obyektləri (su kəməri-kanalizasiya təsərrüfatı, istilik təchizatı, elektrik təchizatı, qaz təchizatı, şəhər elektrik nəqliyyatı qurğuları və şəbəkələri, bayır abadlıq obyektləri), istehlakçılara bilavasitə kommunal xidmətlər göstərən və xalq deputatları Sovetlərinin ərazisində olan digər obyektlər ola bilər.

2.   Kənd təsərrüfatı, ticarət, məişət xidməti, nəqliyyat, sənaye, tikinti müəssisələri və digər müəssisələr, əmlak kompleksləri, xalq təhsili, mədəniyyət, səhiyyə müəssisələri və inzpbati-ərazi qurumlarının iqtisadi və sosial inkişafı üçün lazım olan başqa əmlak bələdiyyə mülkiyyətində ola bilər.

3.   Yerli dövlət hakimiyyəti orqanları onların mülkiyyətində olan əmlakın hüquqi rejimini Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq surətdə müəyyən edirlər.

4.   Yerli dövlət hakimiyyəti orqanlarının sərəncamındakı obyektləri, Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulan hallar istisna olmaqla, həmin orqanlarla razılaşdırmadan özgəninkiləşdirmək, götürmək və yenidən bölüşdürmək qadağandır.

M a d d ə 12. Dövlət və bələdiyyə müəssisələri və idarələrinin əmlakı

1. Dövlət və ya bələdiyyə mülkiyyəti olan, dövlət və ya bələdiyyə müəssisəsinə təhkim edilmiş əmlak tam təsərrüfatçılıq səlahiyyəti ilə müəssisəyə məxsusdur.

2.   Dövlət və ya bələdiyyə əmlakının idarə olunması üçün vəkil edilmiş orqan dövlət və ya bələdiyyə müəssisəsinin yenidən təşkil olunması, yaxud ləğv edilməsi haqqında qərar qəbul etdikdə, müəssisə iqtidarsız (müflis) hesab edildiyi hallar istisna olmaqla, əmək kollektivinin ixtiyarı vardır ki, müəssisəni ona icarəyə verməyi və ya onu kollektiv, yaxud xüsusi mülkiyyət hüququna əsaslanan başqa müəssisəyə çevirməyi tələb etsin.

3.   Dövlət və ya bələdiyyə mülkiyyəti olan və mülkiyyətçi tərəfindən dövlət və ya bələdiyyə büdcəsindəki idarəyə təhkim edilmiş əmlak həmin idarənin operativ idarəsində olur.

M a d d ə 13. Dövlət /və bələdiyyə əmlakının dövlətsizləşdirilməsi və özləşdirilməsi

Dövlət və ya bələdiyyə mülkiyyətində olan müəssisələr, əmlak kompleksləri, binalar, qurğular və başqa əmlak Azərbaycan Respublikasının və Naxçıvan Muxtar Respublikasının qanunvericilik aktları ilə, xalq deputatları Sovetlərinin öz səlahiyyətləri daxilində qəbul etdikləri aktlarla qoyulmuş qaydada və şərtlərlə vətəndaşların və hüquqi şəxslərin xüsusi mülkiyyətinə çevrilə bilər.

 

III B Ö L M Ə K

KOLLEKTİV MÜLKİYYƏT HÜQUQU

 

M a d d ə 14. Kollektiv mülkiyyət hüququ haqqında ümumi müddəalar

1.   Kollektiv mülkiyyət hüququ əmlaka eyni zamanda sahiblik, ondan istifadə və onun barəsində sərəncam sahəsində kollektivin (şəxslər qrupunun) qanunla qorunan hüquqlarının məcmusudur.

Əmlak hər bir mülkiyyətçinin payı məlum olmaqla (paylı mülkiyyət), yaxud məlum olmamaqla (birgə mülkiyyət) kollektiv mülkiyyət hüququ əsasında məxsus ola bilər.

2.   Kollektiv mülkiyyətə hüquqi şəxslər olan kollektiv və icarə müəssisələrinin, kooperativlərin, səhmdar cəmiyyətlərinin, təsərrüfat ortaqlıqları və təsərrüfat assosiasiyalarının, həmkarlar ittifaqı təşkilatlarının və başqa ictimai və dini təşkilatların, vətəndaşların birlik və ictimai hərəkatlarının mülkiyyəti aiddir.

3.    Kollektiv mülkiyyət dövlət əmlakının qanunla qoyulmuş qaydada mülkiyyət kimi kollektivlərə verilməsi, hüquqi şəxslərin öz vəsaiti, yaxud borc aldıqları vəsait hesabına əmlak yaradılması və ya əldə edilməsi hesabına əmələ gəlir.

4.    Kollektiv mülkiyyətdə olan əmlaka sahiblik etmək, ondan istifadə etmək və onun barəsində sərəncam vermək bütün mülkiyyətçilərin razılığına əsaslanır, razılıq olmadıqda isə məsələ mülkiyyətçilərdən hər hansı birinin iddiası ilə məhkəmə, arbitraj və ya münsiflər məhkəməsi tərəfindən həll edilir.

5.    Kollektiv mülkiyyətdəki pay kənar şəxsə satılarkən bu payı almaq üçün üstünlük hüququ Azərbaycan Respublikasının və Naxçıvan Muxtar Respublikasının qanunvericiliyi və hüquqi şəxsin nizamnaməsi ilə qoyulmuş qaydada və şərtlərlə kollektiv mülkiyyətin talan iştirakçılarına verilir.

M a d d ə 15. Müəssisənin mülkiyyəti

Əmlak mülkiyyətçiləri kimi yaradılan və hüquqi şəxslər sayılan təsərrüfat cəmiyyətləri və ortaqlıqları, kooperativlər, kollektiv müəssisələr və başqa müəssisələr iştirakçılar tərəfindən onlara əmanətlər və başqa haqlar şəklində verilən əmlak üzərində, habelə öz sahibkarlıq fəaliyyəti nəticəsində aldıqları və qanunla yol verilən başqa əsaslarla əldə etdikləri əmlak üzərində mülkiyyət hüququna malikdirlər. Səhmdar cəmiyyətləri həm də səhmlərin satışından əldə etdikləri vəsaitin mülkiyyətçiləri sayılırlar.

M a d d ə 16. Sahibkar birliyinin mülkiyyəti

1. hüquqi şəxs sayılan təsərrüfat cəmiyyətlərinin və ortaqlıqlarının, kollektiv müəssisələrin və icarə müəssisələrinin, kooperativlərin və başqa hüquqi şəxslərin sahibkar birliyi (konsernlər, assosiasiyalar, sahələrarası regional birliklər və başqa birliklər) iştirakçılar tərəfindən könüllü surətdə onun mülkiyyətinə verilən, habelə sahibkar birliyinin fəaliyyəti nəticəsində əldə edilən əmlak üzərində mülkiyyət hüququna malikdirlər.

2.   Sahibkar birliyi iştirakçılarının birliyə daxil olmayan əmlakı üzərində birliyin mülkiyyət hüququ yoxdur.

3.   Sahibkar birliyinin fəaliyyətin xitam verildikdən sonra qalan əmlak birliyə daxil olmuş müəssisələr və təşkilatlar arasında bölüşdürülür.

M a d d ə 17. İctimai birliklərinin mülkiyyəti

1.   Hüquqi şəxslər sayılan ictimai birliklərin mülkiyyətində binalar, tikililər, mənzil fondu, avadanlıq, inventar, mədəni-maarif və sağlamlıq təyinatlı əmlak, pul vəsaiti, səhmlər, digər qiymətli kağızlar və onların nizamnamələrində nəzərdə tutulmuş fəaliyyətin maddi təminatı üçün zəruri sayılan başqa əmlak ola bilər.

İctimai birliklər sahibkarlıq fəaliyyətilə məşğul ola bilərlər, bu fəaliyyəti həyata keçirmək məqsədilə müəssisələr və nizamnamə vəzifələrinin yerinə yetirmək üçün zəruri olan hədlər daxilində başqa əmlak yarada və ala bilərlər.

2.   İctimai birliklər tərəfindən yaradılan, yaxud əldə edilən, hüquqi şəxslər olan müəssisələr və idarələr özlərinə təhkim edilmiş əmlak üzərində tam təsərrüfat səlahiyyətinə və ya operativ idarəetmə hüququna malikdirlər.

3.   İctimai birlik ləğv edildikdə qalan əmlak büdcə, banklar və başqa kreditorlar ilə haqq-hesabdan sonra birliyin nizamnaməsində nəzərdə tutulan məqsədlərə yönəldilir.

M a d d ə 18. Xeyriyyə fondlarının və başqa ictimai fondların mülkiyyəti

1.   Hüquqi şəxslər sayılan xeyriyyə fondları və başqa ictimai fondlar öz nizamnamələrində nəzərdə tutulan fəaliyyəti həyata keçirmək üçün təsisçilərin onlara verdikləri əmlak üzərində mülkiyyət hüququna malikdirlər.

Xeyriyyə fondları və başqa ictimai fondlar təsərrüfat fəaliyyətindən əldə etdikləri gəlirlər də daxil olmaqla öz vəsaitlərin ilə aldıqları və ya yaratdıqları əmlak üzərində, habelə vətəndaşlar, hüquqi şəxslər və ya dövlət tərəfindən verilən, qanunun yol verdiyi başqa əsaslarla alınan əmlak üzərində mülkiyyət hüququna malikdirlər. Onlar öz mülkiyyətində olam əmlakdan istifadə haqqında hesabatları hamının tanış olması üçün dərc edirlər.

2. Xeyriyyə fondları və başqa ictimai fondlar hüquqi şəxs sayılan müəssisə və idarələr yaratdıqda və ya aldıqda, habelə xeyriyyə fondu və ya başqa ictimai fond ləğv edildikdə bu Qanunun 17-ci maddəsinin müvafiq surətdə 2 və 3-cü bəndlərində nəzərdə tutulmuş müddəalar tətbiq edilir.

M a d d ə 19. Dini təşkilatların mülkiyyəti

1. Hüquqi şəxslər sayılan diş təşkilatların mülkiyyətində binalar, ayin predmetləri, istehsal, sosial və xeyriyyə təyinatlı obyektlər, pul vəsaiti və onların fəaliyyəti üçün zəruri sayılan başqa əmlak ola bilər.

Dini təşkilatların öz vəsaitləri hesabına aldıqları və ya yaratdıqları, vətəndaşların, təşkilatların bağışladığı və ya dövlətin sahibliyə, istifadəyə və sərəncama verdiyi, yaxud qanunla yol verilən başqa əsaslarla alınmış əmlak üzərində mülkiyyət hüququ vardır.

2. Dini təşkilatların hüquqi şəxslər kimi yaratdıqları müəssisələrin və idarələrin özlərinə təhkim edilmiş əmlak üzərində tam təsərrüfat səlahiyyət hüququ və ya operativ idarəetmə hüququ vardır.

3.   Diş təşkilat ləğv edildiyi halda büdcə, banklar və başqa kreditorlar ilə haqq-hesabdan sonra qalan əmlak təşkilatın nizamnaməsində nəzərdə tutulmuş məqsədlərə yönəldilir.

 

IY  B Ö L M Ə

XÜSUSİ MÜLKİYYƏT HÜQUQU

M a d d ə 20. Xüsusi mülkiyyət hüququ haqqında ümumi müddəalar

1.   Xüsusi mülkiyyət hüququ istehsal vasitələrinə, qeyri-istehsal təyinatlı predmetlərə və sərvətlərə, pul vəsaitinə və qiymətli kağızlara, onlardan istifadə olunmasının nəticələrinə sahiblik, onlardan istifadə və onların barəsində sərəncam sahəsində ayrı-ayrı şəxslərin qanunla qorunan hüquqlarının məcmusudur. Xüsusi mülkiyyət hüququ həyata keçirilərkən qanunvericilikdə nəzərdə tutulmuş qaydada və hədlərdə muzdlu əməyin tətbiqi mümkündür.

2.   Vətəndaş məhsuldar və yaradıcı əməkdə öz qabiliyyətindən istifadə etməkdə müstəsna hüquqa malikdir.

3.   Vətəndaşın mülkiyyəti onun istehsalda iştirakı və əmək qabiliyyətindən başqa cür istifadə etməsi, öz təsərrüfatını idarə etməsi, sahibkarlıq fəaliyyəti, vərəsəlik üzrə və qanuna zidd olmayan başqa əsaslarla əmlak əldə etməsi nəticəsində qazanılan gəlir hesabına yaradılır və artırılır.

4.   Vətəndaşın əmlaka vərəsəlik hüququ qanunla təsdiq edilir və qorunur.

M a d d ə 21. Vətəndaşın mülkiyyət hüququnun obyektləri

1. Vətəndaşın mülkiyyətində aşağıdakılar ola bilər:

-    torpaq sahələri;

-    yaşayış evləri, mənzillər; bağlar, bağ evləri, qarajlar, ev təsərrüfatı ləvazimatı və şəxsi istehsal predmetləri; ,

-    pul vəsaiti;

-    səhmlər, istiqraz vərəqələri və başqa qiymətli kağızlar;

-    kütləvi informasiya vasitələri;

-    mallar istehsalı, məişət xidməti, ticarət sahəsində, sahibkarlıq fəaliyyətinin başqa sahəsində müəssisələr, əmlak kompleksləri, binalar, tikililər, avadanlıq, nəqliyyat vasitələri və başqa istehsal vasitələri;

-    dövlət təhlükəsizliyi və ya ictimai təhlükəsizlik mülahizələrinə, yaxud beynəlxalq öhdəliklərə görə vətəndaşa məxsus ola bilməyən əmlakın qanunvericilik aktlarında nəzərdə tutulan ayrı-ayrı növləri istisna olmaqla, istehsal, istehlak, sosial, mədəni və başqa təyinatlı hər hansı digər əmlak.

2.   Vətəndaşın qanuna və ya müqaviləyə uyğun olaraq əldə etdiyi əmlakın miqdarı və ya dəyəri məhdudlaşdırılmır.

3. Mənzil, mənzil-tikinti, bağ, qaraj kooperativinin üzvü onun istifadəsinə verilmiş mənzil, bağ, bağ evi, qaraj və ya başqa bina və ya tikili üçün özünün pay haqqını tamamilə verdikdən sonra bu əmlak üzərində mülkiyyət hüququ qazanır.

Mülkiyyətçi ilə müqavilə üzrə və ya onun vərəsəsi sifətilə bu tikililəri və yay binaları öz mülkiyyəti kimi əldə edən vətəndaş verdiyi ərizə əsasında. müvafiq kooperativin üzvlüyünə qəbul edilir.

4.   Yerli xalq deputatları Sovetlərinin dövlət, ictimai və mənzil fondunun evində mənzil kirayə edən şəxs və onun ailə üzvləri müvafiq mənzili, evi almaq yolu ilə və ya Azərbaycan Respublikasının və Naxçıvan Muxtar Respublikasının qanunvericiliyində nəzərdə tutulan başqa əsaslarla mülkiyyət kimi əldə etmək ixtiyarına malikdirlər.

5.   Mülkiyyətində mənzil, yaşayış evi, bağ, qaraj, başqa binalar və tikililər olan vətəndaş həmin mülkiyyət barəsində öz istəyinə görə sərəncam vermək: bumları satmaq, bağışlamaq, vəsiyyət etmək, icarəyə vermək, bunlar barəsində qanuna zidd olmayan başqa əqdlər bağlamaq hüququna malikdir.

6.   Vətəndaş öz əmlakından vətəndaşların və hüquqi şəxslərin təsərrüfat cəmiyyətlərinə və ortaqlıqlarına, kooperativlərinə, kollektiv və başqa müəssisələrinə əmanət kimi istifadə edərək sahibkarlıq fəaliyyəti göstərə bilər.

7.   Vətəndaş hüquqi şəxs yaratmadan öz mülkiyyətində olan əmlakdan sahibkarlıq fəaliyyəti üçün istifadə edə bilər.

8.   Vətəndaş əmlakını öz yaratdığı müəssisəyə təhkim etdiyi hallarda, bu Qanunun 5-ci maddəsinin 2-ci bəndində nəzərdə tutulmuş hüquqları əldə edir.

9.   Kəndli təsərrüfatı, bağçılıq, bostançılıq və kənd təsərrüfatı istehsalının başqa formalarımı Yaratmaq, habelə yaşayış evi, qaraj, başqa yardımçı binalar tikmək üçün vətəndaşlar Azərbaycan Respublikasının qanunvericiliyində müəyyən edilmiş qaydada torpaq sahələrini mülkiyyətə ala bilərlər.

Həmin məqsədlərlə torpaq sahələri vətəndaşların vərəsəlik üzrə keçən ömürlük sahibliyinə verilə bilər. Bu sahələrdə istehsal edilən məhsul və əldə olunan gəlir vətəndaşın mülkiyyəti sayılır və o, bunlardan öz istəyinə görə istifadə edir.

 

ö l m ə

MÜLKİYYƏT HÜQUQUNUN MÜDAFİƏSİ

 

M a d d ə 22. Mülkiyyət hüququnun müdafiəsi haqqında əsas müddəalar

1. Mülkiyyətçinin başqasının qanunsuz sahib olduğu öz əmlakını tələb etməyə hüququ vardır.

Əgər əmlak onu özgəninkiləşdirməyə hüququ olmayan şəxsdən satın alınmışdırsa, alıcı həmin şəxsin əmlakı özgəninkiləşdirmək hüququna malik olmadığını bilməmişdirsə və ya bilə də bilməzdisə (vicdanlı əldə edən), mülkiyyətçi bu əmlakı əldə edəndən o halda geri tələb etmək ixtiyarına malikdir ki, əmlak mülkiyyətçinin özü və ya sahiblik etmək üçün verdiyi şəxs tərəfindən itirilmiş olsun, yaxud onların birindən oğurlanmış olsun, yaxud onların iradəsindən asılı olmayaraq başqa bir yolla onların sahibliyindən çıxmış olsun. Pullar, habelə adsız qiymətli kağızlar vicdanlı əldə edənlərdən geri tələb edilə bilməz.

2. Pozulmuş hüquqlar sahiblikdən məhrum edilmə ilə əlaqədar olmadıqda da mülkiyyətçi özünün bütün pozulmuş hüquqlarının bərpa edilməsinin tələb edə bilər.

3.    Cinayət nəticəsində mülkiyyətçiyə dəymiş zərərin əvəzi məhkəmənin qərarı ilə dövlət tərəfindən ödənilir. Bu zaman dövlətin çəkdiyi xərclər Azərbaycan Respublikasının qanunvericiliyinə uyqun olaraq məhkəmə qaydası ilə müqəssirdən tutulur.

4.    Mülkiyyətçinin hüququ məhkəmə, arbitraj məhkəməsi və ya münsiflər məhkəməsi tərəfindən müdafiə edilir.

5.    Bu maddədə nəzərdə tutulan, hüquqlar həmçinin mülkiyyətçi olmasa da, tam təsərrüfat səlahiyyəti, operativ idarəetmə, vərəsəlik üzrə keçə bilən ömürlük sahiblik hüququ əsasında və ya qanun, yaxud müqavilə ilə nəzərdə tutulan başqa əsasla əmlaka sahiblik edənə də məxsusdur. həmin şəxs öz əmlakını mülkiyyətçidən müdafiə etmək hüququna malikdir.

M a d d ə 23. Qanunda nəzərdə tutulan əsaslar üzrə mülkiyyətçinin hüquqlarına xitam verildikdə onun mənafelərinin müdafiəsi

1. Azərbaycan Respublikası və ya Naxçıvan Muxtar Respublikası mülkiyyət hüququna xitam verən qanunvericilik aktları qəbul etdikdə həmin aktların qəbul olunması nəticəsində mülkiyyətçiyə dəyən zərərin əvəzi məhkəmənin qərarı ilə Azərbaycan Respublikası və ya Naxçıvan Muxtar Respublikası tərəfindən mülkiyyətçiyə tam həcmdə ödənilir.

Mübahisə yarandıqda məsələni məhkəmə həll edir.

M a d d ə 24. Mülkiyyətçilərin hüquqlarımı pozan aktların etibarsızlığı

1.   Dövlət idarəetmə orqanları və ya yerli dövlət hakimiyyəti orqanı tərəfindən qanuna uyğun gəlməyən aktın qəbul edilməsi nəticəsində mülkiyyətçinin və başqa şəxslərin. omlara məxsus əmlaka sahiblik, ondan istifadə və onun barəsində sərəncam hüquqları pozulursa, həmin akt mülkiyyətçinin və ya hüquqları pozulan şəxsin iddiasına əsasən məhkəmə tərəfindən etibarsız sayıla bilər.

2.   Göstərilən aktların qəbul edilməsi nəticəsində vətəndaşlara, təşkilatlara və başqa şəxslərə dəyən zərəri, o cümlədən əldən çıxan faydanın əvəzi müvafiq hakimiyyət və ya idarəetmə orqanının sərəncamında olan vəsait hesabına tam həcmdə ödənilməlidir.

3.   Dövlət orqanının mülkiyyətçidən əmlakın bilavasitə alınmasına yönəldilən qərarı ilə, o cümlədən mülkiyyətçiyə məxsus evin, başqa tikililərin, qurğuların və ya əkililərin yerləşdiyi torpaq sahəsinin alınmasına dair qərarla əlaqədar olaraq mülkiyyət hüququna xitam verilməsinə yalnız Azərbaycan Respublikasının və Naxçıvan Muxtar Respublikasının qanunvericilik aktları ilə müəyyən olunmuş hallarda və qaydada yol verilir. Bu zaman mülkiyyətçiyə eyni dəyərə malik əmlak verilir və ya mülkiyyət hüququna xitam verilməsi ilə əlaqədar dəymiş zərərin əvəzi tam həcmdə ödənilir.

Mülkiyyətçi mülkiyyət hüququna xitam verən qərarla razılaşmadıqda möhkəmə, arbitraj məhkəməsi , və ya münsiflər məhkəməsi mübahisəni həll edənədək həmin qərar həyata keçirilə bilməz. Dəymiş zərərin mülkiyyətçiyə qaytarılması ilə əlaqədar bütün məsələlər mübahisəyə baxılarkən həll edilir.

Azərbaycan Respublikasının Prezidenti

A. MÜTƏLLİBOV.

 

Bakı şəhəri, 9 noyabr 1991-ci il.

             № 256-XII.

 

 

Qaynar xətt nömrələri

Daxili İşlər Nazirliyi-102

Fövqəladə Hallar Nazirliyi-112

Vergilər Nazirliyi-195

İqtisadi İnkişaf Nazirliyi-195-2

Ədliyyə Nazirliyi-195

İnsan alveri ilə bağlı Daxili İşlər Nazirliyinin Qaynar xətti-152

Qeydiyyat və Notariat Baş İdarəsi-1650

Dövlət Miqrasiya Xidməti-919

Dövlət Gömrük Komitəsi-195

Yanğın xidməti-101

Polis-102

Təcili yardım-103

 

Sənəd nümunələri

İddiya ərizələri, şikayət nümunələri, əmək müqaviləsi,

Sənədlər

Go to top