I. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.
Konstitusiya

Özəlləşdirilən dövlət müəssisələrinin, aqrar islahatları nəticəsində ləğv olunmuş və işğal altında olan rayonların təsərrüfat subyektlərinin borcları haqqında Azərbaycan Respublikasının Qanunu

 

Özəlləşdirilən dövlət müəssisələrinin, aqrar islahatları nəticəsində ləğv olunmuş və işğal altında olan rayonların təsərrüfat subyektlərinin borcları haqqında

Azərbaycan Respublikasının Qanunu

 

Bu Qanun özəlləşdirilən dövlət müəssisələrinin, aqrar islahatları nəticəsində ləğv olunmuş kolxozların və sovxozların, habelə işğal altında olan rayonların təsərrüfat subyektlərinin dövlət büdcəsinə, büdcədənkənar dövlət fondlarına, səhmləri dövlətə məxsus banklara və dövlət müəssisələrinə yaranmış borclarının silinməsi qaydalarını tənzimləyir.

 

Maddə 1. Qanunun tətbiq dairəsi

1.0. Bu qanunla müəyyən edilmiş qaydalar aşağıdakılara şamil edilir:

1.0.1. «Azərbaycan Respublikasında 1995-1998-ci illərdə dövlət mülkiyyətinin özəlləşdirilməsinin Dövlət Proqramı» çərçivəsində özəlləşdirilmiş özəlləşdirilməsi barədə qərar qəbul edilmiş və özəlləşdirilməsi başa çatmamış müəssisələrə;

1.0.2. «Azərbaycan Respublikasında dövlət əmlakının özəlləşdirilməsinin II Dövlət Proqramı» na uyğun olaraq özəlləşdirilmiş özəlləşdirilməsi haqqında qərar qəbul edilən dövlət müəssisələrinə;

1.0.3. Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq ləğv olunmuş kolxozlara və sovxozlara;

1.0.4. Işğal altında olan rayonların təsərrüfat subyektlərinə.

 

Maddə 2. Borcların silinməsi

2.1. Bu Qanunun 1.0.1-ci maddəsində göstərilən müəssisələrin dövlət büdcəsinə (müvafiq icra hakimiyyəti orqanının zəmanəti əsasında verilən kreditlər üzrə borclar istisna olmaqla), büdcədənkənar dövlət fondlarına, səhmlərinin nəzarət zərfi dövlətə məxsus banklara, qiymətləri (tariflər) dövlət tərəfindən tənzimlənən məhsul, iş və xidmətlərin istehlakına görə dövlət müəssisələrinə onların özəlləşdirilməsi tarixinə yaranmış borcları (əsas borc məbləği, faizlər və maliyyə sanksiyaları daxil olmaqla) silinir.

2.2. Bu qanunun 1.0.2-cimaddəsində göstərilən müəssisələrin özəlləşdirilməsi 2003-cü il 1 noyab rtarixinədək başa çatdıqda, onların özəlləşdirilməsinin başa çatması tarixinə, digə rmüəssisələrin 2003-cü il 1 noyabr tarixinə dövlət büdcəsinə (müvafiq icra hakimiyyəti orqanının zəmanəti əsasında verilən kreditlər üzrə borclari stisna olmaqla), büdcədənkənar dövlət fondlarına, qiymətləri (tarifləri) dövlət tərəfindən tənzimlənən məhsul, iş və xidmətlərin istehlakına görə dövlət müəssisələrinə yaranmış borcları (əsas borc məbləği, faizlərvə maliyyə sanksiyaları daxil olmaqla), habelə bu müəssisələrin həmin tarixə səhmlərinin nəzarət zərfi dövlətə məxsus banklara vaxtı ötmüş kreditlər üzrə borcları (əsas borc məbləği və faizlər) silinir.

2.3. Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq ləğv olunmuş kolxozların və sovxozların səhmlərinin nəzarət zərfi dövlətə məxsus banklara borcları (əsas borc məbləği və faizlər) silinir.

2.4. Işğal altında olan rayonların təsərrüfat subyektlərinin işğa olunan tarixə səhmlərinin nəzarət zərfi dövlətə məxsus banklara borcları (əsas borc məbləği və faizlər) silinir.

2.5. Bu Qanunun 2-ci maddəsində nəzərdə tutulan borcların silinməsi və bununla əlaqədar yaranan məsələlərin, debito rborcları azaldılan müəssisələrin və bankların, onların dövlətə məxsus olmayan səhmlərin sahiblərinin qanuni mənafelərinin qorunması nəzərə alınmaqla, tənzimlənməsi qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

Bu Qanunun 2-ci maddəsində göstərilən tarixlərə yaranmış borclara görə faizlər onların silinməs ihaqqında qərarın icra edildiyi günə silinir.

 

Maddə 3. Idarəetməyə verilən müəssisələrin borclarının ödənilməsinin tənzimlənməsi

Dövlət müəssisələrinin uzun müddətli idarəetməyə verilməs ihallarında bu Qanunun 2-ci maddəsində göstərilənborcların ödənilməsinə möhlət verilir.Bu möhlətin müddəti (idarəetməyə verilən müddət çərçivəsində) müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

 

Heydər ƏLIYEV

AzərbaycanRespublikasınınPrezidenti

Bakı şəhəri, 24 oktyabr 2000-ciil

№ 937-IQ

Qaynar xətt nömrələri

Daxili İşlər Nazirliyi-102

Fövqəladə Hallar Nazirliyi-112

Vergilər Nazirliyi-195

İqtisadi İnkişaf Nazirliyi-195-2

Ədliyyə Nazirliyi-195

İnsan alveri ilə bağlı Daxili İşlər Nazirliyinin Qaynar xətti-152

Qeydiyyat və Notariat Baş İdarəsi-1650

Dövlət Miqrasiya Xidməti-919

Dövlət Gömrük Komitəsi-195

Yanğın xidməti-101

Polis-102

Təcili yardım-103

 

Sənəd nümunələri

İddiya ərizələri, şikayət nümunələri, əmək müqaviləsi,

Sənədlər

Go to top