I. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.
Konstitusiya

ŞƏKƏRLİ DİABET XƏSTƏLİYİNƏ TUTULMUŞ ŞƏXSLƏRƏDÖVLƏT QAYĞISI HAQQINDA

AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

Bu Qanun Azərbaycan Respublikasında şəkərli diabet xəstəliyinə tutulmuş şəxslərə dövlət qayğısının təşkilati-hüquqi əsaslarını müəyyən edir, bu xəstəliyin profilaktikası və müalicəsi sahəsində yaranan münasibətləri tənzimləyir.

 

I fəsil

 

Ümumi müddəalar

 

Maddə 1. Əsas anlayışlar

 

1.0. Bu Qanunda istifadə olunan əsas anlayışlar aşağıdakı mənaları ifadə edir:

 

1.0.1. şəkərli diabet - insulin (mədəaltı vəzinin hormonu) çatışmazlığı və keyfiyyətinin azalması nəticəsində qanda qlükozanın səviyyəsinin artması ilə səciyyələnən xroniki xəstəlik;

 

1.0.2. şəkərli diabet xəstəliyinə tutulmuş şəxslərin registri - şəkərli diabet xəstəliyinə tutulmuş şəxslər haqqında məlumat bankının yaradılması məqsədi ilə onların qeydiyyatı və uçotu.

 

Maddə 2. Şəkərli diabet xəstəliyinə tutulmuş şəxslərə dövlət qayğısı

 

haqqında Azərbaycan Respublikasının qanunvericiliyi

 

Şəkərli diabet xəstəliyinə tutulmuş şəxslərə dövlət qayğısı haqqında Azərbaycan Respublikasının qanunvericiliyi Azərbaycan Respublikasının Konstitusiyasından, bu Qanundan, digər normativ hüquqi aktlardan və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən ibarətdir.

 

 

 

Maddə 3. Şəkərli diabet xəstəliyinə tutulmuş şəxslərə dövlət təminatlı

 

yardım tədbirləri

 

3.0. Dövlət şəkərli diabet xəstəliyinə tutulmuş şəxslərə yardım məqsədi ilə aşağıdakılara təminat verir:

 

3.0.1. şəkərli diabet üzrə Dövlət proqramının qəbul edilməsi və həyata keçirilməsinə;

 

3.0.2. şəkərli diabet xəstəliyinə tutulmuş şəxslərə göstəriləcək tibbi yardımın həcmi və keyfiyyət standartlarının (beynəlxalq tələblərə uyğun) təsdiq edilməsinə;

 

3.0.3. şəkərli diabet xəstəliyinə tutulmuş şəxslərin registrinin yaradılması və onun aparılmasına;

 

3.0.4. şəkərli diabet xəstəliyinə tutulmuş şəxslərin dispanserizasiyasını, müayinə və müalicəsini həyata keçirən ixtisaslaşdırılmış dövlət tibb müəssisələrinin, diabetoloji xidmət strukturlarının yaradılması və onların maddi-texniki bazasının gücləndirilməsinə;

 

3.0.5. şəkərli diabet xəstəliyinin müalicəsi üzrə tibb mütəxəssislərinin hazırlanması və ixtisaslarının artırılmasına;

 

3.0.6. şəkərli diabet xəstəliyinə tutulmuş şəxslərin sanatoriya-kurort müəssisələrində müalicəsinin təşkilinə;

 

3.0.7. şəkərli diabet xəstəliyinə tutulmuş şəxslərin dərman vasitələrinə və diabetik ərzaq məhsullarına olan tələbatının təmin edilməsi məqsədi ilə iqtisadi, hüquqi və təşkilati tədbirlərin həyata keçirilməsinə;

 

3.0.8. şəkərli diabet xəstəliyinin profilaktikası və onun fəsadları ilə mübarizə sahəsində beynəlxalq əməkdaşlığa şərait yaradılmasına.

 

 

 

II fəsil

 

Şəkərli diabet xəstəliyinə tutulmuş şəxslərin

 

müayinə və müalicəsinin təşkili

 

Maddə 4. Şəkərli diabet üzrə Dövlət proqramı

 

4.1. Şəkərli diabet xəstəliyinin profilaktikası və onunla mübarizə ilə bağlı tədbirləri həyata keçirmək məqsədi ilə müvafiq icra hakimiyyəti orqanı tərəfindən "Şəkərli diabet üzrə Dövlət proqramı" (bundan sonra – Dövlət proqramı) hazırlanır və təsdiq edilir.

 

4.2. Dövlət proqramının həyata keçirilməsinə dövlət nəzarətini müvafiq icra hakimiyyəti orqanı təmin edir.

 

 

Maddə 5. Şəkərli diabet xəstəliyinə tutulmuş şəxslərin registri

 

5.1. Şəkərli diabet xəstəliyinə tutulmuş şəxslərin registri bu şəxslərin qeydiyyatının aparılmasını təmin etmək, şəkərli diabetlə xəstələnmə halları, ağırlaşmaları, əlillik və ölüm halları, müalicə-profilaktika tədbirlərinin səmərəliliyi haqqında sistematik və düzgün məlumat almaq məqsədi ilə müvafiq icra hakimiyyəti orqanı tərəfindən yaradılır.

 

5.2. Şəkərli diabet xəstəliyinə tutulmuş şəxslərin registri mövcud zamanda xəstələrin vəziyyəti barədə zəruri məlumat bankının yaranmasını təmin edir. Bu məlumatlarda xəstənin şəxsiyyəti, xəstəliyi barədə qısa məlumat və tibbi yardım haqqında göstərişlər qeyd olunur, hər bir xəstə üçün xüsusi kart doldurulur və bu kart ümumi məlumat bankına daxil edilir.

 

Maddə 6. Şəkərli diabet xəstəliyinə tutulmuş şəxslərin müayinəsi və

 

müalicəsi üzrə tədbirlərin maliyyələşdirilməsi

 

6.1. Şəkərli diabet xəstəliyinə tutulmuş şəxslərin dövlət tibb müəssisələrində müayinəsi və müalicəsi dövlət büdcəsinin vəsaiti hesabına maliyyələşdirilir. Müayinə və müalicənin maliyyələşdirilməsi qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

 

6.2. Şəkərli diabet xəstəliyinə tutulmuş şəxslərin müayinəsi və müalicəsi üzrə tədbirlər məcburi tibbi sığorta vəsaitləri, hüquqi və fiziki şəxslərin ianələri, eləcə də qanunvericiliklə qadağan olunmayan digər vəsaitlər hesabına da həyata keçirilə bilər.

 

 

Maddə 7. Şəkərli diabet xəstəliyinə tutulmuş şəxslərə tibbi yardım

 

7.1. Şəkərli diabet xəstəliyinə tutulmuş şəxslər həcmi və keyfiyyət standartları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən tibbi yardımla təmin olunurlar.

 

7.2. Şəkərli diabet xəstəliyinə tutulmuş şəxslərə göstərilən illik tibbi yardımın (o cümlədən zəruri olan müayinələr) həcmi, inyeksiya vasitələrinin, insulin və digər şəkərsalıcı dərman preparatlarının, özünənəzarət vasitələrinin siyahısı və miqdarı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

 

7.3. Şəkərli diabet xəstəliyinə tutulmuş şəxslərin insulin və digər şəkərsalıcı dərman preparatları, inyeksiya vasitələri və özünənəzarət vasitələri ilə təminatı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada həyata keçirilir.

 

7.4. Müvafiq icra hakimiyyəti orqanı tərəfindən şəkərli diabet xəstəliyinə tutulmuş uşaq və gənclərin uçotu aparılmaqla, onlara təhsil aldıqları müəssisələrdə tibb mütəxəssisləri və müəllimlər vasitəsi ilə xüsusi nəzarət təşkil edilir, səhhətlərində hər hansı dəyişiklik baş verdikdə dərhal tibbi yardım göstərilir.

 

Maddə 8. Şəkərli diabet xəstəliyinə tutulmuş şəxslərin əmək hüquqları

 

8.1. Şəkərli diabet xəstəliyinə tutulmuş şəxslərin əmək hüquqları yalnız Azərbaycan Respublikasının əmək qanunvericiliyi ilə müəyyən edilən işçinin

 

səhhətinə, sağlamlığına mənfi təsir göstərən amillər olan ağır, zərərli və təhlükəli əmək şəraitli peşələr (vəzifələr) və iş yerləri üzrə məhdudlaşdırıla bilər.

 

8.2. Vətəndaşın şəkərli diabetlə xəstə olması səbəbinə görə əmək müqaviləsinin baglanmasından imtina etmək və ya işçi ilə əmək müqaviləsinə xitam vermək yolverilməzdir. Bu qayda işəgötürənin müvafiq işi (vəzifəsi) olmadığı, habelə belə şəxslərin əməyindən istifadə olunmasına yol verilməyən iş yerlərinə işə götürməkdən imtina olunan hallara şamil edilmir.

 

III fəsil

 

Yekun müddəaları

 

Maddə 9. Qanunun pozulmasına görə məsuliyyət

 

Bu Qanunu pozan hüquqi və fiziki şəxslər Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq məsuliyyət daşıyırlar.

 

Maddə 10. Beynəlxalq əməkdaşlıq

 

Şəkərli diabet xəstəliyinin profilaktikası və onun fəsadları ilə mübarizə sahəsində beynəlxalq əməkdaşlıq Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə əsasən həyata keçirilir.

 

 

 

İlham Əliyev

 

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 23 dekabr 2003-cü il

Qaynar xətt nömrələri

Daxili İşlər Nazirliyi-102

Fövqəladə Hallar Nazirliyi-112

Vergilər Nazirliyi-195

İqtisadi İnkişaf Nazirliyi-195-2

Ədliyyə Nazirliyi-195

İnsan alveri ilə bağlı Daxili İşlər Nazirliyinin Qaynar xətti-152

Qeydiyyat və Notariat Baş İdarəsi-1650

Dövlət Miqrasiya Xidməti-919

Dövlət Gömrük Komitəsi-195

Yanğın xidməti-101

Polis-102

Təcili yardım-103

 

Sənəd nümunələri

İddiya ərizələri, şikayət nümunələri, əmək müqaviləsi,

Sənədlər

Go to top