|
Gecə vaxtı
|
| Yerli vaxtla axşam saat 22-dən səhər saat 7-dək olan vaxt müddəti. |
|
|
Gediş sənədi (bilet)
|
| Sərnişinin avtobusda gediş hüququnu, sərnişin və daşıyıcı arasında daşınma müqaviləsinin bağlanmasını təsdiq edən və müəyyən edilmiş formada rəsmiləşdirilən sənəd |
| |
|
|
Gediş sənədi (bilet)
|
| Sərnişinin avtobusda gediş hüququnu, sərnişin və daşıyıcı arasında daşınma müqaviləsinin bağlanmasını təsdiq edən və müəyyən edilmiş formada rəsmiləşdirilən sənəd |
| |
|
|
Gender
|
| İctimai həyatın siyasi, iqtisadi, mədəni və digər sahələrində kişi və qadın münasibətlərinin sosial cəhəti |
| |
|
|
Gender bərabərliyi
|
| Qadın və kişilərin hüquq bərabərliyi və bu hüquqların həyata keçirilməsi üçün bərabər imkanlar və onların cəmiyyətdə bərabər sosial vəziyyəti |
| |
|
|
Geodeziya
|
| Yer kürəsinin formasını, ölçülərini, qravitasiya sahəsini, yer səthindəki obyektlərin koordinatlarını və mütləq yüksəkliyini, onların zamandan asılı olaraq dinamik dəyişməsinin müəyyən edilməsi. |
| |
|
|
Giriş gömrükxanası
|
| Sərhəd buraxılış məntəqəsində yerləşən, malların Azərbaycan Respublikasına oradan keçməklə gətirildiyi Azərbaycan Respublikasının aralıq gömrükxanası. |
| |
|
|
Girov
|
| Daşınar əşyalara (ipoteka obyekti olan daşınar əşyalardan başqa) əşya hüquqlarının məhdudlaşdırılması. |
|
|
Girov kağızı
|
| Girovqoyanla, o borclu deyilsə, həm də borclu ilə girovsaxlayan arasında əmlakın və hüquqların girova qoyulmasını və bundan irəli gələn hüquq və öhdəlikləri təsbit edən adlı qiymətli kağız. |
|
|
Girovqoyan
|
| Girov qoyulan əmlaka (hüquqlara) mülkiyyət və ya tam təsərrüfatçılıq səlahiyyəti hüququ olan, əsas borc üzrə borclu kimi, yaxud girovu təqdim edən üçüncü şəxs kimi Azərbaycan Respublikasının və xarici ölkələrin fiziki və hüquqi şəxslər. |
| |
|
|
Girovsaxlayan
|
| Borclunun öhdəliyinin lazımi qaydada icra edilməsini təmin etmək məqsədi ilə girovu qəbul edən Azərbaycan Respublikasının və xarici ölkələrin fiziki və hüquqi şəxslər. |
| |
|
|
Gizli reklam
|
| Radio, tele, audio, kino, nəşr və digər məhsullarda istifadə olunan və başqa üsullarla yayılan, istehlakçının şüuruna özünün dərk etmədiyi təsir edən reklam (o cümlədən xüsusi videoparçalar, ikili səsyazma və sairə vasitələr tətbiq etməklə). |
| |
|
|
Gömrük anbarı
|
| Gətirilən malların saxlanc dövründə gömrük rüsumları, vergilər alınmadan və mallara iqtisadi siyasət tədbirləri tətbiq edilmədən onların gömrük nəzarəti altında saxlancından, ixrac gömrük rejiminə uyğun aparılması nəzərdə tutulan malların isə Gömrük Məcəlləsində nəzərdə tutulan güzəştlər verilməklə gömrük nəzarəti altında saxlancından ibarət gömrük rejimidir. |
|
|
Gömrük brokeri
|
| Azərbaycan Respublikası qanunvericiliyinə uyğun olaraq yaradılan və gömrük işi sahəsində müəyyən haqq almaqla vasitəçilik edən hüquqi şəxs. |
|
|
|
Gömrük nəzarəti
|
| Gömrük işi haqqında Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin icrasına nəzarət Azərbaycan Respublikasının gömrük orqanlarına həvalə edilmiş, Azərbaycan Respublikasının digər qanunvericiliyinə və Azərbaycan Respublikasının dövlətlərarası müqavilələrinə riayət edilməsini təmin etmək məqsədi ilə həyata keçirilən tədbirlər toplusu. |
|