Azərbaycan Respublikasının
Əmlak Məsələləri Dövlət Komitəsi Kollegiyasının
“08” iyun 2015-ci il tarixli
03 nömrəli qərarı ilə təsdiq edilmişdir.
Açıq səhmdar cəmiyyətinə çevrilən dövlət müəssisələrinin
səhmlərinin əmək kollektivinə güzəştli satışı
QAYDALARI
1.Ümumi müddəalar
1.1. Bu Qaydalar Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 10 avqust tarixli 383 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında dövlət əmlakının özəlləşdirilməsinin II Dövlət Proqramı”na uyğun olaraq hazırlanmışdır və dövlət müəssisələrinin çevrilməsi nəticəsində yaradılan açıq səhmdar cəmiyyətlərinin səhmlərinin əmək kollektivi üzvlərinə və onlara bərabər tutulan şəxslərə güzəştli satışının həyata keçirilməsi qaydalarını müəyyən edir.
1.2. Dövlət müəssisələrinin çevrilməsi nəticəsində yaradılmış açıq səhmdar cəmiyyətlərinin səhmlərinin 15%-i digər səhmlərin və hissələrin satışı üsulundan asılı olmayaraq işçilərə birbaşa güzəştli satışa yönəldilir.
Səhmlərin güzəştli satışı güzəştli satışa yönəldilmiş səhmlərin nominal dəyərinin 30% güzəşt edilmiş məbləğinin ödənilməsi ilə özəlləşdirilməsini nəzərdə tutur.
1.3. Səhmlərin güzəştli satışını özəlləşdirilən müəssisədə yaradılan özəlləşdirmə komissiyası (bundan sonra-Komissiya) həyata keçirir.
2. Səhmləri güzəştlə almaq hüququ olan şəxslər
2.1.Azərbaycan Respublikası Prezidentinin 16 may 2000-ci il tarixli “Dövlət əmlakının özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinə əsasən, özəlləşdirilən dövlət müəssisələrinin və ya hissələrinin satışında güzəştlər aşağıdakı şəxslərə aid edilir:
- əsas iş yeri həmin müəssisə hesab edilən işçilər, şəxslər;
-Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq olaraq, həmin müəssisədə əvvəlki iş yerinə qayıtmaq hüququ olan şəxslər;
-özəlləşdirilən müəssisədə 7 ildən çox çalışmış və həmin müəssisədən təqaüdə çıxmış şəxslər;
-1995-ci ilin 1 yanvar tarixindən sonra işçilərin sayı və ştatların ixtisarı nəticəsində işdən azad olunmuş və işsiz statusu almış şəxslər.
3. Səhmlərin güzəştli satışı qaydaları
3.1. Səhmdar cəmiyyəti dövlət qeydiyyatına alındıqdan və səhmləri buraxıldıqdan sonra Komissiya qanunvericiliklə müəyyən edilmiş müddətdə səhmlərin güzəştli şərtlərlə satışının təşkilinə başlamağa borcludur.
Səhmlərin güzəştli satışı haqqında məlumat satışın keçirildiyi gündən ən azı 30 (otuz) gün əvvəl Əmlak Məsələləri Dövlət Komitəsinin rəsmi mətbu orqanı olan “Mülkiyyət” qəzetində dərc olunmalıdır. Məlumatda aşağıdakılar göstərilməlidir:
-səhmlərin güzəştli satışı qaydaları və müddəti;
-səhmdar cəmiyyətinin nizamnamə kapitalı;
-güzəştli satışa çıxarılan səhmlərin ümumi sayı;
-güzəştli satışda iştirak etmək hüququ olan şəxslərin sayı;
-səhmin nominal dəyəri;
-sifarişlərin verilmə qaydası.
Səhmlərin güzəştli satışı 25 (iyirmi beş) gün müddətində başa çatmalıdır.
3.2. Səhmlərin güzəştli satışı aşağıdakı qaydada həyata keçirilir:
Komissiya tərəfindən:
- səhmlərin güzəştli satışında iştirak etmək hüququ olan şəxslərin tam siyahısı tərtib edilir;
- hər bir işçinin güzəştlə əldə edə biləcəyi maksimum səhmlərin sayı müəyyən edilir;
- işçilərin hər birinin ödəyəcəyi maksimum məbləğ müəyyənləşdirilir;
- müəyyən edilmiş məbləğ sifarişlə birlikdə əmək kollektivi üzvləri tərəfindən Komissiyaya təqdim edilir;
- sifarişçiyə komissiya sədrinin imzası və müəssisənin möhürü ilə təsdiq olunmuş qəbz verilir;
-Komissiyasının sədri əmək kollektivi tərəfindən təqdim olunmuş sifarişləri Hərracların Təşkili üzrə Auksion Mərkəzinə və pul vəsaitlərini Mərkəzin xəzinəsinə təhvil verir;
- Komissiya tərəfindən təqdim edilmiş sənədlər əsasında güzəştli satışın yekunlarına əsasən bölüşdürülmüş səhmlərin sayı müəyyən edilir;
-güzəştli satışa çıxarılan səhmlərin əmək kollektivinin güzəştli satışda iştirak etməmiş və qismən iştirak etmiş üzvlərinin sayına mütənasib hissəsi (bütünlükdə əmək kollektivi üzvləri və onlara bərabər tutulan şəxslər güzəştli satışdan imtina etdiyi halda səhmlərin hamısı) Əmlak Məsələləri Dövlət Komitəsinin qərarı ilə II Dövlət Proqramına uyğun olaraq digər satış üsulları ilə özəlləşdirilir;
-Komissiyanın təqdim etdiyi sənədlər əsasında güzəştli satışın yekunlarını təsdiq etmək üçün həmin satışda iştirak etmiş şəxslərin ümumi yığıncağı keçirilir və yığıncağın protokolu Əmlak Məsələləri Dövlət Komitəsinə təqdim edilir.
4. Güzəştli satışın yekunu haqqında protokol
4.1.Güzəştli satış başa çatdıqdan sonra Komissiya bu haqda protokol tərtıb edir. Protokolda güzəştli satışın keçirilməsi müddəti, bir səhmin nominal dəyəri, səhmlərin ümumi sayı, güzəştli satışda iştirak edən iştirakçıların siyahısı, onların hər birinin ödədiyi məbləğ və onlara düşən səhmlərin sayı, güzəştli satışa çıxarılan və satılmayan səhmlərin sayı və nominal dəyəri haqqında məlumat əks olunur. Protokol komissiyanın sədri və üzvləri tərəfindən imzalanır və təsdiq olunmaq üçün Əmlak Məsələləri Dövlət Komitəsinə təqdim olunur.
5. Səhmlərə mülkiyyət hüququnun rəsmiləşdirilməsi
5.1.Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən təsdiq edilmiş güzəştli satışın yekunu haqqında protokola əsasən işçilərə güzəştli satışın nəticələrini əks etdirən bildiriş verilir.
Bildirişə əsasən Milli Depozit Mərkəzi müvafiq sayda səhmlərə mülkiyyət hüququnu təsdiq edən, səhmdar cəmiyyətinin reyestrindən çıxarışı səhmdarlara verir.
5.2.Əmlak Məsələləri Dövlət Komitəsi güzəştli satışın nəticələri haqqında məlumatı hərracın başa çatdığı gündən 15 (on beş) gün müddətində Əmlak Məsələləri Dövlət Komitəsinin rəsmi mətbu orqanı olan “Mülkiyyət” qəzetində dərc etdirir.
B İ L D İ R İ Ş № ____
Verilir, ünvanda yaşayan
(yaşadığı ünvan)
. (şəxsiyyəti təsdiq edən sənədin göstəriciləri)
ondan ötrü ki, o,
(soyadı, adı, atasının adı)
ASC-nin səhmlərinin
(müəssisənin tam adı)
əmək kollektivinə güzəştli satışında iştirak edərək ( ) .
(rəqəm və sözlə)
manat təqdim etmişdir və nəticədə hər birinin nominal dəyəri ( ) .
(rəqəm və sözlə)
___________ manat olan ( ) ədəd səhm əldə etmişdir.
(rəqəm və sözlə)
Təsdiq: .
Hərracların Təşkili üzrə
Auksion Mərkəzinin direktoru
AZ 1154, Bakı ş., Zeynal Xəlil küç., 11 A
«_____________________________________”» açıq səhmdar cəmiyyətinin səhmlərinə güzəştli satışda iştirak etmiş şəxslərinin ümumi iclas
P R O T O K O L U
«____» ____________20 il
İclasda iştirak etdi: _____________________ nəfər
İclasın sədri:
İclasın katibi:
Gündəlİk
1. “_______________________________________________________” səhmdar cəmiyyəti üzrə güzəştli satışın yekun nəticələrinin müzakirə edilməsi.
Dİnlənİldİ:
Özəlləşdirmə komissiyanın sədri _____________________________ çıxışında qeyd etdi ki, müəssisədə səhmlərin əmək kollektivinə güzəştli satışı keçirilmişdir. Satışda iştirak etmək hüququ olan _______ (___________________________________) nəfərdən _________ (___________________________________________) nəfəri iştirak etmiş və __________ (_______________________________) manat pul vəsaitini təqdim etmişlər. Güzəştli satışın yekunlarına görə həmin şəxslər müəssisənin güzəştli satışa çıxarılmış__________(___________________________________________________) ədəd səhmindən _________ (_______________________________________________) ədəd səhminə, yəni ______ %-nə sahib olmuşlar. __________ (____________________________) ədəd səhm isə satılmamışdır. Əmək kollektivinin qalan üzvlərinə xəbərdarlıq edilməsinə baxmayaraq güzəştli satışda iştirak etməmişlər. Güzəştli satışın yekun nəticələri təsdiq olunmaq üçün sizin müzakirənizə təqdim edilir.
Çıxış etdİlər:
Əmək kollektivinin üzvlərindən _________________________________________ ______________________________________________________ çıxış edərək özəlləşdirmə komissiyası sədrinin çıxışını bəyəndiklərini qeyd edərək, güzəştli satışın yekun nəticələrinin təsdiq olunmasını təklif etdilər.
Qərara alındı:
“____________________________________________” səhmdar cəmiyyətində keçirilmiş səhmlərin əmək kollektivi üzvlərinə güzəştli satışının yekun nəticələri təsdiq olunsun.
İclasın sədri:
İclasın katibi:
S İ F A R İ Ş
Mən, .
( şəxsin soyadı, adı, atasının adı, pasport göstəriciləri,
.
ünvanı və əlaqə telefonu)
səhmdar cəmiyyətinin
(səhmdar cəmiyyətin tam adı)
səhmlərinə güzəştli satışda iştirak etmək üçün sifariş verirəm.
Güzəştli satış zamanı müəyyən edilmiş qədər səhm almağa razıyam.
Bundan ötrü özəlləşdirmə komissiyasına _________________________________________ __ manat
(rəqəm və sözlə)
pul vəsaitini təqdim edirəm.
“_____” __________________20 il
Sifarişçi: ____________ ___________________
(imza) (S.A.A.)
Q Ə B Z
Sifarişçi: ______________________________________________________________________________ ______.
( şəxsin soyadı, adı, atasının adı, pasport göstəriciləri, ünvanı)
__________________________________________________________________________________________ ____.
___________________________________________________________________________________________ ___.
(səhmdar cəmiyyətin tam adı)
səhmdar cəmiyyətinin səhmlərinə güzəştli satışda iştirak etmək üçün verdiyi sifariş və _______
_________________________________________________________manat pul vəsaitini qəbul etdim.
(rəqəm və sözlə)
“_______” __________________20 il
Özəlləşdirmə komissiyasının sədri: ________ ____ _________________________
(imza) (S.A.A.)
M.Y.
“Təsdiq olunub” “Təsdiq edirəm”
Səhmlərə güzəştli satışda Azərbaycan Respublikası
iştirak edən şəxslərin Əmlak Məsələləri Dövlət Komitəsi
ümumi yığıncağının
20 il tarixli
N-li protokolu ______________________
Sədr _____________________ «____»____________ 20 il Katib _____________________
M.Y.
GÜZƏŞTLİ SATIŞIN
YEKUN PROTOKOLU
Səhmdar cəmiyyətinin tam adı: .
Hüquqi ünvanı: .
Bank rekvizitləri: .
(bankın adı, hesablaşma hesabı, kod, müxbir hesabı)
Güzəştli satışın
keçirilmə müddəti: « » 20 ildən « » 20 ilədək
Keçirilmə yeri: .
Komissiyanın tərkibi:
Komissiyasının sədri:
(S.A.A.)
Komissiyanın üzvləri: (S.A.A.)
(S.A.A.)
(S.A.A.)
(S.A.A.)
_________________________________________
(S.A.A.)
_______________________________________
(S.A.A.)
Səhmdar cəmiyyətin nizamnamə
kapitalı: manat
(rəqəm və sözlə)
Buraxılmış səhmlərin ümumi
sayı: ədəd
(rəqəm və sözlə)
Güzəştli satışa çıxarılan
səhmlərin sayı: ədəd
(rəqəm və sözlə)
Güzəştli satışa çıxarılan səhmlərin
məcmu nominalı manat
(rəqəm və sözlə)
Güzəştli satışa çıxarılan
1 səhmin nominal dəyəri: manat
(rəqəm və sözlə)
Güzəştli satışda iştirak
etmək hüququ olanların sayı: nəfər
(rəqəm və sözlə)
Hər bir işçinin bərabər sayda təqdim
edəcəyi pulun məbləği manat
(rəqəm və sözlə)
Güzəştli satışda
iştirak edənlərin sayı: nəfər
(rəqəm və sözlə)
Güzəştli satışa təqdim edilən
pulun məbləği: manat
(rəqəm və sözlə)
Güzəştli satışın yekunlarına əsasən
bölüşdürülmüş səhmlərin sayı: ədəd
(rəqəm və sözlə
O cümlədən faizlə: %
(rəqəm və özlə)
Güzəştli satışın yekunlarına əsasən
bölüşdürülməmiş səhmlərin sayı: ədəd
(rəqəm və sözlə)
O cümlədən faizlə: %
(rəqəm və sözlə)
« » 20 il
Komissiyanın tərkibi:
Komissiyanın sədri:
(imza) (S.A.A.)
Komissiyanın üzvləri:
(imza) (S.A.A.)
(imza) (S.A.A.)
M.Y.
(imza) (S.A.A.)
(imza) (S.A..A.)
(imza) (S.A.A.)
(imza) (S.A.A.)
«________________________________________________________________» ASC-nin güzəştli satışının yekunlarına əsasən səhm almış şəxslərin siyahısı
№ |
Şəxsin soyadı, adı, atasının adı, pasport göstəriciləri (seriyası, nömrəsi, verildiyi orqan), ünvanı, əlaqə telefonu |
Təqdim edilmiş pulun məbləği (manat) |
Alınmış səhmlərin sayı (ədəd) |
Səhmlərin ümumi nominalı (manat) |
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
Komissiyanın sədri: ___________ .
(imza) (S.A.A.)
Komissiyanın katibi: ___________ .
(imza) (S.A.A.)
M.Y.