Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 95-ci maddəsinin I hissəsinin 4-cü bəndini rəhbər tutaraq qərara alır:
Azərbaycan Respublikası 2012-ci il oktyabrın 11-də Doha şəhərində imzalanmış Ümumdünya Poçt Konvensiyasına və onun yekun Protokoluna müvafiq bəyanatla (bəyanatın mətni əlavə olunur)qoşulsun.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 4 mart 2016-cı il.