Sürücülük vəsiqələrinin verilməsi və dəyişdirilməsi
- "Yol hərəkəti haqqında" Qanunun 33-cü maddəsinin birinci hissəsində nəzərdə tutulmuş sürücülük vəsiqəsini almaq istəyən hər bir şəxs:
- müvafiq kateqoriyalı nəqliyyat vasitələri sürücülərinin hazırlanması üzrə təhsil planlarında və proqramlarında nəzərdə tutulan həcmdə hazırlıq keçməli;
- yol hərəkətinin qaydaları üzrə nəzəri və nəqliyyat vasitələrini idarəetmə vərdişləri üzrə təcrübi imtahanları verməli;
- Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş məbləgdə haqq ödəməlidir.
- Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi (müvafiq olaraq Azərbaycan Respublikasının ərazisində əcnəbinin qeydiyyata alınması haqqında vəsiqə və ya Azərbaycan Respublikasının hüdudlarında istifadə edilməsi üçün vətəndaşlığı olmayan şəxsin şəxsiyyət vəsiqəsi);
- müvafiq kateqoriyalı nəqliyyat vasitələri sürücülərinin hazırlanması üzrə təhsil planlarında və proqramlarında nəzərdə tutulan həcmdə hazırlıq keçməsi barədə təhsil müəssisəsinin sənədi və ya müstəqil hazırlıq keçməsi ilə əlaqədar Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanında qeydiyyata götürülməsi barədə sənəd;
- Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanını tərəfindən təsdiq olunmuş formada tibbi arayış;
- sürücülük vəsiqəsi verilməsi üçün haqqın ödənilməsi qəbzi.
- sürücülərin hazırlanması və onların ixtisasının artırılması kurslarının mə'zunları
- Yollarda adamların və ya yüklərin daşınması, yaxud adam və ya yük daşıyan nəqliyyat vasitələrinin yedəyə alınması üçün istifadə edilən mexaniki nəqliyyat vasitəsi (bu anlayış trolleybusları, yəni elektrik naqili ilə birləşdirilmiş relssiz nəqliyyat vasitələrini də əhatə edir. Lakin yollarda adamların və yüklərin daşınması və ya bu məqsədlə istifadə edilən nəqliyyat vasitələrinin yedəyə alınması üçün istifadə edilən və yalnız yardımçı funksiya daşıyan kənd təsərrüfatı traktorları kimi nəqliyyat vasitələrini əhatə etmir).">avtomobil nəqliyyatı vasitələri ixtisası üzrə kadrların hazırlanması nəzərdə tutulmuş ali və orta ixtisas tədris ocaqlarının mə'zunları
- Azərbaycan Respublikası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada imtahanlara müstəqil hazırlaşmış şəxslər onların ərizələri Azərbaycan Respublikası müvafiq icra hakimiyyəti orqanına daxil olduqdan sonra on gün ərzində yol hərəkətinin qaydaları üzrə nəzəri və nəqliyyat vasitələrini idarəetmə vərdişləri üzrə təcrübi imtahanlara buraxılırlar.
- onun e'tibarlıq müddətinin qurtarması;
- sahibinin soyadı, adı və ya atasının adının dəyişdirilməsi;
- onun yazılarında dəqiqsizlik müəyyən edilməsi;
- onun yararsız hala düşməsi;
- onun itirilməsi;
- yeni nümunəsinin bu Qanunla müəyyən edilmiş qaydada təsdiqi nəticəsində ölkədə sürücülük vəsiqələrinin dəyişdirilməsi.
“
Dövlət orqanlarının müəssisə, təşkilat və fiziki şəxslərə göstərdikləri xidmətlərə və hüquqi hərəkətlərə görə dövlət büdcəsinə ödənilən məcburi ödəniş.
">Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununa müvafiq olaraq, sürücülük vəsiqəsi blankının dəyəri – on səkkiz manatdır.