I. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.
Konstitusiya

Küçə reklamının yayımı üzrə tariflər

Küçə reklamının yayımı üzrə tariflər
 
1. Bakı şəhəri üzrə bir kvadrat metr (səyyar və ya stasionar) küçə reklamının yayımı məqsədilə reklam daşıyıcısına ayrılan yerə görə aylıq tariflər
 

Sıra №-si

Reklam daşıyıcısının kateqoriyası (yeri)

Zonalar üzrə tariflər

(ƏDV-siz, manatla)

A

B

C

1.

Yerüstü keçidlərdə, körpü və estakadalarda

24,0

20,0

16,0

2.

Küçələrin kənarlarında, meydan, park, bağ və yol ayrıclarında

20,0

16,0

12,0

3.

Damlarda, binaların, hava şarlarının, aerostat və dirijablların üzərində

16,0

12,0

8,0

4.

Yeraltı keçidlərdə, dayanacaqlarda, ticarət, köşk və yanacaqdoldurma pavilyonlarının günlüklərində

8,0

7,0

6,0

5.

Hasarlarda, vitrin və pəncərələrdə

6,0

5,0

4,0

 
 
2. Sumqayıt, Gəncə, Mingəçevir, Şirvan, Xırdalan şəhərləri və Abşeron rayonu üzrə tariflər birinci bənd ilə təsdiq edilmiş tariflərə 0,7, digər regionlar üzrə isə 0,5 əmsalı tətbiq edilməklə müəyyənləşdirilsin.
3. Sosial reklam tarifləri ikinci bəndin tələbləri nəzərə alınmaqla birinci bəndi ilə təsdiq edilmiş tariflərə 0,1 əmsalı tətbiq edilməklə müəyyənləşdirilsin.
4. Həcmli fəza konstruksiyaları və mürəkkəb formalı qurğular üçün reklam sahəsi kimi reklamın konturu ilə əhatə olunmuş sahə qəbul edilsin.
5. Küçə reklamının yayımı məqsədilə ödəniş Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 aprel 2008-ci il tarixli, 92 nömrəli Qərarı ilə təsdiq edilmiş “Küçə reklamı lövhəsinin yerləşdirilməsinə verilən icazə sənədinin forması”na müvafiq olaraq icazə verən orqan tərəfindən icazə sənədində göstərilən müddətə və bu qərarla müəyyənləşdirilmiş tariflərə uyğun olaraq həyata keçirilsin.
Go to top