I. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.
Konstitusiya
                                                Hərbi qulluqçuların statusu haqqında AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

 

Maddə 12. Hərbi qulluqçuların mənzillə və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsilə təmin olunmaq hüququ [1]

1. Hərbi qulluqçunun (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) xidmət yerinə kəlməsindən ən geci 3 ay keçənədək ona və onunla birlikdə yaşayan ailə üzvlərinə Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş normalara uyğun kələn xidməti mənzil verilir. Xidməti mənzil Azərbaycan Respublikası Müdafiə Nazirliyinin, başqa mərkəzi icra hakimiyyəti orqanlarının və yerli icra hakimiyyəti başçılarının fondlarından ayrılır. Hərbi qulluqçular və onların ailə üzvləri xidməti mənzil alanadək xidmət yeri üzrə (qoşun hissəsinin ünvanı, müvəqqəti yaşayış ünvanı üzrə) qeydiyyata alınır, xidmət yerində onlara müvəqqəti mənzilin əsas kirayəçidən kirayəyə götürülməsi (kirayəsi) üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyən etdiyi məbləğdə pul kompensasiyası ödənilir. [2]

Hərbi təhsil müəssisələrinin ailəli kursantları ailə yataqxanalarında yerləşdirilir, belə yataqxanalar olmadıqda isə onlara müvəqqəti mənzilin əsas kirayəçidən kirayəyə götürülməsi (kirayəsi) üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyən etdiyi məbləğdə pul kompensasiyası ödənilir. [3]

Müvəqqəti mənzilin kirayəsi üçün ödənilən kompensasiyanın məbləği hərbi qulluqçular (hərbi təhsil müəssisələrinin ailəli kursantları) üçün ayda iyirmi səkkiz manatdan, onların hər bir ailə üzvü üçün isə həmin məbləğin əlli faizindən az olmayaraq müəyyən edilir.[4]

Hərbi qulluqçular (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) üçün yaşayış sahələrinin, o cümlədən xidməti mənzillərin tikintisi bu məqsədlər üçün hər il dövlət büdcəsindən ayrılan vəsait hesabına həyata keçirilir.[5]

2. Azərbaycan Respublikası Silahlı Qüvvələrində 15 təqvim ili və daha çox xidmət etmiş xidməti mənzillərdə yaşayan və ya yaşayış sahəsi olmayan hərbi qulluqçuların (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) ehtiyata və ya istefaya buraxılmış hərbi qulluqçuların qanunvericilikdə nəzərdə tutulmuş qaydada 6 ay müddətinə yerli icra hakimiyyəti orqanı tərəfindən yaşayış sahəsi və ya fərdi yaşayış evinin tikintisi üçün müəyyən olunmuş qaydada bələdiyyələrdən pulsuz torpaq sahəsi almaq hüququ vardır. [6]

Bu hüququ həyata keçirdikdən sonra xidməti mənzil sahəsinə malik olan hərbi qulluqçular mənzili müəyyən edilmiş qaydada təhvil verməyə borcludurlar. [7]

Yaşa, xəstəliyə, ştatların ixtisarına, ailə vəziyyətinə görə ehtiyata və ya istefaya buraxılmış zabitləri, gizirlər və miçmanları müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularını yerli icra hakimiyyəti başçıları mənzillə və ya mənzil olmadıqda müəyyən olunmuş qaydada bələdiyyələr fərdi yaşayış evinin tikintisi üçün pulsuz torpaq sahəsilə ilk növbədə, lakin mövcud qeydiyyat qaydasını nəzərə almaqla seçilmiş yaşayış yerinə onların gəldikləri kündən ən geci 6 ay keçənədək təmin edirlər. Həm də müddətindən artıq xidmət hərbi qulluqçuları göstərilən qaydada mənzillə və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsilə bu şərtlə təmin edilirlər ki, 15 təqvim, ili və daha çox xidmət etmiş olsunlar, Azərbaycan Respublikasının Silahlı Qüvvələri sayının ixtisarı ilə əlaqədar buraxılmış hərbi qulluqçular isə bu şərtlə təmin edilirlər ki, azı 5 təqvim ili xidmət etmiş olsunlar. Bundan ötrü hərbi qulluqçuların yaşa görə buraxılmasına 3 il qalmış, komandanlığın vəsatəti ilə onlar seçdikləri yaşayış yerindəki yerli icra hakimiyyəti başçıları tərəfindən mənzilə və ya bələdiyyələr tərəfindən fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsinə ehtiyacı olanların siyahılarına daxil edilirlər. Yerli icra hakimiyyəti başçıları və bələdiyyələr göstərilən hərbi qulluqçuların mənzil və ya torpaq sahəsi almaq üçün uçota götürülməsi barədə komandanlığa 3 ay müddətində məlumat verirlər. [8]

Ehtiyata və ya istefaya buraxılmış şəxslərin seçilmiş yaşayış yerinə gəldikləri günün 3 aylığından mənzil və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi alanadək müvəqqəti mənzil kirayəsi xərclərini bu şəxslərin müvəqqəti yaşayış yerindəki yerli icra hakimiyyəti başçıları Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyən etdiyi məbləğdə və qaydada ödəyirlər.

Hərbi xidmət vəzifələrinin icrası dövründə əlil olmuş və bununla əlaqədar hərbi xidmətdən buraxılmış hərbi qulluqçulara seçdikləri yaşayış yerində mənzil və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi növbədənkənar verilir. [9]

3.    İstər hərbi xidmətdə olan, istərsə də ehtiyata və ya istefaya buraxılmış “polkovnik” rütbəli, buna bərabər və bundan yuxarı rütbəli zabitlərə, alimlik dərəcəsi olan hərbi qulluqçulara Azərbaycan Respublikasının qanunvericiliyində müəyyən edilən ölçüdə əlavə yaşayış sahəsi verilir.

4. (Çıxarılıb)  [10]

5.   Hərbi qulluqçular (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) həmin yaşayış məntəqəsində hərbi xidmətinin müddətindən asılı olmayaraq güzəştli şərtlərlə mənzil-tikinti (mənzil) kooperativlərinə daxil olmaq, fərdi yaşayış evləri almaq və tikmək hüququna malikdirlər.

Mənzil-tikinti (mənzil) kooperativlərinə daxil olan və ya fərdi yaşayış evi tikən (satın alan) və başqa daimi mənzili olmayan hərbi qulluqçulara onların xidmət yerində mənzil haqqı üzrə və ya fərdi mənzil tikintisi üçün bank krediti üzrə borcu ödəməkdə əvəzsiz maliyyə yardımı göstərilir: fasiləsiz 15 təqvim ili və daha çox müddətdə qüsursuz hərbi xidmət edənlərə 50 faiz miqdarında, 20 təqvim ili və daha çox müddətdə qüsursuz hərbi xidmət edənlərə 100 faiz miqdarında.

Kooperativ mənzil haqqının və ya dövlət bankı kreditlərinin ödənilməsi sahəsində əvəzsiz maliyyə yardımı göstərilməsinin qaydası bu bənddə göstərilmiş və ya ehtiyata, yaxud istefaya buraxılmış hərbi qulluqçular sırasından mənzil-tikinti (mənzil) kooperativlərinin üzvü olan şəxslərə və fərdi ev tikənlərə də şamil edilir.

15 təqvim ili və daha çox xidmət etmiş hərbi qulluqçulara hüquq verilir ki, ehtiyata və ya istefaya buraxıldıqdan sonra yaşayacaqları yaşayış məntəqələrinin (əkər yaşayış məntəqələri Azərbaycan Respublikasının ərazisində yerləşirsə) mənzil-tikinti (mənzil) kooperativlərinə daxil olsunlar.

Yerli icra hakimiyyəti başçıları fərdi mənzil tikintisində və ya evlər alınmasında, o cümlədən kənd yerində fərdi mənzil tikintisində və ya evlər alınmasında iştirak etmək arzusunu bildirən zabitlərə, gizirlər və miçmanlara müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularına torpaq sahələri ayırmalı, tikintidə, tikinti. materialları almaqda kömək göstərməlidirlər. [11]

  1. Yaşına, xəstəliyə görə, ştatların ixtisarına, ailə vəziyyətinə görə həqiqi ehtiyata və ya istefaya buraxılmış, 20 təqvim ili və daha çox xidmət etmiş hərbi qulluqçular (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) bələdiyyə torpaqlarının mülkiyyətə (icarəyə) verilməsi məqsədilə torpaq hərracları və ya müsabiqələrinin keçirilməsi zamanı "Torpaq bazarı haqqında" Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin üçüncü hissəsində nəzərdə tutulmuş üstünlük hüququna malikdirlər. [12]
  2. Yaşına, səhhətinə, ştatların ixtisarına görə ehtiyata yaxud istefaya buraxılmış şəxslər

(əgər Silahlı Qüvvələrin və qanunvericilikdə nəzərdə tutulan hallarda digər silahlı birləşmələrin sıralarında 15 təqvim ilindən az olmayaraq və onun beş ildən az olmayan müddətini Azərbaycan Respublikası Silahlı Qüvvələri və qanunvericilikdə nəzərdə tutulan hallarda digər silahlı birləşmələri sıralarında xidmət edibsə) müvafiq icra hakimiyyəti orqanı tərəfindən, Azərbaycan Respublikası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada yaşayış sahələri (yaşayış sahəsi alana kimi isə kirayə haqqı ilə təmin edilirlər). [13]

  1. (Çıxarılıb) [14]
  2. Gəmidə olan matroslardan və starşinalardan başqa, müddətli xidmət hərbi qulluqçuları Azərbaycan Respublikası Silahlı Qüvvələri nizamnamələrinin tələblərinə uyğun olaraq qışlaqlarda yerləşdirilir.

Müddətli xidmət hərbi qulluqçularının hərbi xidmətə çağırılanadək yaşadıqları mənzil saxlanılır və onlar mənzil almaq üçün növbəyə dayananların siyahısından çıxarıla bilməzlər. Müddətli xidmət hərbi qulluqçularının ailəsi yaşadığı mənzilin haqqını 50 faiz güzəştlə ödəyir.

10.  Hərbi qulluqçuların, həqiqi hərbi xidmətdən ehtiyata və ya istefaya buraxılmış şəxslərin və ailə üzvlərinin bu maddədə nəzərdə tutulan mənzil hüquqları pozulduqda onların hüququ var ki, qanuni hüquqlarının təmin edilməsi və zərərin ödənilməsi barədə müvafiq yerli icra hakimiyyəti başçısına qarşı iddia ilə məhkəməyə, hərbi idarəetmə orqanlarına və ya başqa dövlət orqanına müraciət etsinlər. [15]

 

Azərbaycan Respublikasının Prezidenti

A. MÜTƏLLİBOV.

 

Bakı şəhəri, 25 dekabr 1991-ci il.

                   № 36.

 

 

İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI

 

  1. 1.       12 yanvar 1993-cü il tarixli 450 nömrəli Azərbaycan Respublikasının Qanunu (AR Ali Sovetinin Məlumatı, 1993-cü il, № 5, maddə 132)
  2. 2.       2 may 1995-ci il tarixli 1030 nömrəli Azərbaycan Respublikasının Qanunu
  3. 3.       25 aprel 1997-ci il tarixli 279-IQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının qanunvericilik toplusu, 1997-ci il, № 5, maddə 378)
  4. 4.       7 oktyabr 1997-ci il tarixli 378-IQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının qanunvericilik toplusu, 1998-ci il, № 1, maddə 15)
  5. 5.       10 oktyabr 1997-ci il tarixli 380-IQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının qanunvericilik toplusu, 1998-ci il, № 1, maddə 16)
  6. 6.       2 aprel 1999-cu il tarixli 649-IQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının qanunvericilik toplusu, 1999-cu il, № 4, maddə 228)
  7. 7.       2 aprel 1999-cu il tarixli 650-IQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının qanunvericilik toplusu, 1999-cu il, № 5, maddə 286)
  8. 8.       27 mart 2001-ci il tarixli 107-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının qanunvericilik toplusu, 2001-ci il, № 1, maddə 16)
  9. 9.       27 mart 2001-ci il tarixli 108-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının qanunvericilik toplusu, 2001-ci il, № 6, maddə 363)
  10. 10.    12 oktyabr 2001-ci il tarixli 202-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının qanunvericilik toplusu, 2001-ci il, № 11, maddə 694)
  11. 11.    15 noyabr 2001-ci il tarixli 214-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının qanunvericilik toplusu, 2001-ci il, № 12, maddə 731)
  12. 12.    23 noyabr 2001-ci il tarixli 219-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının qanunvericilik toplusu, 2001-ci il, № 12, maddə 736)
  13. 13.    30 dekabr 2003-cü il tarixli 568-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının qanunvericilik toplusu, 2004-cü il, № 2, maddə 57)
  14. 14.    5 mart 2004-cü il tarixli 597-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının qanunvericilik toplusu, 2004-cü il, № 4, maddə 199)
  15. 15.    5 mart 2004-cü il tarixli 598-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının qanunvericilik toplusu, 2004-cü il, № 3, maddə 133)
  16. 16.    6 aprel 2004-cü il tarixli 620-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının qanunvericilik toplusu, 2004-cü il, № 4, maddə 212)
  17. 17.    18 may 2004-cü il tarixli 652-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının qanunvericilik toplusu, 2004-cü il, № 7, maddə 507)
  18. 18.    1 iyun 2004-cü il tarixli 679-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının qanunvericilik toplusu, 2004-cü il, № 8, maddə 596)
  19. 19.    1 sentyabr 2005-ci il tarixli 977-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” Qəzeti, 11 oktyabr 2005-ci il)
  20. 20.    23 dekabr 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” Qəzeti, 30 dekabr 2005-ci il)
  21. 21.    3 mart 2006-ci il tarixli  75-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, № 4, maddə 312)
  22. 22.    20 oktyabr 2006-cı il tarixli 171-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, № 11, maddə 933)
  23. 23.    17 aprel 2007-ci il tarixli 317-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının qanunvericilik toplusu, 2007-ci il, № 6, maddə 561)
  24. 24.    16 iyun 2007-ci il tarixli 389-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, № 8, maddə 756)
  25. 25.    19 oktyabr 2007-ci il tarixli 462-IIIQD nömrəli Azərbaycan Respublikası Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, № 11, maddə 1078)
  26. 26.    9 oktyabr 2007-ci il tarixli 430-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının qanunvericilik toplusu, 2007-ci il, № 11, maddə 1053)
  27. 27.    1 fevral 2008-ci il tarixli 540-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının qanunvericilik toplusu, 2008-ci il, № 3, maddə 156)
  28. 28.    24 iyun 2008-ci il tarixli 654-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan  Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, №6, maddə 481)
  29. 29.    2 iyun 2008-ci il tarixli 618-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, № 6, maddə 462)
  30. 30.    4 iyul 2008-ci il tarixli 668-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 10 avqust 2008-ci il, № 176, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, № 8, maddə 709)
  31. 31.    28 oktyabr 2008-ci il tarixli 709-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti  12 dekabr 2008-ci il, № 277, Azərbaycan Respublikasının qanunvericilik toplusu, 2008-ci il, № 12, maddə 1048)
  32. 32.    1 fevral 2010-cu il tarixli 951-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 19 mart 2010-cu il, № 62, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010-cu il, № 03, maddə 171)
  33. 33.    11 may 2010-cu il tarixli 1005-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti  12 iyun 2010-cu il, № 126, Azərbaycan Respublikasının qanunvericilik toplusu, 2010-cu il, № 6, maddə 482)
  34. 34.    21 dekabr 2010-cu il tarixli 38-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Respublika” qəzeti, 18 fevral 2011-ci il, № 38, “Azərbaycan” qəzeti, 20 fevral 2011-ci il, № 40, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011-ci il, № 02, maddə 71)
  35. 35.    17 oktyabr 2014-cü il tarixli 1053-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Respublika” qəzeti, 25 noyabr 2014-cü il, № 257)

 

QANUNA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI

 



[1] 28 oktyabr 2008-ci il tarixli 709-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti  12 dekabr 2008-ci il, № 277, Azərbaycan Respublikasının qanunvericilik toplusu, 2008-ci il, №12, maddə 1048) ilə 12-ci maddəsində  maddənin adında və 2-ci bəndinin üçüncü abzasının ikinci cümləsində "torpaq sahəsilə", həmin bəndin üçüncü abzasının birinci cümləsində "pulsuz torpaq sahəsilə", üçüncü cümləsində "torpaq sahəsinə", dördüncü cümləsində, dördüncü və beşinci abzaslarında "torpaq sahəsi" sözlərindən əvvəl "fərdi yaşayış evinin tikintisi üçün" sözləri əlavə edilmişdir.

 

[2] 7 oktyabr 1997-ci il tarixli 378-IQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının qanunvericilik toplusu, 1998-ci il, №1, maddə 15) ilə 12-ci maddənin birinci bəndinin birinci abzasında “müddətli xidmət hərbi qulluqçularından başqa” sözləri “müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa” sözləri ilə, “qoşun hissəsinin ünvanı” sözləri “hərbi hissənin ünvanı”  sözləri ilə əvəz edilmişdir.

5 mart 2004-cü il tarixli 597-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının qanunvericilik toplusu, 2004-cü il, № 4, maddə 199) ilə 12-ci maddənin 1-ci bəndinin ikinci cümləsində "nazirliklərin, baş idarələrin" sözləri "mərkəzi icra hakimiyyəti orqanlarının"  sözləri ilə əvəz edilmişdir.

 

[3] 21 dekabr 2010-cu il tarixli 38-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Respublika” qəzeti, 18 fevral 2011-ci il, № 38, “Azərbaycan” qəzeti, 20 fevral 2011-ci il, № 40, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011-ci il, № 02, maddə 71)  ilə 12-ci maddənin 1-ci bəndinin ikinci və üçüncü hissələrində “tədris” sözü “təhsil” sözü ilə əvəz  edilmişdir.

 

[4] 2 iyun 2008-ci il tarixli 618-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, № 6, maddə 462) ilə 12-ci maddəsinin 1-ci bəndinin üçüncü abzasında “şərti maliyyə vahidi məbləğinin iyirmi beş mislindən” sözləri “iyirmi səkkiz manatdan” sözləri ilə əvəz edilmişdir.

 

[5]  3 mart 2006-ci il tarixli nömrəli 75-IIIQD Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, № 4, maddə 312) ilə  12-ci maddənin birinci bəndinə üçüncü və dördüncü abzaslar əlavə edilmişdir.

                                                                                                                              

[6] 6 aprel 2004-cü il tarixli 620-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının qanunvericilik toplusu, 2004-cü il, № 4, maddə 212) ilə 12-ci maddənin adında "mənzillə" sözündən sonra "və ya torpaq sahəsilə" sözləri əlavə edilmiş, 2-ci bəndin birinci abzasında "hərbi qulluqçuların (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa)" sözlərindən sonra ",ehtiyata və ya istefaya buraxılmış hərbi qulluqçuların" sözləri, "fərdi yaşayış evinin tikintisi üçün" sözlərindən sonra "müəyyən olunmuş qaydada bələdiyyələrdən pulsuz" sözləri əlavə edilmişdir.

 

[7] 7 oktyabr 1997-ci il tarixli 378-IQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının qanunvericilik toplusu, 1998-ci il, № 1, maddə 15) ilə 12-ci maddənin ikinci bəndinə birinci və ikinci abzaslar əlavə edilmişdir.

 

[8]  2 may 1995-ci il tarixli 1030 nömrəli Azərbaycan Respublikasının Qanunu ilə 12-ci maddənin 2-ci bəndinin birinci abzasında "zabitlər" sözlərindən sonra "gizirlər və miçmanlar" sözləri əlavə edilmiş və 2-ci bəndinin ikinci cümləsində"müddətli xidmət hərbi qulluqçuları" sözləri "müddətindən artıq xidmət hərbi qulluqçuları" sözləri ilə əvəz edilmişdir.

7 oktyabr 1997-ci il tarixli 378-IQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının qanunvericilik toplusu, 1998-ci il, № 1, maddə 15) ilə 12-ci maddənin ikinci bəndinin birinci abzasında “müddətindən artıq xidmət hərbi qulluqçuları” sözləri “müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuları” sözləri ilə əvəz edilmişdir.

 

[9] 6 aprel 2004-cü il tarixli 620-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının qanunvericilik toplusu, 2004-cü il, № 4, maddə 212) ilə 12-ci maddənin adında "mənzillə" sözündən sonra "və ya torpaq sahəsilə" sözləri əlavə edilmiş,

2-ci bəndinin:

a) birinci abzasında "hərbi qulluqçuların (müddətli həqiqi hərbi xidmət hərbi

qulluqçularından başqa)" sözlərindən sonra ", ehtiyata və ya istefaya buraxılmış hərbi qulluqçuların" sözləri, "fərdi yaşayış evinin tikintisi üçün" sözlərindən sonra "müəyyən olunmuş qaydada bələdiyyələrdən pulsuz" sözləri əlavə edilmiş;

b)   üçüncü abzasın birinci cümləsində "mənzillə" sözündən sonra "və ya mənzil olmadıqda müəyyən olunmuş qaydada bələdiyyələr pulsuz torpaq sahəsilə" sözləri, ikinci cümləsində "mənzillə" sözündən sonra "və ya torpaq sahəsilə" sözləri, üçüncü cümləsində "mənzilə" sözündən sonra "və ya bələdiyyələr tərəfindən torpaq sahəsinə" sözləri, dördüncü cümləsində "başçıları" sözündən sonra "və bələdiyyələr" sözü, "mənzil" sözündən sonra "və ya torpaq sahəsi" sözləri əlavə edilmiş;

c)        dördüncü abzasında birinci halda "mənzil" sözü "mənzil və ya torpaq sahəsi" sözləri ilə əvəz edilmiş;

ç) beşinci abzasında "mənzil" sözündən sonra "və ya torpaq sahəsi" sözləri əlavə edilmişdir.

 

[10] 7 oktyabr 1997-ci il tarixli 378-IQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının qanunvericilik toplusu, 1998-ci il, № 1, maddə 15) ilə 12-ci maddənin dördüncü bəndində “hərbi xidmətdə” sözlərindən əvvəl “həqiqi” sözü əlavə edilmiş, “müddətindən artıq xidmət hərbi qulluqçuları” sözləri “müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuları” sözləri ilə, “səhhətinə” sözü isə “xəstəliyə” sözləri ilə əvəz edilmişdir.

2 may 1995-ci il tarixli 1030 nömrəli Azərbaycan Respublikasının Qanunu ilə 12-ci maddənin dördüncü bəndində "zabitlər", "zabitlərin", "zabitlərə", "zabitləri" sözlərindən sonra ismin müvafiq hallarında "gizirlər və miçmanlar" sözləri əlavə edilmişdir.

15 noyabr 2001-ci il tarixli 214-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan

Respublikasının qanunvericilik toplusu, 2001-ci il, № 12, maddə 731) ilə 12-ci maddənin 4-cü bəndi çıxarılmışdır. Maddənin əvvəlki redaksiyasında deyilirdi:

Həqiqi hərbi xidmətdə olan zabitlər, müddətindən artıq həqiqi hərbi xidmət qulluqçuları, habelə yaşına, xəstəliyə, ştatların ixtisarına və ya ailə vəziyyətinə görə ehtiyata və ya istefaya buraxılmış və 15 təqvim ili və daha çox xidmət etmiş zabitlər, gizirlər və miçmanlar özünün və ailə üzvlərinin yaşadıqları mənzilin və kommunal xidmətlərin haqqını 50% güzəştlə ödəyirlər.

 

[11] 7 oktyabr 1997-ci il tarixli 378-IQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının qanunvericilik toplusu, 1998-ci il, № 01, maddə 15) ilə 12-ci maddənin beşinci bəndinin birinci abzasında “müddətli xidmət hərbi qulluqçularından başqa” sözləri “müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa” sözləri ilə, beşinci abzasında “müddətindən artıq xidmət hərbi qulluqçularına” sözləri “müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularına” sözləri ilə əvəz edilmiş və “yerli xalq deputatları Sovetləri və” sözləri çıxarılmışdır.

2 may 1995-ci il tarixli 1030 nömrəli Azərbaycan Respublikasının Qanunu ilə 12-ci maddənin beşinci bəndinin beşinci abzasında "zabitlərə" sözlərindən sonra "gizirlər və miçmanlar" sözləri əlavə edilmişdir.

28 oktyabr 2008-ci il tarixli 709-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti  12 dekabr 2008-ci il, № 277, Azərbaycan Respublikasının qanunvericilik toplusu, 2008-ci il, № 12, maddə 1048) ilə 5-ci bəndin beşinci abzasında "torpaq sahələri ayırmalı," sözləri çıxarılmışdır.

 

[12] 7 oktyabr 1997-ci il tarixli 378-IQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının qanunvericilik toplusu, 1998-ci il, № 01, maddə 15) ilə 12-ci maddənin altıncı bəndində “səhhətinə görə” sözü “xəstəliyə görə” sözü ilə, “müddətli xidmət hərbi qulluqçularından başqa” sözləri “müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa” sözləri ilə əvəz edilmiş, “hərbi xidmətdən” sözündən əvvəl “həqiqi” sözləri çıxarılmışdır.

10 oktyabr 1997-ci il tarixli 380-IQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan

Respublikasının qanunvericilik toplusu, 1998-ci il, № 01, maddə 16) ilə 12-ci maddənin altıncı bəndindən «torpaq vergisini və» sözləri çıxarılmışdır.

28 oktyabr 2008-ci il tarixli 709-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti  12 dekabr 2008-ci il, № 277, Azərbaycan Respublikasının qanunvericilik toplusu, 2008-ci il, № 12, maddə 1048) ilə 6-cı bənddə "torpaq üçün icarə haqqını ödəməkdən azad edilirlər" sözləri "bələdiyyə torpaqlarının mülkiyyətə (icarəyə) verilməsi məqsədilə torpaq hərracları və ya müsabiqələrinin keçirilməsi zamanı "Torpaq bazarı haqqında" Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin üçüncü hissəsində nəzərdə tutulmuş üstünlük hüququna malikdirlər" sözləri ilə əvəz edilmişdir.

 

[13] 7 oktyabr 1997-ci il tarixli 378-IQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının qanunvericilik toplusu, 1998-ci il, № 01, maddə 15) ilə 12-ci maddənin yeddinci bəndi çıxarılmışdır. Maddənin əvvəlki redaksiyasında deyilirdi:

Yaşına, xəstəliyə görə, ştatların ixtisarına və ya ailə vəziyyətinə görə ehtiyata və ya istefaya buraxılmış, 15 təqvim ili və daha çox xidmət etmiş, bunun da azı 3 təqvim ilini Azərbaycan Respublikasının Silahlı Qüvvələrində xidmət etmiş zabitlərin seçdikləri yerdə yaşadıqları və ya onlara verilmiş dövlət mənzilləri onların şəxsi mülkiyyətinə pulsuz verilir.

12 oktyabr 2001-ci il tarixli 202-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının qanunvericilik toplusu, 2001-ci il, № 11, maddə 694) ilə 12-ci maddəyə yeni yeddinci bənd əlavə edilmişdir.

5 mart 2004-cü il tarixli 597-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan

Respublikasının qanunvericilik toplusu, 2004-cü il, № 04, maddə 199) ilə 12-ci maddənin 7-ci bəndində "Silahlı Qüvvələrin" və "Silahlı Qüvvələri" sözlərindən sonra müvafiq olaraq "və qanunvericilikdə nəzərdə tutulan hallarda digər silahlı birləşmələrin" və "və qanunvericilikdə nəzərdə tutulan hallarda digər silahlı birləşmələri" sözləri əlavə edilmişdir.

 

[14]  2 may 1995-ci il tarixli 1030 nömrəli Azərbaycan Respublikasının Qanunu ilə 12-ci maddənin 8-ci bəndi çıxarılmışdır. Maddənin əvvəlki redaksiyasında deyilirdi:

Bağlaşma üzrə 3 ilədək müddətə hərbi xidmətə qəbul olunmuş hərbi qulluqçuların

ehtiyatdan hərbi xidmətə gedənədək yaşadıqları mənzil bütün xidmət müddəti ərzində onların və ailə üzvlərinin ixtiyarında qalır. Göstərilən hərbi qulluqçular hərbi xidmət keçdikləri dövrdə yaşayış sahəsi almaq üçün növbəyə dayananların siyahısından çıxarıla bilməz.

 

[15] 7 oktyabr 1997-ci il tarixli 378-IQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının qanunvericilik toplusu, 1998-ci il, № 01, maddə 15) ilə 12-ci maddənin onuncu bəndində “hərbi xidmətdən” sözlərindən əvvəl “həqiqi”  sözləri çıxarılmışdır.

- See more at: http://belediyye.proline-az.com/az/page/herbi-qulluqcularin#sthash.gbpOqUks.dpuf

Qaynar xətt nömrələri

Daxili İşlər Nazirliyi-102

Fövqəladə Hallar Nazirliyi-112

Vergilər Nazirliyi-195

İqtisadi İnkişaf Nazirliyi-195-2

Ədliyyə Nazirliyi-195

İnsan alveri ilə bağlı Daxili İşlər Nazirliyinin Qaynar xətti-152

Qeydiyyat və Notariat Baş İdarəsi-1650

Dövlət Miqrasiya Xidməti-919

Dövlət Gömrük Komitəsi-195

Yanğın xidməti-101

Polis-102

Təcili yardım-103

 

Sənəd nümunələri

İddiya ərizələri, şikayət nümunələri, əmək müqaviləsi,

Sənədlər

Go to top