I. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.
Konstitusiya

Əhalinin sağlamlığının qorunması haqqında

 

AZƏRBAYCAN RESPUBLIKASININ QANUNU

 

Əhalinin sağlamlığının qorunması hər bir insanın fiziki və ruhi sağlamlığının mühafizəsinə, onun fəal uzun ömürlüyünün artırılmasına, tibbi yardımla təminatına yönəldilmiş siyasi, iqtisadi, hüquqi, elmi, tibbi, sanitariya-gigiyena xarakterli tədbirlərin məcmusundan ibarətdir.

Bu Qanun əhalinin sağlamlığının qorunması sahəsində vətəndaşlarla dövlət orqanları, eləcə də dövlət və qeyri-dövlət səhiyyə sistemlərinin subyektləri arasında yaranan münasibətləri tənzimləyir.

I fəsil

ÜMUMİ MÜDDƏALAR

Maddə 1. Əhalinin sağlamlığının qorunmasının əsas prinsipləri

Əhalinin sağlamlığının qorunmasınıəsas prinsipləri aşağıdakılardır:

Əhalinin sağlamlığının qorunması sahəsində insan və vətəndaş hüquqlarına dövlət təminatı və bu təminatla bağlı hüquqi və fiziki şəxslərin məsuliyyəti;

əhalinin sağlamlığının qorunması sahəsində profilaktik tədbirlərin həyata keçirilməsi;

tibbi-sosial yardımın hamı üçün mümkünlüyü;

sağlamlığın itirilməsi zamanı vətəndaşların sosial müdafiəsi.

Maddə 2. Əhalinin sağlamlığının qorunması sahəsində Azərbaycan Respublikasının qanunvericiliyi

Əhalinin sağlamlığının qorunması sahəsində Azərbaycan Respublikasının qanunvericiliyi Azərbaycan Respublikasının Konstitusiyasından, bu Qanundan, Azərbaycan Respublikasının digər müvafiq qanunvericilik aktlarından və Azərbaycan Respublikasının iştirakçısı olduğu beynəlxalq müqavilələrdən ibarətdir.

Maddə 3. Əhalinin sağlamlığının qorunması sahəsində dövlətin vəzifələri

Əhalinin sağlamlığının qorunması sahəsində dövlətin vəzifələri aşağıdakılardır:

əhalinin sağlamlığının qorunması sahəsində dövlət siyasətinin əsaslarının müəyyən edilməsi, insan və vətəndaş hüquq və azadlıqlarının müdafiəsi;

sağlamlığın qorunması sahəsində dövlət proqramlarının hazırlanması və həyata keçirilməsi;

səhiyyə sisteminin təşkili qaydalarının və fəaliyyətinin müəyyənləşdirilməsi;

dövlət səhiyyə sisteminin maliyyələşdirilməsi;

ətraf mühitin qorunmasının, ekoloji təhlükəsizliyin təmin edilməsi;

icbari tibbi sığorta üzrə sığorta məbləğinin və sığorta haqqınıödənilməsi qaydasının müəyyənləşdirilməsi;[1]

əhalinin xüsusi qrupları üçün tibbi-sosial yardım göstərilməsinə təminat verilməsi;

dövlət və qeyri-dövlət səhiyyə sistemi müəssisələri arasında sağlam rəqabətə təminat verilməsi;

ailənin, valideynlərin və uşaqların mühafizəsi;

səhiyyə sahəsində beynəlxalq əməkdaşlığın həyata keçirilməsi.

II fəsil

ƏHALİNİN SAĞLAMLIĞININ QORUNMASININ TƏŞKİLİ

Maddə 4. Dövlət səhiyyə sistemi

Dövlət səhiyyə sisteminə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı, dövlət tabeçiliyindəki müalicə-profilaktika, elmi-tədqiqat, təhsil, əczaçılıq, sanitariya-profilaktika müəssisələri, eləcə də səhiyyənin maddi-texniki təchizatı ilə məşğul olan, tibbi texnika və dərman vasitələri istehsal edən müəssisələr, sanitariya-epidemiologiya xidməti, məhkəmə-tibb ekspertizası daxildir.[2]

Maddə 5. Qeyri-dövlət səhiyyə sistemi

Qeyri-dövlət səhiyyə sisteminə qanunvericilikdə müəyyən olunmuş qaydada fəaliyyət göstərəvə əmlakı xüsusi mülkiyyətə, yaxud icarə müqaviləsi əsasında istifadə olunan mülkiyyətə əsaslanan özəl tibb müəssisələri, o cümlədən əmlakını bələdiyyə mülkiyyəti təşkil edən tibb və əczaçılıq müəssisələri, özəl tibbi praktika və əczaçılıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər daxildir. [3]

Maddə 6. Tibb müəssisələrinin özəlləşdirilməsi və icarəyə verilməsi

Tibb müəssisələri qanunvericilikdə müəyyən olunmuş qaydada özəlləşdirilə və icarəyə verilə bilər.

Maddə 7. Səhiyyə müəssisələrinin dövlət qeydiyyatı

Səhiyyə müəssisələrinin dövlət qeydiyyatı qanunvericiliklə müəyyən olunmuş qaydada aparılır.

Maddə 8. Əhalinin sanitariya-epidemioloji salamatlığı

Əhalinin sanitariya-epidemioloji salamatlığı dövlət sanitariya-epidemioloji xidmətinin nəzarəti altında bütün hüquqi və fiziki şəxslər tərəfindən gigiyenik, əksepidemik tədbirlər kompleksini həyata keçirməklə, müvafiq qanunvericiliyə uyğun olaraq təmin edilir.

Maddə 9. Dövlət səhiyyə sisteminin maliyyələşdirilməsi

Dövlət səhiyyə sistemi əsasən dövlət büdcəsi, eləcə də icbari tibbi sığorta vəsaitləri, müəssisə, idarə və təşkilatların gəlirlərindən könüllü ayırmalar, hüquqi və fiziki şəxslərin ianələri və istifadəsi qanunvericiliyə zidd olmayan digər mənbələr hesabına maliyyələşdirilir. [4]

Dövlət səhiyyə sisteminin vəsaitləri:

səhiyyənin məqsədli kompleks proqramlarının işlənib hazırlanmasına və yerinə yetirilməsinə;

dövlət səhiyyə müəssisələrinin maddi-texniki bazasının inkişafına;

müalicə-profilaktika və sanitariya-epidemioloji müəssisələrin saxlanmasına;

güzəştli tibbi xidmətin göstərilməsinə;

tibb və əczaçılıq işçilərinin hazırlanmasına və ixtisaslarının artırılmasına;

tibb elminin inkişafına və tətbiqinə;

emidemiyaların aradan qaldırılmasına yönəldilir.

III fəsil

SAĞLAMLIĞIN QORUNMASI SAHƏSİNDƏ VƏTƏNDAŞLARIN, ƏCNƏBİLƏRİN VƏ VƏTƏNDAŞLIĞI OLMAYAN ŞƏXSLƏRİN HÜQUQLARI

Maddə 10. Vətəndaşların, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin sağlamlığının qorunması hüququ

Azərbaycan Respublikası vətəndaşlarının sağlamlığını qorunmaq və tibbi yardım almaq hüququ vardır.

Dövlət tibb müəssisələrində tibbi xidmət pulsuzdur, yalnız bu Qanunda nəzərdə tutulan hallar istisna olmaqla pullu ixtisaslaşdırılmış tibbi yardımın növləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

Dövləətraf mühitin qorunmasına, vətəndaşlarıəmək və istirahəti üçüəlverişli şərait yaradılmasına, eləcə də tibbi-sanitariya və tibbi-sosial yardıma təminat verir.

Xaricdə olan Azərbaycan Respublikası vətəndaşlarının sağlamlığının  qorunması Azərbaycan Respublikasının beynəlxalq müqavilələrinə uyğun olaraq həyata keçirilir.

Azərbaycan Respublikasında daimi yaşayan vətəndaşlığı olmayan şəxslərin əhalinin sağlamlığının qorunması sahəsində Azərbaycan Respublikasının vətəndaşları ilə bərabər hüquqları vardır.

Azərbaycan Respublikasının vətəndaşı olan onkoloji xəstələrə tibbi yardım ixtisaslaşdırılmış dövlət tibb müəssisələrində dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilir.

Onkoloji xəstəliyin son mərhələsində olan və sosial əlaqələrini itirmiş onkoloji xəstələr ümumi təyinatlı müalicə müəssisələrində zəruri olan müddətdə dövlət təminatında saxlanılır.

Azərbaycan Respublikasının ərazisində daimi yaşayan əcnəbilərin, vətəndaşlığı olmayan şəxslərin onkoloji müəssisələrdə müayinə və müalicəsi ödənişli əsaslarla həyata keçirilir, onlara təxirəsalınmaz onkoloji yardım isə pulsuz göstərilir.

Azərbaycan Respublikasının iştirakçısı olduğu beynəlxalq müqavilələrdə nəzərdə tutulmuş qaydada əcnəbilərin sağlamlığının qorunması hüququ vardır. [5]

İnsanın immunçatışmazlığı virusu ilə yaşayan Azərbaycan Respublikası vətəndaşlarına, Azərbaycan Respublikasında daimi yaşayan vətəndaşlığı olmayan şəxslərə və Azərbaycan Respublikası tərəfindən qaçqın statusu verilmiş şəxslərə tibbi yardım (o cümlədən ixtisaslaşdırılmış tibbi yardım) dövlət tibb müəssisələrində müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş həcmdə dövlət büdcəsinin vəsaiti hesabına göstərilir.[6]

Uşaqların icbari dispanserizasiyası tədbirləri “Uşaqların icbari dispanserizasiyası haqqında” Azərbaycan Respublikası Qanununun 8.2-ci maddəsinə uyğun olaraq Azərbaycan Respublikasının vətəndaşlarını, Azərbaycan Respublikasında daimi yaşayan vətəndaşlığı olmayan şəxsləri və əcnəbiləri əhatə edir.[7]

Maddə 11. Sağlamlığa təsir göstərən amillər haqqında vətəndaşların məlumat almaq hüququ

Vətəndaşların sağlamlığa təsir göstərən amillər haqqında müntəzəm və düzgün məlumat almaq hüququ vardır və bu məlumatlar vətəndaşlara kütləvi informasiya vasitələri ilə, yaxud bilavasitə onların sorğularına əsasən müvafiq icra hakimiyyəti orqanı tərəfindən verilir.

İnsanların həyat və sağlamlığı üçün təhlükə törədən faktları və halları gizlədən vəzifəli şəxsləqanunla müəyyən edilmiş qaydada məsuliyyətə cəlb edilirlər. [8]

Maddə 12. Vətəndaşların tibbi-sosial yardım almaq hüququ

Xəstələndikdəəmək qabiliyyətini itirdikdə və digər hallarda vətəndaşların tibbi-sosial yardım almaq hüququ vardır.

Tibbi-sosial yardım dövlət və qeyri-dövlət səhiyyə sistemi, eləcə də sosial müdafiə sistemi müəssisələrində göstərilir.

Vətəndaşlar tibbi sığorta sistemindəki tibb müəssisələrində qanunvericiliyə uyğun olaraq icbari tibbi sığorta əsasında tibbi yardımla təmin edilirlər. [9]

Vətəndaşların könüllü tibbi sığorta əsasında, eləcə də müəssisələrin, təşkilatların ayrı-ayrı şəxslərin vəsaitləri və qanunvericilikdə qadağan edilməyən digər mənbələr  hesabına tibbi yardım almaq vədigəəlavə tibbi xidmət növləri ilə təmin olunmaq hüququ vardır.

Güzəştli şərtlərlə protez-ortopedik məmulatlar, eşitmə aparatları, hərəkətetmə və digər reabilitasiya vasitələri ilə təmin olunmaq hüququ olan vətəndaşların kateqoriyaları və güzəştlərlə təminat qaydaları qanunvericilikdə müəyyən edilir.

Vətəndaşların ixtisaslaşdırılmış müəssisələrdə tibbi-sosial ekspertizadan keçmək hüququ vardır.

İdmanla məşğul olan uşaqların, yeniyetmələrin, tələbələrin, əlillərin və pensiyaçıların, məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin dövlət tibb müəssisələrində pulsuz tibbi nəzarət olunmaq hüququ vardır. [10]

Müvafiq icra hakimiyyəti orqanları təhsil müəssisələrinin vəsaiti hesabına əyani təhsil alan tələbələrin hər il kompleks tibbi müayinədən keçirilməsini təmin edirlər. [11]

Yoluxucu xəstəliklər aşkar edildikdəətrafdakıları xəstələnməkdən qorumaq məqsədilə işdən kənarlaşdırılmış şəxslərin, karantinlə əlaqədar müavinət almaq hüququ vardır.

Maddə 13. Vətəndaşların tibbi sığortası

Vətəndaşların tibbi sığortası (icbari və könüllü) Azərbaycan Respublikasının sığorta qanunvericiliyində müəyyən edilmiş qaydada həyata keçirilir. [12]

Maddə 14. Dərman vasitələri ilə təminat

Əhalinin dərman vasitələri ilə təminatı Azərbaycan Respublikasının qanunvericiliyində müəyyən edilmiş qaydada həyata keçirilir.

Maddə 15. Peşə fəaliyyətinin bəzi növləri ilə məşğul olan vətəndaşların, yaşı 18-dən az olan işçilərin sağlamlığının qorunması hüququ [13]

Yoluxucu və peşə xəstəliklərinin qarşısının alınması məqsədilə müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş siyahı əsasında bəzi peşə sahibləri işə qəbul edilərkən və işlədiyi müddətdə işəgötürənin vəsaiti hesabına məcburi dövri tibbi müayinədən keçirlər.

Əhalinin hüquqlarının, qanuni mənafelərinin və dövlətin təhlükəsizliyinin müdafiəsi məqsədi ilə peşə fəaliyyətinin ayrı-ayrı növləri və yüksək təhlükə mənbəyi ilə bağlı olan fəaliyyətlə məşğul olan şəxslər işə qəbul olduqda, işlədiyi müddətdə isə ildə bir dəfədən az olmayaraq dövlət narkoloji tibb müəssisəsində tibbi müayinədən (tibbi yoxlamadan) keçməlidirlər. [14]

Yaşı 18-dən az olan şəxslər işə yalnız tibbi müayinə keçirildikdən sonra qəbul edilirlər və onlar 18 yaşına çatanadək hər il işəgötürənin vəsaiti hesabına hökmən tibbi müayinədən keçirilməlidirlər. [15]

Maddə 16. Əhalinin sağlamlığının qorunması sahəsində ailənin hüquqları [16]

Dövlət ailə üzvlərinin sağlamlığını qorumaq qayğısını ööhdəsinə götürür.

Hər bir vətəndaş ailənin planlaşdırılmasıətrafdakılar üçün təhlükə törədən xəstəliklərin mövcudluğu məsələlərinə və ailə-nigah münasibətlərinin tibbi-psixoloji cəhətlərinə dair, habelə nəsildəmümkün olan irsi xəstəliklərə yol verməmək məqsədilə yaşayış yerindəki dövlət və bələdiyyə tibb müəssisələrində pulsuz məsləhətlər almaq , müayinədən keçmək və dispanser nəzarətində olmaqhüququna malikdir. [17]

Uşaqlı ailələrin (ilk növbədə sağlamlıq imkanları məhdud uşaqları və valideyn himayəsindən məhrum uşaqları böyüdən natamam ailələrin) əhalinin sağlamlığının qorunması sahəsindəqanunvericilikdə müəyyən edilmiş güzəştlərdən istifadə etmək hüququ vardır. [18]

14 yaşına çatmayan xəstə uşağa  qulluq edilməsinə görə istər ambulator, istərsə də stasionar müalicə zamanı uşağın qulluğa ehtiyacı olan müddətədək valideynlərdən birinə və ya ailənin başqa birüzvünə qanunvericilikdə müəyyən edilmiş müavinət verilir.

Yetkinlik yaşına çatmayan şəxs postvaksinal fəsadla əlaqədar xəstəliyə tutulduqda ona qanunvericilikdə müəyyən edilən qaydada sağlamlıq imkanlarının məhdudluğu müəyyən edilənədək onun valideynlərindən biri və ya qanuni nümayəndəsi fasiləsiz iş stajından asılı olmayaraq, orta əmək haqqının 100 faizi miqdarında müavinət almaq hüququna malikdir. [19]

Maddə 17. Əhalinin sağlamlığının qorunması sahəsində hamilə qadınların və anaların hüquqları

Hər bir qadın hamilələk dövründə, doğuş və doğuşdan sonrakı dövrdə dövlət səhiyyə sisteminin müəssisələrində ixtisaslaşdırılmış tibbi yardımla pulsuz təmin olunur.

Maddə 17-1. Əhalinin sağlamlığının qorunması sahəsində məişət zorakılığından zərər çəkmiş şəxslərin hüquqları[20]

Məişət zorakılığından zərər çəkmiş şəxslər dövlət səhiyyə sisteminin müəssisələrində ixtisaslaşdırılmış tibbi yardımla pulsuz təmin olunurlar.

Maddə 18. Əhalinin sağlamlığının qorunması sahəsində yetkinlik yaşına çatmayanların hüquqları

Yetkinlik yaşına çatmayanların:

Uşaqların icbari dispanserizasiyası haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada dispanserizasiyadan keçmək, dispanserizasiyanın nəticələrindən asılı olaraq tibbi göstərişlər əsasında ambulator, stasionar və ya sanatoriya-kurort şəraitində tibbi yardım almaq, dispanserizasiyanın nəticələri, o cümlədən aparılmış müayinə-müalicə tədbirləri, habelə sağlamlığının vəziyyəti haqqında tam və obyektiv məlumat almaq;[21]

sanitariya-gigiyena tələblərinə cavab verəşəraitdə təhsil almaq və əməklə məşğul olmaq;

peşə yararlığı müəyyənləşdirilərkən pulsuz tibbi məsləhətlər almaq;

büdcə vəsaitləri hesabına müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada güzəştli şərtlərlə qidalanmaq və tibbi sosial yardım almaq hüququ vardır.

Fiziki və ya ruhi çatışmazlıqları olan yetkinlik yaşına çatmayanlar valideynlərinin və ya qanuni nümayəndələrinin müraciəti ilə sosial müdafiə sistemi müəssisələrində saxlanıla bilərlər.

Maddə 19. Əhalinin sağlamlığının qorunması sahəsində hərbi qulluqçuların, hərbi xidmətə çağırılanların və müqavilə (kontrakt) üzrə hərbi xidmətə daxil olanların hüquqları

Hərbi qulluqçuların, hərbi xidmətə çağırılanların və müqavilə (kontrakt) üzrə hərbi xidmətə daxil olanların hərbi xidmətə yararlı (yararsız) olmalarının müəyyənləşdirilməsi məqsədilə tibbi müayinədən keçmək, yaxud hərbi həkim komissiyasının rəyi əsasında vaxtından əvvəl hərbi xidmətdən azad olmaq hüququ vardır.

Hərbi-həkim komissiyasının rəyi ilə razılaşmadıqda hərbi qulluqçuların, hərbi xidmətə çağırılanların və müqavilə (kontrakt) üzrə hərbi xidmətə daxil olanların qanunvericilikdə müəyyən edilmişqaydada məhkəməyə müraciət etmək hüququ vardır.

Hərbi xidmətə çağırılanların və müqavilə (kontrakt) üzrə hərbi xidmətə daxil olanların tibbi müayinədən və şəhadətləndirilmədən keçib, hərbi qulluğa yararlıq, yaxud çağırışın təxirə salınması, ondan azad olunmaq üçün tibbi göstərişlər və əksgöstərişlər haqqında tam məlumat almaq hüququ vardır.

Hərbi qulluqçuların, xidmətə çağırılanların və müqavilə (kontrakt) üzrə hərbi xidmətə daxil olanların dövlət səhiyyə sisteminin müəssisələrində tibbi yardım almaq hüququ vardır və onların tibbi təminatı qanunvericiliklə müəyyən edilir.

Hərbi qulluqçuların ailə üzvlərinin tibbi təminatı başqa vətəndaşlarla ümumi əsaslarda həyata keçirilir. Mülki səhiyyə müəssisələrində tibbi yardım almaq mümkün olmadıqda onlar hərbi-tibb hissə vəmüəssisələrində tibbi yardımın bütün növləri ilə təmin edilirlər.

Maddə 20. Əhalinin sağlamlığının qorunması sahəsində pensiyaçıların hüquqları

Pensiyaçıların evdə, dövlət səhiyyə sistemi müəssisələrində tibbi yardımla, eləcə də sosial müdafiə sistemi müəssisələrində tibbi-sosial yardımla pulsuz təmin olunmaq, tibbi rəəsasında sosial sığorta və ya sosial-müdafiə orqanlarının vəsaitləri hesabına güzəştli şərtlərlə sanatoriya-kurort müalicəsi almaq və reabilitasiya olunmaq hüquqları vardır.

Maddə 21. Əlillərin və sağlamlıq imkanları məhdud uşaqların tibbi-sosial yardım almaq hüququ

Əlillərə və sağlamlıq imkanları məhdud uşaqlara tibbi-sosial yardımın göstərilməsi qaydaları və bu sahədəki güzəştlər qanunvericilikdə müəyyənləşdirilir. [22]

Maddə 22. Fövqəladə hallarda ziyan çəkmiş və ekoloji şəraitin əlverişsiz olduğu ərazilərdə yaşayan vətəndaşların sağlamlığının qorunması sahəsində hüquqları

Fövqəladə vəziyyət elan olunmuş yerlərdə ziyan çəkmiş və ekoloji şəraitin əlverişsiz olduğərazilərdə yaşayan vətəndaşların qanunvericilikdə müəyyən edilmiş qaydada pulsuz tibbi yardım, sanatoriya-kurort, bərpa müalicəsi almaq, dərman vasitələri, immunbioloji preparatlar və tibbi məmulatlarla təmin olunmaq, eləcə də həyat və sağlamlıüçün təhlükəli amillərin aradan qaldırılmasıməqsədilə gigiyenik və əksepidemik tədbirlərdən istifadə etmək hüquqları vardır.

Fövqəladə hallarda insanların xilas edilməsində və tibbi yardım göstərilməsində iştirak edərkən ziyan çəkmiş vətəndaşların pulsuz müalicə, o cümlədən sanatoriya-kurort müalicəsi və reabilitasiyanın bütün növləri ilə təmin olunmaq, qanunvericilikdə müəyyən edilmiş qaydada müavinət almaq hüquqları vardır.

Maddə 22-1. Məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin tibbi təminatı [23]

Məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərə tibbi xidmət göstərilməsi qaydası və onlara bu sahədə verilən güzəştlər qanunvericiliklə müəyyən edilir.

Maddə 23. Tutulmuş, həbs edilmiş vətəndaşların, cəzaçəkmə müəssisələrində məhkumların tibbi yardım almaq hüququ [24]

Tutulmuş, həbs edilmiş vətəndaşların, cəzaların çəkilməsi zamanı məhkumların büdcə vəsaitləri hesabına ilk tibbi yardım daxil olmaqla, tibbi rəydən asılı olaraq ambulator və ya stasionar şəraitdə tibbi yardım almaq hüququ vardır. [25]

Bu kateqoriyadan olan qadınların hamiləlik dövründə, doğuş zamanı və doğuşdan sonrakı dövrdə ixtisaslaşdırılmış tibbi yardım almaq hüququ vardır.

Cəzaçəkmə müəssisələrində məhkum qadınların üç yaşına çatmayan uşaqlarının yerləşdirilməsi üçün uşaq evləri təşkil edilir. [26]

Tutulmuş, həbs edilmiş vətəndaşların, cəzaların çəkilməsi zamanı məhkumların obyekt şəklində hər hansı biotibbi tədqiqata cəlb edilməsi qadağandır.

Tutulmuş, həbs edilmiş vətəndaşlara, cəzaların çəkilməsi zamanı məhkumlara tibbi yardımın göstərilməsi qaydaları qanunvericilikdə müəyyən edilir. [27]

Cəzaçəkmə müəssisələrində məhkumlar tibbi məsləhət və müalicə almaq üçün pullu xidmət göstərən tibb müəssisələrinə müraciət etmək hüququna malikdirlər. Bu növ xidmətlərin, dərmanların ödəniş haqqı məhkum və ya onun qohumları tərəfindən həyata keçirilir. [28]

IV fəsil

TİBB-SOSİAL YARDIM SAHƏSİNDƏ VƏTƏNDAŞLARIN HÜQUQLARI

Maddə 24. Pasiyentin hüquqları

Pasiyentin:

təxirəsalınmaz tibbi yardım göstərilməsi halları istisna olmaqla həkimin öz razılığı ilə həkimi, o cümlədən müalicə həkimini və müalicə-profilaktika müəssisəsini seçmək;

sanitariya-gigiyena tələblərinə uyğun olan şəraitdə müayinə və müalicə olunmaq;

stasionar müalicə olunduğu tibb müəssisəsinin mütəxəssislərinin iştirakı ilə konsilium və məsləhətləşmələr aparılmasını tələb etmək;

tibbi yardıüçün müraciət faktını, müalicə, sağlamlıq vəziyyəti, xəstəliyin diaqnozu barəsində, eləcə də müayinə və müalicə zamanı əldə edilən digər məlumatları ətrafdakılardan gizli saxlamaq;

tibbi müdaxiləyə şifahi və ya yazılı könüllü razılıq vermək;

tibbi müdaxilədən imtina etmək;

hüquq və vəzifələri haqqında, sağlamlığının vəziyyəti barədə məlumat almaq və öz mənafeyi baxımından bu məlumatı vermək mümkün olan şəxsi seçmək;

daxili qaydalar pozulmamaq şərtilə xəstəxanada dini mərasimin icra edilməsi üçün ayrıca yerlə təmin olunmaq hüququ vardır.

Pasiyentin hüquqları pozulduqda, o, müalicə-profilaktika müəssisəsinin rəhbərliyinə, müvafiq icra hakimiyyəti orqanına və ya qanunvericilikdə müəyyən edilmiş qaydada məhkəməyə müraciət edəbilər.

Maddə 25. Sağlamlığının vəziyyəti barədə vətəndaşların məlumat almaq hüququ

Hər bir vətəndaş müayinənin nəticəsi, xəstəliyin diaqnoz və proqnozu, müalicə üsulları və bununla bağlı risk dərəcələri, aparılmış müalicənin nəticəsi haqqında məlumatlar da daxil olmaqla sağlamlığının vəziyyəti barədə özü üçün səmərəli formada məlumat almaq hüququna malikdir.

Vətəndaşın sağlamlığının vəziyyəti barədə məlumat onun özünə, qanunvericilikdə müəyyən edilmiş qaydada fəaliyyət qabiliyyəti olmayan hesab ediləşəxslərin və ay yetkinlik yaşına çatmayanların sağlamlıqlarının vəziyyəti barədə məlumat isə onların valideynlərinə və ya qanuni nümayəndələrinə müayinə və müalicədə bilavasitə iştirak edən mütəxəssislər tərəfindən verilir.

Xəstəliyin inkişaf proqnozu mənfi olduqda bu barədə məlumat xəstənin yaxın qohumlarına və ya qanuni nümayəndələrinə, xəstə tələb etdikdə isə bu məlumat ehtiyatlı formada onun özünə çatdırıla bilər.

Vətəndaş onun sağlamlığının vəziyyətini əks etdirən tibbi sənədlərlə bilavasitə tanış olmaq və onlarla bağlı başqa mütəxəssislərdən məsləhət almaq hüququna malikdir.

Vətəndaşın tələbi ilə ona sağlamlığının vəziyyətini əks etdirən tibbi sənədlərin surətləri təqdim olunur.

Psixiatriya yardımı alan və ya əvvəllər psixiatriya yardımı almış şəxsə göstərilən yardım tədbirləri barədə məlumatlar şəxsin özünün və yaxud onun qanuni nümayəndəsinin yazılı müraciətindən sonra 2 gün ərzində müəssisənin müdiriyyəti tərəfindən təqdim olunmalıdır. Pasiyentin məlumatları əldə etmək hüququ yalnız onun sağlamlığına zərərin vurulmasının qarşısının alınması və digər şəxslərin təhlükəsizliyinin təmin edilməsi məqsədi ilə məhdudlaşdırıla bilər.

 Psixi pozuntusu olan pasiyentə qulluq edən ailə üzvləri yalnız göstərdikləri yardıma aid olan məlumatı əldə edə bilərlər. Pasiyentə zərər törədə biləcək məlumatların onlara verilməsi qadağandır.[29]

Maddə 26. Təxirəsalınmaz hallarda tibbi müdaxilə şərtləri

Tibbi müdaxilə həyati göstərişləəsasında təxirəsalınmaz hesab edildikdə və ya xəstə vəziyyəti ilə əlaqədar  öz qərarını bildirmək iqtidarında olmadıqda məsələ konsilium tərəfindən həll olunur. Konsilium mümkün olmayan hallarda tibbi müdaxilə haqqında qərar müalicə-profilaktika müəssisəsinin rəhbərlərinə məlumat verməklə və ya bilavasitə müalicə (növbətçi) həkimi tərəfindən qəbul edilir.

Qanunvericilikdə müəyyən edilmiş qaydada fəaliyyət qabiliyyəti olmayan hesab ediləşəxslərə və yetkinlik yaşına çatmayanlara tibbi müdaxilənin aparılması zəruri olduqda onların valideynlərinin vəya qanuni nümayəndələrinin bu barədə razılığı olmalıdır.

Maddə 27. Tibbi müdaxilədən imtina edilməsi

Qanunvericilikdə nəzərdə tutulan hallar (təcili və təxirəsalınmaz tibbi yardımın zəruri olduğu hallar) istisna olmaqla, vətəndaşın və ya onun qanuni nümayəndəsinin tibbi müdaxilədən imtina etmək, yaxud onun dayandırılmasını tələb etmək hüququ vardır.

Tibbi müdaxilədən imtina etdikdə vətəndaşa, yaxud onun qanuni nümayəndəsinə mümkün olan nəticələr barədə izahat verilməlidir. Tibbi müdaxilədən imtina edilməsi və onun gələcək nəticələri barədə izahat vətəndaşın tibbi sənədlərində qeyd olunur və onun özü, yaxud qanuni nümayəndəsi, eləcə də tibb işçisi tərəfindən imzalanır.

Qanunvericiliklə müəyyən edilmiş qaydada fəaliyyət qabiliyyəti olmayan hesab ediləşəxslərin və ya yetkinlik yaşına çatmayanların valideynləri və ya qanuni nümayəndələri göstəriləşəxslərin həyatıüçün zəruri tibbi müdaxilədən imtina etdikdə, onların sağlamlığının qorunması üçün səhiyyə müəssisələri məhkəməyə müraciət edə bilərlər.

Maddə 28. Razılığı tələb olunmadan vətəndaşa tibbi yardım göstərilməsi

Özünün və ya qanuni nümayəndəsinin razılığı tələb olunmadan vətəndaşa qanunvericilikdə müəyyən edilmiş qaydada tibbi yardım (tibbi müayinə, hospitalizasiya, nəzarət etmək, izolyasiya etmək) göstərilməsi ətrafdakılar üçün təhlükəli xəstəliklərə tutulan, ağır ruhi pozuntulardan əzab çəkən, yaxud ruhi xəstəlik nəticəsində ictimai təhlükəli əməl törədəşəxslərə aid edilir. Həmin şəxslərə tibbi yardım göstərilməsi haqqında qərar həkim tərəfindən qəbul edilir.

Vətəndaşın razılığı olmadıqda, qanuni nümayəndələrin isə razılığı olduqda, əksepidemik tədbirlərin həyata keçirilməsi ilə bağlı tibbi yardımın göstərilməsi qanunvericiliklə tənzimlənir.

Ağır ruhi pozuntulara düçar olmuş şəxslərin müayinəsi və hospitalizasiyası qanunvericilikdə müəyyən edilmiş qaydada aparılır.

Xəstəlik nəticəsində ictimai təhlükəli əməl törədəşəxsləhabelə ətrafdakılar üçün epidemioloji baxımdan ciddi təhlükə yaradan və hospitalizasiyadan imtina edən vərəmli xəstələr barədəqanunvericilikdə müəyyən edilmiş qaydada məcburi tibbi tədbirlər tətbiq oluna bilər. Cinayət və ya inzibati həbs nəzərdə tutan inzibati xəta törətməmiş, lakin öz davranış və hərəkətləri nəticəsində dəfələrlə yaxın qohumlarına maddi və mənəvi zərər yetirmiş, uşaqların tərbiyəsinə mənfi təsir göstərmiş, onların hüquqlarını kobudcasına pozmuş, təklif olunmuş könüllü müalicədən dəfələrlə imtina etmiş narkomanlıq xəstəliyinə düçar olan şəxslər barəsində Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinə uyğun olaraq məcburi tibbi tədbirlər tətbiq edilir. Yoluxucu xəstəliklərə tutulmuş və epidemioloji baxımdan ətrafdakılar üçün ciddi təhlükə yaradan penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslər stasionar müalicədən imtina etdikdə, qanunvericilikdə müəyyən edilmiş qaydada məcburi hospitalizasiya olunurlar.[30]

Onkoloji xəstələrin həyat və sağlamlığı üçün ciddi təhlükə olduqda uyğun müalicə yazılı razılıq olmadan aparıla bilər.

Vətəndaşın, yaxud qanuni nümayəndənin razılığı tələb olunmayan və ya məhkəmənin qərarı ilə müəyyən olunan hallarda hospitalizasiyanın səbəbləri aradan qaldırılanadək vətəndaş müalicə-profilaktika müəssisəsində saxlanılır. [31]

V fəsil

AİLƏNİN PLANLAŞDIRILMASI VƏ İNSANIN REPRODUKTİV FUNKSİYALARININ TƏNZİMLƏNMƏSİ

Maddə 29. Süni mayalanma və embrionun implantasiyası

Yetkinlik yaşına çatan hər bir qadının süni mayalanma və ona embrionun implantasiyası hüququ vardır.

Süni mayalanma və embrionun implantasiyası ər və arvadın (tənha qadının) rəsmi razılığı olduqda aparılır. Süni mayalanma, embrionun implantasiyası, eləcə də donorun şəxsiyyəti həkim sirridir.

Qadın süni mayalanmanın, embrionun implantasiyasının tibbi və hüquqi nəticələri, tibbi-genetik müayinə, donorun milliyyəti, xarici görkəmi barədə məlumat almaq hüququna malikdir və bu məlumat tibbi müdaxilə aparan həkim tərəfindən verilir.

Qanunsuz süni mayalanmada və embrionun implantasiyasında təqsiri olan şəxsləqanunla müəyyən edilmiş qaydada məsuliyyət daşıyırlar.

Maddə 30. Hamiləliyin süni surətdə pozulması

Hər bir qadının analıq barədə məsələni təkbaşına həll etmək hüququ vardır. Hamiləliyin süni surətdə pozulması qadının arzusu ilə hamiləliyin 12 həftəlik müddətinədək aparılır. Sosial göstərişləüzrəsüni pozulma hamiləliyin 22 həftəliyinədək aparıla bilər.

Tibbi göstərişlərə əsasən və qadının razılığı olduqda hamiləlik müddətindən asılı olmayaraq, süni surətdə pozula bilər.

Hamiləliyin süni surətdə pozulması dövlət və qeyri-dövlət tibb müəssisələrində ixtisaslı həkimlər tərəfindən aparılır.

Hamiləliyin süni surətdə pozulmasına dair tibbi və sosial göstərişlərin siyahıları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyənləşdirilir.

Həkim tərəfindən xəstəxanalardan və ya başqa tibb müəssisələrindən kənarda hamiləliyin süni surətdə pozulması qadağandır.

Maddə 31. Tibbi sterilizasiya

Tibbi sterilizasiya insanı nəsil artımı vermək qabiliyyətindən məhrum etmək, yaxud qadını hamiləlikdən qorumaq məqsədilə tətbiq edilir. Tibbi sterilizasiya yalnız müdaxilə olunan şəxsin yazılıərizəsinə və tibbi göstərişlərə əsasən həyata keçirilir.

Tibbi sterilizasiyaya dair göstərişlər müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir və dövlət, yaxud qeyri-dövlət tibbi müəssisələrində aparılır.

Tibbi sterilizasiyanın qeyri-qanuni aparılmasına görə təqsirli olan şəxsləqanunla müəyyən edilmiş qaydada məsuliyyət daşıyırlar.

"Maddə 31-1. Qeysəriyyə kəsiyi əməliyyatı[32]

Qeysəriyyə kəsiyi əməliyyatı dövlət və qeyri-dövlət tibb müəssisələrində aparılır.

Qeysəriyyə kəsiyi əməliyyatına dair tibbi əsaslar müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

Qeysəriyyə kəsiyi əməliyyatının qeyri-qanuni aparılmasına görə təqsirli şəxslər Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə uyğun məsuliyyət daşıyırlar.

 

VI fəsil

VƏTƏNDAŞLARA TİBBİ-SOSİAL YARDIMIN HƏYATA KEÇİRİLMƏSİNƏ ZƏMANƏTLƏR

Maddə 32. İlkin tibbi-sanitariya yardımı

İlkin tibbi-sanitariya yardımı hər vətəndaş üçün pulsuz göstərilən tibbi xidmət növüdür.

Bu xidmətə:

geniş yayılmış xəstəliklərin, eləcə də travmaların, zəhərlənmələrin və digər təxirəsalınmaz yardım tələb edən xəstəliklərin müalicəsi;

ilkin tibbi yardım göstərən tibb müəssisələrində müalicəsinə icazə verilən psixi pozuntuların müalicəsi;[33]

sanitariya-gigiyenik və əksepidemik tədbirlərin keçirilməsi, ictimai təhlükəli xəstəliklərin tibbi profilaktikası;

ailənin, valideynlərin, uşaqların mühafizəsi və yaşayış yerində tibbi-sanitariya yardımının göstərilməsinə dair digər tədbirlər daxildir.

İlkin tibbi-sanitariya yardımı dövlət səhiyyə sisteminin müəssisələri, eləcə də sanitariya-epidemioloji xidmət müəssisələri tərəfindən təmin olunur.

Özəl tibb fəaliyyətinin subyektləri tibbi sığorta təşkilatları ilə, eləcə də xəstələrlə bağlanmış müqavilələr əsasında ilkin tibb-sanitariya yardımı göstərirlər.[34]

Lakin tibbi-sanitariya yardımının göstərilməsi qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

Maddə 33. Təcili və təxirəsalınmaz tibbi yardım

Vətəndaşlara təcili və təxirəsalınmaz tibbi yardım təcili tibbi müdaxilə tələb edən hallarda (bədbəxt hadisələr, travmalar, zəhərlənmələr və digər xəstəliklər) mülkiyyət formasından  asılı olmayaq təcili yardım tibb müəssisələri, eləcə də qanunvericilikdə müəyyən edilmiş qaydada ilkin tibbi yardım etməyə borclu olan şəxslər tərəfindən göstərilir.

Dövlət tibb müəssisələrində təcili və təxirəsalınmaz tibbi yardım pulsuzdur.

Özəl tibb fəaliyyəti subyektlərinin icbari tibb sığorta proqramlarında iştirakından asılı olmayaraq, icbari tibbi sığorta qaydalarına əsasən əhaliyə təcili tibbi yardım göstərən özəl tibb fəaliyyətinin subyektlərinə ödəniş bu şəxslərin sığortalandığı tibbi sığorta təşkilatları tərəfindən həyata keçirilir.

Özəl tibbi praktika ilə məşğul olan şəxslər təxirəsalınmaz tibbi yardıma ehtiyacı olan şəxslərə pulsuz tibbi yardım göstərirlər. [35]

Narkoloji xəstəliklə əlaqədar göstərilən təxirəsalınmaz tibbi tədbirlər dövlət büdcəsinin vəsaiti hesabına həyata keçirilir. [36]

İxtisaslı təcili və təxirəsalınmaz tibbi yardım təcili yardım və sanitar-aviasiya xidməti tərəfindən təşkil edilir.

Təcili və təxirəsalınmaz tibbi yardımın göstərilməsi qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

Vətəndaşın həyatı üçün təhlükə yarandıqda onu yaxınlıqdakı tibb müəssisəsinə çatdırmaq üçün tibb işçisi hər hansı nəqliyyat vasitəsindən pulsuz istifadə etmək hüququna malikdir. Vətəndaşın tibb müəssisəsinə çatdırılması barəsində tibb işçisinin qanuni tələbindən imtina edən nəqliyyat vasitəsinin sahibləri, yaxud digər vəzifəli şəxsləqanunla müəyyən edilmiş qaydada məsuliyyət daşıyırlar.

Yol-nəqliyyat hadisələri zamanı müvafiq polis xidməti əməkdaşları zərərçəkənlərə təcili və təxirəsalınmaz tibbi yardım göstərməyə və onları tibb müəssisələrinə çatdırmağa borcludurlar.

Maddə 34. İxtisaslaşdırılmış tibbi yardım

İxtisaslaşdırılmış tibbi yardım vətəndaşın xəstəliyi xüsusi müayinə, müalicə və mürəkkəb tibb texnologiyalarının tətbiqini tələb etdiyi hallarda dövlət və qeyri-dövlət tibb müəssisələrində ixtisaslıhəkimlər tərəfindən göstərilir.

Tibb müəssisəsində vətəndaş üçün zəruri olan ixtisaslaşdırılmış tibbi yardımın göstərilməsi mümkün olmadıqda, müəssisənin müalicə həkimi tərəfindən həmin şəxs bu yardımı göstərən dövlət tibb müəssisəsinə və ya şəxsin istəyinə uyğun olaraq özəl tibb müəssisəsinə göndərilir.[37]

İxtisaslaşdırılmış tibbi yardımın növləri, həcmi, keyfiyyət standartları və göstərilməsi qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

Maddə 35. İctimai təhlükəli xəstəliklərə tutulmuş vətəndaşlara tibbi-sosial yardım

Siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən ictimai təhlükəli xəstəliklərə tutulmuş vətəndaşlara, qanunvericilikdə nəzərdə tutulmuş hallar istisna olmaqla, dövlət səhiyyəsisteminin müalicə-profilaktika müəssisələrində pulsuz tibbi-sosial yardım göstərilir, onlar qanunvericiliklə müəyyən edilmiş qaydada stasionar müalicə və dispanser müşahidəsi ilə təmin olunurlar. [38]

İctimai təhlükəli xəstəliklərə tutulmuş vətəndaşların bəzi kateqoriyaları üçüəmək qabiliyyətinin müvəqqəti itirilməsi müddətində iş yerləri saxlanılır və qanunvericilikdə müəyyən edilmiş digər güzəştlər nəzərdə tutulur.

Göstərilən tibbi-sosial yardımın növləri və həcmi müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

Maddə 36. Yeni profilaktik, diaqnostika və müalicə üsullarının, dərman və dezinfeksiya vasitələrinin, immunobioloji preparatların tətbiqi

Səhiyyədə tətbiq edilən profilaktika, diaqnostika və müalicə üsullarından, tibbi texnologiyalardan, dərman və dezinfeksiya vasitələrindən, immunobioloji preparatlardan qanunvericilikdə müəyyən edilmiş qaydada istifadə edilir.

Tətbiqinə icazə verilməyən, lakin müəyyən edilmiş qaydada baxılmaqda olan diaqnostika və müalicə üsullarından, habelə dərman vasitələrindən müvafiq icra hakimiyyəti orqanının qərarı vəpasiyentin yazılı razılığı ilə, eləcə də yetkinlik yaşına çatmayanların və qanunvericilikdə müəyyən edilmiş qaydada fəaliyyət qabiliyyəti olmayan hesab ediləşəxslərin həyatı təhlükədə olduqda onların valideynlərinin və ya qanuni nümayəndələrinin yazılı razılığı ilə istifadə edilə bilər.[39]

Maddə 37. Biotibbi tədqiqatların aparılması qaydaları

Keçirilmiş laboratoriya eksperimentinin nəticələrinə əsaslanaraq dövlət və qeyri-dövlət səhiyyə müəssisələrində biotibbi tədqiqatların aparılmasına icazə verilir.

İnsanın obyekt şəklində hər hansı biotibbi tədqiqata cəlb olunması yalnız onun razılığı ilə aparıla bilər.

Biotibbi tədqiqata razılıq alındıqda müayinənin məqsədləri, kənar təsirləri, baş verə biləcək risk dərəcəsi, müddəti və nəticəsi barədə vətəndaşa məlumat verilməlidir. Tədqiqatın mərhələsindən asılıolmayaraq vətəndaşın istənilən vaxt ondan imtina etmək hüququ vardır.

Həkim resepti əsasında buraxılan dərman vasitələrinin, habelə müəyyən edilmiş qaydada yoxlamadan keçməmiş profilaktika, diaqnostika və müalicə üsullarının kütləvi informasiya vasitələri ilə təbliği qadağandır.[40]

Maddə 38. Evtanaziyanın qadağan olunması

Evtanaziya, yəni xəstənin xahişi ilə onun ölümünü hər hansı vasitə, yaxud hərəkətlə tezləşdirmək, həyatın davam  etməsinə kömək edən süni tədbirlərin dayandırılması qadağandır.

Xəstəni bilərəkdən evtanaziyaya meyl etdirən və ya evtanaziya edəşəxs qanunla müəyyən edilmiş qaydada məsuliyyət daşıyır.

Maddə 39. İnsanın ölüm anının müəyyən edilməsi

İnsanıölüm anını tibb işçisi (həkim, feldşer) təsdiq edir.

İnsanıölüm anının müəyyən edilməsi, reanimasiya tədbirlərinin dayandırılması meyarları və qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

Maddə 40. Transplantasiya məqsədilə insan orqan və (və ya) toxumalarının götürülməsi [41]

Tibbi göstərişləəsasında transplantasiya məqsədilə insan orqan və (və ya) toxumalarının götürülməsinə icazə verilir.

Transplantasiya məqsədi ilə insanı, onun orqan və (və ya) toxumalarının götürülməsinə məcbur etmək qadağandır.

Toxuma komponentlərindən hazırlanmış köçürmə materialları və preparatları istisna olmaqla insan orqan və (və ya) toxumaları alqı-satqı obyekti ola bilməz və onların alqı-satqısında iştirak edənşəxsləqanunla müəyyən edilmiş qaydada məsuliyyət daşıyırlar. [42]

Maddə 41. Patoloji-anatomik yarma

Patoloji-anatomik yarma ölümün səbəbləri və xəstəliyin diaqnozu haqqında məlumat əldə etmək məqsədilə həkim tərəfindən aparılır və onun aparılması qaydaları müvafiq icra hakimiyyəti orqanıtərəfindən müəyyən edilir.

Patoloji-anatomik yarmanın aparılmasının məcburi hesab edildiyi hallar (hamiləlik və doğuşla əlaqədar baş vermiş ana  ölümləri, infeksion xəstəliklər və onlar barəsində şübhə hallarında, tibbi müayinəvə müdaxilə zamanı baş verən və səbəbləri araşdırıla bilməyəölüm hallarında), zorakı ölüm barəsində şübhə və qanunvericilikdə nəzərdə tutulmuş digər hallar olmadıqda ölənin ailə üzvlərinin, qohumlarının və ya qanuni nümayəndələrinin rəsmi xahişi ilə patoloji-anatomik müayinə aparılmaya bilər.

Ölümün səbəbləri və xəstəliyin diaqnozu haqqında rəölənin ailə üzvlərinə, onlar olmadıqda isə yaxın qohumlarına və ya qanuni nümayəndələrinə, eləcə də zəruri hallarda hüquq mühafizəorqanlarına verilir. Ölənin ailə üzvləri, onlar olmadıqda isə yaxın qohumları və ya qanuni nümayəndələri müvafiq profilli mütəxəssisi onun razılığı ilə patoloji-anatomik yarmanın aparılmasında iştirak etməüçün dəvət edə bilərlər. Onların tələbi ilə qanunvericilikdə müəyyən edilmiş qaydada məhkəmə-tibb ekspertizası keçirilə bilər.

VII fəsil

TİBBİ EKSPERTİZA

Maddə 42. Əmək qabiliyyətinin müvəqqəti itirilməsinin ekspertizası

Xəstəlik, zədələnmələr, hamiləlik, doğuş, xəstə ailə üzvünə qulluq, protezləşdirmə, sanatoriya-kurort müalicəsi zamanı və digər hallarda dövlət və qeyri-dövlət tibb müəssisələrinin müalicə həkimləri tərəfindən qanunvericilikdə müəyyən edilmiş qaydada əmək qabiliyyətinin müvəqqəti itirilməsinin ekspertizası aparılır.

Əmək qabiliyyətinin müvəqqəti itirilməsinin ekspertizasında işçinin başqa işə müvəqqəti, yaxud daimi keçirilməsinin zəruriliyi və müddəti müəyyənləşdirilir, eləcə də vətəndaşın tibbi-sosial ekspert komissiyasına göndərilməsi barədə qərar qəbul edilir.

Əmək qabiliyyətinin müvəqqəti itirilməsinin ekspertizasını aparan müəssisənin qərarı ilə razılaşmadıqda vətəndaş və ya onun qanuni nümayəndəsi qanunvericilikdə müəyyən edilmiş qaydada məhkəməyə müraciət edə bilər.

Maddə 43. Tibbi-sosial ekspertiza

Tibbi-sosial ekspertiza orqanizmin funksiyalarının davamlı pozulmaları nəticəsində həyat fəaliyyətinin məhdudlaşdırılmasının qiymətləndirilməsi əsasında vətəndaşın sosial müdafiə tədbirlərinə olan ehtiyaclarının müəyyən edilməsidir.

Vətəndaşların işə düzəlməsinə dair tibbi-sosial ekspertizanın rəyini nəzərə almaq mülkiyyət formasından asılı olmayaraq bütün idarə, müəssisə və təşkilat rəhbərləri üçün məcburidir.

Tibbi-sosial ekspertizanın təşkili və aparılma qaydaları qanunvericilikdə müəyyən edilir.

Vətəndaşın, yaxud onun qanuni nümayəndəsinin tibbi-sosial ekspertizada iştirak etməüçün hər hansı mütəxəssisi onun razılığı ilə dəvət etmək hüququ vardır.

Tibbi-sosial ekspertiza aparan müəssisənin qərarı ilə razılaşmadıqda vətəndaş, yaxud onun qanuni nümayəndəsi qanunvericilikdə müəyyən edilmiş qaydada müvafiq icra hakimiyyəti orqanına və ya məhkəməyə müraciət edə bilər.

Maddə 43-1. Psixoloji-tibbi-pedaqoji komissiya [43]

Uşaqlarda fiziki çatışmazlıqların, əqli və (və ya) psixi ləngimələrin diaqnostikasının aparılmasını, bunun əsasında onların xüsusi təhsilə cəlb olunması barədə qərar qəbul edilməsini, valideynlərinə və ya digər qanuni nümayəndələrinə müvafiq məsləhətlər verilməsini, mübahisəli məsələlərə baxılmasını müvafiq icra hakimiyyəti orqanı tərəfindən yaradılan və daimi fəaliyyət göstərən psixoloji-tibbi-pedaqoji komissiya həyata keçirir.

Sağlamlıq imkanları məhdud şəxslərin valideynlərinin və ya digər qanuni nümayəndələrinin psixoloji-tibbi-pedaqoji komissiya tərəfindən aparılan müayinədə və müayinə nəticələrinin müzakirəsində iştirak etmək hüquqları vardır.

Maddə 44. Hərbi-həkim ekspertizası

Hərbi-həkim ekspertizası hərbi xidmətə çağırılanların, müqavilə (kontrakt) üzrə hərbi xidmətə daxil olanların, silahlı qüvvələrin və sərhəd qoşunlarının, habelə daxili qoşunların ehtiyatlarında olan vətəndaşların və hərbi qulluqçuların sağlamlığının vəziyyəti ilə bağlı hərbi xidmətə yararlılığını müəyyən edir. [44]

Hərbi-həkim ekspertizası hərbi qulluqçularda (hərbi toplantı keçən vətəndaşlarda), hərbi qulluqdan azad olunanlarda hərbi xidmət (hərbi toplantı) zamanı baş verən xəstəliklərin, xəsarət (yaralanma, travma, kontuziya) almanın səbəəlaqəsini təyin edir və hərbi qulluqçulara lazımi tibbi-sosial yardımın, bərpa müalicəsinin növlərini, həcmini və müddətini müəyyənləşdirir. [45]

Hərbi-həkim ekspertizasının təşkilinə və aparılmasına dair qaydalar, eləcə də hərbi qulluqçuların, hərbi xidmətə çağırılanların, müqavilə (kontrakt) üzrə hərbi qulluğa daxil olanların sağlamlığının vəziyyətinə dair tələblər müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

Hərbi-həkim ekspertizası rəyinin icrası vəzifəli şəxsləüçün məcburidir.

Maddə 45. Məhkəmə-tibb ekspertizası

Məhkəmə-tibb ekspertizası qanunvericilikdə müəyyən edilmiş qaydada təyin edilir və müvafiq icra hakimiyyəti orqanının xüsusi tibbi ekspertiza müəssisəsində aparılır.

Vətəndaşın, yaxud onun qanuni nümayəndəsinin ekspertizada iştirak etmək məqsədilə müvafiq mütəxəssisin onun razılığı ilə ekspert komissiyasına əlavə olaraq daxil olması üçün ekspertizanı təyin edən təşkilat qarşısında vəsatət qaldırmaq hüququ vardır.

Məhkəmə-tibb ekspertizasının təşkili və aparılması qaydaları qanunvericilikdə müəyyən edilir.

Vətəndaş və ya onun qanuni nümayəndəsi məhkəmə-tibb ekspertizası aparan müəssisənin rəyi ilə razılaşmadıqda qanunvericilikdə müəyyən edilmiş qaydada məhkəməyə müraciət edə bilər.

VIII fəsil

TİBB VƏ ƏCZAÇILIQ İŞÇİLƏRİNİN HÜQUQLARI VƏ SOSİAL MÜDAFİƏSİ

Maddə 46. Tibb və əczaçılıq fəaliyyəti ilə məşğul olmaq hüququ

Azərbaycan Respublikasında ali və ya orta ixtisas tibb müəssisələrində təhsil almış şəxslər, müvafiq diploma, yaxud xüsusi rütbəyə malik olan mütəxəssisləqanunvericiliklə müəyyən edilmiş qaydadatibb və əczaçılıq fəaliyyəti ilə məşğul olmaq hüququna malikdirlər.[46]

Ali tibb və əczaçılıq təhsilini başa vurmamış şəxslər müvafiq icra hakimiyyəti orqanının müəyyənləşdirdiyi qaydada orta tibb təhsilli işçi vəzifəsində tibbi və əczaçılıq fəaliyyəti ilə məşğul ola bilərlər.

Fasiləsiz olaraq ixtisasları üzrə beş ildəçox işləməmiş  həkimlər və əczaçılar müvafiq təhsil müəssisələrində hazırlıq keçdikdəvə qanunvericiliyə uyğun olaraq sertifikasiya olunduqdan sonra praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul ola bilərlər.[47]

ixtisaslarının təsdiq olunmasından sonra İxtisasları üzrə beş ildəçox işləməmiş orta tibb və ya əczaçılıq təhsili olan işçilər dövlət səhiyyə sisteminin müvafiq müəssisələrində hazırlıq keçdikdən və qanunvericiliyə uyğun olaraq sertifikasiya olunduqdan sonra praktiki tibb və əcəzaçılıq fəaliyyəti ilə məşğul ola bilərlər.[48]

Azərbaycan Respublikasının iştirakçısı olduğu beynəlxalq müqavilələrdə digər qaydalar nəzərdə tutulmadıqda, xarici ölkələrdə hazırlıq keçmiş tibb və əczaçılıq işçiləri müvafiq icra hakimiyyəti orqanıtərəfindən müəyyən edilmiş qaydada Azərbaycan Respublikasında tibb və əczaçılıq fəaliyyəti ilə məşğul olmağa buraxıla bilərlər.

Tibb fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən dövlət tibb müəssisələrinin nizamnamələrində və ya özəl tibb fəaliyyəti sahəsində onlara verilmiş xüsusi razılıqda (lisenziyada) göstərilən işlər və xidmətlərdən kənar (ilkin tibbi yardım istisna olmaqla) tibb fəaliyyətinin həyata keçirilməsinə yol verilmir.[49]

Müvafiq icra hakimiyyəti orqanı tərəfindən Azərbaycan Respublikasında tibb və əczaçılıq fəaliyyəti ilə məşğul olmaq hüququ olan şəxslərin dövlət reyestri aparılır. Azərbaycan Respublikasında tibb və əczaçılıq fəaliyyəti ilə məşğul olmaq hüququ olan şəxslərin dövlət reyestrinin aparılması qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.[50]

Maddə 47. Səhiyyə mütəxəssislərinin ixtisas seçmə hüququ

Azərbaycan Respublikasının ali təhsil müəssisələrində tibb və əczaçılıq ixtisasları üzrə təhsil almış şəxslər könüllülüəsasında əlavə təhsil ala bilərlər. [51]

Maddə 48. Səhiyyə mütəxəssislərinin peşə, bilik və bacarığının təkmilləşdirilməsi

Səhiyyə müəssisələrinin və orqanlarının rəhbərləri səhiyyə mütəxəssislərinin peşə, bilik və bacarıqlarının təkmilləşdirilməsinin təşkili üçün məsuliyyət daşıyırlar. Dövlət səhiyyə sistemi mütəxəssislərinin ixtisasartırma xərcləri dövlət büdcəsi, qeyri-dövlət səhiyyə sisteminin mütəxəssisləri üçüöz vəsaitləri hesabına ödənilir.

Səhiyyə mütəxəssislərinin peşə, bilik və bacarıqlarının dövlət standartları, tibb və əczaçılıixtisaslarının nomenklaturasına uyğun fəaliyyəüçün vacib olan diaqnostika, müalicə, profilaktika vəsağlamlığı möhkəmləndirmə metodlarının məcmusu müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.[52]

Ali və orta ixtisas tibb təhsilinə malik səhiyyə mütəxəssisləri dövri olaraq beş ildə ən azı bir dəfə ixtisaslarının artırılması məqsədi ilə müvafiq icra hakimiyyəti orqanı tərəfindən tədrisə cəlb edilirlər.[53]

Səhiyyə mütəxəssislərinin ixtisaslarının dəyişdirilməsinə yalnız müvafiq təhsil müəssisəsində peşə hazırlığı keçdikdən və qanunvericiliyə uyğun olaraq sertifikasiya olunduqdan sonra yol verilir.[54]

Maddə 49. Özəl tibbi praktika və özəl tibbi fəaliyyət [55]

Özəl tibbi praktika və özəl tibbi fəaliyyət qanunvericiliyə uyğun olaraq həyata keçirilir.

 

Maddə 49-1. Praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olan şəxslərin (işçilərin) sertifikasiyası

Praktik tibb və ya əczaçılıq fəaliyyəti ali və ya orta tibb təhsili olan şəxslər (işçilər) tərəfindən qanunvericilikdə nəzərdə tutulmuş qaydada ixtisasına uyğun həyata keçirilən tibbi yardımın göstərilməsi sahəsində və ya qanunvericiliyə uyğun olaraq dərman vasitələrinin hazırlanması, istehsalı və satışı sahəsində fəaliyyətdir.

Əhaliyə keyfiyyətli səhiyyə xidmətinin göstərilməsinin təmin edilməsi və Azərbaycan Respublikasında praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olan şəxslərin (işçilərin) peşəkarlıq səviyyəsinin və peşə yararlılığının yoxlanılması məqsədi ilə həmin şəxslər (işçilər), bu maddənin üçüncü və dördüncü hissələrində nəzərdə tutulmuş hallar istisna olmaqla, dövri olaraq beş ildə bir dəfə müvafiq icra hakimiyyəti orqanı tərəfindən sertifikasiyaya cəlb edilirlər. Sertifikasiya zamanı praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olan şəxslərə (işçilərə) onların fəaliyyət sahəsinə bilavasitə aid olmayan sualların verilməsi, habelə onların siyasi baxışlarına və etiqadına görə qiymətləndirilməsi yolverilməzdir.[56]

Hamilə qadınların, uşağının üç yaşınadək sosial məzuniyyətdə olan və həmin məzuniyyət bitdikdən sonra bir ildən az müddətdə müvafiq vəzifədə (peşədə) çalışan qadınların (uşağını təkbaşına böyüdən kişilərin) sertifikasiyası keçirilmir.

Ali və orta ixtisas tibb təhsil müəssisələrini, o cümlədən rezidenturanı bitirmiş şəxslər qanunvericiliyə uyğun olaraq təhsilini təsdiq edən sənədin verildiyi gündən, ixtisasını qanunvericiliyə uyğun olaraq dəyişdirmiş səhiyyə mütəxəssisləri yeni ixtisasını təsdiq edən sənədin verildiyi gündən beş il müddətində sertifikasiyadan keçirilmirlər.

Sertifikasiyadan keçən şəxslərə (işçilərə) həmin şəxslərin beş il müddətində praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olmaq hüququnu təsdiq edən və forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sertifikasiya şəhadətnaməsi verilir.

Sertifikasiyadan keçməyən şəxslərin (işçilərin) praktik tibb və ya əczaçılıq fəaliyyətinə buraxılmasına yol verilmir.

Sertifikasiyadan keçməyən işçilər 6 ay müddətində iş yeri saxlanılmaqla, müvafiq təhsil müəssisələrində peşə hazırlığı keçərək, təkrar sertifikasiya olunmaq üçün müraciət edə bilərlər. Sertifikasiyadan təkrarən keçməyən işçilərlə əmək münasibətləri Azərbaycan Respublikasının Əmək Məcəlləsi ilə tənzimlənir.

Praktik tibb və ya əczaçılıq fəaliyyətini xüsusi razılıq (lisenziya) əsasında həyata keçirən şəxslərin sertifikasiyadan keçməməsi qanunvericiliyə uyğun olaraq lisenziyanın fəaliyyətinin dayandırılması üçün əsasdır.

Praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olan şəxslərin (işçilərin) sertifikasiyası qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.[57]

 

Maddə 50. Xalq təbabəti ilə məşğul olmaq hüququ

Xalq təbabəti qanunvericilikdə müəyyən olunmuş qaydada qeydiyyatdan keçməmiş, lakin xalq ənənələrində təsdiqini tapmış sağaltma, profilaktika, müayinə və müalicə üsullarıdır.

Xalq təbabətindən istifadə qaydaları qanunvericilikdə müəyyən edilmiş qaydada yalnıqeyri-dövlət səhiyyə sistemində tətbiq edilə bilər.

Təbiblik fəaliyyəti üçüxüsusi razılıq qanunvericiliklə müəyyən olunmuş qaydada özəl tibbi praktika ilə məşğul olmaq istəyən şəxsin ərizəsi və ya özəl tibb müəssisəsinin vəsatəti əsasında müvafiq icra hakimiyyəti orqanı tərəfindən verilir. [58]

Kütləvi təbiblik seanslarının keçirilməsi, o cümlədən kütləvi informasiya vasitələrinin bu işlərə cəlb olunması qadağandır.

Müvafiq icra hakimiyyəti orqanının rəyi olmadan kütləvi müalicəvi seansların, hipnoz metodlarının, psixi və bioenerji təsirlərin müalicəvi  xassələrinin reklam yayımına yol verilmir.[59]

Təbiblik fəaliyyətinin dayandırılması haqqında qərar, bu fəaliyyətə icazə verən orqan tərəfindən qəbul edilir və bu qərarla razılaşmadıqda qanunvericilikdə müəyyən edilmiş qaydada məhkəməyəmüraciət edilə bilər.

Təbiblik fəaliyyəti ilə qanunsuz məşğul olan şəxsləqanunla müəyyən edilmiş qaydada məsuliyyət daşıyırlar.

Maddə 51. Müalicə həkimi

Müalicə həkimi ambulator-poliklinika müəssisəsində, yaxud xəstəxanada müşahidə və müalicə müddətində pasiyentə tibbi yardım göstərən həkimdir.

Müalicə həkimi pasiyentin istəyi ilə müəssisə (bölmə) rəhbəri tərəfindən təyin edilir. Pasiyent müalicə həkiminin dəyişdirilməsini tələb etdiyi hallarda, müəssisə rəhbəri bu tələbi yerinə yetirməlidir.

Müalicə həkimi pasiyentin vaxtında ixtisaslı müayinə və müalicəsini təşkil edir, səhhəti barədə ona məlumat verir, xəstənin, yaxud  onun qanuni nümayəndəsinin təkidi ilə məsləhətçi mütəxəssisləri dəvət edir və konsilium təşkil edir. Xəstənin həyatı təhlükə altında olduğu hallar və təxirəsalınmaz vəziyyətlər istisna edilməklə, digər hallarda konsilium tərəfindən verilən məsləhətlər yalnız müalicəhəkimi ilə razılaşdırıldıqdan sonra həyata keçirilir.

Pasiyentin həyatı təhlükə altında olmadıqda və o, həkim təyinatını yerinə yetirmədikdə, yaxud müəssisənin daxili qaydalarını pozduqda müvafiq rəhbəşəxslə razılıəsasında müalicə həkimi pasiyenti müşahidə və müalicə etməkdən imtina edə bilər.

Peşə vəzifələrinin lazımi səviyyədə yerinə yetirilməməsinə görə müalicə həkimi qanunla nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyır.

Maddə 52. Həkim andı

Azərbaycan Respublikasının ali tibb təhsili müəssisələrini bitirmiş və həkim diplomu almış şəxslər “Hippokrat andı” içirlər.

Həkim andını pozan həkimləqanunla müəyyən edilmiş qaydada məsuliyyət daşıyırlar.

Maddə 53. Həkim sirri

Vətəndaşın tibbi yardıüçün müraciət etməsi faktı, onun xəstəliyinin diaqnozu, sağlamlığının vəziyyəti müayinə və müalicə vaxtı əldə edilən digər məlumatlar barədə informasiya həkim sirrini təşkil edir. Vətəndaşın verəcəyi məlumatın gizli saxlanılması haqqında ona zəmanət verilir.

Vətəndaşın və ya onun qanuni nümayəndəsinin razılığı ilə həkim sirrini təşkil edən məlumat pasiyentin müayinə və müalicəsinin mənafeyi naminə, elmi tədqiqatların aparılması, elmi ədəbiyyatda nəşr edilməsi, tədris və digər məqsədlərlə istifadə olunması üçün başqa vətəndaşlara, vəzifəli şəxslərə verilə bilər.

Həkim sirrini təşkil edən məlumat vətəndaşın, yaxud onun qanuni nümayəndəsinin razılığı olmadan aşağıdakı hallarda verilə bilər:

vətəndaş öz vəziyyətini izah etmək qabiliyyətinə malik olmadıqda, vətəndaşı müayinə və müalicə etmək məqsədilə;

yoluxucu xəstəliklərin yayılması təhlükəsi olduqda, kütləvi zəhərlənmələr və zədələnmələr baş verdikdə;

istintaq və təhqiqat orqanlarının, prokurorun və məhkəmənin sorğusu ilə;

yetkinlik yaşına çatmayanların valideynlərinə, yaxud qanuni nümayəndələrinə məlumat vermək məqsədilə;

hüquqa zidd hərəkətlər və vətəndaşın sağlamlığına vurulan zərər barədə şübhə olduqda.

Həkim sirrinə qanuni qaydada yiyələnəşəxslər onun yayılmasına və bununla əlaqədar vətəndaşa dəyən zərərə görə qanuna uyğun olaraq tibb və əczaçılıq işçilərinə bərabər məsuliyyət daşıyırlar. [60]

Maddə 54. Tibb və əczaçılıq peşəsi üzrə birliklər

Tibb və əczaçılıq işçilərinin müvafiq qanunvericiliyə uyğun olaraq peşə üzrə birliklər yaratmaq hüququ vardır.

Onlar tibb və əczaçılıq təcrübəsinin inkişaf etdirilməsi, elmi tədqaqatların aparılmasına köməklik göstərilməsi və tibbi etika normalarının işlənib hazırlanması məqsədilə könüllülüəsasında yaradılır.

Maddə 55. Tibb və əczaçılıq işçilərinin sosial və hüquqi müdafiəsi

Tibb və əczaçılıq işçilərinin:

əməyin mühafizəsi tələblərinə uyğun olaraq onların fəaliyyəti üçün iş şəraitinin təmin edilməsi;

əmək müqaviləsi üzrə fəaliyyət göstərmək;

şərəf və ləyaqətinin qorunması;

nəzəri və praktik hazırlıq səviyyəsinə uyğun ixtisas kateqoriyasına yiyələnmək;

peşə biliklərini təkmilləşdirmək hüquqları vardır.

Maddə 56. Əmək haqqı və kompensasiyalar

Tibb və əczaçılıq işçilərinin, habelə elmi işçilərin, ali və orta tibb və əczaçılıq təhsili müəssisələrinin, universitetlərin tibb fakültələrinin professor-müəllim heyətinin əmək haqqı onların ixtisas dərəcəsinə, stajına və yerinə yetirdikləri vəzifələrə uyğun olaraq ödənilir və bu, əmək müqaviləsində (kontraktda) nəzərdə tutulur. [61]

Tibb və əczaçılıq işçilərinin əməşəraitləri təhlükəli, zərərli amillərlə bağlı olduqda onlar vəzifə maaşlarına əlavə olaraq kompensasiya almaq, eləcə də qanunvericilikdə müəyyən edilmiş digər güzəştlərdən istifadə etmək hüququna malikdirlər.

Əmək haqqının artırılmasına, əlavə ödəmələrin verilməsinə, digər kompensasiyalar və güzəştlər almaq hüququna malik olan tibb işçilərinin siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

Tibb və əczaçılıq işçiləri əmək funksiyalarının icrası zamanı bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq icbari qaydada sığorta edilirlər.[62]

Dövlət səhiyyə müəssisələrində xidməti vəzifələrini yerinə yetirərkən həlak olmuş tibb və əczaçılıq işçilərinin ailələrinə miqdarı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən birdəfəlik müavinət verilir.

Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə əsasən müvafiq icra hakimiyyəti orqanı tərəfindən tətbiq edilən cərimələrdən toplanan vəsaitin 25 faizi müvafiq icra hakimiyyəti orqanının vahid sisteminə daxil olan qurumlarda çalışan işçilərinin aylıq vəzifə (tarif) maaşlarına əlavənin verilməsi üçün həmin orqanın hesabına köçürülür. Bu vəsaitdən istifadə qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. [63]

Qeyd:

1. Bu maddənin altıncı hissəsində "müvafiq icra hakimiyyəti orqanı tərəfindən tətbiq edilən cərimələr" dedikdə, müvafiq icra hakimiyyəti orqanı tərəfindən baxılan və həmin orqan tərəfindən inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilən inzibati xətalar haqqında işlər üzrə tətbiq edilən cərimələr başa düşülür.

2. Bu maddənin altıncı hissəsində nəzərdə tutulmuş "vəzifə (tarif) maaşlarına əlavə" verilən işçilərin siyahısını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir.

IX fəsil

VƏTƏNDAŞLARIN SAĞLAMLIĞINA VURULAN ZƏRƏRƏ GÖRƏ MƏSULİYYƏT

Maddə 57. Vətəndaşların sağlamlığına vurulan ziyanın ödənilməsi

Vətəndaşların sağlamlığına zərər vurulduqda təqsirkar şəxslər qanunvericilikdə müəyyən edilmiş qaydada və həcmdə ziyanı ödəməyə borcludurlar.

Vurulan ziyanıödənilməsi tibb və əczaçılıq işçilərini qanunla nəzərdə tutulmuş intizam, inzibati, yaxud cinayət məsuliyyətindən azad etmir.

Vətəndaşların sağlamlığına zərər vurulmasında təqsirkar olan yetkinlik yaşına çatmayanlar, yaxud qanunvericilikdə müəyyən edilmiş qaydada fəaliyyət qabiliyyəti olmayan hesab ediləşəxslər tərəfindən ziyanıödənilməsi qanunvericiliyə uyğun olaraq həyata keçirilir.

Ətraf mühitin çirklənməsi nəticəsində vətəndaşların sağlamlığına vurulan ziyan qanunvericilikdə müəyyən edilmiş qaydada ziyan vuran hüquqi və fiziki şəxslər tərəfindəödənilir.

Maddə 58. Hüquqa zidd hərəkətlər nəticəsində zərər çəkmiş vətəndaşlara tibbi yardım göstərilməsi üzrə xərclərin ödənilməsi

Hüquqa zidd hərəkətlər nəticəsində zərəçəkmiş vətəndaşlara göstərilən tibbi yardımın xərcləri təqsirkar idarə, müəssisə və təşkilatlar tərəfindən xərc çəkən dövlət və qeyri-dövlət səhiyyə sistemlərinin müəssisələrinə ödənilir.

Vətəndaşların sağlamlığına birlikdə ziyan vuran şəxsləqanunla müəyyən edilmiş qaydada ziyanıödənilməsi ilə əlaqədar birgə məsuliyyət daşıyırlar.

Maddə 59. Sağlamlığın qorunması sahəsində vətəndaşların hüquqlarının pozulmasına görə tibb və əczaçılıq işçilərinin məsuliyyəti

Tibb və əczaçılıq işçiləri öz peşə vəzifələrini lazımi səviyyədə yerinə yetirmədikdə, sağlamlığın qorunması sahəsində vətəndaşların hüquqlarının pozulması hallarında qanuna uyğun olaraq məsuliyyət daşıyırlar.

Maddə 60. Dövlət orqanlarının və vəzifəli şəxslərin sağlamlığın qorunması sahəsində vətəndaşların hüquq və azadlıqlarını məhdudlaşdıran hərəkətlərindən şikayət etmək hüququ

Dövlət orqanlarının və vəzifəli şəxslərin sağlamlığın qorunması sahəsində vətəndaşların hüquq və azadlıqlarını məhdudlaşdıran hərəkətlərindən qanunvericilikdə müəyyən edilmişqaydada yuxarı orqanlara və məhkəməyə müraciət edilə bilər.

X fəsil

YEKUN MÜDDƏALARI

Maddə 61. Keçid müddəaları

Bu Qanunun tibbi sığortaya aid müddəaları tibbi sığortanın hüquqi tənzimlənməsi məsələləri üzrə müvafiq qanunvericilik aktı qəbul edildikdən sonra qüvvəyə minir.

Maddə 62. Qanunun qüvvəyə minməsi

Bu Qanun dərc olunduğu gündən qüvvəyə minir.

 

Azərbaycan Respublikasının Prezidenti

HeydəƏLİYEV

Bakı şəhəri, 26 iyun 1997-ci il

 360-IQ

 

 


İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI

 

1.       2 aprel 1999-cu il tarixli 647-IQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999-cu il, № 5, maddə 285)

2.       20 fevral 2001-ci il tarixli 86-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001-ci il, № 3, maddə 141)

3.       20 fevral 2001-ci il tarixli 87-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001-ci il, № 3, maddə 142)

4.       20 fevral 2001-ci il tarixli 88-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001-ci il, № 3, maddə 143)

5.       20 fevral 2001-ci il tarixli 89-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001-ci il, № 3, maddə 144)

6.       5 oktyabr 2001-ci il tarixli 178-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001-ci il, № 11, maddə 672)

7.       12 oktyabr 2001-ci il tarixli 194-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001-ci il, № 11, maddə 687)

8.       12 oktyabr 2001-ci il tarixli 201-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001-ci il, № 11, maddə 693)

9.       19 aprel 2002-ci il tarixli 310-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2002-ci il, № 5, maddə 240)

10.    30 aprel 2002-ci il tarixli 314-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2002-ci il, № 5, maddə 244)

11.    24 may 2002-ci il tarixli 333-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2002-ci il, № 6, maddə 328)

12.    25 mart 2003-cü il tarixli 426-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2003-cü il, № 6, maddə 256)

13.    5 mart 2004-cü il tarixli 597-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004-cü il, № 4, maddə 199)

14.    20 aprel 2004-cü il tarixli 641-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004-cü il, № 6, maddə 396)

15.    18 may 2004-cü il tarixli 652-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004-cü il, № 7, maddə 507)

16.    23 dekabr 2005-ci il tarixli 34-IIIQD  nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, № 2, maddə 66)

17.    19 dekabr 2006-cı il tarixli 202-IIIQD nömrəli Qanun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, № 12, maddə 1028)

18.    17 aprel 2007-ci il tarixli 313-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, № 6, maddə 560)

19.    9 oktyabr 2007-ci il tarixli 427-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, № 11, maddə 1052)

20.    6 noyabr 2007-ci il tarixli 480-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, № 12, maddə 1197)

21.    13 iyun 2008-ci il tarixli 648-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan  Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, №7, maddə 602)

22.    16 dekabr 2008-ci il tarixli 741-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti  18 fevral 2009-cu il, № 38, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, №02, maddə 46)

23.    20 oktyabr 2009-cu il tarixli 891-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti  25 dekabr 2009-cu il, № 287)

24.    22 oktyabr 2010-cu il tarixli 1114-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti  14 noyabr 2010-cu il, № 252, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010-cu il, № 11, maddə 962)

25.    21 dekabr 2010-cu il tarixli 37-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 19 fevral 2011-ci il, № 39, Azərbaycan  Respublikasının Qanunvericilik Toplusu, 2010-cu il, №02, maddə 70)

26.    21 dekabr 2010-cu il tarixli 38-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Respublika” qəzeti, 18 fevral 2011-ci il, № 38, “Azərbaycan” qəzeti, 20 fevral 2011-ci il, № 40, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011-ci il, № 02, maddə 71)

27.    24 iyun 2011-ci il tarixli 177-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Respublika” qəzeti, 30 iyul 2011-ci il, № 159, “Azərbaycan” qəzeti, 31 iyul 2011-ci il, № 166, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011-ci il, № 7, maddə 616)

28.    1 may 2012-ci il tarixli 348-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Respublika” qəzeti, 21 iyun 2012-ci il, № 135, “Azərbaycan” qəzeti 22 iyun 2012-ci il, № 136, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012-ci il, №6, maddə 510)

29.    22 oktyabr 2013-cü il tarixli 769-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Respublika” qəzeti 01 dekabr 2013-cü il, № 264)

30.    29 oktyabr 2013-cü il tarixli 790-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Respublika” qəzeti, 30 noyabr 2013-cü il, № 263; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013-cü il, № 11, maddə 1305)

31.    29 oktyabr 2013-cü il tarixli 802-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 29 noyabr 2013-cü il, № 263; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013-cü il, № 11, maddə 1316)

32.    2 fevral 2015-ci il tarixli 1177-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 17 fevral 2015-ci il, № 37, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015-ci il, №2, maddə 104)

33.    24 fevral 2015-ci il tarixli 1201-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 8 aprel 2015-ci il, № 72, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015-ci il, №4, maddə 345)

34.    28 aprel 2015-ci il tarixli 1269-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Respublika” qəzeti, 6 iyun 2015-ci il, № 120, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015-ci il, №06, maddə 681)

35.    29 dekabr 2015-ci il tarixli 76-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 19 fevral 2016-cı il, № 38)

36.    15 aprel 2016-cı il tarixli 206-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 1 may 2016-cı il, № 93)

 

QANUNA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI

 



[1] 2 fevral 2015-ci il tarixli 1177-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 17 fevral 2015-ci il, № 37, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015-ci il, №2, maddə 104)ilə 3-cü maddənin yeddinci abzasında “məcburi” sözü “icbari tibbi” sözləri ilə əvəz edilmişdir.

 

[2] 21 dekabr 2010-cu il tarixli 38-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Respublika” qəzeti, 18 fevral 2011-ci il, № 38, “Azərbaycan” qəzeti, 20 fevral 2011-ci il, № 40, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011-ci il, № 02, maddə 71) ilə 4-cü maddədə, 46-cı maddənin üçüncü hissəsində, 48-ci maddənin dördüncü hissəsində və 49-1-ci maddənin yeddinci hissəsinin birinci cümləsində “tədris” sözü “təhsil” sözü ilə əvəz edilmişdir.

 

[3] 20 fevral 2001-ci il tarixli 86-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001-ci il, № 3, maddə 141) ilə 5-ci maddədə “və əmlakını xüsusi, o cümlədən” sözləri “və əmlakı xüsusi mülkiyyətə, yaxud icarə müqaviləsi əsasında istifadə olunan mülkiyyətə əsaslanan özəl tibb müəssisələri, o cümlədən əmlakını” sözləri ilə, “şəxsi tibb” sözləri “özəl tibbi praktika” sözləri ilə əvəz edilmişdir.

 

[4] 12 oktyabr 2001-ci il tarixli 201-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001-ci il, № 11, maddə 693) ilə 9-cu maddənin birinci hissəsində "məcburi" sözü "icbari" sözü ilə əvəz edilmişdir.

 

[5] 19 dekabr 2006-cı il tarixli 202-IIIQD nömrəli Qanun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, № 12, maddə 1028) ilə 10-cu maddəyə yeni məzmunda altıncı-səkkizinci hissələr əlavə edilmişdir, altıncı hissə doqquzuncu hissə hesab edilmişdir.

 

[6] 21 dekabr 2010-cu il tarixli 37-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 19 fevral 2011-ci il, № 39, Azərbaycan  Respublikasının Qanunvericilik Toplusu, 2010-cu il, №02, maddə 70) ilə 10-cu maddəyə yeni məzmunda onuncu hissə əlavə edilmişdir.

 

[7] 29 oktyabr 2013-cü il tarixli 802-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 29 noyabr 2013-cü il, № 263; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013-cü il, № 11, maddə 1316) ilə 10-cu maddəyə yeni məzmunda on birinci hissə əlavə edilmişdir.

 

[8] 2 fevral 2015-ci il tarixli 1177-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 17 fevral 2015-ci il, № 37, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015-ci il, №2, maddə 104)ilə 11-ci maddənin ikinci hissəsində, 29-cu maddənin dördüncü hissəsində, 31-ci maddənin üçüncü hissəsində, 33-cü maddənin səkkizinci hissəsinin ikinci cümləsində, 38-ci maddənin ikinci hissəsində, 40-cı maddənin üçüncü hissəsində, 50-ci maddənin yeddinci hissəsində, 51-ci maddənin beşinci hissəsində, 52-ci maddənin ikinci hissəsində, 57-ci maddənin ikinci hissəsində və 58-ci maddənin ikinci hissəsində “qanunvericilikdə” sözü “qanunla” sözü ilə əvəz edilmişdir.

 

[9] 12 oktyabr 2001-ci il tarixli 201-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001-ci il, № 11, maddə 693) ilə 12-ci maddənin üçüncü hissəsində "məcburi" sözü "icbari" sözü ilə, "dövlət səhiyyə" sözləri "tibbi sığorta sistemindəki tibb" sözləri ilə əvəz edilmişdir.

 

[10] 5 oktyabr 2001-ci il tarixli 178-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001-ci il, № 11, maddə 672) ilə 12-ci maddənin yeddinci hissəsində "və pensiyaçıların" sözlərindən sonra "məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin" sözləri əlavə edilmişdir.

 

[11] 25 mart 2003-cü il tarixli 426-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2003-cü il, № 6, maddə 256) ilə 12-ci maddəyə yeni səkkizinci hissə əlavə edilmişdir. Maddənin əvvəlki səkkizinci hissəsi doqquzuncu hissə hesab edilmişdir.

 

[12] 12 oktyabr 2001-ci il tarixli 201-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001-ci il, № 11, maddə 693) ilə 13-cü maddədə "məcburi" sözü "icbari" sözü ilə əvəz edilmişdir.

 

2 fevral 2015-ci il tarixli 1177-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 17 fevral 2015-ci il, № 37, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015-ci il, №2, maddə 104) ilə13-cü maddədə “Respublikasının” sözündən sonra “sığorta” sözü əlavə edilmişdir.

 

[13] 18 may 2004-cü il tarixli 652-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004-cü il, № 7, maddə 507) ilə 15-ci maddənin adı yeni redaksiyada verilmişdir.

Əvvəlki redaksiyada deyilirdi:

Maddə 15. Peşə fəaliyyətinin bəzi növləri ilə məşğul olan vətəndaşların sağlamlığının qorunması hüququ.

 

[14] 12 oktyabr 2001-ci il tarixli 201-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001-ci il, № 11, maddə 693) ilə 15-ci maddəyə ikinci hissə əlavə edilmişdir.

 

[15] 18 may 2004-cü il tarixli 652-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004-cü il, № 7, maddə 507) ilə 15-ci maddəyə üçüncü hissə əlavə edilmişdir.

 

[16] 23 dekabr 2005-ci il tarixli 34-IIIQD  nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, № 2, maddə 66) ilə 16-cı maddəsinin ikinci hissəsində "və müayinədən keçmək" sözləri ", müayinədən keçmək və dispanser nəzarətində olmaq" sözləri ilə əvəz edilmişdir.

 

[17] 12 oktyabr 2001-ci il tarixli 194-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001-ci il, № 11, maddə 687) ilə 16-cı maddənin ikinci hissəsində "dövlət səhiyyə sisteminin müəssisələrində" sözləri "yaşayış yerindəki dövlət və bələdiyyə tibb müəssisələrində" sözləri ilə əvəz edilmişdir.

 

[18] 13 iyun 2008-ci il tarixli 648-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan  Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, №7, maddə 602) ilə üçüncü hissədə əlil sözü “sağlamlıq imkanları məhdud” sözləri ilə əvəz edilmişdir.

 

[19] 20 fevral 2001-ci il tarixli 88-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001-ci il, № 3, maddə 143) ilə 16-cı maddəyə beşinci hissə əlavə edilmişdir.

 

13 iyun 2008-ci il tarixli 648-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan  Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, №7, maddə 602) ilə beşinci hissədə “əlillik qrupu verilənədək”sözləri “sağlamlıq imkanlarının məhdudluğu müəyyən edilənədək” sözləri ilə əvəz edilmişdir.

 

[20] 24 iyun 2011-ci il tarixli 177-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Respublika” qəzeti, 30 iyul 2011-ci il, № 159, “Azərbaycan” qəzeti, 31 iyul 2011-ci il, № 166, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011-ci il, № 7, maddə 616) ilə yeni məzmunda 17-1-ci maddə əlavə edilmişdir.

 

[21] 29 oktyabr 2013-cü il tarixli 802-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 29 noyabr 2013-cü il, № 263; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013-cü il, № 11, maddə 1316) ilə 18-ci maddənin birinci hissəsinin birinci bəndi yeni redaksiyada verilmişdir.

Əvvəlki redaksiyada deyilirdi:

müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada dövlət səhiyyə sisteminin uşaq və yeniyetmə tibb xidməti müəssisələrində pulsuz dispanser nəzarətində olmaq və müalicə olunmaq;

 

[22] 13 iyun 2008-ci il tarixli 648-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan  Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, №7, maddə 602) ilə 21-ci maddənin adında “Əlillərin” və mətnində “əlillərə” sözlərindən sonra müvafiq olaraq “və sağlamlıq imkanları məhdud uşaqların” və “və sağlamlıq imkanları məhdud uşaqlara” sözləri əlavə edilmişdir.

 

[23] 5 oktyabr 2001-ci il tarixli 178-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001-ci il, № 11, maddə 672) ilə 22-1-ci maddə əlavə edilmişdir.

 

[24] 24 may 2002-ci il tarixli 333-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2002-ci il, № 6, maddə 328) ilə 23-cü maddənin adında "azadlıqdan məhrum edilmə yerlərində cəza çəkən vətəndaşların" sözləri "vətəndaşların, cəzaçəkmə müəssisələrində məhkumların" sözləri ilə əvəz edilmişdir.

 

[25] 24 may 2002-ci il tarixli 333-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2002-ci il, № 6, maddə 328) ilə 23-cü maddənin birinci hissəsi yeni redaksiyada verilmişdir.

 

Əvvəlki redaksiyada deyilirdi:

Tutulmuş, həbs edilmiş, azadlıqdan məhrum edilmə yerlərində cəza çəkən vətəndaşların tibbi yardım almaq, o cümlədən zəruri hallarda dövlət səhiyyə sisteminin müəssisələrində büdcə vəsaitləri hesabına tibbi yardımla təmin olunmuq hüququ vardır.

 

[26] 24 may 2002-ci il tarixli 333-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2002-ci il, № 6, maddə 328) ilə 23-cü maddənin üçüncü hissəsi yeni redaksiyada verilmişdir.

Əvvəlki redaksiyada deyilirdi:

Azadlıqdan məhrum edilməyə məhkum olunmuş qadınlar 3 yaşınadək uşaqlarını körpələr evinə verə bilərlər.

 

[27] 24 may 2002-ci il tarixli 333-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2002-ci il, № 6, maddə 328) ilə 23-cü maddənin dördüncü hissəsində "azadlıqdan məhrum edilmə yerlərində cəza çəkən vətəndaşların" sözləri "vətəndaşların, cəzaların çəkilməsi zamanı məhkumların" sözləri ilə, beşinci hissəsində "azadlıqdan məhrum edilmə yerlərində cəza çəkən vətəndaşlara" sözləri "vətəndaşlara, cəzaların çəkilməsi zamanı məhkumlara" sözləri ilə əvəz edilmişdir.

 

[28] 24 may 2002-ci il tarixli 333-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2002-ci il, № 6, maddə 328) ilə 23-cü maddəyə altıncı hissə əlavə edilmişdir.

 

[29] 1 may 2012-ci il tarixli 348-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Respublika” qəzeti, 21 iyun 2012-ci il, № 135, “Azərbaycan” qəzeti 22 iyun 2012-ci il, № 136, Azərbaycan  Respublikasının Qanunvericilik Toplusu, 2012-ci il, №6, maddə 510) ilə 25-ci maddəyə altıncı və yeddinci hissələr əlavə edilmişdir.

 

[30] 17 aprel 2007-ci il tarixli 313-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, № 6, maddə 560) ilə 28-ci maddəsinin dördüncü hissəsinə ikinci cümlə əlavə edilmişdir.

6 noyabr 2007-ci il tarixli 480-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, № 12, maddə 1197) ilə 28-ci maddəsinin dördüncü hissəsinə üçüncü cümlə əlavə edilmişdir.

28 aprel 2015-ci il tarixli 1269-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Respublika” qəzeti, 6 iyun 2015-ci il, № 120, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015-ci il, №06, maddə 681) ilə 28-ci maddəsinin dördüncü hissəsinin ikinci cümləsində “edilə bilər” sözləri “edilir” sözü ilə əvəz edilmişdir.

 

15 aprel 2016-cı il tarixli 206-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 1 may 2016-cı il, № 93) ilə 28-ci maddəsinin dördüncü hissəsinin ikinci cümləsində “Cinayət” sözündən sonra “və ya inzibati həbs nəzərdə tutan inzibati xəta” sözləri əlavə edilmişdir və “qanunvericiliyinə” sözü “Mülki Prosessual Məcəlləsinə” sözləri ilə əvəz edilmişdir.

 

[31] 20 fevral 2001-ci il tarixli 89-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001-ci il, № 3, maddə 144) ilə 28-ci maddənin dördüncü hissəsinə "şəxslər" sözündən sonra "habelə ətrafdakılar üçün epidemioloji baxımdan ciddi təhlükə yaradan və hospitalizasiyadan imtina edən vərəmli xəstələr" sözləri əlavə edilmişdir.

 

19 dekabr 2006-cı il tarixli 202-IIIQD nömrəli Qanun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, № 12, maddə 1028) ilə 28-ci maddəyə yeni məzmunda beşinci hissə əlavə edilsin, beşinci hissə altıncı hissə hesab edilmişdir.

 

[32] 22 oktyabr 2013-cü il tarixli 769-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Respublika” qəzeti 01 dekabr 2013-cü il, № 264) ilə yeni məzmunda 31-1-ci maddə əlavə edilmişdir.

 

[33] 1 may 2012-ci il tarixli 348-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Respublika” qəzeti, 21 iyun 2012-ci il, № 135, “Azərbaycan” qəzeti 22 iyun 2012-ci il, № 136, Azərbaycan  Respublikasının Qanunvericilik Toplusu, 2012-ci il, №6, maddə 510) ilə 32-ci maddənin ikinci hissəsinin ikinci və üçüncü bəndləri müvafiq olaraq üçüncü və dördüncü bəndlər hesab edilmişdir və ikinci bənd əlavə edilmişdir.

 

[34] 20 fevral 2001-ci il tarixli 86-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001-ci il, № 3, maddə 141) ilə 32-ci maddənin dördüncü hissəsi yeni redaksiyada verilmişdir.

Əvvəlki redaksiyada deyilirdi:

Qeyri-dövlət səhiyyə sisteminin müəssisələri əhaliyə ilkin tibbi-sanitariya yardımının göstərilməsində iştirak edə bilərlər.

 

[35] 20 fevral 2001-ci il tarixli 86-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001-ci il, № 3, maddə 141) ilə 33-cü maddəyə yeni üçüncü və dördüncü hissələr əlavə edilmişdir. Maddənin əvvəlki üçüncü, dördüncü, beşinci və altıncı hissələri müvafiq olaraq beşinci, altıncı, yeddinci və səkkizinci hissələr hesab edilmişdir.

 

[36] 12 oktyabr 2001-ci il tarixli 201-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001-ci il, № 11, maddə 693) ilə 33-cü maddəyə yeni beşinci hissə əlavə edilmişdir. Maddənin əvvəlki beşinci-səkkizinci hissələri müvafiq olaraq altıncı-doqquzuncu hissələr hesab edilmişdir.

 

[37] 24 fevral 2015-ci il tarixli 1201-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 8 aprel 2015-ci il, № 72, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015-ci il, №4, maddə 345)ilə 34-cü maddənin ikinci hissəsi üçüncü hissə hesab edilmişdir və yeni məzmunda ikinci hissə əlavə edilmişdir.

 

[38] 21 dekabr 2010-cu il tarixli 37-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 19 fevral 2011-ci il, № 39, Azərbaycan  Respublikasının Qanunvericilik Toplusu, 2010-cu il, №02, maddə 70) ilə 35-ci maddənin birinci hissəsində “vətəndaşlara” sözündən sonra “, qanunvericilikdə nəzərdə tutulmuş hallar istisna olmaqla,” sözləri  əlavə edilmişdir.

 

[39] 9 oktyabr 2007-ci il tarixli 427-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, № 11, maddə 1052) ilə 36-cı maddənin ikinci hissəsində “dərman vasitələrindən” sözləri “habelə dərman vasitələrindən müvafiq icra hakimiyyəti orqanının qərarı və” sözləri ilə əvəz edilmişdir.

 

[40] 9 oktyabr 2007-ci il tarixli 427-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, № 11, maddə 1052) ilə 37-ci maddənin dördüncü hissəsində “Müəyyən edilmiş qaydada yoxlamadan keçməmiş profilaktika, diaqnostika və müalicə üsullarının, dərman vasitələrinin” sözləri  “Dərman vasitələrinin, habelə müəyyən edilmiş qaydada yoxlamadan keçməmiş profilaktika, diaqnostika və müalicə üsullarının” sözləri ilə əvəz edilmişdir.

 

22 oktyabr 2010-cu il tarixli 1114-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti  14 noyabr 2010-cu il, № 252, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010-cu il, № 11, maddə 962) ilə 37-ci maddəsinin dördüncü hissəsində “Dərman vasitələrinin” sözləri “Həkim resepti əsasında buraxılan dərman vasitələrinin” sözləri ilə əvəz edilmişdir.

 

[41] 20 fevral 2001-ci il tarixli 87-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001-ci il, № 3, maddə 142) ilə 40-cı maddənin adında və mətnində “insan toxumalarının və orqanlarının”, “insanı, onun orqan və toxumalarının”, “insanın orqan və toxumaları” sözləri müvafiq olaraq “insan orqan və (və ya) toxumalarının”, “insanı, onun orqan və (və ya) toxumalarının”, “insan orqan və (və ya) toxumaları" sözləri ilə əvəz edilmişdir.

 

[42] 20 fevral 2001-ci il tarixli 87-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001-ci il, № 3, maddə 142) ilə 40-cı maddənin üçüncü hissəsində cümlənin əvvəlinə “Toxuma komponentlərindən hazırlanmış köçürmə materialları və preparatları istisna olmaqla” sözləri əlavə edilmişdir.

 

[43] 30 aprel 2002-ci il tarixli 314-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2002-ci il, № 5, maddə 244) ilə 43-1-ci maddə əlavə edilmişdir.

 

[44] 5 mart 2004-cü il tarixli 597-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004-cü il, № 4, maddə 199) ilə 44-cü maddənin birinci hissəsindən "milli təhlükəsizlik orqanlarının" sözləri çıxarılmışdır.

Əvvəlki redaksiyada deyilirdi:

Hərbi-həkim ekspertizası hərbi xidmətə çağırılanların, müqavilə (kontrakt) üzrə hərbi xidmətə daxil olanların, silahlı qüvvələrin və milli təhlükəsizlik orqanlarının sərhəd qoşunlarının, habelə daxili qoşunların ehtiyatlarında olan vətəndaşların və hərbi qulluqçuların sağlamlığının vəziyyəti ilə bağlı hərbi xidmətə yararlılığını müəyyən edir.

 

[45] 16 dekabr 2008-ci il tarixli 741-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti  18 fevral 2009-cu il, № 38, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, №02, maddə 46) ilə 44-cü maddəsinin ikinci hissəsində “yaralanmaların, travmaların” sözləri “xəsarət (yaralanma, travma, kontuziya) almanın” sözləri ilə əvəz edilmişdir.

 

[46] 20 oktyabr 2009-cu il tarixli 891-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti  25 dekabr 2009-cu il, № 287) ilə 46-cı maddənin birinci hissədə “mütəxəssislər” sözündən sonra “qanunvericiliklə müəyyən edilmiş qaydada” sözləri əlavə edilmişdir.

 

21 dekabr 2010-cu il tarixli 38-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Respublika” qəzeti, 18 fevral 2011-ci il, № 38, “Azərbaycan” qəzeti, 20 fevral 2011-ci il, № 40, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011-ci il, № 02, maddə 71) ilə 46-cı maddənin birinci hissəsində “məktəblərində” sözü “müəssisələrində” sözü ilə əvəz edilmişdir.

 

[47] 20 oktyabr 2009-cu il tarixli 891-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti  25 dekabr 2009-cu il, № 287) ilə 46-cı maddənin üçüncü hissədə “sonra, yaxud yoxlama imtahanlarının nəticələri əsasında” sözləri “və qanunvericiliyə uyğun olaraq sertifikasiya olunduqdan sonra” sözləri ilə əvəz edilmişdir.

 

[48] 20 oktyabr 2009-cu il tarixli 891-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti  25 dekabr 2009-cu il, № 287) ilə 46-cı maddənin dördüncü hissədə “ixtisaslarının təsdiq olunmasından sonra” sözləri “hazırlıq keçdikdən və qanunvericiliyə uyğun olaraq sertifikasiya olunduqdan sonra” sözləri ilə əvəz edilmişdir.

 

[49] 24 fevral 2015-ci il tarixli 1201-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 8 aprel 2015-ci il, № 72, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015-ci il, №4, maddə 345)ilə 46-cı maddənin altıncı hissəsi yeddinci hissə hesab edilmişdir və yeni məzmunda altıncı hissə əlavə edilmişdir.

 

[50] 20 oktyabr 2009-cu il tarixli 891-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti  25 dekabr 2009-cu il, № 287) ilə 46-cı maddəyə altıncı hissə əlavə edilmişdir.

 

[51] 20 aprel 2004-cü il tarixli 641-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004-cü il, № 6, maddə 396) ilə 47-ci maddədə "sertifikatı ala bilərlər" sözləri "hazırlıqlarını artıra bilərlər" sözləri ilə əvəz edilmişdir.

 

20 oktyabr 2009-cu il tarixli 891-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti  25 dekabr 2009-cu il, № 287) ilə 47-ci maddənin adında “peşə” sözü “ixtisas” sözü ilə, mətnində “seçdikləri peşə üzrə ixtisasartırma və kadrların yenidən hazırlığı müəssisələrinə qəbul edilərək müvafiq” sözləri “müvafiq tədris və ya elm müəssisələrində” sözləri ilə əvəz edilmişdir.

 

21 dekabr 2010-cu il tarixli 38-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Respublika” qəzeti, 18 fevral 2011-ci il, № 38, “Azərbaycan” qəzeti, 20 fevral 2011-ci il, № 40, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011-ci il, № 02, maddə 71) ilə 47-ci maddədə “məktəblərində” sözü “təhsil müəssisələrində” sözləri ilə, “müvafiq tədris və ya elm müəssisələrində peşə hazırlıqlarını artıra” sözləri “əlavə təhsil ala” sözü ilə əvəz edilmişdir.

 

[52] 20 oktyabr 2009-cu il tarixli 891-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti  25 dekabr 2009-cu il, № 287) ilə 48-ci maddənin ikinci hissədə “peşələrinin” sözü “ixtisaslarının” sözü ilə əvəz edilmişdir.

 

[53] 20 aprel 2004-cü il tarixli 641-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004-cü il, № 6, maddə 396) ilə 48-ci maddənin üçüncü hissəsindən "aldıqdan və imtahan verdikdən sonra müvafiq sertifikat" sözləri çıxarılmışdır.

Əvvəlki redaksiyada deyilirdi:

Mülkiyyət formasından asılı olmayaraq səhiyyə müəssisələrinin mütəxəssisləri peşə seçdikdə, peşələrini dəyişdikdə və fəaliyyət göstərdiyi peşə üzrə beş ildə bir dəfədən az olmayaraq ixtisasartırma və kadrların hazırlığımüəssisələrində müəyyən proqram üzrə təhsil aldıqdan və imtahan verdikdən sonra müvafiq sertifikat almalıdırlar.

 

20 oktyabr 2009-cu il tarixli 891-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti  25 dekabr 2009-cu il, № 287) ilə 48-ci maddənin üçüncü hissə yeni redaksiyada verilmişdir.

Əvvəlki redaksiya deyilirdi:

Mülkiyyət formasından asılı olmayaraq səhiyyə müəssisələrinin mütəxəssisləri peşə seçdikdə, peşələrini dəyişdikdə və fəaliyyət göstərdiyi peşə üzrə beş ildə bir dəfədən az olmayaraq ixtisasartırma və kadrların hazırlığımüəssisələrində müəyyən proqram üzrə təhsil almalıdırlar.

 

[54] 20 oktyabr 2009-cu il tarixli 891-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti  25 dekabr 2009-cu il, № 287) ilə 48-ci aşağıdakı dördüncü hissə əlavə edilmişdir.

 

[55] 20 fevral 2001-ci il tarixli 86-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001-ci il, № 3, maddə 141) ilə 49-cu maddə yeni redaksiyada verilmişdir.

Əvvəlki redaksiya deyilirdi:

Maddə 49. Şəxsi tibbi fəaliyyət

Şəxsi tibbi fəaliyyət müəssisələrin, təşkilatların, vətəndaşların vəsaitləri hesabına, o cümlədən tibbi sığorta müəssisələri ilə müqavilə əsasında tibb işçiləri tərəfindən göstərilən tibbi xidmətdir.

Şəxsi tibbi fəaliyyət qanunvericiliyə uyğun olaraq həyata keçirilir.

Qanunvericilikdə nəzərdə tutulan hallardan başqa müvafiq icra hakimiyyəti orqanınışəxsi tibb və əczaçılıq fəaliyyəti ilə məşğul olan şəxslərin fəaliyyətinə qarışmağına yol verilmir.

 

[56] 29 dekabr 2015-ci il tarixli 76-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 19 fevral 2016-cı il, № 38) ilə 49-1-ci maddənin ikinci hissəsinə yeni məzmunda ikinci cümlə əlavə edilmişdir.

 

[57] 20 oktyabr 2009-cu il tarixli 891-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti  25 dekabr 2009-cu il, № 287) ilə 49-1-ci maddə əlavə edilmişdir.

 

[58] 20 fevral 2001-ci il tarixli 86-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001-ci il, № 3, maddə 141) ilə 50-ci maddənin ikinci hissəsində “qeyri-dövlət səhiyyə sistemi müəssisələrində” sözləri “qeyri-dövlət səhiyyə sistemində” sözləri ilə, üçüncü hissəsində “icazə vətəndaşın ərizəsi və qeyri-dövlət tibb müəssisəsinin vəsatəti əsasında” sözləri “xüsusi razılıq qanunvericiliklə müəyyən olunmuş qaydada özəl tibbi praktika ilə məşğul olmaq istəyən şəxsin ərizəsi və ya özəl tibb müəssisəsinin vəsatəti əsasında” sözləri ilə əvəz edilmişdir.

 

[59] 2 aprel 1999-cu il tarixli 647-IQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999-cu il, № 5, maddə 285) ilə 50-ci maddəyə yeni beşinci hissə əlavə edilmişdir. Maddənin əvvəlki beşinci və altıncı hissələri müvafiq olaraq altıncı və yeddinci hissələr hesab edilmişdir. 

 

[60] 2 fevral 2015-ci il tarixli 1177-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 17 fevral 2015-ci il, № 37, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015-ci il, №2, maddə 104)ilə 53-cü maddənin dördüncü hissəsində və 59-cu maddədə “qanunvericiliyə” sözü “qanuna” sözü ilə əvəz edilmişdir.

 

[61] 18 may 2004-cü il tarixli 652-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004-cü il, № 7, maddə 507) ilə 56-cı maddənin birinci hissəsində "əmək müqaviləsində (sazişində)" sözləri "əmək müqaviləsində (kontraktda)" sözləri ilə əvəz edilmişdir.

 

[62] 2 fevral 2015-ci il tarixli 1177-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 17 fevral 2015-ci il, № 37, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015-ci il, №2, maddə 104)ilə 56-cı maddənin dördüncü hissəsi yeni redaksiyada verilmişdir.

əvvəlki redaksiyada deyilirdi:

Həyat və sağlamlıüçün təhlükəli şəraitdə dövlət səhiyyə sistemində fəaliyyət göstərən mütəxəssislər qanunvericilikdə müəyyən edilmiş qaydada dövlət vəsaiti hesabına məcburi sığorta olunurlar.

 

[63] 29 oktyabr 2013-cü il tarixli 790-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Respublika” qəzeti, 30 noyabr 2013-cü il, № 263; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013-cü il, № 11, maddə 1305) ilə 56-cı maddəsinə yeni məzmunda altıncı hissə və "Qeyd" hissəsi əlavə edilmişdir.

Qaynar xətt nömrələri

Daxili İşlər Nazirliyi-102

Fövqəladə Hallar Nazirliyi-112

Vergilər Nazirliyi-195

İqtisadi İnkişaf Nazirliyi-195-2

Ədliyyə Nazirliyi-195

İnsan alveri ilə bağlı Daxili İşlər Nazirliyinin Qaynar xətti-152

Qeydiyyat və Notariat Baş İdarəsi-1650

Dövlət Miqrasiya Xidməti-919

Dövlət Gömrük Komitəsi-195

Yanğın xidməti-101

Polis-102

Təcili yardım-103

 

Sənəd nümunələri

İddiya ərizələri, şikayət nümunələri, əmək müqaviləsi,

Sənədlər

Go to top