Müflisləşmə və iflas haqqında
Azərbaycan Respublikasının Qanunu
I fəsil. Ümumi müddəalar
Maddə 1. Əsas anlayışlar
Bu Qanunda istifadə edilən əsas anlayışlar aşağıdakı mənaları daşıyır:
-
- müflisləşmə - borclunun öz öhdəliklərinin ödəmə qabiliyyətinin olmaması;
- ərizəçi - məhkəməyə iflas haqqında ərizə (iddia ərizəsi) vermiş şəxs;
- borclu müəssisə - Azərbaycan Respublikasının ərazisində fəaliyyət göstərən və ya keçmişdə fəaliyyət göstərmiş fəaliyyəti dayandırılmış və borcu olan hüquqi şəxs;
- fərdi borclu - öz fəaliyyətini hüquqi şəxs yaratmadan həyata keçirən və borcu olan sahibkar - fiziki şəxs;
- barışıq sazişi - kreditorların payına düşən ödənişlərin təxirə salınması, hissə-hissə ödənilməsi, borcların müəyyən hissəsinin güzəşt edilməsi, borclu müəssisənin yenidən təşkil olunması barədə borclu ilə kreditorlar arasında əldə edilən razılıq;
- müəssisənin aktivi - müəssisənin əsas vəsaitindən, digər uzunmüddətli vəsait qoyuluşundan, dövriyyə vəsaitindən və maliyyə aktivlərindən (qeyri-maddi aktivlər də daxil olmaqla) ibarət əmlak;
- müəssisənin passivi - müəssisənin kreditor borcu da daxil olmaqla borc və cəlb edilmiş vəsaitdən (subvensiyalar, dotasiyalar və s. istisna olunmaqla) ibarət öhdəlik;
- sağlamlaşdırma - borclunun ləğv edilməsinin qarşısını almaq məqsədilə onun mülkiyyətçisi, kreditorlar və digər hüquqi və fiziki şəxslər tərəfindən maliyyə yardımı göstərilməsi yolu ilə borclunun yenidən təşkil edilməsi üsulu;
- borclunun əmlakı - iflas prosesinə başlanma məqamı dövründə borclunun mülkiyyətində olan və ya onun sahibliyinə verilmiş bütün əmlak və iflas prosesinə başlanma məqamından ona xitam verilənədək əmlak inzibatçısının və (və ya) müvəqqəti əmlak inzibatçısının, habelə borclunun əldə etdiyi bütün əmlakdır. (Fərdi borcluya aid halda qüvvədə olan qanunvericiliyə müvafiq surətdə tələb yönəldilə bilməyən əmlak istisna təşkil edir);
- iflas prosesinə başlanma məqamı - bu Qanunun 2-ci maddəsində müəyyənləşdirilmiş məqam;
- müflisolma məqamı - bu Qanunun 18-ci maddəsində müəyyənləşdirilmiş məqam;
- əmlak inzibatçısı - borclunun ödəmə qabiliyyətsizliyi halında təyin edilən, bu Qanunun V fəslində səciyyələndirilmiş vəzifəli şəxs;
- müvəqqəti əmlak inzibatçısı - borclunun ödəmə qabiliyyətsizliyi halında təyin edilən, bu Qanunun VI fəslində səciyyələndirilmiş vəzifəli şəxs;
- müdir - borclunun təsis sənədlərinə uyğun olaraq onun təsərrüfat fəaliyyəti barəsində məcburi qüvvəyə malik olan qərarlar qəbul etmək səlahiyyəti verilmiş şəxs, o cümlədən prezident, direktor, bunların müavinləri və baş mühasib, habelə müntəzəm sərəncamlar vermək və ya hər hansı başqa yolla borclunun fəaliyyətini faktiki idarə edən digər şəxs;
- təminatlı kreditor - girovsaxlayan kreditor;
- təminatsız kreditor - təminatlı kreditor olmayan, bu Qanuna müvafiq surətdə tələbləri beşinci növbədə ödənilən kreditor;
- kredit təşkilatı - qanunvericiliklə müəyyən olunmuş qaydada Azərbaycan Respublikasında bank fəaliyyəti göstərən, yaxud göstərmiş hüquqi şəxsdir;
- rezidentlər - Azərbaycan Respublikasında daimi yaşayış yeri olan, o cümlədən Azərbaycan Respublikası hüdudlarından kənarda müvəqqəti yaşayan fiziki şəxslər; Azərbaycan Respublikasının hüquqi şəxsləri və onların xaricdəki filialları və nümayəndəlikləri; Azərbaycan Respublikasının xaricdə yerləşən diplomatik və digər rəsmi nümayəndəlikləri;
- qeyri-rezidentlər - Azərbaycan Respublikasının hüdudlarından kənarda daimi yaşayış yeri olan, o cümlədən Azərbaycan Respublikasında müvəqqəti yaşayan fiziki şəxslər; xaricdə yerləşən hüquqi şəxslər və hüquqi şəxs olmayan müəssisə və təşkilatlar, onların Azərbaycan Respublikasında yerləşən filialları və nümayəndəlikləri; Azərbaycan Respublikasında yerləşən xarici diplomatik və digər rəsmi nümayəndəliklər, habelə beynəlxalq təşkilatlar, o cümlədən onların filialları və nümayəndəlikləri.
Maddə 2. İflas prosesinə başlanmasının ümumi qaydaları
1. İflas haqqında işlərə başlanması və həmin işlərə baxılması qaydası bu Qanunun spesifik tələbləri nəzərə alınmaqla, qüvvədə olan prosessual qanunvericiliklə tənzimlənir.
2. Bu Qanun bütün kommersiya təşkilatlarına (o cümlədən banklar və digər kredit təşkilatlarına) və qeyri-kommersiya təşkilatlarına şamil edilir
Bu Qanunda işlədilən «borclu» anlayışı həm borclu müəssisələrə, həm də fərdi borclulara aiddir.
Bu Qanun Azərbaycan Respublikasının Mərkəzi Bankına şamil edilmir.
2. Bu Qanun bütün kommersiya (banklar istisna olmaqla) və qeyri-kommersiya təşkilatlarına şamil edilir.
Bu Qanun Azərbaycan Respublikasının Mərkəzi Bankına şamil edilmir.
Bu Qanunda istifadə edilən “borclu” anlayışı borclu fiziki və hüquqi şəxslərə aiddir.
Səhmdar investisiya fondu və sığortaçı bu Qanunla yanaşı, müvafiq olaraq “İnvestisiya fondları haqqında” və “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikası qanunlarının tələbləri nəzərə alınmaqla müflis elan edilir.
3. Kreditorların ümumi tələblərinin məbləği borclu müəssisənin nizamnamə fondunun 10 (on) faizindən az bir hissəsini təşkil etdiyi hallarda kreditorların borcluya qarşı əmlak iddiaları məhkəmədə əmlak mübahisələrinə baxılmasının ümumi qaydalarına uyğun həll edilir.
4. Bu Qanun «Azərbaycan Respublikasında 1995- 1998-ci illərdə dövlət mülkiyyətinin özəlləşdirilməsinin Dövlət Proqramı»nda özəlləşdirmə üçün nəzərdə tutulan dövlət müəssisələrinə şamil edilmir.
5. İflas haqqında işin qaldırılması üçün kreditorun (kreditorların) və ya borclunun məhkəməyə təqdim olunan ərizəsi əsas sayılır. Həmin ərizənin məhkəməyə təqdim edilməsi tarixi iflas prosesinə məhkəmə vasitəsilə başlanmasının məqamıdır. Məhkəməyə iflas haqqında iddia ərizəsi borclu müəssisənin idarəetmə orqanının qəbul etdiyi qərar (əgər borclu dövlət müəssisəsidirsə, müvafiq icra hakimiyyəti orqanının qəbul etdiyi qərar) əsasında təqdim oluna bilər.
Dövlətin vəkil etdiyi hüquqi və fiziki şəxslər tərəfindən də məhkəməyə iflas haqqında iddia ərizəsi təqdim oluna bilər. Borclu fərdi borclu olan halda ərizəni onun özü və ya nümayəndəsi verir.
6. Müstəsna hallarda borclu müəssisələrin iflas prosesinə bu Qanunda göstərilmiş qaydada məhkəmənin iştirakı olmadan da başlana bilər.
7. Müflisləşmə (iflas) haqqında işlərə borclunun yaşadığı və ya olduğu yerdə baxılır.
Maddə 3. Ödəmə qabiliyyətsizliyi anlayışının məzmunu
Borclu ödəmə qabiliyyəti olmadığı halda iflas prosesinə məruz qalır. Borclu o halda ödəmə qabiliyyəti olmayan sayılır ki, bunu özü təsdiq etsin, yaxud məhkəmə və ya kreditorlar müəyyən etsin ki:
a) borclu kreditorun irəli sürdüyü qanuni ödəmə tələbini bu cür tələb verildikdən sonra iki ay ərzində yerinə yetirməmişdir və ya;
b) borclu qanunvericiliyə müvafiq surətdə həyata keçirməli olduğu ödənişləri vaxtı çatdıqca həyata keçirməyə qadir deyildir və ya;
c) borclu öz borclarını vaxtı çatdıqca ödəməyə qadir deyildir.
II fəsil. İflas prosesinə məhkəmə vasitəsilə başlanması
Maddə 4. Borclunun iflas prosesinə başlaması
1. Borclunun iflas haqqında ərizəsi qanunvericilikdə müəyyən edilmiş formada tərtib edilməli və imzalanmalıdır. Borclunun nümayəndəsi tərəfindən verilən ərizəsinə etibarnamə və ya həmin nümayəndənin səlahiyyətini, yaxud onun qulluq mövqeyini təsdiq edən başqa sənəd əlavə edilməlidir.
2. İflas haqqında məhkəməyə verilən ərizədə aşağıdakılar göstərilməlidir:
a) ərizənin verildiyi məhkəmənin adı;
b) borclunun adı (fərdi borclunun və ya onun nümayəndəsinin adı, atasının adı, soyadı) və ünvanı;
c) bütün məlum kreditorların (adları, atalarının adları, soyadları), poçt ünvanı və onların borcluya qarşı irəli sürdüyü tələblərin məbləğləri;
ç) borclu iflas haqqında məhkəməyə ərizə verdikdən sonra bir il ərzində onun vaxtı çatacaq borc öhdəliklərinə dair məlumat;
d) bu Qanuna müvafiq surətdə borclunun ödəmə qabiliyyətsizliyinin özü tərəfindən təsdiq edilməsi və ya sübut olunması;
e) borclunun ərizəsinə qoşulan sənədlərin siyahısı;
ə) borclunun fikrincə, iş üzrə məhkəmə baxışı üçün məhkəməyə lazım ola bilən hər hansı başqa məlumat, o cümlədən fərdi borcluya aid halda müəyyən aktivlərin borclunun əmlakından çıxarılmasına dair onun tələbini təsdiq edən müfəssəl məlumat, habelə qanunvericiliklə nəzərdə tutulmuş digər məlumatlar.
Maddə 5. Borclunun iflas haqqında ərizəsinə əlavə edilən sənədlər
1. Qanunvericilikdə müəyyən edilmiş sənədlərdən başqa, borclunun iflas haqqında ərizəsinə aşağıdakıları təsdiq edən sənədlər əlavə edilir:
a) iflas haqqında ərizədə borclunun məhkəmə xərclərinin ödənilməsinə möhlət verilməsini xahiş etdiyi hallar istisna olmaqla, qanunvericilikdə müəyyən edilmiş məhkəmə rüsumlarının ödənilməsini təsdiq edən sənəd;
b) ödənilməli və alınmalı məbləğlər müfəssəl göstərilməklə, borclunun kreditorlarının və debitorlarının siyahısı;
c) bu Qanunun müddəalarına uyğun olaraq tələblərin müəyyənləşdirilmiş məbləğini göstərən sənəd.
2. Borclu müəssisənin iflas haqqında ərizəsinə aşağıdakı sənədlər də əlavə edilir:
a) iflas prosesinə başlanması üçün məhkəməyə müraciət etmək barəsində borclunun səlahiyyətli orqanının qərarının surəti;
b) borclu dövlət müəssisəsidirsə, iflas prosesinə başlanması üçün məhkəməyə müraciət etmək barəsində müvafiq icra hakimiyyəti orqanının qərarının surəti;
c) sonuncu hesabat tarixinə olan mühasibat balansı.
Maddə 6. Kreditorların iflas prosesinə başlaması
1. Kreditorun iflas haqqında iddia ərizəsi qanunvericilikdə müəyyən edilmiş formada tərtib edilməli və imzalanmalıdır. Kreditorun nümayəndəsi tərəfindən verilən ərizəsinə etibarnamə və ya həmin nümayəndənin səlahiyyətini, yaxud onun qulluq mövqeyini təsdiq edən başqa sənəd əlavə edilməlidir.
2. İflas haqqında məhkəməyə verilən ərizədə (iddia ərizəsində) aşağıdakılar göstərilməlidir:
a) ərizənin (iddia ərizəsinin) verildiyi məhkəmənin adı;
b) borclunun adı (adı, atasının adı, soyadı) və ünvanı;
c) ərizəçinin (kreditorun) adı (adı, atasının adı, soyadı) və ünvanı;
ç) ərizəçiyə məlum olan digər kreditorların adları (adları, atalarının adları, soyadları) və ünvanları;
d) ərizəçinin borcluya qarşı irəli sürdüyü tələbin əsasları və məbləği, o cümlədən borclunun ərizəçi qarşısında borcunu təşkil edən hər hansı öhdəliyin yerinə yetirilməsinin müddəti;
e) bu Qanunun tələblərinə uyğun olaraq borclunun ödəmə qabiliyyətsizliyinin təsdiqi;
ə) borclunun aktivləri barəsində ərizəçidə olan məlumat;
f) iflas haqqında iddia ərizəsinə qoşulan sənədlərin siyahısı;
g) kreditorun fikrincə, iş üzrə məhkəmə baxışı üçün məhkəməyə lazım ola bilən hər hansı başqa məlumat, habelə qanunvericiliklə nəzərədə tutulmuş digər məlumatlar.
3. İflas haqqında ərizənin məhkəməyə verildiyi tarixdə borclunun vaxtı çatmış, lakin ödənilməmiş tələblərinin ümumi məbləği Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunmuş qaydaya uyğun olaraq müəyyənləşdirilir.
Maddə 7. Kreditorun iflas haqqında iddia ərizəsinə əlavə edilən sənədlər
Qanunvericiliklə nəzərdə tutulmuş sənədlərdən başqa, kreditorun iflas haqqında iddia ərizəsinə aşağıdakıları təsdiq edən sənədlər əlavə edilir:
a) məhkəmə rüsumunun ödənilməsini;
b) iflas haqqında iddia ərizəsinin və ərizəyə əlavə edilmiş bütün sənədlərin surətlərinin borcluya verildiyini;
c) dövlət müəssisəsidirsə - iflas haqqında iddia ərizəsinin surətinin müvafiq icra hakimiyyəti orqanına göndərildiyini.
Maddə 8. Tələblərə əməl olunmamasının nəticəsi
İflas haqqında məhkəməyə verilmiş ərizənin (iddia ərizəsinin) bu Qanunun tələblərinə uyğun gəlməməsi, o cümlədən ona əlavə olunmalı sənədlərin həmin ərizə ilə birlikdə təqdim edilməməsi qanunvericilikdə nəzərdə tutulan müvafiq prosessual nəticələrə (məhkəmənin ərizəsini qəbul etməkdən imtina etməsinə, onu baxmadan saxlamasına, hərəkətsiz saxlamasına, yaxud qaytarmasına) səbəb ola bilər.
Maddə 9. İflas haqqında iş üzrə məhkəmə baxışı barədə elan
1. İflas haqqında iş üzrə məhkəmə baxışı təyin edildikdə bu barədə kreditorlara xəbər verilməsi üçün ərizəçi həmin məhkəmə baxışı haqqında Azərbaycan Respublikasında nəşr olunan rəsmi dövri mətbuat orqanında azı yeddi günlük fasilə ilə iki dəfə elan dərc etdirməlidir. İkinci elan təyin edilmiş məhkəmə baxışının tarixinə ən geci yeddi gün qalmış dərc olunmalıdır. elanda aşağıdakılar göstərilməlidir:
1. İflas haqqında iş üzrə məhkəmə baxışı təyin edildikdə, bu barədə kreditorlara xəbər verilməsi üçün ərizəçi məhkəmə baxışının tarixinə ən geci yeddi gün qalanadək həmin məhkəmə baxışı haqqında rəsmi dövri mətbu nəşrdə iki dəfə elan dərc etdirməlidir. Elanda aşağıdakılar göstərilməlidir:
a) borclunun adı (adı, atasının adı, soyadı) və ünvanı;
b) ərizəçinin (borclunun ərizəçi olmadığı hallarda) adı (adı, atasının adı, soyadı) və ünvanı;
c) məhkəmə baxışının keçiriləcəyi məhkəmənin adı;
ç) məhkəmə baxışının təyin edilmiş tarixi.
2. İflas haqqında elan bu maddənin 1-ci bəndinə müvafiq surətdə dərc olunmadıqda, bu, qanunvericilikdə nəzərdə tutulmuş prosessual nəticələrə (məhkəmənin işə baxılmanın təxirə salmasına, dayandırmasına, işi baxmadan saxlamasına) səbəb ola bilər.
3. Məhkəmə kreditorlara xəbər verilməsinin başqa üsullarını nəzərdə tuta bilər, habelə müvafiq hallarda dərcetmə tələbini ləğv edə bilər.
4. İflas haqqında ərizənin və ona əlavə olunmalı sənədlərin surətləri borcluya bu maddənin 1-ci bəndində nəzərdə tutulmuş elan mətbuatda ilk dəfə dərc edilməzdən əvvəl təqdim olunmalıdır. Ərizənin və sənədlərin surətləri əlbəəl və ya sifarişli poçtla təqdim edilə bilər.
Maddə 10. İflas haqqında iddia ərizəsi verildikdən sonra borclu tərəfindən borcların ödənilməsi
1. İflas haqqında ərizə məhkəmə tərəfindən baxılmaq üçün qəbul edildikdən sonra borclu öz kreditorları ilə hesablaşmaq (onların tələblərini ödəmək) niyyəti barədə müvafiq vəsatətlə məhkəməyə müraciət edə bilər. Həmin vəsatətin ödənilməsi məsələsi qanunvericilikdə nəzərdə tutulmuş məhkəmə icraatının müvafiq mərhələlərində vəsatətin baxılması qaydaları və bu baxılmanın prosessual nəticələrinə uyğun olaraq məhkəmə tərəfindən həll olunur.
2. Qanunvericiliklə nəzərdə tutulmuş qaydada məhkəmə iddiaçının (və ya cavabdehin) razılığı və ya təşəbbüsü, habelə öz təşəbbüsü ilə iflas haqqında işdə iştirak edən tərəfləri əsl iddiaçı və ya cavabdeh ilə, onların hüquqi varisləri ilə əvəz edilməsinə, işə başqa iddiaçı və ya cavabdehin cəlb olunmasına yol verə bilər.
3. Ərizəçi tərəfindən iflas haqqında iddia ərizəsinin geri götürülməsi qanunvericilikdə nəzərdə tutulmuş müvafiq prosessual nəticələrinin əmələ gəlməsinə səbəb ola bilər.
Maddə 11. İflas haqqında iş üzrə məhkəmə baxışının prosessual nəticələri
1. İflas haqqında işə məhkəmə iclasında baxıldıqdan sonra məhkəmə qanunvericiliklə müəyyən edilmiş qaydada aşağıdakılar barədə müvafiq qərar çıxarır:
a) borclunun müflis elan olunması və əmlak inzibatçısının təyin edilməsi barədə;
b) müvəqqəti əmlak inzibatçısının təyin edilməsi və ya təyinatının uzadılması barədə;
c) borclunu müflis elan etməkdən imtina barədə.
2. Məhkəmə iclasında baxılan iflas haqqında iş mahiyyətcə həll olunmadıqda məhkəmə qanunvericiliklə müəyyən edilmiş qaydada aşağıdakılar haqqında müvafiq qərar çıxarır:
a) işə baxılmanın təxirə salınması barədə;
b) iş üzrə icraatın dayandırılması barədə;
c) işə xitam verilməsi barədə;
ç) iddianın baxılmadan saxlanması barədə.
Məhkəmə qəbul etdiyi qərarlarda borcların ödənilməsi tədbirlərinin, o cümlədən borclunun əmlakını təşkil edən aktivlərin müsadirəsinin dayandırılmasını (əgər bu təminatlı kreditorun hüquqlarını pozmursa) nəzərdə tuta bilər.
3. Məhkəmə qanunvericilikdə nəzərdə tutulmuş əsaslardan başqa aşağıdakı hallarda da borclunu müflis elan etməkdən imtina edə bilər:
a) borclu bu Qanunda göstərilmiş müddəalara müvafiq surətdə ödəmə qabiliyyəti olmayan deyildirsə;
b) ərizəçi bu Qanunun 2-ci maddəsində göstərilmiş şəxslərdən biri deyildirsə.
Belə hallarda məhkəmə özünün müvafiq qərarında iflas haqqında əsassız ərizə verilməsi nəticəsində borcluya və ya kreditora (kreditorlara) dəymiş ziyanın əvəzinin ödənilməsinə dair göstəriş verə bilər.
Maddə 12. Məhkəmə qərarlarından şikayət verilməsi
1. İflas haqqında iş üzrə məhkəmənin müvafiq qərarından məhkəmə baxışının tərəflərinin və ya işdə iştirak edən digər şəxslərin şikayətləri qanunvericilikdə müəyyən edilmiş qaydada və müddətlərdə verilir və baxılır.
2. Şikayətin müvafiq qaydada qəbul edilməsi borclunun əmlakının satışının və kreditorlara ödənişlərin dayandırılmasına səbəb ola bilər.
Maddə 13. Borclunun məhkəmə qaydasında müflis elan olunmasından sonra kreditorların ilkin yığıncağı
1. Borclunun məhkəmə qaydasında müflis elan olunmasından sonra əmlak inzibatçısı kreditorların ilkin yığıncağını bütün məlum kreditorlara və əgər borclu dövlət müəssisəsidirsə müvafiq icra hakimiyyəti orqanına yığıncaq barəsində bildiriş göndərmək yolu ilə çağırır. Həmin yığıncaq borclunu müflis elan etmək barəsində müvafiq məhkəmə qərarının qanuni qüvvəyə mindiyi gündən ən geci bir ay 15 gün ərzində keçirilməlidir.
2. Bildiriş ilkin yığıncağın tarixi, dəqiq vaxtı və yeri göstərilməklə:
a) yığıncağın keçirilməsi tarixinə ən geci 14 7 gün qalmış poçtla bütün məlum kreditorlara göndərilməlidir;
b) Azərbaycan Respublikasında nəşr olunan rəsmi dövri mətbuat orqanında rəsmi dövri mətbu nəşrdə iki dəfə dərc olunmalı, həm də ikinci dəfə yığıncağın keçirilməsi tarixinə ən geci 7 3 gün qalmış dərc olunmalıdır.
3. Kreditorların ilkin yığıncağı bu Qanunda müəyyən edilən qaydada keçirilir.
III fəsil. İflas prosesinə məhkəmənin iştirakı olmadan borclu müəssisə tərəfindən başlanması
Maddə 14. İflas prosesinə məhkəmənin iştirakı olmadan başlanması
Məhkəmənin iştirakı olmadan iflas prosesinə yalnız borclu müəssisə (borclu dövlət müəssisəsi olduğu halda həmçinin müvafiq icra hakimiyyəti orqanı) tərəfindən qəbul olunmuş müvafiq qərara əsasən başlanıla bilər. Bu qərar qəbul olunduğu zaman ehtimal olunan əmlak inzibatçısı da təyin edilir. Həmin qərarın Qanunu qüvvəyə minməsi tarixi iflas prosesinə məhkəmənin iştirakı olmadan başlanmasının məqamıdır.
Yuxarıda nəzərdə tutulanlar borclu müəssisə tərəfindən məhkəmə qaydasında iflas prosesinə başlanılmasını istisna etmir.
Maddə 15. Ehtimal olunan iflas barəsində kreditorlara bildiriş
1. Borclu müəssisə kreditorların yığıncağı barəsində kreditorlara (borclu dövlət müəssisəsi olduğu halda həmçinin müvafiq icra hakimiyyəti orqanına) bildiriş göndərir. Kreditorların yığıncağı borclu müəssisə tərəfindən iflas prosesinə başlamaq qərarının qəbul edildiyi gündən ən geci 21 gün ərzində keçirilməlidir.
2. Bildiriş:
a) yığıncağın keçirilməsi tarixinə ən geci 14 gün qalmış poçt vasitəsilə (sifarişli məktubla) bütün məlum kreditorlara göndərilməli;
b) Azərbaycan Respublikasında nəşr olunan rəsmi dövri mətbuat orqanında rəsmi dövri mətbu nəşrdə iki dəfə dərc olunmalı, həm də ikinci dəfə yığıncağın keçirilməsi tarixinə ən geci 7 gün qalmış dərc olunmalıdır.
3. Bildirişdə aşağıdakılar göstərilməlidir:
a) ehtimal olunan əmlak inzibatçısının adı (adı, atasının adı, soyadı) və ünvanı;
b) ehtimal olunan əmlak inzibatçısının borclunun təsərrüfat fəaliyyətinə dair kreditorlara lazım gələ biləcək əsaslı məlumatı onlara pulsuz verəcəyi barədə bəyanatı.
Maddə 16. Məhkəmənin iştirakı olmadan borclu müəssisə tərəfindən iflas prosesi başlanarkən kreditorların ilkin yığıncağı
1. Kreditorların ilkin yığıncağında borclunun müdiri kreditorlara aşağıdakı məlumatları təqdim etməlidir:
a) bütün məlum kreditorların adı (adı, atasının adı, soyadı) və ünvanı, onlara məxsus hər hansı təminat barəsində məlumat;
b) borclunun əmlakı və passivləri haqqında məlumat;
c) borclunun maliyyə vəziyyətinin aydınlaşdırılması üçün kreditorlara lazım gələ biləcək əlavə məlumat.
2. Kreditorların ilkin yığıncağında kreditorlar:
a) iflas prosesinə başlamaq barəsində borclunun qərarını təsdiq etməli və borclunun müflis elan olunmasına dair səsvermə keçirməlidirlər;
b) ehtimal olunan əmlak inzibatçısının təyinatını təsdiq etməli və ya yeni əmlak inzibatçısını seçməlidirlər;
c) bu Qanuna uyğun olaraq kreditorlar komitəsini seçə bilərlər.
3. Əgər borclu dövlət müəssisəsidirsə, əmlak inzibatçısı təsdiq edilərkən və ya seçilərkən bu barədə müvafiq icra hakimiyyəti orqanının rəyi nəzərə alınmalıdır.
4. Məhkəmənin iştirakı olmadan iflas prosesində kreditorların ilkin yığıncağında seçilən əmlak inzibatçısına dair tələblər və onun səlahiyyətləri bu Qanunun müddəalarına uyğun olmalıdır.
5. Kreditorların sonrakı yığıncaqları bu Qanuna müvafiq surətdə çağırılır və keçirilir.
6. Əmlak inzibatçısı və ya iflas prosesində maraqlı olan şəxslər bu fəslin müddəalarından irəli gələn hər hansı məsələnin həlli üçün müvafiq məhkəməyə müraciət edə bilər.
IV fəsil. Borclunun iflası prosesinə başlanmasının və müflis elan olunmasının nəticələri
Maddə 17. İflas prosesinə başlanmasının nəticələri
1. Bu Qanunun tələblərinə uyğun olaraq iflas prosesinə başlanması məqamından etibarən borclu öz təsərrüfat fəaliyyətini həyata keçirmək və ya öhdəliklərini yerinə yetirmək məqsədi ilə, yaxud digər məqsədlərlə öz əmlakının hər hansı hissəsi barədə sərəncam verə bilməz. Bu cür sərəncamları borclu yalnız məhkəmənin, əmlak inzibatçısının və ya müvəqqəti əmlak inzibatçısının müvafiq icazəsi ilə qəbul edə bilər.
2. Müvəqqəti əmlak inzibatçısının təyin edilmədiyi hallarda borclu bu maddənin 1-ci bəndində göstərilmiş icazəni almadan:
a) iflas prosesinə başlanması məqamına qədər qüvvədə olmuş dərəcələr üzrə əmək haqqının ödənilməsini davam etdirə bilər;
b) əvvəllər göndərilmiş malların və ya göstərilmiş xidmətlərin haqqının ödənilməsi istisna olmaqla, mallarla və xidmətlərlə fasiləsiz təminat üçün zəruri olan cari xərclərinin ödənilməsini davam etdirə bilər;
c) tez xarab olan aktivlər barəsində sərəncam verə bilər və əmlakının dəyərini qoruyub saxlamaq üçün zəruri olan başqa tədbirləri görə bilər.
Maddə 18. Borclunun müflis elan olunmasının nəticələri
1. Borclunun müflis elan olunmasının məqamları aşağıdakılardır:
a) borclunun müflis elan olunması haqqında məhkəmə qərarının qanuni qüvvəyə minməsi tarixi və ya;
b) bu Qanunun tələblərinə uyğun olaraq kreditorların ilkin yığıncağında borclu müəssisənin müflis elan olunması barədə müvafiq qərarın qəbul edilməsi tarixi.
2. Borclunun müflis elan olunması məqamından etibarən:
a) bütün məhkəmə araşdırmalarına və borcludan alınmalı məbləğlərin tutulması üçün digər hərəkətlərə son qoyulur;
b) borcluya qarşı tələblər yalnız bu Qanunda nəzərdə tutulan iflas prosesi çərçivəsində irəli sürülə bilər;
c) qanunvericiliyə zidd olmayan hallarda bu məqamdan əvvəl borclunun əmlakına dair çıxarılmış hər hansı məhkəmə qərarlarının icrası dayandırılır;
ç) əmlak inzibatçısı tərəfindən verilən səlahiyyətlər istisna olmaqla borclu müəssisənin müdiri bütün digər səlahiyyətlərini itirir;
d) borclu müəssisə öz əmlakı barəsində hər hansı sərəncam vermək və hərəkətlər etmək səlahiyyətlərini itirir.
V fəsil. Əmlak inzibatçısı
Maddə 19. Əmlak inzibatçısının təyin edilməsi şərtləri
1. Məhkəmə və ya kreditorlar tərəfindən fiziki və ya hüquqi şəxs, o cümlədən müvafiq icra hakimiyyəti orqanı tərəfindən vəkil edilən orqan, habelə rezident və ya qeyri-rezident əmlak inzibatçısı təyin edilə bilər.
2. Borclu dövlət müəssisəsi olduqda əmlak inzibatçısının məhkəmə tərəfindən təyin edilməsi bu barədə müvafiq icra hakimiyyəti orqanının rəyi nəzərə alınmaqla həyata keçirilir.
3. Əmlak inzibatçısı təyin edilmək üçün fiziki şəxslər hökmən hüquq, təsərrüfat idarəçiliyi, iqtisadiyyat və ya mühasibat uçotu sahəsində müvafiq təhsilə, yaxud buna bərabər əməli təcrübəyə malik olmalıdırlar.
Törətdiyi cinayətlər ilə əlaqədar müəyyən vəzifələr tutmaq və ya müəyyən fəaliyyətlə məşğul olmaq hüququndan məhrum olma cəzasına məhkum olunmuş şəxslər (əgər bu cəzanın çəkilməsi müddəti müəyyən edilmiş qaydada bitməmişdirsə), eləcə də barəsində iflas prosesinə başlanmış şəxslər əmlak inzibatçısı təyin edilə bilməzlər.
4. Əmlak inzibatçısı təyin edilən şəxs təyinatını qəbul etməzdən əvvəl onu təyin edənlər qarşısında belə təyinatda şəxsi marağının olmadığını yazılı şəkildə bəyan etməlidir. Aşağıdakılar əmlak inzibatçısı seçilə bilməzlər:
a) borclunun müdiri və ya keçmiş müdiri, mülkiyyətçiləri, borcluları və ya kreditorları;
b) bu Qanunun 54-cü maddəsinə uyğun olaraq borclu ilə əlaqədar şəxslər.
Maddə 20. Əmlak inzibatçısının hüquqları
1. Əmlak inzibatçısı təyin edilmiş şəxs borclunun yeganə qanuni nümayəndəsi olur və bunula əlaqədar borclunun müdiri bu Qanunun 17-ci maddəsinə uyğun olaraq əmlak inzibatçısının ona verdiyi konkret səlahiyyətlər istisna olmaqla, öz səlahiyyətlərini həyata keçirə bilməzlər.
2. Bu Qanunun müvafiq müddəalarına uyğun olaraq məhkəmə tərəfindən təyin edilmiş əmlak inzibatçısının və kreditorlar tərəfindən təyin edilmiş əmlak inzibatçısının səlahiyyətləri eynidir.
3. Əmlak inzibatçısının səlahiyyətlərinə, onların şərhinə dair yaranmış mübahisələr əmlak inzibatçısının və ya mübahisədə iştirak edən digər tərəfin müraciəti ilə qanunvericiliyə uyğun olaraq məhkəmə qaydasında həll olunur. Mübahisəni həll edən məhkəmə əmlak inzibatçısı tərəfindən borclu və ya borclunun əmlakı barəsində hər hansı konkret tədbirlər görülməsinə icazə verə və ya bunları qadağan edə bilər.
4. Əmlak inzibatçısının aşağıdakı hüquqları vardır:
a) borclunun təsərrüfat fəaliyyətini idarə etmək və bu məqsədlə borclunun adından əqdlər, o cümlədən müqavilələr, razılaşmalar və güzəştli sazişlər bağlamaq və ya bağlanılmış əqdlərin icrasını davam etdirmək;
b) borclunun rentabelli olmayan, borc öhdəliklərinin yaranmasına və ya artmasına səbəb ola bilən hər hansı əqdini, o cümlədən icra olunmamış müqavilələrini qanunvericilikdə nəzərdə tutulmuş qaydada ləğv etmək;
c) borclunun əmlakını təşkil edən aktivlərə sahiblik hüquqlarını borclunun adından əldə etmək və bu məqsədlə qanunvericilikdə müəyyən edilmiş qaydada tələb oluna bilən hər hansı hərəkətləri həyata keçirmək;
ç) qanunvericilikdə, o cümlədən bu Qanunda müəyyən edilmiş qaydalara uyğun olaraq borclunun əmlakını tamamilə və ya qismən satmaq, habelə bu cür aktivlərin satışı üçün nəzərdə tutulmuş bütün hərəkətləri etmək;
d) bu Qanunun XII fəslində müəyyən edilmiş növbəlilik qaydasında borcluya olan tələblərin aralıq ödənişlərini həyata keçirmək;
e) qanunvericilikdə müəyyən edilmiş qaydada borclunun əmlakının sığortalanmasına dair müvafiq tədbirlər görmək;
ə) borclunun təsərrüfat fəaliyyəti üçün zəruri olan su, enerji, istilik və sair təchizatının davam etdirilməsi üçün zəruri olan tədbirlər görmək;
f) qanunvericilikdə müəyyən edilmiş qaydada borclunun işçilərini işə götürmək (vəzifəyə təyin etmək) və işdən çıxarmaq (vəzifədən azad etmək);
g) zəruri hallarda özünün ayrı-ayrı funksiyalarının icrasının təmin edilməsi məqsədi ilə müqavilə əsasında digər mütəxəssislərin xidmətlərindən istifadə etmək;
ğ) zəruri hallarda öz səlahiyyətlərinin bir hissəsini yazılı şəkildə borclunun müdirinə vermək;
h) borclunun fəaliyyətinə dair hər hansı mühasibat kitablarını, habelə digər hesabatları və sənədləri tələb edib almaq;
x) borclunun təsərrüfat fəaliyyəti barəsində məlumatlara malik olan şəxslərdən müvafiq məlumatlar almaq;
ı) kreditorların və ya kreditorlar komitəsinin yığıncaqlarını çağırmaq;
i) kreditorlarla mübahisələrin həlli üçün, habelə bu Qanunla nəzərdə tutulmuş digər hallarda məhkəməyə müraciət etmək;
j) qanunvericilikdə müəyyən edilmiş qaydada borclu və onun əmlakına dair hər hansı məhkəmə işlərində iştirak etmək;
k) öz təyinatına xitam vermək və bu barədə ərizə ilə onu təyin edənlərə müraciət etmək;
g) yuxarıda göstərilən səlahiyyətləri həyata keçirmək üçün qanunvericiliyə zidd olmayan hər hansı digər hərəkətləri etmək.
Maddə 21. Əmlak inzibatçısının vəzifələri
Əmlak inzibatçısı:
a) təyin edildikdən sonra dərhal bu barədə borcluya bildiriş göndərməli və borclunun iflası və özünün təyin edilməsi barədə Azərbaycan Respublikasında nəşr olunan rəsmi dövri mətbuat orqanında rəsmi dövri mətbu nəşrdə azı 7 günlük fasilə ilə iki dəfə elan dərc etdirməlidir;
b) təyin edildikdən sonra ən qısa müddətdə borclunun əmlakının mühafizəsi və onun fəaliyyətinə nəzarət edilməsi üçün tədbirlər görməlidir;
c) borclunun maliyyə vəziyyətini təhlil etməli, belə təhlil nəticəsində aşkar olunmuş yalandan və ya qəsdən müflis elan olunmanın əlamətlərinin mövcudluğu barəsində öz rəyini müvafiq məhkəməyə təqdim etməlidir;
ç) köməyindən istifadə etməyi lazım bildiyi istənilən ekspertləri cəlb etməklə borclunun aktivlərini qiymətləndirməlidir;
d) bu Qanunun müvafiq müddəalarına əsasən fəaliyyət göstərərək borclunun əmlakının (əmlakın bir hissəsinin), o cümlədən bu Qanunun tələblərinə müvafiq surətdə təminatlı kreditora məxsus təminatın satışı zamanı kreditorların kommersiya mənafelərini qorumaqla mümkün olan ən yaxşı satış qiymətinə nail olmalıdır;
e) borclu tərəfindən göndərilən sənədlərin (məktub, hesabfaktura və maliyyə sənədləri) məzmununda onun iflas prosesində olduğunu göstərən konkret məlumatın hər dəfə əks olunmasını, o cümlədən belə sənədlərdə borclunun adının yanında mötərizədə «iflas prosesində olan» ifadəsinin yazılmasını təmin etməlidir;
ə) bu Qanunun VII fəslinə əsasən borclu ilə kreditorlar arasında saziş bağlanmasının məqsədəuyğunluğunu qiymətləndirməli və bu cür sazişin kreditorların mənafelərinə uyğun gəlib-gəlmədiyi barədə kreditorlara və məhkəməyə məlumat verməlidir;
f) əgər iflas prosesinin bu və ya digər məqamında əmlak inzibatçısı bu Qanunun XII fəslinin müddəalarına uyğun olaraq borclunun əmlakının satılmasını və satış pulunun müvafiq olaraq bölünməsini kreditorların mənafelərinə daha uyğun olduğunu hesab edərsə və əgər həmin məqamda bu Qanunun VII fəslinə müvafiq surətdə kreditorlarla hər hansı saziş qüvvədə deyilsə və belə sazişin bağlanacağı barədə əsaslı ehtimallar yoxdursa, o, borclunun əmlakını satmaq və satış pulunu bölüşdürmək üçün tədbirlər görməlidir;
g) kreditorların tələblərinin məbləği göstərilməklə onların siyahısını tərtib etməli və bu Qanunun IX fəslinə uyğun olaraq kreditorların tələblərinin reyestrini hazırlamalıdır;
ğ) tam əsaslı olmayan hər hansı tələbə və ya onun məbləğinə etiraz etməlidir;
h) borcluya qaytarılmalı borcların alınması üçün tədbirlər görməlidir;
x) kreditorlarla bağlanmış hər hansı sazişi müvafiq məhkəmənin təsdiqinə verməlidir;
ı) bu Qanunun XIII-XV fəsillərinə uyğun olaraq borclu tərəfindən bağlanılmış əqdləri, borclunun müdir və rəhbər işçilərinin fəaliyyətini (aktlarını) yoxlamalı, bu yoxlamaların nəticələri ilə əlaqədar məhkəməyə və digər səlahiyyətli dövlət orqanlarına müvafiq müraciətlər etməlidir;
i) zərurət olduqda qüvvədə olan qanunvericiliyə zidd olmayan hallarda və orada müəyyən edilmiş qaydada işçiləri işdən çıxarmalıdır;
j) bu Qanunun tələblərinə uyğun olaraq öz fəaliyyəti barəsində kreditorlara və məhkəməyə müvafiq hesabatlar təqdim etməlidir;
k) təyinat müddəti ərzində borclunun işlərinin vəziyyəti barəsində əldə etdiyi bütün məlumatın məxfiliyini kreditorların mənafeyi üçün qoruyub saxlamalıdır;
m) qanunvericiliyə zidd olmayan və bu Qanunda göstərilmiş hər hansı digər hərəkətləri həyata keçirməlidir.
Maddə 22. Borclunun sahibliyində olan üçüncü şəxslərin aktivləri
Borclunun sahibliyində onun əmlakına aid olmayan aktivlər varsa, əmlak inzibatçısı bu barədə həmin aktivlərin mülkiyyətçisinə bildiriş göndərir. Aktivlərin mülkiyyətçisi bildirişi aldıqdan sonra ən geci bir ay ərzində həmin aktivləri əmlak inzibatçısından qəbul etməlidir. Bu şərt yerinə yetirilmədikdə aktivlərin saxlanması və qorunması xərclərinin hamısını həmin andan onların mülkiyyətçisi çəkməlidir. Göstərilən xərclər borclu tərəfindən çəkilərsə, onlar borclunun xeyrinə həmin aktivlərdən tutma yolu ilə ödənilir. Əgər əmlak inzibatçısı bu aktivlərin saxlanması və qorunması dəyərinin təxminən onların satış dəyərinə bərabər olduğunu müəyyən etsə, həmin aktivləri istənilən vaxt sata bilər.
Maddə 23. Təhlükə törədən aktivlər
Əgər əmlak inzibatçısı borclunun əmlakının bir hissəsini təşkil edən hər hansı aktivlərin əhali üçün yüksək təhlükə mənbəyi olduğunu müəyyənləşdirərsə, əhalinin bu cür təhlükədən qorunması üçün tələb edilən vəsaitin təxmini məbləğini hesablamalıdır. Bu halda həmin məbləğlərin hamısı əmlak inzibatçısının əmək haqqının və xərclərinin bir hissəsi kimi nəzərdən keçirilir və eyni növbəlik qaydasında ödənilir, həm də bu zaman əmlak inzibatçısı həmin aktivlərin təhlükəsiz vəziyyətə gətirilməsi və ya təhlükənin sovuşdurulması üçün bütün lazımi tədbirləri görür.
Maddə 24. Borclunun müqavilə əsasında digər şəxslərin sahibliyində olan aktivləri barəsində əmlak inzibatçısının hüquqlarının məhdudlaşdırılması
1. Əmlak inzibatçısı borclunun əmlakının bir hissəsini təşkil edən və hər hansı müqavilənin şərtlərinə əsasən üçüncü şəxsin sahibliyinə verilən əmlakın müqavilədə nəzərdə tutulan müddət bitməmiş borcluya qaytarılmasını tələb edə bilməz. Belə halda əmlak inzibatçısının, yuxarıda göstərilən müqavilədə başqa qayda nəzərdə tutulmayıbsa, borcluya (onun əmlakına) aid mühasibat hesabatları, kitabları və sənədləri ilə tanış olmaq və onların surətlərini çıxarmaq hüququ vardır.
2. Əmlak icarə müqaviləsinə əsasən digər şəxsin sahibliyindədirsə, əmlak inzibatçısı:
a) əmlakı həmin şəxsə sata bilər;
b) icarə müqaviləsi müddətinin sonunda əmlakı qaytarmaq hüququnu icarə müddəti ərzində icarə haqlarını almaq hüququ ilə birlikdə hər hansı üçüncü şəxsə sata bilər;
c) qanunvericilikdə müəyyən edilmiş qaydada icarə müqaviləsinə vaxtından əvvəl xitam verilməsi üçün məhkəməyə müraciət edə bilər.
Maddə 25. Borclunun aktivlərinin açıq hərrac yolu ilə satılması
1. Bu Qanunun V fəslində nəzərdə tutulmuş istisnalarla, əgər məhkəmə hər hansı konkret halda başqa sərəncam verməzsə, borclunun əmlakının bir hissəsini təşkil edən aktivlərin hamısı açıq hərrac yolu ilə satılır. Borclunun aktivlərinin açıq hərrac yolu ilə satılması bu Qanunun 18-ci maddəsinin 1-ci hissəsində nəzərdə tutulmuş borclunun müflis elan olunması məqamından 30 gündən gec olmayaraq keçirilir.
2. Əmlak inzibatçısı hərracı özü təşkil edə bilər və ya bunun üçün lazımi ixtisası olan üçüncü şəxslə müqavilə bağlaya bilər.
3. Borclunun mülkiyyətinə daxil edilmiş əmlakın başlanğıc qiymətini əmlak inzibatçısı bu Qanuna uyğun olaraq həmin əmlakın qiymətləndirilməsinə müvafiq surətdə müəyyənləşdirir. Əmlak kreditorları kommersiya mənafelərinə daha uyğun qiyməti təklif etmiş alıcıya satılmalıdır.
4. Əmlak inzibatçısı ilə alıcı arasında başqa qayda haqqında əldə olunmuş razılıq istisna olmaqla, borcluya məxsus əmlakın hamısının və ya bir hissəsinin hər hansı alıcısı əmlakın satış qiymətini hərracın keçirildiyi tarixdən sonra 14 7 gündən gec olmayaraq ödəməlidir. Satış qiyməti alıcı tərəfindən həmin müddət ərzində ödənilmədikdə, əmlak inzibatçısının əmlakın həmin hissəsini hər hansı üçüncü şəxsə satmağa və öhdəliyini yerinə yetirməmiş alıcıdan aşağıdakılarla bağlı ziyanının əvəzini almağa ixtiyarı vardır:
a) yenidən təşkil edilən satışın dəyəri; və
b) hərracda təklif edilmiş qiymətlə sonrakı satış zamanı müəyyən edilmiş qiymət arasındakı fərq.
5. Borclunun əmlakının hamısı və ya hər hansı bir hissəsi hərracda satılmadıqda, əmlak inzibatçısı həmin əmlakı ən münasib olan yüksək qiymətlə hər hansı şəkildə sata bilər və hər bir belə satış zamanı əmlakın bütün tərkib hissələri əmlak inzibatçısının məhkəməyə təqdim etdiyi hesabatlarda müfəssəl göstərilməlidir.
6. Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı dövlət müəssisələrinin aktivlərinin satışı üçün başqa qayda nəzərdə tuta bilər.
Maddə 26. Borclunun aktivlərinin digər üsullarla satılması
Əmlak inzibatçısı aşağıdakı hallarda borclunun əmlakından olan aktivləri açıq hərrac yolu ilə deyil, başqa üsulla sata bilər:
a) aktivlərin dərhal satılmaması onların vəziyyətinin pisləşməsi üçün ciddi təhlükə yaratdıqda;
b) əmlak inzibatçısının əsaslı qənaətinə görə, aktivlərin dərhal satılmaması, onların bazar dəyərini xeyli azalda bildikdə;
c) hərrac yolu ilə satışın xərcləri kreditorların tələblərinə mütənasib olmadıqda;
ç) bu Qanunun VII fəslinə uyğun olaraq məhkəmə tərəfindən təsdiq edilmiş kreditorlarla sazişin şərtlərində bu cür satış nəzərdə tutulduqda;
d) əmlak inzibatçısının əsaslı qənaətinə görə, bu cür satış kreditorlar üçün daha sərfəli olduqda;
e) məhkəmə müvafiq qərarı ilə satışın üsulunu müəyyən etdikdə.
Maddə 27. Əmlak inzibatçısının kreditorlar qarşısında hesabatı
Təyin olunmasından ən azı 14 gün sonra əmlak inzibatçısı hesabat hazırlayıb kreditorlara təqdim edir. Hesabatda müvafiq olaraq aşağıdakılar göstərilir:
a) borclu müəssisəyə aid halda:
-
- borclunun sonuncu hesabat tarixinə olan mühasibat balansı;
- mənfəətin və itkilərin hesabı;
- kreditorların tələblərini ödəmək üçün mövcud pul vəsaitinin axını barəsində məlumat;
- hesabların alınma maddələri üzrə bölgüsü və borclunun etibarsız aktivləri barəsində məlumat;
b) istər borclu müəssisəyə, istərsə də fərdi borcluya aid halda:
- iflas prosesinə başlananadək kreditorlarla aparılmış hesablaşmalar haqqında məlumat.
Maddə 28. Əmlak inzibatçısının məhkəmə qarşısında hesabatı
1. Təyin olunmasından ən azı 14 gün sonra əmlak inzibatçısı məhkəməyə öz fəaliyyəti barəsində hesabat təqdim edir. Hesabatda aşağıdakılar göstərilir:
a) əmlak inzibatçısının fəaliyyətinə dair hesabat;
b) mühasibat balansı, o cümlədən balans dəyəri üzrə aktivlərin siyahısı;
c) kreditorların tələblərinin ilkin reyestri və əmlak inzibatçısının həmin tələblərə verdiyi dəyərin pulla ifadəsi, habelə ödənilmiş tələblərin məbləğləri;
ç) əmlak inzibatçısına ödənilən haqq və xərclər barəsində məlumat;
d) kreditorların bütün tələbləri ödənildikdən sonra qalan vəsaitdən istifadəyə dair hesabat;
e) borclu müəssisənin müdirinin hər hansı qanuna zidd hərəkəti və ya bağladıqları əqdlər barəsində müfəssəl məlumat;
ə) fərdi borcluya dair müəyyən edilməli şərtlər, habelə iflas prosesinin xitamınadək keçməli olan müddət haqqında tövsiyyələr;
f) əmlak inzibatçısının qənaətinə görə, məhkəməyə lazım ola bilən digər məlumat.
2. Əmlak inzibatçısının bu maddənin 1-ci bəndinin «e» yarımbəndində nəzərdə tutulmuş tövsiyələri aşağıdakılardan ibarət ola bilər:
a) borclu öz gəlirinin bir hissəsini əmlak inzibatçısının hesabına köçürməlidir;
b) borclu müəyyən öhdəliklər (alimentlər və s.) üzrə ödənişi tam həyata keçirməlidir.
3. Əmlak inzibatçısı sonrakı hesabatlarını məhkəməyə 3 aylıq fasilə ilə və ya məhkəmənin müəyyən etdiyi başqa qaydada təqdim edir.
4. Əmlak inzibatçısının vəsatətinə əsasən bu Qanunun 27-ci maddəsində və bu maddədə nəzərdə tutulmuş 14 günlük müddət məhkəmə tərəfindən ən çoxu bir ayadək uzadıla bilər.
Maddə 29. Əmlak inzibatçısına ödənilən haqq və xərclər
1. Əmlak inzibatçısının əmək haqqı və xərcləri bu Qanunun XII fəslində müəyyənləşdirilmiş növbəlik siyahısına müvafiq surətdə ödənilir.
2. Əmlak inzibatçısının saxlanması ilə bağlı xərclər kreditorlar ilə əmlak inzibatçısı arasında sazişlə, bu cür saziş olmadıqda isə məhkəmə tərəfindən müəyyənləşdirilir.
Maddə 30. Əmlak inzibatçısının istefası, vəzifədən kənarlaşdırılması və dəyişdirilməsi
1. Bu Qanunun 2-ci maddəsində göstərilmiş şəxslərdən hər hansı birinin müraciəti ilə və buna kifayət qədər əsas olduqda məhkəmə müvafiq qərarı ilə bu Qanunda nəzərdə tutulmuş vəzifələrini yerinə yetirməyən əmlak inzibatçısını vəzifədən kənarlaşdıra və onu bu Qanunun 19-cu maddəsində nəzərdə tutulmuş müvafiq tələblərə uyğun gələn başqa şəxslə əvəz edə bilər.
2. Əmlak inzibatçısı həmçinin kreditorların bu Qanunun XI fəslinə müvafiq surətdə çağırılan yığıncağında vəzifədən kənarlaşdırıla və dəyişdirilə bilər.
3. Əmlak inzibatçısı həmçinin istefa ərizəsi ilə məhkəməyə müraciət edə bilər. Məhkəmə həmin ərizəni təmin etdikdə əmlak inzibatçısının əvəzinə başqa şəxs təyin etməlidir.
4. Əmlak inzibatçısının əvəzi təyin olunmuş şəxs öz təyinatı barədə dərhal bütün kreditorlara bildiriş göndərməlidir.
Maddə 31. Əmlak inzibatçısının fəaliyyətinə mane olunmasına yolverilməzliyi və əmlak inzibatçısının məsuliyyəti
1. Bu Qanuna müvafiq surətdə öz vəzifələrini yerinə yetirən əmlak inzibatçısının fəaliyyətinə müdaxilə edilməsinə və ya mane olunmasına yol verilmir. Həmin hərəkətlərin törədilməsində təqsiri olan şəxslər qanunvericilikdə və bu Qanunda müəyyən edilmiş qaydada məsuliyyətə cəlb oluna bilərlər.
2. Əmlak inzibatçısının ona mane olan şəxslər barəsində ərizəsi məhkəmə tərəfindən təmin edildikdə müvafiq məhkəmə aktında həmin şəxslərə və ya müvafiq dövlət orqanlarına zəruri göstərişlər verilə bilər.
3. Əmlak inzibatçısı onun fəaliyyəti nəticəsində mülkiyyətçiyə və ya borcluya, yaxud hər hansı kreditora dəymiş ziyana görə qüvvədə olan qanunvericilikdə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyır.
VI fəsil. Müvəqqəti əmlak inzibatçısı
Maddə 32. Müvəqqəti əmlak inzibatçısının təyin edilməsi
1. Bu maddənin müddəaları nəzərə alınmaqla, bu Qanunun 2-ci maddəsində göstərilmiş şəxslərin hər hansı birinin müraciəti ilə məhkəmə borclunun müflis elan olunması məqamınadək istənilən vaxt müvəqqəti əmlak inzibatçısını təyin edə bilər.
2. Müvəqqəti əmlak inzibatçısı yalnız iflas prosesinə məhkəmənin iştirakı ilə başlanıldığı hallarda təyin edilə bilər.
3. Müvəqqəti əmlak inzibatçısının təyin edilməsi aralıq tədbir kimi aşağıdakı məqsədlərlə həyata keçirilir:
a) borclunun əmlakını təşkil edən aktivlərin həmin borclunun müflis elan olunmasına qədər hüquqa zidd qaydada özgəninkiləşdirilməməsinin təmin edilməsi;
b) borclunun vəziyyətinin ilkin maliyyə təhlilinin aparılması.
4. Müvəqqəti əmlak inzibatçısının təyin edilməsinin meyarları əmlak inzibatçısı təyin edilməsinin meyarları ilə eynidir.
5. Borclunun əmlakını təşkil edən aktivlərin salamatlığı barəsində hər hansı şübhə yarandıqda məhkəmə müvəqqəti əmlak inzibatçısı təyin etməlidir.
6. Müvəqqəti əmlak inzibatçısının təyin edilməsi barədə ərizəyə məhkəmədə qanunvericilikdə müəyyən edilmiş qaydada və müddətlərdə, lakin 3 gündən gec olmayaraq baxılır.
7. Müvəqqəti əmlak inzibatçısı təyin edildikdən sonra borclu müflis elan olunmasa, müvəqqəti əmlak inzibatçısının təyin olunması barədə məhkəməyə müraciət etmiş tərəf onun haqqını və bütün xərclərini, habelə müvəqqəti əmlak inzibatçısının təyin edilməsi nəticəsində borclunun məruz qaldığı bütün itkilərin əvəzini ödəməlidir. Borclu müflis elan olunduqda müvəqqəti əmlak inzibatçısının haqqı və xərcləri əmlak inzibatçısının haqqı və xərcləri kimi bu Qanunun XII fəslində müəyyən edilmiş qaydaya uyğun olaraq birinci növbədə ödənilir.
8. Borclunun əmlakını təşkil edən aktivlər üçün ciddi təhlükənin yaranması haqqında məlumat əldə edildikdə məhkəmə borclunun izahatını almadan müvəqqəti əmlak inzibatçısını qiyabi təyin edə bilər. Belə hallarda borclu bu cür təyinat barəsində bildirişi aldıqdan sonra 7 gün ərzində məhkəməyə bu barədə etiraz edə bilər. Bu zaman borclunun ərizəsinə bu maddənin 6-cı bəndində nəzərdə tutulmış qaydada baxılır.
Maddə 33. Müvəqqəti əmlak inzibatçısının səlahiyyətləri
1. Müvəqqəti əmlak inzibatçısı təyin edildikdə borclunun müdirinin səlahiyyətləri qüvvədən düşür. Müvəqqəti əmlak inzibatçısını təyin edənin müvafiq qərarında başqa qayda nəzərdə tutulmadıqda o, əmlak inzibatçısına məxsus olan eyni səlahiyyətlərə malikdir.
2. Borclunun müdiri müvəqqəti əmlak inzibatçısı ilə əməkdaşlıq etməli və borclunun bina və otaqlarına daxil olması, aktivləri, bank hesabları və sənədləri ilə işləməsi üçün hər cür şərait yaratmalıdır. Borclu qarşısında hər hansı öhdəlikləri olan bütün şəxslər (o cümlədən auditorlar və kredit təşkilatları) eyni öhdəlikləri müvəqqəti əmlak inzibatçısı qarşısında da daşıyırlar.
3. Müvəqqəti əmlak inzibatçısı borclunun tam və ya qismən təftişinin keçirilməsi barədə göstəriş verə bilər.
4. Müvəqqəti əmlak inzibatçısı əldə etdiyi kommersiya məlumatının məxfiliyini qorumalı və bu məlumatdan yalnız öz səlahiyyətlərinin həyata keçirilməsi məqsədi ilə istifadə etməlidir.
5. Müvəqqəti əmlak inzibatçısı zəruri hallarda borclunun müdirinin borclunun binasına daxil olmaması barədə sərəncam verə bilər.
6. Müvəqqəti əmlak inzibatçısının səlahiyyətlərinin həyata keçirilməsinə mane olan şəxslər bu Qanunda nəzərdə tutulmuş əsaslarla müvafiq məsuliyyətə cəlb edilə bilərlər.
7. Müvəqqəti əmlak inzibatçısının səlahiyyət müddəti ərzində borcluya və ya onun əmlakına dair iddialar məhkəmədə qanunvericilikdə müəyyən edilmiş qaydada baxıla bilər.
8. Müvəqqəti əmlak inzibatçısı təyin edildikdə o, borclunun maliyyə vəziyyətinin ilkin təhlilini aparır. Bu məqsədlə, habelə borclunun əmlakının mühafizəsi məqsədi ilə müvəqqəti əmlak inzibatçısı borclunun müdirindən (sabiq müdirindən), yaxud borclunun təsərrüfat fəaliyyətinə aid məlumatlara və ya sənədlərə malik ola bilən hər hansı şəxsdən müvafiq məlumatları və ya sənədləri ala bilər.
9. Müvəqqəti əmlak inzibatçısı öz səlahiyyətləri və onların həyata keçirilməsi qaydası barəsində göstərişlər almaq üçün istənilən vaxt məhkəməyə müraciət edə bilər.
Maddə 34. Müvəqqəti əmlak inzibatçısının təyinat müddəti
1. Müvəqqəti əmlak inzibatçısı təyin edildikdən sonra 14 gün ərzində borclunun maliyyə vəziyyəti barədə məhkəməyə hesabat təqdim etməlidir. Məhkəmə bu Qanunun 11-ci maddəsinə müvafiq surətdə hər hansı qərar çıxararkən müvəqqəti əmlak inzibatçısının hesabatını nəzərə alır.
2. Müvəqqəti əmlak inzibatçısının təyinatına aşağıdakı halların hər birində xitam verilir:
a) əmlak inzibatçısı təyin edildikdə;
b) bu barədə bu Qanunun 2-ci maddəsində göstərilmiş şəxslərdən hər hansı birinin müvafiq müraciəti məhkəmə tərəfindən təmin edildikdə;
c) bu Qanunun 30-cu maddəsinə uyğun olaraq müvəqqəti əmlak inzibatçısı istefa verdikdə, vəzifədən kənarlaşdırıldıqda və ya dəyişdirildikdə.
3. Bu Qanunun 31-ci maddəsinin müddəaları müvəqqəti əmlak inzibatçısına da şamil edilir.
VII fəsil. Kreditorlar ilə barışıq sazişi
Maddə 35. Kreditorlar ilə barışıq sazişi bağlanmasına dair ümumi müddəalar
1. İflas haqqında iş üzrə icraatın qurtarması məqsədilə borclu ona ödənişlər üçün möhlət vermək, ödənişləri hissələrə bölmək və borcları güzəşt etmək imkanı verən barışıq sazişi bağlamaq təklifi ilə kreditorlara müraciət edə bilər.
2. Kreditorlar ilə sazişlər iflas prosesinə hansı qaydada başlanıldığından asılı olmayaraq iflas prosesi çərçivəsində bağlana bilər.
3. İflas prosesinə məhkəmənin iştirakı ilə başlanıldıqda əmlak inzibatçısı bu Qanunun 21-ci maddəsinə uyğun olaraq kreditorlarla saziş bağlanması imkanını nəzərdən keçirməli və həmin sazişin onların mənafelərinə uyğun olub-olmaması barədə kreditorlara və məhkəməyə hesabat verməlidir.
4. İflas prosesinə məhkəmənin iştirakı olmadan başlanıldıqda ehtimal olunan əmlak inzibatçısı ilə birlikdə fəaliyyət göstərən müdir kreditorların ilkin və ya hər hansı sonrakı yığıncağında kreditorlar ilə saziş bağlamaq təklifini irəli sürə bilər. Bu halda saziş yalnız bütün kreditorların razılığı əsasında bağlana bilər. Kreditorlardan hətta biri bu sazişlə razılaşmadıqda borclunun iflası haqqında iş ümumi qaydada davam etdirilir.
5. Barışıq sazişi bağlanarkən büdcəyə vergilər və qeyri-vergi ödənişləri üzrə qalıqların təxirə salınmasına, hissə-hissə ödənilməsinə, cəmləşdirilməsinə, habelə məcburi dövlət sosial sığortası üzrə ödənişlərə və artıq alınmış məbləğlərin qaytarılmasına yalnız qanunvericiliklə müəyyənləşdirilmiş hallarda və qaydada yol verilir.
Maddə 36. Kreditorlar ilə barışıq sazişi bağlamaq təklifləri
1. Kreditorlar ilə sazişin forması bu Qanunla məhdudlaşdırılmır və onun məzmununa aşağıdakı müddəalar daxil edilə bilər:
a) borclu müəssisənin strukturunun və ya borclunun fəaliyyətinin yenidən təşkili üçün əsas götürülən müddəalar;
b) borclunun əmlakının hamısının və ya hər hansı hissəsinin, o cümlədən səhmlərinin satılması və ya verilməsi haqqında müddəalar;
c) hər hansı təşkilati-hüquqi formalı yeni müəssisənin yaradılması haqqında müddəalar;
ç) təminatsız kreditorların tələblərinin hamısının və ya bir hissəsinin birdəfəlik və ya hissə-hissə ödənilməsini nəzərdə tutan müddəalar.
2. Borclu və (və ya) əmlak inzibatçısı (ehtimal olunan əmlak inzibatçısı) kreditorlar ilə saziş bağlamaq təklifini irəli sürmək istədikdə:
a) saziş layihəsinin qəbul olunması üçün kreditorların yığıncağını çağırır;
b) bütün kreditorlara aşağıdakılar göndərilməlidir:
-
- kreditorlar ilə sazişin layihəsi;
- mühasibat balansı ilə birlikdə ilkin maliyyə hesabatı və kreditorlara çatası məbləğlər göstərilməklə bütün kreditorların siyahısı;
- kreditorların yığıncağının keçirilməsi vaxtı, tarixi və yeri barəsində bildiriş.
3. Sazişlə əlaqədar kreditorların yığıncağı bu maddənin 2-ci bəndində göstərilmiş sənədlərin kreditorlara göndərildiyi tarixdən etibarən 28 gündən gec olmayaraq, lakin həmin tarixdən 14 gündən tez olmayaraq keçirilməlidir.
4. Kreditorların yığıncağında borclu maliyyə məlumatının kreditorlar üçün tam aşkarlığını təmin etməlidir.
5. Kreditorların sazişlə əlaqədar çağırılmış yığıncağında kreditorlar səsvermə yolu ilə:
a) təklif olunan saziş layihəsini qəbul edə bilərlər və ya;
b) digər sazişin və ya düzəlişlər edilmiş sazişin qəbulunu təklif edə bilərlər və ya;
c) təklif olunan sazişi rədd edə bilərlər.
6. Əgər əmlak inzibatçısının (ehtimal olunan əmlak inzibatçısının) mülahizəsinə görə, düzəlişlər edilmiş saziş onun təklif etdiyi sazişdən mahiyyətcə fərqlənmirsə, onda kreditorlar həmin yığıncaqda düzəlişlər edilmiş saziş barəsində səsvermə keçirə bilərlər. Əgər əmlak inzibatçısının (ehtimal olunan əmlak inzibatçısının) mülahizəsinə görə, düzəlişlər edilmiş saziş təklif olunan sazişdən xeyli fərqlənirsə, onda kreditorlar bu Qanuna uyğun olaraq kreditorların növbəti yığıncağı çağırılanadək düzəlişlər edilmiş saziş barəsində səs verə bilməzlər.
7. Kreditorların sazişlə əlaqədər çağırılmış yığıncağının qərarları bu Qanunun XI fəslində nəzərdə tutulmuş qaydada qəbul edilməlidir.
Maddə 37. Kreditorlar ilə barışıq sazişinin məhkəmə tərəfindən təsdiqi
1. Kreditorlar ilə hər hansı barışıq sazişi bu fəsilə uyğun olaraq kreditorlar tərəfindən qəbul edildikdən sonra məhkəmə tərəfindən də təsdiq edilməlidir.
2. Əmlak inzibatçısı kreditorlar ilə hər hansı belə sazişin təsdiqi üçün kreditorların sazişlə əlaqədar yığıncağının keçirildiyi gündən etibarən 7 gündən gec olmayaraq məhkəməyə müraciət etməlidir. Məhkəmə bu cür ərizəyə qanunvericilikdə nəzərdə tutulmuş müddətdə baxır.
3. Bu cür sazişlə mənafelərinə toxunulan şəxs məhkəmədə həmin sazişin təsdiqi barədə ərizəyə baxılması dövründə və ya baxılmazdan əvvəl onun şərtlərinin özü üçün ədalətsiz şərtlər olduğuna əsaslanaraq həmin sazişin dəyişdirilməsi və ya rədd edilməsi üçün məhkəməyə müraciət edə bilər. Məhkəmə öz iclasında sazişin təsdiq olunmasına etiraz edən hər bir kreditoru dinləməlidir.
4. Əgər məhkəmə bu fəslin bütün tələblərinin yerinə yetirildiyinə əmin deyildirsə, kreditorlar ilə sazişi təsdiq edə bilməz.
5. Məhkəmə həmin sazişi təsdiq etmədikdə müvafiq qərarında onun (düzəlişlər edilmiş sazişin) kreditorların əlavə yığıncağında müzakirə edilməsinə dair göstəriş verə bilər.
6. Kreditorlar ilə saziş onların yığıncağında qəbul olunduqdan və məhkəmə tərəfindən təsdiq edildikdən sonra yığıncaq haqqında bildiriş almış bütün kreditorların həmin sazişi qəbul edib-etməməsindən, habelə kreditorların yığıncağında iştirak edib-etməməsindən asılı olmayaraq onlar üçün məcburi qüvvəyə malik olur.
7. Əmlak inzibatçısı sazişin icrasına nəzarət edir. Bununla yanaşı, əmlak inzibatçısı sazişin şərtlərini nəzərə almaqla nəzarət səlahiyyətlərini lazım bildikdə başqa şəxslərə, o cümlədən borclunun müdirinə verə bilər.
8. Kreditorlar ilə sazişə görə əmlak inzibatçısının sazişdə nəzərdə tutulmuş məbləğdə haqqını borclu ödəyir.
Maddə 38. Təminatlı kreditorlar, bir növbənin kreditorları və sazişin əleyhinə səs vermiş kreditorlar arasında qarşılıqlı münasibətlər
1. Kreditorlar ilə saziş təminatlı kreditorların, habelə bu Qanunun XII fəslində müəyyən edilmiş birinci, ikinci və ya üçüncü növbənin kreditorlarının hüquqlarını, buna onlar razılıq verdikləri hallar istisna olmaqla, pozmamalıdır.
2. Qarşılıqlı razılaşmalar əldə edilmədikdə kreditorlar ilə saziş eyni növbənin kreditorlarının növbəsini dəyişdirə bilməz.
3. Təklif olunan sazişin əleyhinə səs vermiş, yaxud səsvermədə iştirak etməmiş kreditorların hüquqları təklif olunan sazişin lehinə səs vermiş kreditorların hüquqları ilə bərabər, növbəlik çərçivəsində təmin edilir.
Maddə 39. Barışıq sazişin etibarsız sayılması və ya xitam verilməsi
1. Borclu balansda öz əmlakını düzgün göstərmədikdə, saziş bağlanarkən müvafiq qanunvericilik və başqa şəxslərin hüquqları pozulduqda kreditorların hər hansı biri barışıq sazişini mübahisələndirə bilər.
Barışıq sazişinin etibarsız sayıldığı hallarda borclu müəssisənin həmin saziş bağlananadək mövcud olan maliyyə öhdəlikləri bərpa edilir.
2. Əmlak inzibatçısı və ya başqa şəxs kreditorlar ilə sazişin öz şərtlərinə müvafiq surətdə icra olunmadığına dair məhkəməyə sübut təqdim etdikdə məhkəmə qanunvericilikdə müəyyən edilmiş qaydada kreditorlar ilə sazişi ləğv edə bilər və əmlak inzibatçısına məhkəmənin göstərdiyi tədbirləri həyata keçirmək barəsində göstəriş verə bilər. Bu cür tədbirlər aşağıdakılar da ola bilər:
a) bu Qanunun XII fəslinə uyğun olaraq borclunun əmlakının dərhal satılması və satış pulunun bölüşdürülməsi;
b) kreditorlarla başqa sazişin bağlanılmasına cəhd göstərilməsi.
3. Borclu tərəfindən sazişin şərtlərinin yerinə yetirilməməsi, yaxud kreditorlarla sazişin əslində ödəmə qabiliyyəti olan borclu tərəfindən bağlanılması ilə əlaqədar kreditorlara ziyan dəyməsi borclunun müdirinin qüvvədə olan qanunvericilikdə və bu Qanunda nəzərdə tutulmuş qaydada məsuliyyətə cəlb edilməsinə səbəb ola bilər.
4. Barışıq sazişinə xitam verildiyi halda müəssisənin iflas sayılması işinə yenidən başlanması haqqında rəsmi mətbuat orqanında məlumat verilir.
VIII fəsil. Sağlamlaşdırma
Maddə 40. Sağlamlaşdırma prosesi
1. Sağlamlaşdırma prosesi elə tədbirlərdən ibarətdir ki, onun nəticəsində borclunun bütün öhdəlikləri yerinə yetirilir.
2. Ehtimal olunan hər hansı sağlamlaşdırmanı məhkəmə təsdiq etməlidir.
3. Borclu sağlamlaşdırma məsələsinə baxılması məqsədi ilə iflas prosesinin dayandırılması barədə istənilən vaxt məhkəməyə müraciət edə bilər. Məhkəmə iki həftə müddətində vəsatətə baxır və onun təmin edilməsi, yaxud rədd edilməsi barədə qərar qəbul edir.
Maddə 41. Sağlamlaşdırma prosesinin şərtləri
1. Borclu tərəfindən sağlamlaşdırma barədə məhkəməyə verilən ərizədə təsdiq edilməlidir ki:
a) borclu və onun mülkiyyətçiləri məhkəmə tərəfindən sağlamlaşdırma imkanına baxılan müddət ərzində kreditorların bununla əlaqədar məruz qalacağı əlavə itkilər barəsində hər hansı öhdəlikləri, sağlamlaşdırma haqqında müvafiq məhkəmə qərarı qəbul olunmadıqda, qəbul edir və tamamilə ödəməyə qadirdirlər; və
b) borclunun ödəmə qabiliyyəti sağlamlaşdırma əsasında bərpa oluna bilər.
2. Borclu öz ödəmə qabiliyyətinin bərpasının mümkünlüyünü qanunvericiliyə zidd olmayan hər hansı üsulla sübut edə bilər.
3. Məhkəmə sağlamlaşdırma layihəsinin mümkün və ya məqsədəuyğun olduğunu müəyyənləşdirmək üçün müstəqil ekspertlər cəlb edə bilər. Ekspertlərin fəaliyyəti ilə bağlı xərclər borclunun üzərinə qoyulur.
4. Məhkəmə borclu müəssisə barəsində sağlamlaşdırma tədbirlərinə baxaraq, bu prosesdə maraqlı hüquqi və fiziki şəxslərin iştirakı üçün açıq müsabiqə elan edə bilər. Bir ay ərzində müsabiqədə iştirak etmək istəyən hüquqi və fiziki şəxslər olmadıqda və ya sağlamlaşdırma barəsində onların şərtləri ilə borclu razılaşmadıqda həmin borclunun iflası haqqında iş ümumi qaydada davam etdirilir.
5. Məhkəmə tərəfindən sağlamlaşdırma imkanına baxılan dövrdə ödəmə qabiliyyəti olmayan borclunun işlərinin idarə olunması üçün müvəqqəti əmlak inzibatçısı təyin edilir. Müvəqqəti əmlak inzibatçısının xərclərini sağlamlaşdırmada iştirak barəsində sorğu vermiş şəxslər ödəyirlər.
6. Sağlamlaşdırmaya başlanılması ilə əlaqədar məhkəmənin müvafiq qərarında aşağıdakılar nəzərdə tutulmalıdır:
a) sağlamlaşdırma müddəti 24 aydan çox ola bilməz;
b) bütün kreditorların tələblərinin ümumi məbləğinin azı üçdə bir hissəsi həmin qərarın qəbul edildiyi tarixdən 12 ay ərzində ödənilməlidir;
c) əmlak inzibatçısı həmin qərarda müəyyən edilən qaydaya uyğun olaraq sağlamlaşdırmaya nəzarət edir.
7. Sağlamlaşdırmanın həyata keçirildiyi dövrdə bu Qanunun 2-ci maddəsində göstərilən şəxslərin hər hansı biri sağlamlaşdırmaya dair istənilən məsələyə baxılması barədə məhkəməyə müraciət etmək hüququna malikdir. Bu zaman məhkəmə mövcud vəziyyətə uyğun olan müvafiq qərarını qəbul edə bilər.
8. Sağlamlaşdırma müvəffəqiyyətlə başa çatdıqda məhkəmə həmin borclu barəsində iflas prosesinə qanunvericilikdə müəyyən edilmiş qaydada xitam verir.
Sağlamlaşdırma dövründə kreditorların tələbləri müəssisənin ləğv edilməsi üçün nəzərdə tutulmuş qaydada ödənilməlidir.
9. Sağlamlaşdırma dövründə bu Qanunun 18-ci maddəsinin 2-ci bəndinin «a»- «c» yarımbəndlərində göstərilən müddəalar tətbiq edilir. Ödəmələrlə əlaqədar faizlərin hesablanması və cərimə sanksiyalarının tətbiqi sağlamlaşdırma dövründə davam etdirilə bilər, lakin onları ödəmək tələbi yalnız həmin dövrün sonunda irəli sürülə bilər.
10. Sağlamlaşdırma prosesinin başlanması təminatlı kreditorun bu Qanunun müddəalarına uyğun tələbini təminatın hesabına yönəltmək hüququnu məhdudlaşdırmır.
11. Müəssisənin sağlamlaşdırılmasında iştirak etmiş hüquqi və fiziki şəxslər müəssisəyə qoyduğu əmlakın bir hissəsi üzərində mülkiyyət hüququ qazanır.
12. Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı xüsusi əhəmiyyətli dövlət müəssisələrin sağlamlaşdırılmasının başqa qaydasını müəyyən edə bilər.
IX fəsil. Borc tələblərinin irəli sürülməsi
Maddə 42. Borc tələblərinin irəli sürülməsinə dair ümumi prinsiplər
Təminatsız kreditorların borc tələbləri, o cümlədən iflas işinin məhkəmədə baxılması nəticəsində yaranan tələbləri (yerinə yetirilməmiş müqavilələr barəsində tələblər və s.) və təminatlı kreditorların tələbləri (əgər bu tələblər onların təminatı məbləğindən çox olan məbləğlərə aid deyilsə) əmlak inzibatçısı tərəfindən yalnız o halda təsdiq edilir ki, həmin tələblər bu fəslin müddəalarına müvafiq surətdə verilmiş olsun.
Maddə 43. Müflis elanetmə və borc tələblərin irəli sürülməsi qaydası
1. Kreditorların ilkin yığıncağı barəsində əmlak inzibatçısı və ya borclu tərəfindən göndərilən bildirişdə borclunun müflis olması zamanı öz tələblərini vermək istəyən kreditorlar üçün müvafiq qaydalar müəyyən edilir.
2. Kreditorlar borcluya öz tələblərini bu Qanunun tələblərinə müvafiq surətdə borclunun müflis olması barədə bildirişin dərc edildiyi tarixdən ən geci 60 gün keçənədək yazılı şəkildə verə bilərlər. Əmlak inzibatçısı həmin tələblərə yalnız o halda baxır ki, bunlara aşağıdakı məlumatlar daxil edilmiş olsun:
a) kreditorun adı (adı, atasının adı, soyadı) və ünvanı;
b) iflas prosesinə başlanılması məqamınadək olan tələbin ümumi məbləği;
c) tələbin məbləğinə ödənilməmiş faizlərin daxil olması;
ç) tələbin məbləğinə hər hansı cərimələr və ya vergilər daxil edilməsi;
d) borclunun necə və nə vaxt borca düşdüyü barədə məlumat;
e) hər hansı mövcud təminat barəsində məlumat, bu cür təminatın verilməsi tarixi və təminat zamanı kreditorun nəzərdə tutduğu məbləğ;
ə) tələbi imzalamış şəxsin soyadı, ünvanı və səlahiyyəti (əgər həmin şəxs kreditorun özü deyildirsə);
f) tələbin hüquqi etibarlığını sübut edən sənədlər (əgər bu cür sənədlər varsa).
3. Kreditorların bu maddənin 2-ci bəndinə müvafiq surətdə verdiyi hər hansı tələbə əmlak inzibatçısı həmin tələbi aldığı vaxtdan ən azı 30 gün 10 iş günü müddətində baxır. Əmlak inzibatçısı bu Qanunun müddəalarına uyğun olaraq kreditorların tələblərinin reyestrini tərtib edir.
Maddə 44. Borc tələblərini qiymətləndirərkən əmlak inzibatçısının tətbiq etdiyi prinsiplər
1. Əgər müflisolma zamanı irəli sürülmüş borc məbləğinin üstünə faizlər hesablanırsa və ya həmin borc cərimə sanksiyaları üçün əsas verirsə, göstərilən faizlər və ya sanksiyalar borcun bir hissəsi kimi tələb edilə bilər, lakin borclunun müflisolma məqamından başlanan hər hansı dövr üçün bu cür məbləğlərin ödənilməsi istisna edilir.
2. Kreditor ilə əmlak inzibatçısı arasında sazişə uyğun olaraq kreditorun tələbi istənilən vaxt geri götürülə bilər və ya tələb edilən məbləğ barəsində dəyişdirilə bilər.
3. Qanunvericiliyə zidd olmayan hallarda kreditor hər hansı müqavilə üzrə borcun və ya öhdəliklərin ödənilməsini tələb etdikdə ödənilməli məbləğlər, o cümlədən borclunun qeyri-pul öhdəlikləri üçün kompensasiya məhkəmə tərəfindən deyil, əmlak inzibatçısı tərəfindən qiymətləndirilir.
4. Əgər əmlak inzibatçısı borclunun öhdəliklərini ləğv edirsə, bu cür ləğvetmə ilə mənafelərinə toxunulan şəxs borcludan itkilərinin əvəzinin ödənilməsini tələb etmək, həm də bu cür itkilərin müflisolma zamanı təmin edilməmiş borc kimi bu Qanunun tələblərinə uyğun müəyyən edilən növbəlik qaydasında beşinci növbədə ödənilməsini tələb etmək hüququna malikdir.
5. Borclunun öz borclarının (və ya öhdəliklərinin) gələcəkdə ödənilməsi olduğu bütün hallarda onların icra müddəti borclunun müflisolma məqamına keçirilir. Bu zaman bağlanmış müqavilə xətm olunmuş hesab olunur və kreditorların tələb irəli sürmək hüququ yaranır. Əgər əmlak inzibatçısı bu cür sürətləndirilmiş tələb barəsində ödənilməli kompensasiyanın məbləğini hesablayırsa, tələbin vaxtından əvvəl verilməsi faktını əks etdirmək üçün tələbin məbləğindən güzəşt etməlidir. Bu Qanunun məqsədləri üçün güzəştli tələbin məbləği tələbin xalis cari dəyəri kimi başa düşülür.
6. Əmək qabiliyyətsizliyinə görə müavinətlər barəsində işçiləri qarşısında borclunun öhdəlikləri olduqda həmin öhdəliklərin yerinə yetirilməsi tələbi qalan borcların yerinə yetirilməsi üçün nəzərdə tutulan qaydada sürətləndirilir və bu Qanunun XII fəslində müəyyən edilmiş növbəlik qaydasında ödənilir.
7. Borclunun səhmdarları və ya mülkiyyətçiləri bu Qanunun XII fəslinə uyğun olaraq bütün qalan kreditorların tələbləri ödənildikdən sonra ödəmə qabiliyyəti olmayan borclunun kapitalına verdikləri paylarının əvəzinin ödənilməsi hüququna malikdirlər. Səhmdar və ya mülkiyyətçi bu hüquqa görə, ödəmə qabiliyyəti olmayan borclunun kreditoru sayılmır və kreditorların yığıncağında səs vermək və ya iflas işi üzrə araşdırmada hər hansı başqa şəkildə iştirak etmək hüququna malik deyildir, lakin hər hansı başqa əqd üzrə ayrıca borcunun olması nəticəsində həmin səhmdarın və ya mülkiyyətçinin kreditora çevrildiyi hallar istisna təşkil edir. Səhmdar və ya mülkiyyətçi kapitala verdiyi payla əlaqədar ödəmə qabiliyyəti olmayan borclunun onun qarşısında daşıdığı hər hansı öhdəliyi özünün borclu qarşısında ola bilən hər hansı borcunun hesabına aid edilməsi hüququna malik deyildir. Səhmdarlara ödənişlərin növbəliyini müəyyən edərkən əmlak inzibatçısı səhmdara məxsus səhmlərin növünü nəzərə almalıdır.
Maddə 45. Kreditorların irəli sürdüyü borc tələblərinin və şikayətlərin rədd edilməsi
1. Əmlak inzibatçısı borc tələbini tamamilə və ya qismən qəbul və ya rədd edə bilər.
2. Əmlak inzibatçısı tələbi tamamilə və ya qismən rədd etdikdə bunun üçün əsaslandığı səbəblərin yazılı izahını hazırlayıb dərhal poçtla kreditora göndərməlidir.
3. Kreditor öz tələbi barəsində əmlak inzibatçısının qərarı ilə razı olmadıqda həmin qərarın ləğvi və ya dəyişdirilməsi barədə məhkəməyə müraciət edə bilər. Bu barədə ərizə bu maddənin 2-ci bəndinə müvafiq surətdə göndərilmiş izahın alındığı gündən ən azı 21 gün müddətində təqdim edilməlidir.
4. Məhkəmə bu maddənin 3-cü bəndində göstərilmiş ərizəyə baxılma müddətini təyin edir və bu barədə əmlak inzibatçısına bildiriş göndərir.
Maddə 46. Borc tələblərinin reyestri
1. Əmlak inzibatçısı kreditorların tələblərinin verilməsi üçün ayrılmış 60 günlük müddət qurtardıqdan sonra 28 7 gündən gec olmayaraq tələblərin reyestrini tərtib edir. Həmin reyestrdə vaxtında verilmiş hər bir tələb barəsində məlumatlar şərh edilməli və aşağıdakılar göstərilməlidir:
a) tələb tamamilə və ya qismən qəbul edilir, yaxud rədd edilir;
b) qəbul edilmiş tələbin məbləği;
c) tələbin növbəsi.
2. Əmlak inzibatçısı kreditorların tələblərinin reyestrini tərtib etdikdən sonra 7 3 gün müddətində məhkəmənin təsdiqinə verir. Məhkəmə:
a) reyesteri təsdiq edə bilər və ya;
b) reyestrə lazım bildiyi dəyişikliklər və əlavələr edə bilər və bu qaydada dəyişdirilmiş reyestri təsdiq edə bilər və ya;
c) lazım bildiyi tədbirlərin görülməsi və dəyişdirilmiş reyestrin daha sonra təkrarən təqdim edilməsi barədə əmlak inzibatçısına göstəriş verə bilər.
3. Əmlak inzibatçısı reyestrin məhkəmə tərəfindən təsdiqindən sonra 7 3 gündən gec olmayaraq lazımi qaydada və bu Qanunun 43-cü maddəsində müəyyən edilmiş müddətdə tələb vermiş hər bir kreditora onun tələbinə baxılmanın nəticələri barəsində yazılı bildiriş göndərməlidir.
4. Hər bir kreditorun reyestrlə (və ya onun surəti ilə) tanış olmaq hüququ vardır.
X fəsil. Təminatlı kreditorlar və əmlak tələbləri
Maddə 47. Təminatlı kreditorlar
1. Təminatlı kreditor iflas prosesinə başlanılıb-başlanılmamasından asılı olmayaraq təminat barəsində öz hüquqlarını həyata keçirə bilər.
2. Borclunun iflas prosesinə başlanılması haqqında əmlak inzibatçısı təminatlı kreditora bildiriş göndərir. Əmlak inzibatçısı təyin edildikdən sonra 3 gün ərzində təminatlı kreditora borclunun müflis elan olunması haqqında bildiriş göndərir. Təminatlı kreditor bu bildirişi aldıqdan sonra 14 gün müddətində təminat barəsində öz hüquqlarını həyata keçirmədikdə, əmlak inzibatçısının ixtiyarı var ki, qüvvədə olan qanunvericiliklə müəyyən edilmiş qaydada təminatı satsın (ya ayrıca, ya da borclunun aktivlərinin hamısı və ya bir hissəsi ilə birlikdə) və satış üçün çəkilmiş xərclər çıxılmaqla, satış pulu haqqında təminatlı kreditor qarşısında onun tələbinin ümumi razılaşdırılmış dəyəri həddində hesabat versin. Satış pulunun hər hansı artıqlığı borclunun əmlakının hissəsi kimi qalır.
3. Təminatlı kreditor iflas prosesinə başladıqda tələbi təminatın hesabına yönəltmək hüquqlarını itirmir.
4. İflas prosesi ərzində əmlak inzibatçısı kreditorlara məxsus təminatın hüquqi etibarlığına əmin olmalıdır. təminatın etibarlığı qüvvədə olan qanunvericilikdə və bu Qanunun XIII fəslində nəzərdə tutulmuş qaydada müəyyənləşdirilir.
5. Əmlak inzibatçısı təminatlı kreditorun tələblərini həmin kreditorun seçdiyi aşağıdakı üsullarla ödəyir:
a) təminat predmetinin hərrac yolu ilə (və ya başqa yolla) satılması və onun təmin etdiyi öhdəliyin ödənilməsi;
b) təminat predmeti üzərində mülkiyyət hüququnun təminatlı kreditora verilməsi;
c) təminat predmetinin təminatlı kreditorun göstərdiyi üçüncü şəxsə satılması.
6. Təminatlı kreditorun tələblərini bu maddənin 5-ci bəndinin «b» yarımbəndinə müvafiq surətdə ödəmək məqsədi ilə əmlak inzibatçısı təminatlı kreditorla saziş bağlayır. Sazişin şərtlərinə aşağıdakılar daxil edilir:
a) verilməli aktivlərin təsviri;
b) aktivlərin təxmini bazar və balans dəyəri;
c) borclunun təmin edilmiş öhdəlik və girov müqaviləsi üzrə təminatlı kreditora ödəməli olduğu məbləğ;
ç) sazişin bağlandığı məqamda həmin aktivlər barəsində tərəflərə məlum olan bütün keçmiş və gələcək girovların, habelə bu aktivlər barəsində hər hansı mülkiyyət hüquqlarının və istifadə hüquqlarının göstərilməsi.
7. Bu maddənin 6-cı bəndində göstərilmiş saziş notariat qaydasında təsdiq edildikdən sonra qüvvəyə minir. Əgər girov müqaviləsi bağlanarkən dövlət rüsumu ödənilmişdirsə, bu halda dövlət rüsumu ödənilmir. Əks halda dövlət rüsumu ödənilməlidir.
8. Təminatın satışından götürülən pul təminatlı kreditora tam kompensasiya ödənilməsinə kifayət etmədikdə təminatlı kreditor müflisolma zamanı təminatsız kreditor kimi çatışmayan məbləğdə tələb irəli sürə bilər.
9. Təminatlı kreditorun ixtiyarı var ki, öz təminatı üzrə fayda götürməkdən imtina etsin və müflisolma zamanı təminatsız kreditor kimi öz tələblərinin tam məbləği üzrə tələb irəli sürsün.
10. Mülkiyyətçinin icarəyəverən olduğu və ya müqavilə üzrə mülkiyyət hüququnu saxladığı hallar istisna olmaqla, borclunun sahibliyində olan hər hansı əmlakın mülkiyyətçisi həmin əmlaka sahiblik hüququnu yenidən əldə etmək hüququna malikdir. Bu halda həmin mülkiyyətçi bu əmlakı yalnız əmlak inzibatçısının razılığı və ya məhkəmənin qərarı ilə qaytarmaq hüququna malikdir.
XI fəsil. Kreditorların yığıncağı
Maddə 48. Kreditorların yığıncağı
1. Kreditor etibarnamə üzrə öz nümayəndəsini hər hansı kreditorlar yığıncağında öz adından iştirak etməyə və səs verməyə vəkil edə bilər.
2. Bütün məlum kreditorlara azı 14 gün qabaqcadan yazılı bildiriş göndərilmək şərti ilə kreditorlar yığıncağı qanuni şəkildə aşağıdakılar tərəfindən çağırıla bilər:
a) əmlak inzibatçısı və ya müvəqqəti əmlak inzibatçısı;
b) borcun məbləğinin üçdə birindən az olmayan hissəsini təmsil edən kreditorlar;
c) məhkəmə;
ç) məhkəmənin müəyyən etdiyi başqa qaydada.
3. Bu Qanuna uyğun olaraq çağırılmış hər hansı kreditorlar yığıncağında bütün kreditorların tələblərinin ümumi məbləğinin azı 50 faizini təşkil edən kreditorlar iştirak etdikdə həmin yığıncaq səlahiyyətli sayılır.
4. Kreditorların yığıncağı borclu barəsində iflas prosesi ilə əlaqədar bu Qanuna və ya məhkəmənin bu Qanuna müvafiq surətdə çıxardığı qərara zidd gəlməyən və əmlak inzibatçısının öz vəzifələrinin yerinə yetirməsinə mane olmayan hər hansı qərar çıxarmaq hüququna malikdir.
5. Kreditorlar yığıncağında əmlak inzibatçısına etimadsızlıq göstərilməsi halı istisna olmaqla, hər hansı məsələyə dair qəbul olunmuş qərar yalnız aşağıdakılar onun lehinə səs verdikdə hüquqi cəhətdən etibarlı sayılır:
a) yığıncaqda iştirak edən və ya təmsil olunan kreditorların əksəriyyəti;
b) yığıncaqda iştirak edən və ya təmsil olunan kreditorların təmin edilməmiş bütün məlum borcların məbləğinin çox hissəsini təmsil edən əksəriyyəti.
6. Əgər yığıncaqda iştirak edən və ödəmə qabiliyyəti olmayan borclunun yığıncaq iştirakçılarına olan borcunun məbləğinin 75 faizini və ya daha çox hissəsini təmsil edən bir və ya bir neçə kreditor hər hansı tədbirlərin görülməsi lehinə (əmlak inzibatçısına etimadsızlıq göstərilməsi istisna olmaqla) səs verirsə, onların qərarı kreditorların say çoxluğu tərəfindən müdafiə edilib-edilməməsindən asılı olmayaraq hüquqi cəhətdən etibarlı sayılır.
7. Kreditorlar yığıncağının məhkəmə tərəfindən təsdiq edilməli olan bütün qərarları yalnız məhkəmə tərəfindən təsdiq edildikdən sonra hüquqi qüvvəyə minirlər.
Maddə 49. Təminatlı kreditorların səs vermə hüququ
1. Təminatlı kreditor (kreditorlar) kreditorların yığıncağında o halda səs vermə hüququna malik olur ki, bu Qanunun 47-ci maddəsinin 9-cu bəndinə müvafiq surətdə öz təminat hüququndan imtina etmiş olsun. Onun bu hərəkəti kreditorların ilkin yığıncağında elan olunmalıdır.
2. Qanunvericiliyə uyğun qiymətləndirilmiş təminat predmetinin dəyəri təminatlı kreditora (kreditorlara) çatacaq borc məbləğini tam ödəmədikdə təminatlı kreditor alınan fərq hüdudlarında kreditorların yığıncağında səs vermə hüququna malikdir.
Maddə 50. Kreditorlar komitəsi
1. Əmlak inzibatçısının fəaliyyətinin həyata keçirilməsində ona yardım etmək, həm də bu fəaliyyətə nəzarət etmək məqsədi ilə kreditorların yığıncağı istənilən vaxt azı 3 və çoxu 5 üzvdən ibarət tərkibdə kreditorlar komitəsi seçə bilər, bu şərtlə ki, borcun ümumi məbləğinin çox hissəsini təmsil edən kreditorlar şəxsən və ya öz nümayəndələri vasitəsi ilə həmin yığıncaqda iştirak etsinlər.
2. Kreditorlar komitəsinin iclasları aşağıdakı hallarda səlahiyyətli sayılır:
a) iclasların keçirilməsi vaxtı, günü və yeri haqqında bildiriş komitənin üzvlərinə həmin iclasların keçirilməsinə ən geci 14 gün qalmış göndərilsin;
b) həmin komitənin ən azı 2 üzvü iclasda iştirak etsin.
3. Kreditorlar komitəsinin qərarı iclasda iştirak edən üzvlərin say çoxluğu tərəfindən müdafiə edildikdə və ya kreditorların cüt sayının iştirak etdiyi halda borcun dəyərinin çox hissəsini təmsil edən kreditorlar tərəfindən müdafiə edildikdə hüquqi qüvvəyə malik olur.
4. Kreditorlar komitəsinin əmlak inzibatçısına tövsiyələr vermək hüququ vardır. Əmlak inzibatçısı bu tövsiyələri bütün kreditorların mənafelərinə uyğun gəldikdə nəzərə alır.
Eyni zamanda əmlak inzibatçısı kreditorlar komitəsinin (və ya kreditorlar yığıncağının) tövsiyələrinə əməl etməyə borclu deyildir.
5. Əmlak inzibatçısının hərəkətlərini qeyri-qənaətbəxş saydıqda kreditorlar komitəsi kreditorların yığıncağını özü çağırmaq və əmlak inzibatçısına etimadsızlıq göstərilməsi məsələsini qaldırmaq hüququna malikdir. Kreditorlar komitəsi bu cür yığıncağı onun keçirilməsi tarixinə ən geci 14 gün qalmış bütün məlum kreditorları məktub vasitəsilə xəbərdar etmək yolu ilə çağıra bilər.
6. Dövlət müəssisəsi müflis olduqda müvafiq icra hakimiyyəti orqanı kreditorlar komitəsində onun üzvü kimi iştirak etmək hüququna malikdir.
Maddə 51. Əmlak inzibatçısına etimadsızlıq göstərilməsi və onun vəzifədən kənarlaşdırılması
1. Kreditorlar yığıncağının əmlak inzibatçısına etimadsızlıq göstərməsi və yeni əmlak inzibatçısı təyin etməsi barədə qərarı aşağıdakı hallarda hüquqi qüvvəyə malik olur:
a) yığıncaqda iştirak edən və ya təmsil olunan kreditorların əksəriyyəti həmin qərarın qəbul olunmasının lehinə səs verdikdə;
b) yığıncaqda iştirak edən və ya təmsil olunan, ümumi borcun dəyərinin 75 faizini və ya daha çox hissəsini təmsil edən kreditorlar həmin qərarın qəbul olunması lehinə səs verdikdə.
2. Əmlak inzibatçısının vəzifədən kənarlaşdırılması və dəyişdirilməsi barədə qəbul olunmuş qərar hər hansı kreditor tərəfindən verilmiş ərizəyə əsasən məhkəmə tərəfindən təsdiq olunur. Həmin ərizənin verilməsinə çəkilən xərclər iflas xərcləri kimi bu Qanunun tələblərinə müvafiq surətdə birinci növbədə ödənilir.
Ərizəyə baxarkən məhkəmə kreditorlar yığıncağının qərarını təsdiq və ya rədd edə bilər, yaxud da bütövlükdə kreditorların mənafelərini nəzərə almaqla əmlak inzibatçısını vəzifədən kənarlaşdıra bilər və namizədliyin kreditorlar yığıncağında irəli sürülüb-sürülmədiyindən asılı olmayaraq özü yeni əmlak inzibatçısını təyin edə bilər.
XII fəsil. Kreditorların borc tələblərinin növbəliyi və ödənilməsi
Maddə 52. Borcların ödənilməsi növbəliyinin ümumi qaydaları
1. Əmlak inzibatçısı kreditorların tələblərini aşağıdakı üsullarla ödəyə bilər:
a) ya borcluya çatası borcları tutmaq və ya borclunun əmlakını təşkil edən aktivləri bu Qanunun V fəslinə müvafiq surətdə satmaq və satışından götürülən pulu kreditorlar arasında bölüşdürmək yolu ilə;
b) ya da borclunun əmlakını təşkil edən aktivləri onların tələblərinin ödənilməsi üçün bilavasitə vermək yolu ilə.
2. Hər növbənin kreditorlarının tələbləri yalnız özündən əvvəlki növbənin kreditorlarının tələbləri tamamilə ödənildikdən sonra ödənilməlidir.
3. Əgər bölgü kreditorların bir növü üçün aparılmalıdırsa, onda həmin növə aid bütün kreditorlar bərabər sayılmalı və onlara çatası borc məbləğlərinə mütənasib ödəniş almalıdırlar.
4. Əgər təminatlı kreditorlara eyni aktivlər barəsində təminat verilmişdirsə, qanunvericiliyə müvafiq surətdə birinci qeydə alınmış təminat daha yaxın növbəli olur.
5. Əgər iflas prosesi ərzində ödəmə qabiliyyəti olmayan borclunun müflis elan olunması məqamınadək bağlanmış əqdlər nəticəsində ödənilməmiş borclarının olduğu və ya gələcəkdə olacağı, yaxud mövcud, gələcək və ya şərti borcu, yaxud borc öhdəlikləri olan başqa şəxs qarşısında onun şərti borclarının ola biləcəyi aşkara çıxarılarsa, onda:
a) əgər həmin borclar və ya borc öhdəlikləri iflas prosesinə başlanması məqamından əvvəl yaranmış və pul məbləğlərində ifadə edilmişsə və ya pul ekvivalentinə malikdirsə, bu iki borcun qarşılıqlı əvəzləşdirilməsi aparılır və bu vasitə ilə həmin borclar və ya onların bir hissəsi ödənilmiş sayılır;
b) əgər borcun və ya borc öhdəliklərini pul ekvivalentini qəti müəyyənləşdirmək mümkün deyilsə, onda həmin ekvivalenti əmlak inzibatçısı təxmini qiymətləndirir;
c) iflas prosesinə başlanması məqamından sonra yaranan hər hansı borclar və öhdəliklər bu bəndin məqsədləri üçün nəzərə alına bilməz.
6. Bu maddənin 5-ci bəndi borclu müəssisə ilə onun mülkiyyətçiləri (payçıları) arasındakı münasibətlərə tətbiq oluna bilməz, çünki mülkiyyətçi nizamnamə kapitalına verdiyi payın ödənilməsinə dair öz tələbi barəsində kreditor sayılmır.
7. Bu Qanunun IX fəslində müəyyən edilmiş tələbvermə müddəti qurtardıqdan sonra kreditorların verdikləri tələblər kreditorların göstərilmiş müddət ərzində verdikləri tələblər ödənildikdən sonra qalan aktivdən ödənilir.
8. Ödəmə qabiliyyəti olmayan borclunun əmlakını təşkil edən aktivlərin çatışmaması nəticəsində kreditorların tələbləri yerinə yetirilmədikdə onlar ləğv edilmiş sayılır, lakin çatışmazlığa borclunun hüquqa zidd hərəkətinin və ya lüzumsuz bağladığı sazişin səbəb olduğu hallar istisna təşkil edir.
9. Kreditorların əmlak inzibatçısı tərəfindən rədd edilmiş (və ya şikayət verildikdən sonra müsbət həll olunmamış) tələbləri, habelə məhkəmə tərəfindən rədd edilmiş tələbləri ləğv olunmuş sayılır.
Maddə 53. Ödənişlərin növbəliyi
1. Borclunun əmlakını təşkil edən aktivlər bu Qanunun IX fəslinin müddəalarına uyğun olaraq aşağıdakı növbəlik qaydasında bölünməlidir:
a) birinci növbədə iflas prosesinə çəkilən bütün məsrəflər və xərclər (o cümlədən müflisolmanın kütləvi informasiya vasitələrində elan edilməsi xərcləri, məhkəmə xərcləri, əmlak inzibatçısının və müvəqqəti əmlak inzibatçısının haqqı və xərcləri, habelə müflisolma məqamından sonra əmlak inzibatçısının qəbul etdiyi və ya davam etdirdiyi öhdəliklərdən irəli gələn tələblər) ödənilir;
b) ikinci növbədə borclunun işçilərinin onlara iş vaxtı dəymiş bədən xəsarətləri və ya ölüm halları barəsində tələbləri ödənilir;
c) üçüncü növbədə ödəmə qabiliyyəti olmayan borclunun işçilərinin pensiyaları, müavinətləri, güzəştlər və əmək haqqı barəsində tələbləri ödənilir, həm də bu tələblər borclunun müflisolma məqamından əvvəlki 6 ayadək müddətlə məhdudlaşdırılır;
ç) dördüncü növbədə aşağıdakılar ödənilir:
-
- dövlət və yerli büdcəyə vergilər, məcburi dövlət sosial sığortasına ayırmalar. Bu tələblər borclunun müflis elan olunması tarixindən əvvəlki bir il ərzində yaranmış öhdəlikləri əhatə edir;
- kredit təşkilatlarının, o cümlədən qeyri-rezidentlərin bu Qanunun qüvvəyə mindiyi tarixədək ödənilməmiş təminatsız borcları və onların faizləri barəsində tələbləri;
d) beşinci növbədə təminatsız kreditorların tələbləri ödənilir;
e) altıncı növbədə, borclu müəssisənin mülkiyyətçilərinin tələbləri ödənilir.
2. Bu maddənin 1-ci bəndinə müvafiq surətdə aparılmış bölgüdən qalan hər hansı aktivlər borclunun mülkiyyətinə aiddir.
XIII fəsil. Hüquqa zidd əqdlər
Maddə 54. Borclu ilə əlaqədar şəxslər
1. Borclu ilə əlaqədar olan şəxslər aşağıdakılardır:
a) borclunun kapitalının ən azı 25 faizi mülkiyyətində və ya nəzarətində olan hər hansı hüquqi şəxs;
b) borclunun hər hansı törəmə müəssisəsi, filialı, nümayəndəliyi;
c) borclunun hər hansı müdiri, o cümlədən iflas prosesinə başlanması məqamından əvvəlki 1 il ərzində borclu müəssisənin müdirliyindən uzaqlaşmış şəxslər;
ç) hər hansı formalı ortaqlıqdakı tərəfdaş.
Maddə 55. Borclunun öz əmlak hüquqlarının verilməsinin məhdudlaşdırılması
Aşağıdakı hallarda əmlak inzibatçısı borclunun öz əmlak üzərində hüquqlarının hər hansı şəkildə verilməsinin məhdudlaşdırılması barədə qanunvericilikdə müəyyən edilmiş qaydada məhkəməyə müraciət edə bilər:
a) əmlak üzərində hüquqların verilməsi və ya girov hüququnun yaradılması borclunun ödəmə qabiliyyətsizliyi dövründə həyata keçirildikdə;
b) hüquqların verilməsi və ya girov hüququnun yaradılması bu Qanunun 2-ci maddəsində göstərilmiş iflas prosesinə başlanması məqamından əvvəlki 90 gün ərzində həyata keçirildikdə;
c) kreditor və ya təminatçı bu cür verilmə məqamında bu Qanunun 54-cü maddəsinə müvafiq surətdə borclu ilə əlaqədar şəxs olmuşdursa, hüquqların bu cür verilməsi və ya girov hüququnun yaradılması iflas prosesinə başlanması məqamından əvvəlki 1 il ərzində həyata keçirildikdə.
Maddə 56. Əmlak inzibatçısı tərəfindən məhkəmədə etiraz edilməsi
1. Məhkəmənin başqa qayda müəyyənləşdirdiyi hallar istisna olmaqla, əmlak inzibatçısı hüquqa zidd əqddən fayda götürdüyü ehtimal olunan kreditora və ya təminatçıya həmin əqdə etiraz etməsi barədə məhkəməyə ərizə verdiyi haqqında bildiriş göndərir.
2. Bu maddəyə müvafiq surətdə verilmiş hər hansı ərizəyə baxarkən məhkəmə qanunvericilikdə müəyyən edilmiş qaydada:
a) tələb edə bilər ki, həmin əqdin hissəsi kimi verilmiş hər hansı əmlak və ya əmlak hüquqları borcluya qaytarılsın;
b) borclunun verdiyi hər hansı təminatı tamamilə və ya qismən azad və ya ləğv edə bilər;
c) borcludan götürülmüş fayda barəsində müəyyənləşdirdiyi məbləğlərin ödənilməsini qanunvericilikdə müəyyən olunmuş qaydada tələb edə bilər;
ç) nəzərdə tuta bilər ki, öhdəliyi bu əqdə müvafiq surətdə tamamilə və ya qismən ləğv edilmiş hər hansı təminatçı yeni və ya davam etdirilən müvafiq öhdəliklərlə bağlı olur;
d) göstəriş verə bilər ki, hüquqların bu cür verilməsi nəticəsində əmələ gəlmiş itkilər borclunun müdirinin hesabına ödənilsin;
e) konkret haldan asılı olaraq digər göstərişlər və qərarlar çıxara bilər.
XIV fəsil. Borclu müəssisənin müdirinin vəzifələri və məsuliyyəti
Maddə 57. Müdirin vəzifələri
1. Müdir borclunun təsərrüfat fəaliyyətinə aid bütün mühüm faktlar barəsində məlumatlara malik olmalı və kreditorları lüzumsuz itkilərdən qorumaq məqsədi ilə həmin faktlar əsasında hərəkət etməlidirlər.
2. Bu fəsilə uyğun olaraq müəssisə rəhbərlərinin faktiki məsuliyyətini müəyyən edərkən məhkəmə öz mülahizəsinə əsasən onların faktiki biliklərini və ixtisasını, habelə tutduğu vəzifədə çalışan şəxsdən adətən gözlənilməli olan bilikləri və ixtisası nəzərə ala bilər.
3. Müdir borclunun ödəmə qabiliyyətsizliyi faktını bildiyi, yaxud bilməli olduğu andan iflas prosesinə başlamalıdır.
4. Əmlak inzibatçısı məhkəməyə müdir tərəfindən öz vəzifələrinin pozulması nəticəsində kreditorların məruz qaldığı əlavə itkilərin ödənilməsi üçün onların dəyərinə bərabər əmlakın müdir tərəfindən şəxsən borclunun əmlakı tərkibinə daxil edilməsi (ödənilməsi) barədə müraciət edə bilər. Məhkəmə qaydasında vəziyyətə uyğun hər hansı qərar çıxarıla bilər.
Maddə 58. Müdirin məsuliyyətinin məhdudlaşdırırlması
1. Müdir borclunun maliyyə vəziyyəti ilə tanışlıq üçün bütün lazımi tədbirləri görmüş olduqda, habelə aşağıdakı hallarda iflas prosesinə başlamaq vəzifəsini pozmur:
a) borclu üçün lüzumsuz itkilərə gətirib çıxarmış fəaliyyət və ya əqdlər ona məlum olmamışdır;
b) bu cür itkilərə gətirib çıxarmış fəaliyyət və ya əqdlər ona məlum olmamışdır, çünki ona müəssisənin rəhbərliyi tərəfindən yalan məlumat verilmişdir;
c) müəssisənin rəhbər işçilərinə birbaşa bildirmişdir ki, göstərilən fəaliyyətə və ya əqdlərə qarşı etiraz etmiş, etirazlarına baxmayaraq göstərilən fəaliyyətin və ya əqdlərin həyata keçirildiyi, yaxud davam etdirildiyi barədə məlumat aldıqdan sonra dərhal müdir vəzifəsindən istefa vermişdir.
Maddə 59. Yalandan və ya qəsdən iflasa görə müdirin məsuliyyəti
Əgər borclu onun ödəmə qabiliyyəti ola-ola (bu Qanunun XII fəslində nəzərdə tutulmuş hallardan başqa) yalandan iflas prosesinə başlayırsa və ya qəsdən özünü iflasa uğradırsa, kreditorlar itkilərinin əvəzini ödəməyi borclunun müdirindən tələb edə bilərlər.
XV fəsil. Yekun müddəalar
Maddə 60. İflas prosesinə xitam verilməsinin əsasları
1. Məhkəmə borclu barəsində iflas prosesinə aşağıdakı hallarda xitam verir:
a) əmlak inzibatçısının son hesabatı məhkəməyə təqdim edildikdə və əmlak inzibatçısını dinlədikdən sonra məhkəmə heç bir edilməli hərəkətin qalmadığına əmin olduqda;
b) bütün kreditorların tələbləri tamamilə ödənildikdə;
c) əmlak inzibatçısı kreditorlar ilə güzəştli sazişin tamamilə yerinə yetirildiyi və ya sağlamlaşdırmanın başa çatdırıldığı barədə məhkəməyə bildiriş göndərdikdə;
ç) məhkəmənin buna müvafiq saydığı başqa hallarda.
2. Borclunun iflasına xitam verilərkən aşağıdakılar baş verə bilər:
a) iflasa bu maddənin 1-ci bəndinin «b» və ya «c» yarımbəndinə müvafiq surətdə xitam verilmişdirsə, əmlak inzibatçısının səlahiyyətləri qüvvədən düşür və borclunun (müdirin) idarə etmə funksiyaları özünə qaytarılır;
b) iflasa başqa əsaslar üzrə xitam verilmişdirsə, onda borclu qüvvədə olan qanunvericilikdə müəyyən edilmiş qaydada ləğv olunur (buraxılır, lisenziyası alınır və s.).
3. İflasa aid bütün həll edilməmiş məsələlər məhkəmənin sonuncu qərarında tənzimlənməlidir.
4. Fərdi borclunun iflasına xitam verildikdən sonra iflasa qədər mövcud olmuş bütün borclar, yetkinlik yaşına çatmamış uşaqların saxlanması üçün alimentlər və xərclik istisna olmaqla, tamamilə ödənilmiş sayılır.
5. Borclu müəssisə ləğv edildikdə məhkəmənin müvafiq qərarı onu qeydə almış orqana, fərdi borcluya aid halda isə onu qeydə almış və ya müvafiq lisenziya vermiş orqana göndərilir.
6. Borclunun bu maddənin 2-ci bəndinin «b» yarımbəndinə müvafiq surətdə buraxılmasına dair qeyd müvafiq dövlət reyesterinə daxil edilməlidir.
Maddə 61. Bu Qanunun pozulmasına görə məsuliyyət
Aşağıdakıların törədilməsi bunda təqsiri olan şəxslərin qanunvericilikdə müəyyən edilmiş qaydada müvafiq məsuliyyətə cəlb olunmasına səbəb ola bilər:
a) ödəmə qabiliyyəti olan borclunun yalandan iflas prosesinə başlaması və ya borclunun özünü qəsdən iflasa uğratması;
b) ödəmə qabiliyyəti olmayan borclunun əmlakının qanunsuz gizlədilməsi və ya başqasına verilməsi;
c) ödəmə qabiliyyəti olmayan borclunun sənədlərinin qanunsuz gizlədilməsi, məhv edilməsi, dəyişdirilməsi və ya saxtalaşdırılması;
ç) kreditorlar tərəfindən qəsdən saxta tələblər irəli sürülməsi;
d) ödəmə qabiliyyəti olmayan borclunun kredit götürdüyü və ya haqqını ödəmədiyi hər hansı əmlakın qanunsuz satılması və ya təminat kimi verilməsi;
e) əmlak inzibatçısının və ya müvəqqəti əmlak inzibatçısının fəaliyyətinə qanunsuz maneələr törədilməsi;
ə) əmlak inzibatçısı və ya müvəqqəti əmlak inzibatçısı tərəfindən borclunun hər hansı aktivlərinin birbaşa və ya dolayı yolla qanunsuz satın alınması.
Azərbaycan Respublikasının Prezidenti
Heydər ƏLİYEV
Bakı şəhəri, 13 iyun 1997-ci il
№– 326-IQ
«Azərbaycan» qəzetində dərc edilmişdir (27 iyun 1997-ci il, №– 132).
«Azərbaycan Respublikasının Qanunvericilik Toplusu»nda dərc edilmişdir (1997-ci il, №– 6, maddə 460).
29 dekabr 2000-ci il tarixli, 52-IIQD nömrəli; 27 mart 2001-ci il tarixli, 107-IIQD nömrəli; 23 aprel 2002-ci il tarixli, 311-IIQD nömrəli; 3 mart 2006-cı il tarixli, 82-IIIQD nömrəli; 6 mart 2007-ci il tarixli, 260-IIIQD nömrəli; 1 aprel 2008-ci il tarixli, 588-IIIQD nömrəli; 5 mart 2010-cu il tarixli, 972-IIIQD nömrəli; 24 fevral 2015-ci il tarixli, 1214-IVQD nömrəli; 6 oktyabr 2015-ci il tarixli, 1353-IVQD nömrəli Qanunlara əsasən dəyişikliklər və əlavələrlə.