|
Kumulyativ müddətsiz imtiyazlı səhmlər
|
| Emissiya şərtlərinə görə sahiblərinə ödənilməyən (verilməyən) dividendləri daim toplanan və qeyri—kumulyativ müddətsiz imtiyazlı və adi səhmlərin dividendləri ödənilməzdən əvvəl ödənilən, habelə emitentə dividendlərin ödənilməsi vaxtının müəyyən müddətə təxirə salınması hüququ verən səhmlərdir. |
| |
|
|
Kurort
|
| Təbii müalicə ehtiyatlarına malik olan, müalicə-sağlamlıq müəssisələri, qurğuları və turizm infrastrukturu obyektləri yerləşən xüsusi mühafizə olunan təbiət ərazisi |
| |
|
|
Kurort fəaliyyəti
|
| Təbii müalicə ehtiyatlarından istifadə əsasında xəstəliklərin müalicəsi, profilaktikası və istirahətin təşkili üzrə həyata keçirilən elmi-praktiki fəaliyyət növlərinin məcmusu |
| |
|
|
Kurort meşələri
|
| Sağlamlıq ocaqlarının və istirahət yerlərinin ətrafındakı təbii amillərin qorunmasını və yaxşılaşdırılmasını təmin edən, ətraf mühitin çirklənməsinin və vaxtından əvvəl sıradan çıxmasının qarşısını alan, əhalinin müalicəsi üçün əlverişli mikroiqlim şəraiti yaradan meşə sahələridir. |
| |
|
|
Kuryer xidməti
|
| Eyni kuryer tərəfindən poçt göndərişinin qəbul edilərək ünvan sahibinə çatdırılması. |
| |
|
|
Kütləvi bildiriş
|
| Əsərlərin və əlaqəli hüquqların obyektlərinin efirlə və kabellə (naqil və ya naqilsiz rabitə vasitələri ilə) hər hansı bildirişi, həmçinin bu obyektlərin faktiki qavranılmasından asılı olmayaraq, əhali tərəfindən əldə olunmasını təmin etmək məqsədi ilə onların hər hansı üsulla kütləyə çatdırılması (əsərin nüsxələrinin yayılması istisna olmaqla) |
| |
|
|
Kütləvi ifa
|
| Əsərlərin, ifaların, fonoqramların, yayım təşkilatlarının verilişlərinin həm canlı ifada, həm də müxtəlif texniki vasitələrin və proseslərin köməyi ilə (efirlə və ya kabellə vermə istisna olmaqla) deklamasiya, oyun, oxu və başqa üsulla elə tərzdə təqdim edilməsidir ki, ailə dairəsinə və ya ailənin yaxın tanışları sırasına daxil olmayan şəxslər tərəfindən qavranıla bilsin |
| |
|
|
Kütləvi iğtişaş
|
| Zorakılıqların, talanların, yanğınların törədilməsi, əmlakın məhv edilməsi, odlu silahın, partlayıcı maddələrin və ya qurğuların tətbiq edilməsi, yaxud hakimiyyət nümayəndəsinə silahlı müqavimət göstərilməsi ilə müşayiət olunan hərəkətlər. |
|
|
Kütləvi informasiya
|
| Əldə olunması, işlənməsi, verilməsi və ya istifadəsi Azərbaycan Respublikasının qanunvericiliyi ilə məhdudlaşdırılmayan və ümumi istifadə üçün təyin olunmuş sənədləşdirilmiş informasiya. |
| |
|
|
Kütləvi informasiya vasitələri
|
| Dövri mətbu nəşrlər, teleradio proqramları, informasiya agentlikləri, internet, kinoxronika proqramları və digər yayım formaları. |
| |
|
|
Kütləvi informasiya vasitəsi məhsulunun yayılması
|
| Dövri mətbu nəşrlərin, teleradio proqramlarının, audio və ya videoyazıların satılması və ya paylanması, teleradio proqramlarının yayımı, kinoxronika proqramlarının nümayişi. |
| |
|
|
Kütləvi informasiya vasitəsinin məhsulu
|
| Mətbu nəşrin bir nömrəsinin tirajı, yaxud onun bir hissəsi, teleradio, kinoxronika proqramlarının ayrıca buraxılışı, proqramın audio və ya videoyazısının tirajı, yaxud tirajının bir hissəsi. |
| |
|
|
Kütləvi nümayiş
|
| Əsərin, ifanın yayım təşkilatının verilişinin orijinalının və ya bir nüsxəsinin bilavasitə, yaxud plyonkanın, slaydın, kadrın, yaxud başqa qurğuların və ya proseslərin köməyi ilə (efirlə və ya kabellə vermə istisna olmaqla) ekranda elə tərzdə nümayiş etdirilməsidir ki, ailə dairəsində və ya ailənin yaxın tanışları sırasına daxil olmayan şəxslər tərəfindən qavranıla bilsin. Audiovizual əsərin ayrı-ayrı təsvirlərinin ardıcıl olmayan nümayişi də onun kütləvi nümayişi sayılır. |
| |
|
|
Kütləvi qırğın silahları
|
| Nüvə, kimyəvi, bakterioloji (bioloji) və toksin silahı. |
| |
|
|
Kvota
|
| Müəyyən dövlətlərə və ya dövlətlər qrupuna idxal və ya ixrac olunan mallara dəyər və kəmiyyət hədlərinin tətbiq edilməsi. |
|