I. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.
Konstitusiya

Dövlət qulluqçusu üçün hakimiyyət səlahiyyətinin icrasına görə əlavə haqqın təyin edilməsi haqqında

Azərbaycan Respublikasının Qanunu

Maddə 1. Qanunun məqsədi

Bu Qanun dövlət qulluqçusu üçün hakimiyyət səlahiyyətinin icrasına görə əlavə haqq təyin edilməsi qaydasını müəyyən edir.

Maddə 2. Hakimiyyət səlahiyyətinin verilməsi

Hakimiyyət səlahiyyəti verilən dövlət qulluqçularının siyahısı qanunvericiliklə müəyyən edilir.

Maddə 3. Hakimiyyət səlahiyyətinin icrasına görə əlavə haqqın məbləği

Dövlət qulluqçusuna hakimiyyət səlahiyyəti vermək barədə qərar qəbul edildiyi vaxtdan müvafiq səlahiyyətin icrasına görə hər ay vəzifə maaşına qanunvericiliklə müəyyən edilmiş məbləğdə əlavə haqq verilir.

Maddə 4. Hakimiyyət səlahiyyətinin icrasına görə əlavə haqqın ödənilməsi mənbəyi

Hakimiyyət səlahiyyətinin icrasına görə əlavə haqqın ödənilməsi hakimiyyət səlahiyyətinə malik olan dövlət qulluqçusunun qulluq keçdiyimüvafiq dövlət orqanı üçün dövlət büdcəsində nəzərdə tutulmuş əmək haqqı fondu həddində həyata keçirilir.

Maddə 5. Qanunun qüvvəyə minməsi

Bu Qanun dərc edildiyi gündən qüvvəyə minir.

Azərbaycan Respublikasının Prezidenti

Heydər ƏLİYEV

Bakı şəhəri, 31 may 2002-ci il

№– 334-IIQ

«Azərbaycan» qəzetində dərc edilmişdir (7 iyul 2002-ci il, №– 152).

«Azərbaycan Respublikasının Qanunvericilik Toplusu»nda dərc edilmişdir (31 iyul 2002-ci il, №– 7, maddə 386).

4 noyabr 2003-cü il tarixli, 506-IIQD nömrəli; 28 aprel 2009-cu il tarixli, 807-IIIQD nömrəli Qanunlara əsasən dəyişikliklərlə.

Qaynar xətt nömrələri

Daxili İşlər Nazirliyi-102

Fövqəladə Hallar Nazirliyi-112

Vergilər Nazirliyi-195

İqtisadi İnkişaf Nazirliyi-195-2

Ədliyyə Nazirliyi-195

İnsan alveri ilə bağlı Daxili İşlər Nazirliyinin Qaynar xətti-152

Qeydiyyat və Notariat Baş İdarəsi-1650

Dövlət Miqrasiya Xidməti-919

Dövlət Gömrük Komitəsi-195

Yanğın xidməti-101

Polis-102

Təcili yardım-103

 

Sənəd nümunələri

İddiya ərizələri, şikayət nümunələri, əmək müqaviləsi,

Sənədlər

Go to top