“Azərbaycan Respublikasında vərəmlə mübarizə haqqında” Azərbaycan Respublikasının Qanunu
Bu Qanun əhalinin vərəmdən mühafizəsinin təşkilati-hüquqi əsaslarını, vərəm xəstəliyinə tutulmuş şəxslərin hüquq və vəzifələrini müəyyən edir.
Azərbaycan Respublikasında vərəmlə mübarizə tədbirləri (sanitariya-sağlamlıq və əksepidemik tədbirlər, müayinə, diaqnostika, müalicə, profilaktika və reabilitasiya) bu Qanımla və digər müvafiq normativ hüquqi aktlarla müəyyən edilmiş qaydada həyata keçirilir. Vərəmlə mübarizə tədbirləri bütün vətəndaşlar və Azərbaycan Respublikasında daimi yaşayan vətəndaşlığı olmayan şəxslər üçün pulsuz, bərabər əsaslarla, qanunçuluğa, humanistliyə, insan və vətəndaş hüquqlarına əməl olunmaqla aparılır. Azərbaycan Respublikasında vərəm əleyhinə tibb müəssisə-sinə tibbi yardım üçün müraciət edən əcnəbilərin müayinə və müalicəsi qanunvericiliklə müəyyən edilmiş qaydada həyata keçirilir.
Vərəmlə mübarizə haqqında Azərbaycan Respublikasının qanunvericiliyi bu Qanundan, digər normativ hüquqi aktlardan və Azərbaycan Respublikasının tərəfdar çıxdığı dövlətlərarası müqavilələrdən ibarətdir. Azərbaycan Respublikasının digər qanunvericilik aktları və-rəmlə mübarizə sahəsində vətəndaşların bu Qanunda nəzərdə tutulan hüquqlarmı məhdudlaşdıra bilməz.
Bu Qanun Azərbaycan Respublikasının vətəndaşlarına, əcnəbilərə, Azərbaycan Respublikasında daimi yaşayan vətəndaşlığı olmayan şəxslərə və təşkilati-hüquqi formasından asılı olmayaraq bütün hüquqi şəxslərə şamil edilir.
Vərəm əleyhinə yardım:
vərəm əleyhinə ambulatoriya, stasionar və sanatoriya yardımı göstərən müəssisələrin yaradılması;
vərəm əleyhinə stasionar müəssisələrdə və sanatoriyalarda vərəm xəstəliyindən müalicə olunan uşaqların ümumi təhsilinin təşkili; vərəm əleyhinə dispanserlərdə əmək terapiyasının təşkili;
vərəm xəstəliyinə tutulmuş şəxslərin (xüsusilə ağır və xüsusilə zərərli əmək şəraitində olan işçilərin və əlillərin) işə təmin olunması üçün yüngül iş şəraiti olan müəssisələrin yaradılması;
dövlət müəssisə, idarə və təşkilatlarında vərəm xəstəliyinə tutulmuş əlillər üçün mütləq iş yeri kvotalarının müəyyən edilmə-si;
sosial əlaqələrini itirmiş və vərəmin yoluxucu xroniki formalarına tutulmuş şəxsləri tam dövlət təminatında saxlamaq üçün xüsusi tibb müəssisələrinin (internat-xəstəxanaların və s.) yaradılması;
vərəm xəstəliyindən əziyyət çəkən şəxslərin sosial müdafiəsi üçün digər zəruri tədbirlərin həyata keçirilməsi ilə təmin edilir.
Dövlət vərəm əleyhinə yardım məqsədi ilə aşağıdakılara təminat verir:
Azərbaycan Respublikası ərazisində «Verəm xəstəliyinin yayılmasının qarşısının alınması üzrə Milli Proqram»m qəbul edil-məsinə və həyata keçirilməsinə; vərəm əleyhinə təxirəsalınmaz yardıma;
vərəmlə əlaqədar ekspertizaların aparılmasına;
sosial-məişət yardımına, o cümlədən birinci növbədə vərəmin yoluxucu formasına tutulmuş xəstələrə təcrid olunmuş yaşayış sahəsinin verilməsinə, vərəmdən və onun nəticələrindən əziyyət çəkən şəxslərin işlə təmin olunmasına;
Vərəmin spesifik profilaktikasına, vərəm əleyhinə dövlət tibb müəssisələrində ambulatoriya, stasionar, sanatoriya şəraitində konsultativ-diaqnostikaya, müalicəyə və reabilitasiya yardımına;
azadlıqdan məhrumetmə yerlərində cəza çəkən vərəmlə xəstələnmiş şəxslərə ixtisaslaşdırılmış tibbi yardım göstərilməsinə;
vərəm xəstəliyi ilə əlaqədar əlil olmuş şəxslərə iş yeri ayıran dövlət idarə, müəssisə və təşkilatlan üçün vergi güzəştlərinin müəyyən edilməsinə;
vərəmlə xəstələnmiş şəxslərə tibbi yardım göstərilərkən on-ların sağlamlığına dəymiş zərərin qanunvericiliklə müəyyən olunmuş qaydada ödənilməsinə.
Vərəm əleyhinə yardım ali tibb təhsili almış və Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən olunmuş qaydada xüsusi razılıq əsasında fəaliyyət göstərən həkim-ftiziatrlar və bu növ yardım üçün müvafiq icra hakimiyyəti orqanı tərəfindən xüsusi razılıq alan ixtisaslaşdırılmış dövlət, bələdiyyə və özəl tibb müəssisələri tərəfindən göstərilir. Mülkiyyət formasından asılı olmayaraq, vərəm əleyhinə bütün tibb müəssisələrində xəstələrin qeydiyyatı və uçotu müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada həyata keçirilir.
Vərəm əleyhinə yardımın növləri tibb müəssisəsinin nizamnaməsində və ya qanunvericiliklə müəyyən olunmuş qaydada verilən xüsusi razılıqda göstərilir. Bu barədə xəstəyə məlumat verilməlidir. Vərəm əleyhinə ambulatoriya-poliklinika yardımı, profilaktik və əksepidemik yardım tədbirləri, stasionar və ambulator müalicə, eləcə də reabilitasiya tədbirləri (o cümlədən sanatoriya şəraitində) müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunmuş qaydada həyata keçirilir.
Vərəm əleyhinə ambulatoriya yardımı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada müalicə-diaqnostika yardımı və dispanser nəzarəti formasında həyata keçirilir. Vərəm xəstəliyinə tutulmuş şəxsə müalicə-diaqnostika yardımı fərdi müraciət və ya müalicə-profilaktika müəssisəsinin göndərişi, yetkinlik yaşına çatmamış şəxslərə isə valideynlərinin və ya qanuni nümayəndələrinin müraciəti əsasında həkim-ftiziatr tərəfindən göstərilir. Vərəm xəstəliyinə tutulmuş şəxsin dispanser müşahidəsi onun razılığından asılı olmayaraq aparılır və sahə həkim-ftiziatrı tərəfindən vərəm prosesinin vəziyyətinə müntəzəm nəzarəti, həmin şəxsə lazımi tibbi və sosial yardımı əhatə edir. Məcburi dispanser müşahidəsi vərəmlə yüksək xəstələnmə riski olan şəxslərə də şamil edilir.
Vərəm xəstəliyinə tutulmuş və vərəm çöplərinin ifrazedicisi olan xəstələr məcburi hospitalizasiya olunur. Vərəmlə xəstələnməyə şübhəli şəxslərin və ətrafdakılar üçün təhlükə törətməyən vərəmli xəstələrin hospitalizasiyası tibbi göstərişlər əsasında həyata keçirilir.
Hospitalizasiyanın vacibliyi aşağıdakılarla müəyyənləşdirilir:
xəstənin həyatı və ətrafdakılar üçün bilavasitə təhlükə yarandıqda;
ümumi vəziyyətinin ağırlaşması nəticəsində xəstənin sağlam-lığı xeyli pisləşdikdə;
şəxs xəstəliyin ağırlığı ilə əlaqədar əsas həyati tələbatlarını müstəqil yerinə yetirə bilmədikdə.
Ətrafdakılar üçün epidemioloji baxımdan ciddi təhlükə yara-dan vərəmli xəstələr hospitalizasiyadan imtina etdikdə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada məcburi hospitalizasiya olunurlar. Azaldıqdan məhrum etmə yerlərində cəza çəkən və bir il müddətində aparılan müalicə nəticəsində vərəm çöplərinin ifraz edilməsinin qarşısı alınmayan xəstə məhkumlar digər məhkumlardan ayrı saxlanılır. Azaldıqdan məhrum etmə yerlərindən azad edilmiş və ya hərbi xidmətdən tərxis olunmuş vərəm xəstəliyinə tutulan şəxslər müvafiq icra hakimiyyəti orqanlarının nəzarəti ilə 10 gün müddətində yaşayış yeri üzrə vərəm əleyhinə tibb müəssisələrində qeydiyyata almırlar.
Vərəm əleyhinə tibb müəssisələrində işləyən həkim-ftiziatrlar, digər mütəxəssislər və işçilər üçün təminat və imtiyazlar qanunvericiliklə müəyyən edilir. Vərəm əleyhinə tibb müəssisələrində işləyən həkim-ftiziatrların, digər mütəxəssislərin və işçilərin əlavə əmək haqları və icbari sığortası qanunvericiliklə müəyyən olunur. Vərəm əleyhinə tibb müəssisələrində işləyən həkim-ftiziatrlar, digər mütəxəssislər və işçilər xidməti vəzifələrini yerinə yetirərkən vərəm xəstəliyinə tutularlarsa, bu halda həmin xəstəlik peşə xəstəliyi hesab olunur.
III Fəsil: Vərəm əleyhinə tədbirlərin təşkili, hüquq tənzimlənməsi və maliyyələşdirilməsi
Azərbaycan Respublikasında vərəm əleyhinə tədbirlər müvafiq icra hakimiyyət orqanı tərəfindən müəyyən olunmuş qaydada həyata keçirilir. Mülkiyyət formasından və tabeliyindən asılı olmayaraq, bütün müalicə-profilaktika müəssisələri üçün vərəm əleyhinə tədbirlərlə əlaqədar müvafiq icra hakimiyyəti orqanının qərarları məcburidir. Vərəm əleyhinə yardımın təşkili müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilən uzunmüddətli kompleks proqramlar əsasında təmin edilir. Vərəm əleyhinə tibb müəssisələrinin fəaliyyətinə nəzarət müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir.
Vərəmlə əlaqədar aşkar olunmuş bütün hallar ərazi üzrə vərəm əleyhinə tibb müəssisələrində qanunvericiliklə müəyyən olunmuş qaydada məcburi qeydiyyata və uçota alınmalıdır. Bu barədə müvafiq icra hakimiyyəti orqanlarına dərhal məlumat verilməlidir. Patoloji-anatomik yarma zamanı şəxsin sağlığında vərəm xəstəliyinə tutulması müəyyən olunarsa, bu barədə müvafiq icra hakimiyyəti orqanına dərhal məlumat verilməlidir.
Vərəm əleyhinə tibb müəssisələrinin fəaliyyətinin maliyyələşdirilməsi dövlət və yerli büdcələrin vəsaitləri, icbari tibbi sığorta vəsaitləri və qanunvericiliklə qadağan edilməyən digər mənbələr hesabına həyata keçirilir.
Ətrafdakıları vərəmlə yoluxdurmaq təhlükəsi olan şəxslərin iş-ləməsi qadağan olunan peşə və vəzifələrin siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunur. Bu peşə və vəzifələr üzrə işə qəbul olunarkən, eləcə də işlədiyi müddətdə ətrafdakıları yoluxdurmaq təhlükəsi olan şəxslər müəyyən olunmuş ardıcıllıqla, məcburi rentgen-flüoroqrafiya müayinəsindən keçirilirlər. Ətrafdakıları yoluxdurmaq təhlükəsi olan xəstələri yataqxanalara və çoxsaylı sakinləri olan mənzillərə yerləşdirmək qadağandır. Yataqxanalarda və çoxsaylı sakinləri olan mənzillərdə yaşayanlar vərəmlə xəstələndikdə dərhal hospitalizasiya olunmalıdırlar. Bir il müddətində aparılan müalicə nəticəsində vərəm çöplərinin ifraz edilməsinin qarşısı alınmayan xəstələr fərdi yaşayış sahəsi ilə təmin edilirlər. Vərəm mikrobakteriyaları ifrazedicisi kimi növbədənkənar və ya ilk növbədə mənzil almış şəxslərin qazanc məqsədi ilə mən-zillərini satmalarına, kirayəyə vermələrinə, başqa məqsədlərlə istifadə etmələrinə və ya daha pis şəraitli mənzillərə dəyişdirmələrinə yol verilmir. Daimi yaşayış yeri olmayan, ətrafdakılar üçün təhlükə törədən vərəm xəstəliyinə tutulmuş şəxslər üçün xüsusi xəstəxana-internat təşkil olunur və xəstələrin bu müəssisələrə göndərilməsi və qəbulu qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.
Vərəm xəstəliyinə tutulmuş şəxslər Azərbaycan Respublikasının Konstitusiyasında nəzərdə tutulmuş bütün hüquq və azadlıqlara malikdirlər. Vərəm xəstəliyinə tutulmuş şəxslər onlara vərəm əleyhinə yardım göstərilərkən, aşağıdakı hüquqlara malikdirlər:
vərəm əleyhinə yardım sahəsində hüquqları, habelə xəstəliyin xarakteri, tətbiq edilən müalicə metodları haqqında ətraflı məlumat almaq;
tibbi göstərişlər əsasında ambulator, stasionar və sanatoriya-kurort şəraitində tam həcmdə tibbi yardım almaq;
vərəmlə ilk dəfə xəstələnmiş və ya vərəmin residivi olan şəxslərin əmək qabiliyyətinin itirildiyi gündən başlayaraq, tibbi-sosial və epidemioloji göstərişlər nəzərə alınmaqla, 12 ayadək müddətdə əmək qabiliyyətinin itirilməsi barədə vərəq almaq.
Əmək qabiliyyətini vərəm xəstəliyi ilə əlaqədar itirdikdə, iş stajından asılı olmayaraq, əmək haqqı 100% həcmində ödənilir. Əmək qabiliyyətinin müvəqqəti itirilməsi barədə vərəqənin müddətinin nəzərdə tutulduğundan artıq müddətə uzadılması və ya əmək qabiliyyətinin tam itirilməsinin müəyyənləşdirilməsi məsələləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən həll edilir. Vərəm xəstəliyinə tutulmuş işləməyən şəxslərə müalicə müddətində müavinət verilir. Müavinətin verilməsi qaydası və şərtləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Vərəmlə xəstələnmə nəticəsində əmək qabiliyyətini müvəqqəti itirmiş şəxslərin iş yerləri və tutduqları vəzifələr 12 ay müddətində saxlanılır. Vərəm xəstəliyinə tutulmuş şəxslərin stasionar və sanatoriya müalicəsi zamanı sərf olunan yol xərcləri dövlət və yerli büdcələrin vəsaitləri hesabına ödənilir. Xəstəyə vərəm əleyhinə tibb müəssisəsinə yerləşdirilməsinin səbəbi, məqsədi və stasionarın daxili qaydaları barədə məlumat verilməlidir. Vərəm əleyhinə tibb müəssisəsində müayinə və müalicə olunan xəstə 16 yaşına çatmayıbsa, stasionar müalicə şəraitində qanunvericiliklə müəyyən olunmuş qaydada təhsil almaq hüququna malikdir.
Vərəm xəstəliyinə tutulmuş şəxslər: sahə həkim-ftiziatrının müəyyən etdiyi bütün müalicə-sağlamlaşdırıcı tədbirlərə və bu qrup xəstələr üçün müəyyən olunmuş sanitariya-gigiyena tələblərinə əməl etməli; həkimin çağırışı əsasında ərazi üzrə vərəm əleyhinə tibb müəssisəsinə gəlməli; daimi yaşayış yerini dəyişdikdə, 10 gün müddətində ərazi üzrə vərəm əleyhinə tibb müəssisəsində qeydiyyatdan keçməlidirlər.
Vərəm əleyhinə yardım göstərilərkən vətəndaşların hüquq və maraqlarını məhdudlaşdıran hərəkətlərdən (xəstəlik vərəqəsi müddətinin düzgün təyin olunmaması, ambulator müalicə zamanı pulsuz dərman preparatlarının verilməməsi, xəstəyə stasionar və sanatoriya yardımının göstərilməsindən və müalicə ilə əlaqədar nəqliyyat xərclərinin ödənilməsindən imtina edilməsi və s.) şikayətlərə Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən olunmuş qaydada baxılır.
Bu Qanunun pozulmasında təqsirli olan hüquqi və fiziki şəxslər Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq məsuliyyət daşıyırlar.
Vərəmlə mübarizə sahəsində beynəlxalq əməkdaşlıq Azərbaycan Respublikasının tərəfdar çıxdığı dövlətlərarası müqavilələrə əsasən həyata keçirilir. Bu Qanunla Azərbaycan Respublikasının tərəfdar çıxdığı dövlətlərarası müqavilələr arasında ziddiyyət olarsa, həmin beynəlxalq müqavilələr tətbiq edilir.
Heydər Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 2 may 2000-ci il