Ələkbərov Sahib Nurəddin oğlu
3-cü dərəcəli dövlət vergi xidməti müşaviri

1952-ci ildə Səfərəliyev (indiki Samux) rayonunda anadan olmuşdur.

1972-ci ildə Azərbaycan Neft və Kimya İnstitutunu, 1984-cü ildə Moskva İctimai Elmlər Akademiyasını bitirmişdir.

Ordu sıralarında hərbi xidməti başa vurduqdan sonra, 1974-cü ildən Azərbaycan Dəmir yolu Biləcəri qovşağında mühəndis, 1975-ci ildən 1996-cı ilədək komsomol və partiya orqanlarında, 1996-cı ildən 2005-ci ilədək özəl sahələrdə müxtəlif vəzifələrdə işləmişdir. İki çağırış Azərbaycan SSR Ali Sovetinin deputatı, komissiya sədri olmuşdur.

2005-ci ildən 2009-cu ilədək Bakı şəhəri Səbail rayon İcra Hakimiyyətinin başçısı, 2009-cu ilin iyun ayından Azərbaycan Respublikası Dövlət Statistika Komitəsi sədrinin müavini vəzifələrində çalışmışdır.

2010-cu il iyul ayının 2-də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 996 saylı sərəncamı ilə Vergilər nazirinin müavini təyin edilmişdir. Ailəlidir, üç övladı var.