I. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.
Konstitusiya

Özəl tibb fəaliyyəti haqqında

AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

Bu Qanun özəl tibb fəaliyyətinin subyektləri arasında münasibətləri tənzimləyir, onların hüquq və vəzifələrini, bu fəaliyyətin təşkilati-hüquqi əsaslarını müəyyən edir.

I fəsil
Ümumİ müddəalar Maddə 1. Əsas anlayışlar

Bu Qanunda istifadə olunan əsas anlayışlar aşağıdakı mənaları ifadə edir:

özəl tibb fəaliyyətinin subyektləri - tibb fəaliyyətini həyata keçirən özəl tibb müəssisələri və özəl tibbi praktika ilə məşğul olan fiziki şəxslər;

özəl tibbi fəaliyyət - qanunvericiliklə müəyyən olunmuş qaydada hüquqi şəxs yaratmaqla özəl tibb fəaliyyətinin həyata keçirilməsi;

özəl tibbi praktika - ali və ya orta tibb təhsili olan şəxslər tərəfindən hüquqi şəxs yaratmadan qanunvericiliklə müəyyən olunmuş qaydada verilən xüsusi razılıq əsasında ixtisasına uyğun həyata keçirilən tibbi yardımın göstərilməsi üzrə fəaliyyət;

özəl tibb müəssisəsi - əmlakı xüsusi mülkiyyətə, yaxud icarə müqaviləsi əsasında istifadə olunan mülkiyyətə əsaslanan tibb müəssisəsi;

tibbi yardım - xəstəliklərin, zəhərlənmələrin, travmaların profilaktikası və diaqnostikası, xəstələrin müalicəsi və reabilitasiyası, hamiləliyin müşahidəsi, doğuşun qəbulu və doğuşdan sonrakı dövrlərin müşahidəsi;

tibbi xidmət - müqavilə üzrə müəyyən növ və həcmdə göstərilən əvəzi ödənilən tibbi yardım;

tibbi yardımın standartları - müəyyən növ tibbi yardımın norma, qayda və xüsusiyyətlərinə, onun nəticəsinə dair tələblərin siyahısı;

əhaliyə tibbi yardım göstərilməsi üzrə dövlət təminatı proqramları (bundan sonra - dövlət təminatı proqramları) - əhaliyə büdcə vəsaiti hesabına göstərilən tibbi yardımın növünü, həcmini və şərtlərini müəyyən edən normativ hüquqi aktlar.

Maddə 2. Özəl tibb fəaliyyəti haqqında Azərbaycan Respublikasının qanunvericiliyi

Özəl tibb fəaliyyəti haqqında Azərbaycan Respublikasının qanunvericiliyi Azərbaycan Respublikasının Konstitusiyasından, bu Qanundan, digər normativ hüquqi aktlardan və Azərbaycan Respublikasının tərəfdar çıxdığı dövlətlərarası müqavilələrdən ibarətdir.

Maddə 3. Özəl tibb fəaliyyəti subyektlərinin vəzifəsi

Özəl tibb fəaliyyətinin subyektləri dövlət və bələdiyyə səhiyyə müəssisələri ilə yanaşı, səhiyyə sahəsində dövlət siyasətinin həyata keçirilməsinə və əhalinin sağlamlığının qorunmasına təminat yaradır.

II fəsil
Özəl tİbbİ fəalİyyətİn və özəl tİbbİ praktİkanın tənzİmlənməsİ Maddə 4. Özəl tibb müəssisəsinin yaradılması, fəaliyyəti və ləğv edilməsi

Özəl tibb müəssisəsi qanunvericiliklə müəyyən olunmuş qaydada Azərbaycan Respublikasının hüquqi və fiziki şəxsləri tərəfindən yaradıla bilər.

Azərbaycan Respublikasının tərəfdar çıxdığı dövlətlərarası müqavilələrdə digər qaydalar nəzərdə tutulmayıbsa, xarici ölkələrin hüquqi və fiziki şəxsləri, eləcə də Azərbaycan Respublikasında daimi yaşayan vətəndaşlığı olmayan şəxslər tərəfindən özəl tibb müəssisələri qanunvericiliklə müəyyən olunmuş qaydada yaradıla bilər.

Özəl tibb müəssisəsi tibbi fəaliyyətin müəyyən növləri üzrə qanunvericiliyə uyğun olaraq verilən xüsusi razılıq olduqda və tibbi fəaliyyətin hər bir növü üzrə müvafiq ixtisasa malikВ  mütəxəssislərlə əmək müqaviləsi bağladıqda özəl tibbi fəaliyyətlə məşğul ola bilər. [1]

Tibb fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən özəl tibb fəaliyyəti sahəsində onlara verilmiş xüsusi razılıqda (lisenziyada) göstərilən işlər və xidmətlərdən kənar (ilkin tibbi yardım istisna olmaqla) tibb fəaliyyətinin həyata keçirilməsinə yol verilmir.[2]

Özəl tibb müəssisəsinin akkreditasiyası tibb işçilərinin peşə birliklərinin iştirakı ilə müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir.

“Özəl tibb müəssisələrinin tibb işçiləri “Əhalinin sağlamlığının qorunması haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq tədrisə və sertifikasiyaya cəlb edilirlər. Sertifikasiyadan qanunvericiliyə uyğun olaraq keçməyən işçilərin praktik tibb fəaliyyətinə buraxılmasına yol verilmir.[3]

Özəl tibb müəssisəsinin yenidən təşkili və ləğv edilməsi qanunvericiliklə müəyyən olunmuş qaydada həyata keçirilir.

Özəl tibb müəssisəsi ləğv edildikdə tibbi sənədlər müvafiq icra hakimiyyəti orqanının qərarı ilə bir ay müddətində qanunvericiliklə müəyyən olunmuş qaydada yaradılan ləğvetmə komissiyasına verilir.

Maddə 5. Özəl tibbi praktikanın həyata keçirilməsi və ona xitam verilməsi

Ali və ya orta tibb təhsili olan, qanunla müəyyən edilmiş hallarda sertifikasiyadan keçmiş, qanunvericiliklə müəyyən olunmuş qaydada tibbi fəaliyyətin müəyyən növünə uyğun xüsusi razılıq alan və qanunla müəyyən edilmiş hallarda peşə üzrə müvafiq hazırlıq keçən, habelə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi tələblərə uyğun tibbi iş stajı olan Azərbaycan Respublikasının vətəndaşları özəl tibbi praktika ilə məşğul ola bilərlər. [4]

Əcnəbilərin və Azərbaycan Respublikasında daimi yaşayan vətəndaşlığı olmayan şəxslərin özəl tibbi praktika ilə məşğul olması üçün şərtlər müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

“Özəl tibbi praktika ilə məşğul olan şəxslər “Əhalinin sağlamlığının qorunması haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq tədrisə və sertifikasiyaya cəlb edilirlər. Sertifikasiyadan qanunvericiliyə uyğun olaraq keçməyən işçilərin praktik tibb fəaliyyətinə buraxılmasına yol verilmir.[5]

Özəl tibbi praktikaya qanunvericiliklə müəyyən olunmuş qaydada xitam verilir.

Özəl tibbi praktikaya xitam verilməzdən əvvəl, iki həftədən gec olmayaraq, yaxud tibbi yardımın göstərilməsi üzrə müqavilədə göstərilən müddətdə aidiyyəti müәssisәlәrә və xəstələrə bu barədə məlumat verilməlidir.

Maddə 6. İlkin tibbi-sanitariya yardımının göstərilmə şərtləri

Özəl tibb fəaliyyətinin subyektləri tibbi sığorta təşkilatları ilə, eləcə də xəstələrlə bağlanmış müqavilələr əsasında ilkin tibbi-sanitariya yardımı göstərirlər.

Maddə 7. Tibbi yardım göstərilməsi barədə müqavilə

Özəl tibb müəssisəsi və özəl tibbi praktika ilə məşğul olan şəxs tərəfindən tibbi yardım göstərilməsi barədə müqavilə bu yardımın növlərini, həcmini və göstərilmə şərtlərini əks etdirməlidir.

Özəl tibb fəaliyyəti subyektlərinin icbari tibbi sığorta proqramlarında iştirak edib-etməməsindən asılı olmayaraq, icbari tibbi sığorta qaydalarına əsasən əhaliyə təcili tibbi yardım göstərən özəl tibb fəaliyyətinin subyektlərinə ödəniş bu şəxslərin sığortalandığı tibbi sığorta təşkilatları tərəfindən həyata keçirilir.

Maddə 8. Özəl tibb fəaliyyəti subyektlərinin dövlət təminatı və səhiyyənin məqsədyönlü proqramlarının, habelə bələdiyyə proqramlarının həyata keçirilməsində iştirakı

Özəl tibb müəssisələri və özəl tibbi praktika ilə məşğul olan şəxslər müsabiqə əsasında icbari tibbi sığorta, dövlət təminatı və səhiyyənin məqsədyönlü proqramlarının, habelə bələdiyyə proqramlarının həyata keçirilməsində iştirak edə bilərlər.

Özəl tibb müəssisələri və özəl tibbi praktika ilə məşğul olan şəxslərə dövlət təminatı və səhiyyənin məqsədyönlü proqramlarında iştirak etmək hüququ verən müsabiqələrin keçirilmə qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Müsabiqə komissiyasının tərkibinə paritet əsasında müvafiq icra hakimiyyəti orqanının, həmkarlar ittifaqlarının, tibb işçilərinin ictimai birliklərinin və özəl tibb müəssisələrinin, tibbi sığorta təşkilatlarının nümayəndələri daxil olurlar.

Özəl tibb müəssisələri və özəl tibbi praktika ilə məşğul olan şəxslərin dövlət təminatı və səhiyyənin məqsədyönlü proqramlarının həyata keçirilməsində iştirak etmələri barədə müqavilələr, onların icbari tibbi sığorta proqramlarında iştirakı hallarında, müvafiq icra hakimiyyəti və yerli özünüidarəetmə orqanları, habelə tibbi sığorta təşkilatları ilə bağlanır.

Bu müqavilələrdə:

tibbi yardımın keyfiyyətinə tələblər;

tibbi yardımın həcmi;

tibbi yardıma görə ödənişin şərtləri və qaydaları;

tibbi yardımın keyfiyyətinə nəzarət qaydaları;

müqavilə üzrə özəl tibbi fəaliyyət haqqında qeydiyyat və hesabat qaydaları müəyyən edilir.

Maddə 9. Tibbi sənədləşmələr və hesabatlar

Özəl tibb müəssisələrinin və özəl tibbi praktika ilə məşğul olan şəxslərin verdiyi sənədlər və rəylər dövlət nümunəli tibbi sənədlərlə eyni hüquqi qüvvəyə malikdir.

Müvafiq icra hakimiyyəti orqanı ödəniş əsasında özəl tibb müəssisələrini, özəl tibbi praktika ilə məşğul olan şəxsləri əmək qabiliyyətinin müvəqqəti itirilməsi barədə vərəqələr, doğum və ölüm haqqında arayışlar, güclü təsir göstərən, zəhərli maddələr, tərkibində narkotik vasitələr və psixotrop maddələr olan dərmanların resept blankları da daxil olmaqla, ciddi hesabatlı dövlət nümunəli tibbi sənədlərin blankları ilə təmin edir.[6]

Özəl tibb müəssisələri və özəl tibbi praktika ilə məşğul olan şəxslər Azərbaycan Respublikasının normativ hüquqi aktlarında göstərilən bütün statistik qeydiyyat və hesabatları aparmağa borcludurlar və onların doğruluğuna görə məsuliyyət daşıyırlar.

Maddə 10. Dövlət və bələdiyyə mülkiyyətində olan əmlakın özəl tibb fəaliyyəti subyektlərinin müvəqqəti istifadəsinə verilməsi

Dövlət və bələdiyyə mülkiyyətində olan, habelə dövlət təminatı və səhiyyənin məqsədyönlü proqramlarının həyata keçirilməsində istifadə olunmayan əmlak qanunvericiliklə müəyyən olunmuş qaydada özəl tibb fəaliyyəti subyektlərinin müvəqqəti istifadəsinə verilə bilər.

Özəl tibb müəssisələri və özəl tibbi praktika ilə məşğul olan şəxslər səhiyyə üçün nəzərdə tutulan, tam tikilməyən və əsaslı təmirə ehtiyacı olan binaları müsabiqə yolu ilə müvəqqəti istifadə üçün əldə etmək, dövlət təminatı və səhiyyənin məqsədyönlü proqramlarında iştirak etmək şərti ilə onların beş ildən az olmayaraq, tibbi yardım göstərmək üçün istifadə olunmasına əməl etməlidirlər.

Maddə 11. Mübahisələrin həlli qaydası

Özəl tibb fəaliyyətinin subyektləri arasında, eləcə də həmin subyektlərlə digər hüquqi və fiziki şəxslər arasında yaranan mübahisələr qanunvericiliklə müəyyən olunmuş qaydada həll edilir.

Maddə 12. Özəl tibb fəaliyyətinin maliyyələşdirilmə mənbələri

Özəl tibb fəaliyyəti hüquqi və fiziki şəxslərin vəsaitləri, icbari və könüllü tibbi sığorta vəsaitləri, qanunvericiliklə qadağan olunmayan digər mənbələr hesabına maliyyələşdirilir.

Özəl tibb fəaliyyəti subyektlərinin dövlət təminatı və səhiyyənin məqsədyönlü proqramlarının həyata keçirilməsində iştirakı onları bu işə dəvət edən (razılıq verən) müvafiq icra hakimiyyəti orqanının vəsaiti və icbari tibbi sığorta vəsaitləri hesabına maliyyələşdirilir.

Maddə 13. Tibbi yardıma görə ödəniş

Özəl tibb müəssisələri və özəl tibbi praktika ilə məşğul olan şəxslərin göstərdiyi tibbi yardıma görə ödəniş:

bilavasitə xəstələrlə bağlanmış müqavilələr;

üçüncü şəxsin (pasiyentin) xeyrinə müəssisə və vətəndaşlarla müqavilələr;

icbari və könüllü tibbi sığorta üzrə göstərilən tibbi yardıma görə tibbi sığorta təşkilatları ilə bağlanmış müqavilələr;

xeyriyyə proqramları üzrə bağlanmış müqavilələr əsasında həyata keçirilir.

Özəl tibb fəaliyyəti subyektlərinin vətəndaşlar və təşkilatlarla (o cümlədən könüllü tibbi sığorta üzrə tibbi xidmətlər göstərilməsinə dair sığorta təşkilatları ilə) müqavilələr çərçivəsində göstərdikləri tibbi xidmətlərin tarifləri tərəflər arasında razılaşmaya görə müəyyənləşdirilir.

Özəl tibb fəaliyyəti subyektlərinin icbari tibbi sığorta proqramında iştirakından asılı olmayaraq, ehtiyacı olan şəxslərə göstərilən təcili tibbi yardıma görə ödəniş icbari tibbi sığorta qaydalarına əsasən tibbi sığorta təşkilatı tərəfindən həyata keçirilir.

Maddə 14. Özəl tibb müəssisələrindən və özəl tibbi praktika ilə məşğul olan şəxslərdən vergi tutulması

Özəl tibb müəssisələrindən və özəl tibbi praktika ilə məşğul olan şəxslərdən qanunvericiliklə müəyyən olunmuş qaydada vergi tutulur.

III fəsil
Özəl tİbb fəalİyyətİ subyektlərİnİn hüquq və vəzİfələrİ Maddə 15. Özəl tibbi praktika ilə məşğul olan şəxslərin hüquqları

Özəl tibbi praktika ilə məşğul olan şəxslərin hüquqları aşağıdakılardır:

qanunvericiliklə müəyyən olunmuş qaydada tibbi yardım göstərmək və məsləhətlər vermək;

vərəm xəstəliyindən başqa ictimai təhlükəli xəstəliklər və narkoloji xəstələrin müalicəsi istisna olmaqla, siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan xəstəliklər üzrə tibbi yardım göstərmək; [7]

qanunvericiliklə müəyyən olunmuş qaydada xalq təbabətindən istifadə etmək;

qanunvericiliklə müəyyən olunmuş qaydada tibbi sənədlər vermək;

özəl tibb fəaliyyətini həyata keçirmək üçün bütün tibb müəssisələrindən və özəl tibbi praktika ilə məşğul olan digər şəxslərdən məlumat almaq;

pasiyentin müayinələrinin nəticələri ilə tanış olmaq, məsləhətçi kimi bütün növbəti müalicə mərhələlərində iştirak etmək;

peşə fəaliyyətini həyata keçirmək üçün normativ sənədlərlə tanış olmaq;

ciddi hesabatlı dövlət nümunəli tibbi sənədlərin blanklarından istifadə etmək;

tibbi yardım göstərmək üçün özəl tibbi praktika ilə məşğul olan digər fiziki şəxslərlə birgə fəaliyyət göstərmək;

dövlət və bələdiyyə mülkiyyətində olan əmlakı, o cümlədən bina, qurğu və avadanlıqları müvəqqəti istifadəyə götürmək;

peşə fəaliyyətini təmin etmək üçün əmək müqaviləsi (kontraktı) əsasında işçilər cəlb etmək.

Maddə 16. Özəl tibbi praktika ilə məşğul olan şəxslərin vəzifələri

Özəl tibbi praktika ilə məşğul olan şəxslərin vəzifələri aşağıdakılardır:

tibbi yardımın şərtlərinə və qaydalarına əməl etmək;

təxirəsalınmaz tibbi yardıma ehtiyacı olan şəxslərə pulsuz tibbi yardım göstərmək;

özəl tibb müəssisəsində vətəndaş üçün zəruri olan ixtisaslaşdırılmış tibbi yardımın göstərilməsi mümkün olmadıqda, müəssisənin müalicə həkimi tərəfindən həmin şəxsi bu yardımı göstərən dövlət tibb müəssisəsinə və ya şəxsin istəyinə uyğun olaraq digər özəl tibb müəssisəsinə göndərmək;[8]

xəstənin sağlamlıq vəziyyətini, ona göstərilən tibbi xidmətlərin həcmini və onların nəticələrini əks etdirən tibbi sənədləşmələri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunmuş qaydada həyata keçirmək;

tibbi statistik hesabatları qanunvericilikdə müəyyən olunmuş qaydada və vaxtında təqdim etmək;

xəstəyə onun sağlamlıq vəziyyəti, müalicənin müddəti, forma və məqsədləri, göstərilən xidmətlərin həcmi və qiyməti, habelə gözlənilən nəticələr və müəyyən riskin mümkünlüyü barədə məlumat vermək;

özəl tibbi praktikanın həyata keçirilməsinə hüquqi əsas verən sənədlərlə xəstəni tanış etmək;

həkim sirrinə əməl etmək;

zəruri hallarda xəstənin vəziyyəti barədə başqa mütəxəssislərlə məsləhətləşmək, xəstəni tibb müəssisəsinə göndərmək;

qanunvericiliklə müəyyən olunmuş müddətlərdə öz vəsaiti hesabına, göstərilən tibbi yardım maliyyələşdirilən müəssisələrlə müqavilələrdə bu nəzərdə tutulmayıbsa, öz ixtisasını artırmaq və ya yenidən hazırlıq keçmək; [9]

qanunvericiliyə uyğun olaraq tədrisə cəlb olunmaq və sertifikasiyadan keçmək.[10]

Maddə 17. Özəl tibb fəaliyyəti subyektlərinin xalq təbabəti ilə məşğul olmaq hüququ

Özəl tibb fəaliyyətinin subyektləri qanunvericiliklə müəyyən olunmuş qaydada xalq təbabətindən istifadə üsullarını tətbiq edə bilərlər.

Təbiblik fəaliyyəti üçün xüsusi razılıq qanunvericiliklə müəyyən olunmuş qaydada özəl tibbi praktika ilə məşğul olmaq istəyən şəxsin ərizəsi və ya özəl tibb müəssisəsinin vəsaiti əsasında müvafiq icra hakimiyyəti orqanı tərəfindən verilir. [11]

IV fəsil
Yekun MÜDDƏALARI Maddə 18. Beynəlxalq əməkdaşlıq

Özəl tibb fəaliyyəti sahəsində beynəlxalq əməkdaşlıq Azərbaycan Respublikasının tərəfdar çıxdığı dövlətlərarası müqavilələr əsasında həyata keçirilir.

Bu Qanunla Azərbaycan Respublikasının tərəfdar çıxdığı dövlətlərarası müqavilələr arasında ziddiyyət olarsa, həmin beynəlxalq müqavilələr tətbiq edilir.

Maddə 19. Bu Qanunun pozulmasına görə məsuliyyət

Bu Qanunu pozan hüquqi və fiziki şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən olunmuş qaydada məsuliyyət daşıyırlar.


Azərbaycan Respublikasının Prezidenti Heydər ӘLİYEV

Bakı şəhəri, 30 dekabr 1999-cu il 
В В В В В В В В В В В В В  №– 789-IQ

 

 

İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI

 

1.       20 fevral 2001-ci il tarixli 89-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001-ci il, №– 3, maddə 144)

2.       19 aprel 2002-ci il tarixli 310-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2002-ci il, №– 5, maddə 240)

3.       20 aprel 2004-cü il tarixli 641-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004-cü il, №– 6, maddə 396)

4.       17 aprel 2007-ci il tarixli 313-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, №– 6, maddə 560)

5.       9 oktyabr 2007-ci il tarixli 429-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, №– 10, maddə 938)

6.       20 oktyabr 2009-cu il tarixli 891-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzetiВ  25 dekabr 2009-cu il, №– 287)

7.       06 oktyabr 2015-ci il tarixli 1371-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Respublika” qəzeti 21 noyabr 2015-ci il, №– 256)

 

QANUNA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI

 

 

[1] 20 aprel 2004-cü il tarixli 641-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004-cü il, №– 6, maddə 396) ilə 4-cü maddənin üçüncü hissəsində "müvafiq sertifikatı olan" sözləri "müvafiq ixtisasa malik" sözləri ilə əvəz edilmişdir.

 

[2] 06 oktyabr 2015-ci il tarixli 1371-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Respublika” qəzeti 21 noyabr 2015-ci il, №– 256) ilə 4-cü maddəyə yeni məzmunda dördüncü hissə əlavə edilmişdir.

 

[3] 20 oktyabr 2009-cu il tarixli 891-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzetiВ  25 dekabr 2009-cu il, №– 287) ilə 4-cü maddənin beşinci və altıncı hissələri müvafiq olaraq altıncı və yeddinci hissələr hesab edilmişdir və maddəyə beşinci hissə əlavə edilmişdir.

 

[4] 20 aprel 2004-cü il tarixli 641-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004-cü il, №– 6, maddə 396) ilə 5-ci maddənin birinci hissəsində "və attestasiyadan keçdikdən sonra müvafiq sertifikat alan" sözləri "alan və qanunla müəyyən edilmiş hallarda peşə üzrə müvafiq hazırlıq keçən" sözləri ilə əvəz edilmişdir.

 

20 oktyabr 2009-cu il tarixli 891-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzetiВ  25 dekabr 2009-cu il, №– 287) ilə 5-ci maddənin birinci hissədə “tibb təhsili olan,” sözlərindən sonra “qanunla müəyyən edilmiş hallarda sertifikasiyadan keçmiş,” sözləri əlavə edilmişdir, həmin hissədən “və qanunla müəyyən edilmiş hallarda peşə üzrə müvafiq hazırlıq keçən” sözləri çıxarılmışdır.

 

[5] 20 oktyabr 2009-cu il tarixli 891-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzetiВ  25 dekabr 2009-cu il, №– 287) ilə 5-ci maddənin üçüncü və dördüncü hissələri müvafiq olaraq dördüncü və beşinci hissələr hesab edilmişdir və maddəyə üçüncü hissə əlavə edilmişdir.

 

[6] 17 aprel 2007-ci il tarixli 313-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, №– 6, maddə 560) ilə 9-cu maddəsinin ikinci hissəsində “və narkotik maddələrin” sözləri “maddələr, tərkibində narkotik vasitələr və psixotrop maddələr olan dərmanların” sözləri ilə əvəz edilmişdir.

 

[7] 20 fevral 2001-ci il tarixli 89-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001-ci il, №– 3, maddə 144) ilə 15-ci maddənin üçüncü abzasında "ictimai təhlükəli xəstəliklər istisna olmaqla" sözlərindən əvvəl "vərəm xəstəliyindən başqa" sözləri əlavə edilmişdir.

 

19 aprel 2002-ci il tarixli 310-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2002-ci il, №– 5, maddə 240) ilə 15-ci maddəsinin üçüncü abzasında "ictimai təhlükəli xəstəliklər" sözlərindən sonra "və narkoloji xəstələrin müalicəsi" sözləri əlavə edilmişdir.

 

[8] 06 oktyabr 2015-ci il tarixli 1371-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Respublika” qəzeti 21 noyabr 2015-ci il, №– 256) ilə 16-cı maddəyə yeni məzmunda dördüncü abzas əlavə edilmişdir.

 

[9] 20 aprel 2004-cü il tarixli 641-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004-cü il, №– 6, maddə 396) ilə 16-cı maddəsinin onuncu abzasında "hazırlıq keçməklə peşə sertifikatı almaq" sözləri "hazırlıq keçmək" sözləri ilə əvəz edilmişdir.

 

[10] 20 oktyabr 2009-cu il tarixli 891-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzetiВ  25 dekabr 2009-cu il, №– 287) ilə 16-cı maddənin onuncu abzasının sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilmişdir və maddəyə on birinci abzas əlavə edilmişdir.

 

[11] 9 oktyabr 2007-ci il tarixli 429-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, №– 10, maddə 938) ilə 17-ci maddəsinin ikinci hissəsi çıxarılmışdır.

 

Qaynar xətt nömrələri

Daxili İşlər Nazirliyi-102

Fövqəladə Hallar Nazirliyi-112

Vergilər Nazirliyi-195

İqtisadi İnkişaf Nazirliyi-195-2

Ədliyyə Nazirliyi-195

İnsan alveri ilə bağlı Daxili İşlər Nazirliyinin Qaynar xətti-152

Qeydiyyat və Notariat Baş İdarəsi-1650

Dövlət Miqrasiya Xidməti-919

Dövlət Gömrük Komitəsi-195

Yanğın xidməti-101

Polis-102

Təcili yardım-103

 

Sənəd nümunələri

İddiya ərizələri, şikayət nümunələri, əmək müqaviləsi,

Sənədlər

Go to top