Vergilər nazirinin müşaviri - Vergilər Nazirliyi Daxili təhlükəsizlik baş idarəsinin rəisi
İlqar İsmayıl oğlu Əhmədov
III dərəcəli dövlət vergi xidməti müşaviri
Vergilər Nazirliyi Daxili təhlükəsizlik baş idarəsinin funksiyaları:
-Nazirliyin struktur vahidlərinin və bölmələrinin vəzifəli şəxsləri (əməkdaşları) tərəfindən yol verilmiş korrupsiya və digər hüquqpozma halları barədə daxil olan məlumatlar, müraciətlər, təqdimatlar, vətəndaşların ərizə və şikayətləri üzrə xidməti araşdırma və təhqiqat aparmaq;
-Təhlükəsizlik və daxili audit tədbirləri zamanı Nazirliyin struktur vahidləri və bölmələri, habelə əməkdaşları tərəfindən vergi ödəyicilərinin qanunla qorunan hüquq və mənafelərinin pozulması hallarının qarşısının alınması ilə bağlı səlahiyyətləri daxilində müvafiq tədbirlər görmək;
-Nazirliyin struktur vahidləri, bölmələri və əməkdaşları tərəfindən normativ-hüquqi və digər idarəetmə aktlarının tələblərinə əməl olunmasına, xidməti vəzifələrinin icrası zamanı vergi ödəyicilərinin hüquq və mənafelərinin gözlənilməsinə nəzarəti həyata keçirmək;
-Vergilər Nazirliyinin struktur vahidlərində və bölmələrində korrupsiya ilə mübarizə tədbirlərinin həyata keçirilməsini, habelə onların vəzifəli şəxsləri tərəfindən yol verilə biləcək korrupsiya ilə əlaqədar hüquq pozuntularının qarşısının alınmasını təmin edən profilaktik tədbirlər görmək.


