I. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.
Konstitusiya

 

YÜKLƏ

ALQI-SATQI MÜQAVİLƏSİ №__

 

 

Bakı şəhəri                                                                                             “___”______ 2016-ci il

 

Bu müqaviləni (bundan sonra “Müqavilə” adlandırılacaq), bir tərəfdən Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən qeydə alınmış və Nizamnamə əsasında fəaliyyət göstərən “________________Məhdud Məsuliyyətli Cəmiyyəti, Direktor ___________________________şəxsində (bundan sonra “Satıcı” adlandırılacaq) və digər tərəfdən _____________________ oğlu/qızı (Ş/v: AZE No: _________, ____________-cu il tarixində __________ RPİ tərəfindən verilmişdir) (bundan sonra “Alıcı” adlandırılacaq) (“Satıcı” və “Alıcı” ayrılıqda “Tərəf”, birlikdə isə “Tərəflər” adlandırılacaq) aşağıdakı şərtlərlə bağladılar:

 

MADDƏ 1. MÜQAVİLƏNİN PREDMETİ

 

1.1. Müqaviləyə əsasən “Satıcı” “Alıcı”ya ______________ (bundan sonra “Mal”) satır, “Alıcı” isə həmin Malı qəbul edir və Müqavilə ilə razılaşdırılmış qaydada Malın dəyərini “Satıcı”ya ödəyir.

1.2. Malın növü, çeşidi, tərkibi, rəngi, digər əlamətləri və xarakterik xüsusiyyətləri Əlavə razılaşma ilə müəyyən olunur.

 

 

MADDƏ 2.    MALIN QİYMƏTİ VƏ MÜQAVİLƏNİN ÜMUMİ DƏYƏRİ

 

2.1. Malın qiyməti və miqdarı Müqavilənin ayrılmaz tərkib hissəsi olan Əlavə Razılaşma ilə müəyyənləşdirilir.

2.2. Malın “Alıcı”nın ünvanına çatdırılması ilə əlaqədar xərclər, vergilər və digər məcburi ödənişlər Malın qiymətinə daxildir.

2.3. Malın qiyməti sabitdir və hər hansı bir dəyişikliyə məruz qala bilməz.

 

 

MADDƏ 3.    TƏRƏFLƏRİN HÜQUQ VƏ VƏZİFƏLƏRİ

 

3.1. “Satıcı”nın aşağıdakı hüquqları vardır:

3.1.1. Müqavilə ilə müəyyən edilmiş qaydada və müddətdə ödənişin həyata keçirilməsini “Alıcı”dan tələb etmək;

3.1.2. Müqavilə və Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş digər hüquqlar.

3.2. “Satıcı”nın aşağıdakı vəzifələri vardır:

3.2.1.  Malı Müqavilənin 4.1-ci maddəsində müəyyən edilmiş müddətdə alıcının mülkiyyətinə vermək;

3.2.2. “Alıcı”ya üçüncü şəxslərin hüquqlarından azad əşya vermək;

3.2.3. Alqı-satqı müqaviləsi icra edilənədək əmələ gəlmiş əsaslar üzrə üçüncü şəxslər əşyanı “Alıcı”dan geri aldıqda “Alıcı”ya dəymiş zərərin əvəzini ödəmək;

3.2.4. “Alıcı”ya tərəflərin razılaşdırdıqları çeşiddə əşyalar vermək;

3.2.5. “Alıcı”ya əşyaları onların daşınması və saxlanması üçün zəruri olan şəkildə qablaşdırmaqla vermək;

3.3. “Alıcı”nın aşağıdakı hüquqları vardır:

3.3.1.  “Satıcı” “Alıcı”ya üçüncü şəxslərin hüquqlarından azad əşya vermədikdə əşyanın qiymətinin azaldılmasını və ya Müqavilənin ləğvini tələb etmək;

3.3.2. Əgər “Satıcı” satılmış əşyanı “Alıcı”ya verməkdən imtina edirsə, Müqavilənin icrasından imtina etmək;

3.3.3. “Satıcı” Müqaviləni pozaraq “Alıcı”ya Müqavilədə müəyyənləşdirildiyindən az miqdarda əşya verdikdə, çatışmayan miqdarda əşya verilməsini tələb etmək və ya verilmiş əşyadan və onu ödəməkdən imtina etmək, əşya ödənilmiş olduqda isə ödədiyi pul məbləğinin qaytarılmasını tələb etmək;

3.3.4. “Satıcı” Müqavilədə nəzərdə tutulan əşyaları Müqaviləyə uyğun gəlməyən çeşiddə verdikdə onları qəbul etməkdən və ödəməkdən imtina etmək, ödəmiş olduqda isə ödədiyi pul məbləğinin qaytarılmasını tələb emək. Əgər “Satıcı” “Alıcı”ya Müqaviləyə uyğun çeşiddə əşyalarla yanaşı çeşid haqqında şərti pozmaqla əşyalar verərsə, alıcının ixtiyarı var ki, öz seçimi ilə:

3.3.4.1. çeşid haqqında şərtə uyğun gələn əşyaları qəbul etsin, qalan əşyalardan isə imtina etsin;

3.3.4.2. verilmiş əşyaların hamısından imtina etsin;

3.3.4.3. çeşid haqqında şərtə uyğun gəlməyən əşyaların müqavilədə nəzərdə tutulan çeşiddə əşyalarla əvəz olunmasını tələb etsin;

3.3.5. Əgər “Satıcı” əşyanın qüsurları barəsində qabaqcadan məlumat verməmişsə, lazımi keyfiyyətli olmayan əşya vermişsə “Satıcı”nın təqsiri olub-olmamasından asılı olmayaraq, “Satıcı”dan öz seçimi ilə aşağıdakıları tələb etmək:

3.3.5.1. alış qiymətinin mütənasib azaldılması;

3.3.5.2. əşyanın qüsurlarının ağlabatan müddətdə əvəzsiz aradan qaldırılması;

3.3.5.3. əşyanın qüsurlarının aradan qaldırılması üçün özünün çəkdiyi xərclərin əvəzinin ödənilməsi.

3.4. Alıcının aşağıdakı vəzifələri vardır:

3.4.1.  əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəmək;

3.42. Bu Müqavilə və Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş digər vəzifələr.

 

 

MADDƏ 4. MALIN TƏHVİL VERİLMƏSİ ŞƏRTLƏRİ

 

4.1. “Satıcı” Müqaviləyə uyğun olaraq “Alıcı” tərəfindən ilkin ödəniş həyata keçirildikdən sonra ____ (_________) təqvim günü ərzində Malı “Alıcı”ya təhvil verməyi  öhdəsinə götürür.

4.2. “Satıcı” Malın təhvil verilməsi ilə birlikdə hesab-fakturanı və digər zəruri sənədləri “Alıcı”ya təqdim etməlidir.

4.3. Malın təhvil verilməsinin və “Alıcı”ya çatdırılmasının gecikdirilməsi halında “Satıcı” “Alıcı”ya hər gecikdirilən gün üçün Müqavilənin ümumi məbləğinin  0.01%-i miqdarında cərimə ödəməlidir.

 

 

MADDƏ 5.    ÖDƏNİŞ ŞƏRTLƏRİ

 

5.1. Müqaviləyə əsasən “Alıcı” sifariş olunan malın dəyərinin _____% həcmində ilkin ödənişi sifariş təsdiq edildikdən və “Satıcı”nın təqdim etdiyi hesab-fakturanı aldıqdan sonra _____rəqəmlə___ (sözlə) iş günü ərzində nağd qaydada və ya köçürmə yolu ilə həyata keçirir.

5.2. Mal “Alıcı”ya tam təhvil verildikdən sonra “Alıcı” _____rəqəmlə___ (sözlə) iş günü ərzində Malın dəyərinin  ______ % həcmində ödəniş etməlidir.

5.3. Malın “Alıcı”ya təhvil verilməsi ilə bağlı öhdəlik “Satıcı” tərəfindən lazımınca yerinə yetirilmədikdə “Alıcı” həmin öhdəlik lazımınca icra olunanadək ödənişin həyata keçirilməsini təxirə salmaq hüququna malikdir.

5.4. Malın dəyərinin ödənilməsi üçüncü şəxslər tərəfindən də həyata keçirilə bilər.

 

 

MADDƏ 6.    MÜBAHİSƏLƏRİN HƏLLİ

 

6.1. Tərəflər Müqavilə ilə bağlı meydana gələn bütün mübahisələri və fikir ayrılıqlarını mümkün olduğu təqdirdə danışıqlar yolu ilə həll edirlər.

6.2. Tərəflər Müqavilə ilə bağlı meydana gələn bütün mübahisələri danışıqlar yolu ilə həll edə bilmədikdə, mübahisələr Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən Azərbaycan Respublikasının müvafiq məhkəmələrində həll edilir.

 

 

MADDƏ  7.   FORS-MAJOR

 

7.1.      Müqavilə üzrə öhdəliklərin icrasının fors-major hadisələr nəticəsində qeyri-mümkün olduğu hallarla qarşılaşan Tərəf  (yanğın, daşqın, digər təbii fəlakətlər, blokada, tətillər, hərbi əməliyyatlar, mülki qarşıdurmalar və embarqo) digər Tərəfi 15 (on beş) gün ərzində qeyd edilən halların baş verməsi və ya sona çatması və həmin halların Müqavilə üzrə öhdəliklərin icrasına təsiri barədə xəbərdar etməlidir.

7.2.      Bu öhdəlikləri yerinə yetirməyən Tərəf digər Tərəfin xəbərdar olunmaması nəticəsində dəyən zərərə görə məsuliyyət daşıyır.

7.3.      Fors-major halların 1 (bir) aydan artıq müddətdə davam etdiyi təqdirdə Tərəflərdən hər biri digər tərəfi yazılı qaydada xəbərdar etməklə Müqaviləyə xitam vermək hüququna malikdir və bu halda hər hansı bir kompensasiya ödənilmir.

 

 

MADDƏ 8.    DİGƏR ŞƏRTLƏR

 

8.1.      Bu müqavilə imzalandığı andan qüvvəyə minir və tərəflərin qarşılıqlı öhdəliklərinin tam şəkildə yerinə yetirilməsindən sonra öz qüvvəsini itirir.

8.2.      Müqavilənin 5.4-cü bəndinin şərtləri istisna olmaqla, Tərəflərdən heç biri öz hüquq və öhdəliklərini digər Tərəfin yazılı razılığı olmadan üçüncü şəxslərə verə bilməzlər.

8.3.      Tərəflərdən hər biri digər Tərəfi ______ (____) gün qabaqcadan yazılı formada (səlahiyyətli şəxs tərəfindən imzalanmış və möhürlənmiş) xəbərdar etməklə Müqaviləyə xitam vermək hüququna malikdir.

8.4.      Müqaviləyə hər hansı dəyişiklik və əlavələr hər iki Tərəfin səlahiyyətli nümayəndəsi tərəfindən imzalandıqdan və möhürləndikdən sonra sonra hüquqi qüvvəyə malikdir və Müqavilənin ayrılmaz tərkib hissəsidir.

8.5.      Tərəflər bu Müqavilə ilə bağlı kommersiya sirri təşkil edən məlumatları digər tərəfin yazılı razılığı olmadan üçüncü şəxslərə verməməyi öhdələrinə götürürlər və belə məlumatları gizli saxlayırlar. Bu bəndin müddəaları Müqaviləyə xitam verildikdən sonra 5 (beş) il ərzində öz qüvvəsini saxlayır.

8.6.      Müqavilə 4 (dörd) səhifədən ibarətdir,  Azərbaycan dilində tərtib olunmuşdur və Tərəflərə təqdim olunur.

 

 

 

MADDƏ  9. TƏRƏFLƏRIN HUQUQİ ÜNVANLARI VƏ BANK REKVİZİTLƏRİ

 

       
 

SATICI

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Direktor:

 
 

ALICI

Ad:

Soyad:

Ata adı:

Şəxsiyyət vəsiqəsinin seriya və nömrəsi:

Doğulduğu yer:

Doğulduğu tarix (gg.aa.iiii):

Ünvan:

 

 

 

 

 

 

 

 

 

 

Go to top